Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Mənə həm təcavüz edir, həm də işgəncə verirdilər”
“Mənə həm təcavüz edir, həm də işgəncə verirdilər”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4989
Səs ver:
İnsan alverindən zərərçəkən qadın: "Qısa köynəkdə, başımda çalma, ayaqyalın qarın içində Qəbzənin avtovağzalına kimi piyada qaçdım”

Türkiyədə cinsi istismara məruz qalan 48 yaşlı qadın başına gələnləri "Gündəlik Teleqraf”a danışdı.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin yaydığı məlumata görə, İmişli rayon sakini, 53 yaşlı Yaqufə Mərdanova bu il fevralın 6-da həbs edilib. Müəyyən edilib ki, o bir qrup şəxslə cinayət əlaqəsinə girərək insan alveri ilə məşğul olub. Onların bu məqsədlə Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparması faktı müəyyən olunub. Y. Mərdanovanın cinayət işi üzrə istintaq hərəkətləri davam edir. 

Onun Türkiyədə cinsi istismara məruz qoyduğu qadınlardan biri, 49 yaşlı H. M. bildirib ki, 2008-ci ildə anası ilə birlikdə Bakı şəhərinə gəlib kirayə ev taparaq məskunlaşıblar. Onun sözlərinə görə, paytaxtda işləməyə başlayıb və burada yaşadıqları iki il müddətində güzəranları yaxşı olub. 

Onun sözlərinə görə, 2010-cu ildə anası rəhmətə getdiyindən kirayə mənzildə tək yaşamağa başlayıb: "Restoranda aşbaza köməklik edirdim, günümə də 15 manat alırdım. İşimlə bağlı 2011-ci ildə Bayıl qəsəbəsində kirayə verilən evlərdən birinə köçdüm. Həmin mənzil Yaqufənin evinə yaxın idi. Rəfiqəm də Yaqufənin evində yaşayırdı. Onlara gedəndə Yaqufəni gördüm. Harada işlədiyimi soruşdu, restoranda işlədiyimi bildirdim. Dedi ki, nə qədər pul alırsan. Günə 15 manat qazandığımı söylədim.  Yaqufə 15 manatın az olduğunu deyərək sənətimin olub-olmadığını soruşdu. Bundan sonra Yaqufə məni işləmək üçün Türkiyəyə göndərəcəyini və orada daha çox qazancım olacağını vurğuladı. O, hətta dedi ki, Türkiyədə ofisiant işləsən, gününə 50 ABŞ dolları qazanarsan. Bundan əlavə, Yaqufə bildirdi ki, restoranda gün ərzində 10 stolda oturacaqsan, hər stoldan da 50 manat götürəcəksən”. 

Zərərçəkənin sözlərinə görə, həmin ilin avqustunda Yaqufə ona Türkiyəyə getməsi üçün sənəd lazım olduğunu deyib. H.M. deyib ki, ona pasportun alınması üçün 120 manat xərci də Yaqufə çəkib. Sənədləri hazırlanandan sonra həmin qadıngilə gedib: "Soruşdum ki, Türkiyəyə necə gedəcəm, oraları tanımıram. Dedi ki, qızı Ayka məni yola salacaq. Buna görə də sonradan Aykagilə getdim. O dedi ki, gedəndə pulunu və qızıllarını da özünlə götür, orada lazım olacaq. 500 manat pulum vardı, onu və anamın yadigarı olan 12 qramlıq brilyant qaşlı üzük,  bir də 5 qramlıq qədim sırğanı da özümlə götürdüm. Sonra Yaqufənin Xəzər rayonunda olan evinə getdim. Ayka oradan məni avtovağzala gətirib bilet aldı. Bileti verib dedi ki, səni Naxçıvanda qarşılayacaqlar. Naxçıvanda məni Eminə adlı qadın qarşıladı və bir gün orda qaldım. Sonra Eminə məni Türkiyəyə yola salanda bir türkün nömrəsini verib dedi ki, ora çatmamışdan əlaqə saxla, səni qarşılayacaqlar”. 

Beləliklə, Türkiyənin Qəbzə avtovağzalında onu 2 kişi, 1 qadın qarşılayıb. Onun sözlərinə görə, bundan sonra qara günləri başlayıb: "Avtovağzalda qarşılayanlar məni aparıb bir zirzəmiyə saldılar. Orada rəfiqəmi görüb şoka düşdüm. Rəfiqəm soruşdu ki, bura niyə gəlibsən? Dedim, işləməyə gəlmişəm. O, "burada nə iş var, başına oyun açacaqlar”, - dedi. Elə də oldu. Orada üç gün işlədim, dördüncü günü pulumu, qızıllarımı, dublyonkamı, paltarlarımı  və sənədlərimi də əlimdən alıb dedilər ki, sən bura niyə gəldiyin bizə məlum deyil, amma işləməlisən, bizə pul qazanmalısan. Bundan sonra məni döyməyə başladılar, bildirdilər ki, çətini bura gələnə kimidir, belə yolla qızları aldadaraq gətirib, burada da onların əli ilə çoxlu pul qazanırıq, sən də onlardan birinin tayısan”. 

H. M. onu da qeyd edib ki, bundan əvvəl Yaqufə onu evində 16 gün qulluqçu kimi işlədib, ona zülm verib, evdən bayıra çıxmasını qadağan edib.

Onun sözlərinə görə, sonra Qəbzədən İstanbula gedib və orada onu Yaqufənin Eminə adlı rəfiqəsi qarşılayıb: "Yaqufə Eminəyə deyib ki, mənim Bakıda heç kimim yoxdur, onu saxla işlət, yaxşı pula gedər. Bir gün "Aksana” kafesinə 60 yaşında kişi gəlib Eminəyə söylədi ki, ona uca boylu qadın lazımdır, onunla yaşamaq istəyir. Eminə o saat dedi ki, səni bu kişiyə satıram, amma bir şərtim var. Eminə onu da əlavə etdi ki, bu kişinin yanında üç gün qalandan sonra dava salaraq qaçarsan. Beləliklə, həmin yaşlı kişi məni apardı. Orada ağlayanda kişi məndən soruşdu ki, niyə ağlayırsan? Ondan qızının olub-olmadığını xəbər alıb, məni də öz qızı hesab etməsi üçün yalvardım. Bundan sonra həmin kişi məni geri qaytarıb pulunu geri istəyib dedi ki, bu qızı bəyənmədim. Onlar kişini şantaj etdilər və pulunu da vermədən kafedən qovdular”. 
H. M.-nın sözlərinə görə, bundan sonra Türkiyədə yaşamaq müddəti başa çatıb və yenidən Naxçıvana gətirilib: "Üç gündən sonra Yaqufə mənə zəng edib dedi ki, Türkiyəyə qayıt. O, oğlunun canına and içib qayıtsam nəyim varsa geri qaytaracağı na vəd verdi. Ona inanaraq Türkiyəyə qayıtdım. 2012-ci il yanvarın 7-də Qəbzədə oldum. Həmin gün Yaqufə də Qəbzəyə gəldi. Onlar mənə işgəncə verməyə başladılar. O qədər işgəncə verdilər ki, anamdan əmdiyim süd burnumdan töküldü. İşgəncələrə dözmürdüm, yalvarırdım ki, məni boşlayın. Yaqufə deyirdi ki, mənim kimi çoxları  ona ömrünün axırına kimi çox yalvarıb, burada qalacaqsan. Ona qarşı çıxanda saçlarımı dibindən kəsdi, keçəl elədi. Ora İstanbuldan gələn 27 yaşında gənc oğlan məni istədi. Eminə ilə Yaqufə də dedilər ki, 1800 ABŞ dolları ver, qızı apar. Oğlan dedi ki, hər şeyi unut, səni qanuni şəkildə evlənmək üçün alıram. Onun adı Ayhan idi, evində 10 gün qaldım, sonra Yaqufə gəldi. Məni aparmaq istədiklərini dedi. Qorxurdum, buna görə də əlacsız qalıb onlarla getdim. Sonra Ayhan arxamca gəldi, məni aparmaq istədiyini bildirdi. Amma onlar oğlana hədə-qorxu gəldiklərindən məni aparmadı. Həmin gün onlar yeyib-içəndə seyfin arxasına baxanda gördüm ki, kitabın arasında pasportum var. Pasportumu götürdüm. Yanvar ayı idi, yarım metrə kimi qar yağmışdı. Pasportumu götürəndən sonra qısa köynəkdə, başımda çalma, ayaqyalın qarın içində Qəbzənin avtovağzalına kimi piyada qaçdım. Avtovağzalda soyuqdan donurdum, naxçıvanlı bir oğlan mənə yaxınlaşıb dedi ki, sən azərbaycanlıya oxşayırsan, niyə bu paltarda qaçırsan? Ondan kömək istədim. O mənə bilet alıb avtobusda oturanlara dedi ki, bu qadına yardım edin, geyinməyə paltar verin. Bundan sonra Naxçıvana gəlib bir gecə avtovağzalda  qaldım. Sonra mənə Türkiyədən çıxmağıma köməklik edən Azər adlı oğlan Bakıya gəlməyimə də yardım etdi”.

H.M.bildirib ki, Bakıya gələndən sonra 10 gün küçələrdə qalıb. Onun sözlərinə görə, pulu olmadığı üçün həmin müddəti ac-susuz keçirib. Sonra Yaqufəgilə gedərək qızına deyib ki, anasını polisə verəcək: "Yaqufənin qızı məni Anar adlı oğlanla hədələdi. Dedi ki, anamı polisə verəcəyin halda Anar səni məhv edəcək. Qız dəfələrlə hədə-qorxu gəldi. Neçə aydan sonra Yaqufə Bakıya gələndə məndən polisə şikayət etməməyimi tələb etdi. Ona dedim ki, məni küçələrdə qoymusan, qalmağa evinin birini ver, iş tapana kimi orada qalım. Yaqufə isə məni evdən qovdu...”

Daxili İşlər Nazirliyinın İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və  QHT-lər  İctimai Birliyi zərərçəkəni reabilitasiya prosesinə cəlb edib. Bundan sonra həmin xanım müavinət alıb və reabilitasiya prosesi davam edir.

Hacı Zeynalov


Şərhlər:
Baxılıb: 4989
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz