Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanlı qadından şok etiraf: "Dubaya aparılanda bakirəliyim pozulmamışdı"
Azərbaycanlı qadından şok etiraf:
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 3590
Səs ver:
Çox qəribə bir haldayam.
Özümü xoşbəxt hiss etmirəm. Ailəliyəm 4 il olacaq. 1 oğlum var 3 yaşında.
Hal hazırda Rusiyada qalırıq. 21 yaşım var, sevməyib ailə qurmuşam.
2 həftədə tanımadığım birisinə verdilər məni .
Mənim öz sevdiyim olub sonra biləndəki, mənlə evlənmək istəmir artıq heç nə etmədim. Anama əvvəl dedim ki, mən bu insanla ailə qurmaq istəmirəm . Anam və bacım hər ikisi mənim dediklərimi qulaq ardına vurdular ki, gedəcəksən. Gedib Rusiyada bunları unudacaqsan.
Nə isə toy oldu . heç ürəyimdən deyildi. Toydan 1 ay sonra bura gəldik. Elə bilirdim qayınanamgildə qalacağıq. Yoldaşımda dedi ki, onlarnan yaşamayacağıq. Toyda mənə qızıl heç nə alıb taxmadılar .
Sonra baldızım bizi çağırdı öz yanına 1 otaqlı evdə bizdə gedib qaldıq orda. Mən donub qalmışdım yerimdə. Baldızım isə boşanmışdı 2 uşağı var mən onlara baxırdım. 6 Ay orda birgə yaşadıq çox çətin idi. 1 ayın gəlini idim. Uşaqlara da mən baxırdım.
Hər işi görürdüm hamı gəlirdi qayınlarım qayınana qayınata bütün iş mənlik idi. Deməzdim ki, yoldaşım pis insandı. O vaxtlar başladı ki, mənimlə soyuqlaşmağa gedirdi günlərlə gəlmirdi.
Nə telefonumda yox idi .Gəlirdi mənimlə danışmırdı.
Xasiyyəti elədi ki, özü günahkar belə olsa, elə qaşqabaqla danışır, mən özümü günahkar kimi hiss edirəm. Qayınanam da ad günündən ad gününə gəlir bizə . Heç vaxt nəsə pis sözdə deməmişəm anamı görəndə deyir ki, qızın belə geyinir lasina geyinir. Yalandan deyir uşağa baxmır.
Sonra mən hamilə qaldım çox pis idim . Yoldaşım gedirdi 2 gün bir gedirdi gəlmirdi. Sonra gəlirdi məndə dava düşməsin deyə heç nə demirdim. Deyirdi dostlarlayam. Bəhanələr deyirdi.
Sonra baldızım başladı mənə deməyə ki, səni bura mən çağırmamışam səni nəyə gətirib bura qoyub. Öz uşaqları idi. baldızım heç bir dəfə də çimizdirmirdi. Hətta yatdığı palazını da yığmırdı.
Sonra mən küsüb geri gəldim. Evə yemək almırdı neçə gün yoldaşım yanımda yox idi mənimlə danışmırdı. O günlərdə heç kim gəlmirdi. Hamilə olan günlərimdə günlərlə tək və ac qalırdım. 3 gündən sonra yoldaşım gəldi dedi niyə bu gündəsən yemək yeməmisən.
Gördü ki , heç nə yoxdu dedi hər şeyi qaydasına salacam.
Ev tutdu köhnə idi. Orada qaldıq. Kənddə uşaq oldu. Amma hiss edirdim ki, yoldaşım kiminləsə gəzir. Deyəndə də boynuna almırdı. Telefona gələn sms-ləri zəngləri yanımda açmırdı.
Elə günlər olurdu evə də gəlmirdi. Məndə qalırdım tək. Evdə körpə balamla heç kimidə tanımırdım. Bu ailənin sonradan söhbətlərin eşidəndə şoka düşdüm. Qayınatam çoxdan rəhmətə gedib. Sağ vaxtı o öz baldızıyla gəzirmiş. Uşaqlarıda olub.
Böyük baldızımı isə evdən qovublar. Heç bu günə qədər maraqlanmayıblar. Qayınanam nə də ki, qardaşları. Kiçik baldızımdaki atası yaşında biriylə yaşayır. Mən bunları eşidəndə şok oldum. 3 qaynım var biri rusla biri də erməni ilə evlidi. Məndən başqa azəri yoxdu. Nə isə istədim ki, bu məsələləri əsas da ərimin gəzdiyini biləndə boşanım.
Yenə dedim ki, uşaq var yaxşı olar onu sevməsəmdə , özümü elə aparıram ki, məndə onu istəyirəm. Çalışırdım yaxın olaq deyirdim artıq ailəliyəm yoldaşımı sevim amma görürdüm nəsə soyuqdur.
Yenə də 3 il belə olduq. Küsürdük amma mən yenə yaxınlaşırdım barışırdım.
Sonra daha məndə yoruldum özümü belə aparmaqdan. Düzdü mənə əl qaldırmır amma mənimlə belə daima soyuq olmasını anlamıram.
Qeyd edim ki, mən yoldaşımdan qat-qat gözələm .
İxtisasca isə tibb bacısıyam. Nə isə yoldaşım başqa bir ev tutdu yenə kirayədə qalırıq indidə. İndi indi başlayıb məni sevməyə. Deyir heç kimlə danışmıram , gəzmirəm tək səni sevirəm .
Məndə isə artıq o həvəs o istək yoxdu. Ürəyim qırılıb. Yalnız uşağa görə boşanıb boşanmamaqda qərarsızam. Caamatın sözlərindən çəkinirəm.
Yoldaşımın qəribə xasiyyəti var . Nəsə bir mübahisədən sonra günlərlə danışmasam danışmaz mənimlə. Təzəliklə mənə notebook alıb. Məni ona belə qısqanır.
Amma bu vaxta qədər yadına belə düşmürdü ki, mən hardayam.
Neyniyirəm bütün günü heç zəng də etmirdi.

İşdə olanda aparıb qoyurdu Azərbaycana 3 ay bir qalırdım, iki ay bir indi isə məni qısqanmağa başlayıb .
Mənə deyir sən kiminləsə danışırsan. Deyirəm bax Azəri saytlarıdı yenədə inanmır.
Amma bu yaxınlarda bir sözu məni tamamilə qırdı.
Heç kimədə deyə bilmirəm . Beledə söz deyər yoldaş öz xanımına.
Deyir sən başqa kişiylə gəzmək istəsən mən səni qoyaram. Təki mənə denən .
Məndən boşanmağını istəmərəm deyir. Əvvəl elebildim zarafat edir sonra gördüm ciddidir.
Dedim sən nə deyirsən. Heçnə demedi. Üzünü çevirdi yatdı . 3 dəfə o sözü mənə dedi. Daha mən danışandan sonra heç nə demir. Heç bu cür də ailə olar heç xoşbəxt deyiləm.
Amma çıxış yolumu da boşanmaqda görmürəm.


Şərhlər: 19
Baxılıb: 3590
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Əslində dərindən düşünsəz sizə niyə elə söz dediyini anlayarsız. Savadlı qadınsız niyə hər şeyi dərindən düşünüb addım atmırsız? O sizi sınayır, danmıram sizi kobud sözdü amma elə kişi var ki, öz qadınını sınamaq üçün hər sözü hətta hər addımı atar. Həmən an çaşıb birdən zarafatca belə olsa acığa bu hərəkəti edirəm sözü əsla deməyin, həmən zaman sizə nə edər bir Allah bilər, sakit kişilərdən hər zaman qorxmaq lazımdı nəinki hay-küy salan kişidən.Boşanın sözü indi necədə adiləşib, o qədər asanddımı bir ailəni dağıtmaq? Deyək ki, boşandı bəs sonrası? yenədə evlənmək? Həyatda hər şeyin bir çarəsi vardı, sadəcə insanda ilk növbədə səbr daha sonra ağıl olmalıdı olacaqları yoluna qoymaq üçün. Dediyi sözlərdən qəlbiniz qırıla bilər, amma bir fikirləşin haçana qədər bu davam edər? Siz nə qədər geri addım atsazda heç zaman xoşbəxt ola bilmərsiz, çünki siz artıq beyninizə bir sözü yedizdirmisiz mən bunu sevməmişəm güclə gəlmişəm yorulmuşam mənə bu sözü deyib deyə ona arvad ola bilmərəm.... Əyər beyninizdə olan sözləri çıxartsaz əvəzinə mən bu insanı sevərəm xoşbəxt olaram desəz inanın xoşbəxt olarsız. Hər şey insanın özündən aslıdı. Qısqanırsa sizə dəyər verirsə demək artıq ailə sevgi əsasəndə qadınını tanımağa başlayıb bu ərəfələrdə sizin üzərinizə düşən ailəni toparlamaqdı. Əyər bacarsaz halaldı sizə yox əyər mız muz eləsəz bəhanələr axtarsaz demək siz bədbəxtçilik axtarışındasınız xoşbəxtlik axtarışında yox. Qadın o qadına deyərəm güclü hər şeyin üstəsindən gəlməyi bacaran əyilməyən dik duran qadındı, hər iştə tez yıxılan acizlikdi. Allah köməyiniz olsun.
20 noyabr 2016 21:46
# 19
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Turkan Abbasova
[quote=İnci]Hami deyir bosan ay basiniza donum bisanmaq asandir sonra nolacaq qardas qapazinda qalacaq da onda guya bunu sevib exizleyen olacaq men bisanmaginin teraftari deyilem evvel vapse pis imis indi biraz duzelib bir iki ile vapse duzelecek sen sadece sebr et o boyda eziyete dozmusen indi doze bilmeyeceysen?qizlar sizdende xahis edirem her kese bosan deye meslehet vermeyin guya hansimiz yaxsi gun goruruk ki hami da o bir balasina gore dozur da[/quote
Eynən sizin kimi düşünürəm bacım. Bundan sonra insallah Xoş günləriniz gələcək. Nə edək hərənin bir cür taleh yazısı var.dozmeliyik elə dözürük də. Kim güllük gulustanliq yaşayır ki. Hamımız bir cür cekirikde
20 noyabr 2016 20:11
# 18
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
14MsM
Her wey gormuwdum ewitmiwdim erin bele soz demeyin yox qisqanmaq hara bu soz hara ....

He bawliq tamam bawaq yazilan bawqa reytinqe gore gor nelere el atirsiz
20 noyabr 2016 00:45
# 17
canr
Ay baci Allah sene sebr versin.
19 noyabr 2016 15:21
# 16
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
evli.mutlu.cocuklu
Ay allahım belə ər olar? Əşi bacım vallh boşansan lap pis günə düçərsən səndə çalış sev onu dolanda məcbursan 1 uşağına görə dözdə nə edəsən düzdü çətindi qıraqdan asand görsənir ama çətindi
17 noyabr 2016 23:25
# 15
Fiorella
Bele aile olar?kisi yoldasina ele soz demez axi.kisi qadinina maragi olmadisa o eledikleri ailelik olmur gun kecirirler.yeni cog vaxt qadn dozub qaldgna gore
17 noyabr 2016 01:15
# 14
aziz a
Xeberin adi ne ici ne?
16 noyabr 2016 22:45
# 13
Qelbim doludu !!!!
sevgi qatarı
Cox qeribedir .Allab nehlet elesin bele kiwilere
16 noyabr 2016 19:46
# 12
...
leyli
Yoldawin pxisoloqun yanina getsin onun beyni normal dusuncelerde deyil. Amma mence bowanma
16 noyabr 2016 19:42
# 11
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
İnci
Hami deyir bosan ay basiniza donum bisanmaq asandir sonra nolacaq qardas qapazinda qalacaq da onda guya bunu sevib exizleyen olacaq men bisanmaginin teraftari deyilem evvel vapse pis imis indi biraz duzelib bir iki ile vapse duzelecek sen sadece sebr et o boyda eziyete dozmusen indi doze bilmeyeceysen?qizlar sizdende xahis edirem her kese bosan deye meslehet vermeyin guya hansimiz yaxsi gun goruruk ki hami da o bir balasina gore dozur da
16 noyabr 2016 14:01
# 10
Her gulusun arxasında bır keder vardır
Marta
Ele kisiden ne size yoldas olmaz ne de ovladiniza ata. Ovlad onnan ne terbiye alacaq?! Duzdur basqasina meslehet verib bosan demek asanddir. Ama ixtisasiniz da var ozunuz oz ayaqlarinizin ustunde dura bilersiz. Ilk evveller cetinlik olacaq sonra yaxsi ki ayrildim deyeceksiz. Bir defe gelirsiz heyata...
16 noyabr 2016 13:51
# 9
Немного терпения, и у тебя все получится..
YalniZ-ArZu
Yariya catmadan artiq bezdim oxumadim...bele neqativ,derdli mektublari oxumaga halim qalmayib artiq,oz problemlerim dag boydadir.

Hemde mektub artiq necenci defedir ki tekrar verilir.
16 noyabr 2016 13:10
# 8
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Cindrella
Ele en yaxsisi bosanmaqdir.
16 noyabr 2016 12:52
# 7
sona
Allah ozu komek olsun. ele pis oluram bele taleleri oxuyanda. Niye axi cox vaxti qadinar eziyet cekir. Bax yaziq ne qeder eziyet ceksede bowana bilmir uwagjna gore. Ne deyim valah Allah hec kime gosyermesin
Xeberi oxuyub qutarannan sora ele bjldimki fikirli oxumuwam cunku adi nawqa idi. Indi werhlere baxiramki problem mende olmuyub))
16 noyabr 2016 12:22
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Gülüş.
en yaxsisi bosanmaqdir bele er olmaz xeberin adi basqa ici basqa
16 noyabr 2016 11:40
# 5
duymecik
O bowanmag ucun behane axtarir,
16 noyabr 2016 10:45
# 4
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
qanadli melek
Xeberin adinin xeberle hec bir elaqesini tapa bilmedim..bele erlerin ucbatinan qadinlar pis yola dusur sonrada qinanan qadin olur erde arvada elemi deyer o ixtiyari ozu verir arvada seherde arvad nese edende hami qinayacaq .buna aile demek olmaz buna er kiwi demek olmaz kiwi olan wexs qadinina namusuna sahib cixmagi bacarar.bele erle yawamaqdansa bowanmaq en dogrusudu uwaqinada ozun namusla iwleyersen baxarsan
16 noyabr 2016 10:24
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Cixis yolunuz yalniz bosanmaqdir.Bunnan size aile olmaz
16 noyabr 2016 10:19
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
ne qeribe ehvalatdir
16 noyabr 2016 10:07
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz