Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın Rusiyada işləyən ərinə xəyanət etdi
Qadın Rusiyada işləyən ərinə xəyanət etdi
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 6221
Səs ver:
Bu əhvalatı mənə bir dostum danışdı. Azərbaycanda A. şəhərində baş verib.

O deyir:

'Onu hər dəfə eyvanda görəndə gözümü çəkə bilmirdim. Yaraşıqlı qadın idi. Onsuz da tay-tuşlarla binanın qabağında yığışanda heç birimizə yaxınlığı olmayan qadınlara bir qulp bağlayırıq.

Mən də gözümü çəkmirdim ondan. Hiss edirdim ki, o da mənə qarşı laqeyd deyil. Balkona çıxanda, paltar sərəndə, məhlənin qabağından ötəndə mənə baxır.

İki uşağı var. Yoldaşı Rusiyada işləyir, məhlə uşağıdır. Qızın qardaşını da, oğlanın qardaşını da tanıyıram. Çox ayıb bir iş gördüyümün fərqində idim, məni ürəkləndirən onun baxışları idi.

Doğrusu, çəkinirdim ona yaxınlıq etməyə. Bəlkə heç o mən deyən qadınlardan deyil. Bir binada yaşayırıq. Yaxınlaşıb nə deyəcəm? Birdən acılayar, söyər, biabır edər məni.

Nəhayət onunla görüşmək qərarına gəldim. Amma bilmirdim necə edim.

Ona görə də maşının üstünə 'satılır” lövhəsi vurdum, nömrəmi də yazdım. Düşündüm ki, məndən xoşu gəlirsə, mütləq zəng edəcək.

Elə də oldu. Həmin axşam zəng gəldi. O idi. Söhbətin necə, nə zaman yataq mövzusuna gəldiyini bilmədik. Gecəyə doğru birdən mesaj gəldi ki, səni istəyirəm. Doğrusu hər şeyin bu qədər tez alınacağını özüm də güman etmirdim.

Həmin gün heç cür görüşə bilməzdik. Uşaqlar evdə idi. Səhərə razılaşdıq.

Unudulmaz bir gün yaşadıq. Həyatım boyu bu qədər ehtiraslı qadın görməmişdim.

Artıq bir gündən bir məni istəyirdi. Evlərinin hər bir guşəsində sevişmişdik. Evlərində alınmayanda küçəyə çıxırdı. Bir gecə blokda sevişdik. Bir dəfə isə qaraja apardım, maşında sevişdik. Növbəti dəfə gizlicə maşınıma mindi (hamının bir-birini tanıdığı bu məntəqədə necə də riskli işdir) onu meşəyə apardım. Orda ağacların arasında çəmənlikdə sevişdik. Sonra binanın qabağındakı yarımçıq tikilidə sevişdik.

Hətta bir dəfə məndən uşağa qalacaqdı. Yamanca qorxuya düşmüşdü. Dərman aldım, həll etdik.

Ömrümdə onun qədər ehtiraslı qadın görməmişdim. Həyatımda heç vaxt bu qədər ehtirasla sevişməmişdim. Özümü pornofilmlərin qəhrəmanı kimi hiss edirdim. Onun mənə bağlılığını, hətta bir neçə dəqiqəlik seksual həzz üçün özünü bu qədər riskə atmasını başa düşə bilmirdim. Axı əri Rusiyada olsa da qardaşları, qaynı, qayınatası burda idi. Adına söz çıxsaydı, bir anda bütün rayona yayılacaqdı.

Bir dəfə iki gün görüşə bilmədik. Mən artıq onsuz dözə bilmirdim. O da eləcə. Binanın qabağında dayanmışdım. Bir də gördüm ki, birinci sinfə gedən oğlu blokun ağzında göründü, mağazaya tərəf yüyürdü. Dərhal yuxarı qalxdım. Qapını açdı. Ona sarıldım. İniltiylə yalnız bunu deyə bildi: 'Uşağı çörəyə göndərmişəm”.

Növbəti sevişmələrimizin sonunda ondan soruşdum ki, axı niyə belə edirsən? Ərin Rusiyaya çörək qazanmağa gedib. Arxayındır ki, arvadım sədaqətlə məni gözləyir. Sənsə ona xəyanət edirsən.

O isə mənə dedi ki, nə olsun çörək qazanmağa gedib, mənə çörək lazım deyil, kaş burda olaydı, mən də ona xəyanət etməzdim. Mən də insanam. Mən də seks istəyirəm. O gedəndən sonra neçə aydır kişi ilə olmurdum, xəstəliyə düşmüşdüm. O gedib Rusiyada rus qızları ilə kefini çəkir, bəs mən nə edim? Mən insan deyiləm? Elə bilirsiz qadınlar seks istəmirlər?

Mən ona nə deyəcəyimi bilmədim. Arada yaranan pauzanı siqaret yandırmaqla doldurmağa çalışdım.

İki həftə olar əri gəlib. Daha görüşə bilmirik.

İndi səndən soruşuram?

O qadın haqlıdırmı? O nə etməlidir? Nə qədər dözsün. Əri ildə gəlib bir ay qalır, yenidən çıxır gedir. Bəs onun da ehtiyacları var axı. Səncə o qadın fahişədir?”

Doğrusu, mən də bilmədim dostuma nə cavab verim. Əlac qalır məşhur filmdəki bəlağətlə sizdən soruşmağa: O qadın nədir?! Fahişəmi? Xəyanətkarmı? Yoxsa, elementar fiziki ehtiyacını ödəmək istəyən bir insanmı?


Şərhlər: 15
Baxılıb: 6221
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
melek_ayka
usaqlarina gore etmemeliydi.
4 avqust 2016 11:56
# 15
Gasimova97
Halaldı eri islesin bunu saxlasin buda keyfin gorsun exlaqsiz!
17 iyul 2016 16:51
# 14
Ekizlerin mamasi
Heıe suallara bax bir.her rusiyada eri isleyen bele xeateliye tutulsaydi milletimizin yaridan coxu.....neyse.barmaqlarima heyfim gelir yazmaga.cox duzgun serhler yaziıib onsuz
15 iyul 2016 08:34
# 13
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Gülüş.
mundar exlaqsiz insanlar
13 iyul 2016 08:09
# 12
KRALİCEM
Kisi isdiyirsen get erinin yaninada
12 iyul 2016 14:40
# 11
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
YalniZ-ArZu
Xeste ifrite...senin kimi exlaqsiz adinlarin ucbatinnan men qadin olduguma gore utaniram.Hele bunun qardawi,qayni,qaynatasi var bu hoqqalardan cixir,onlar da olmasa yeqin kucenin ortasinda yeyer bu qeleti.Bu gede de ozune weref bilire yaxin qonwunun arvadiynan bu cure exlaqsizlar edende.Neysee...cox soz deyerdim,ancaq eseblerim zaten korlanib bu gun,birde sizinkimi exlaqsizlara sinir olmayim bugun.Cehenneme qeder yolunuz var.
12 iyul 2016 13:31
# 10
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Fialka
Sitat: Tomris Müslümova

Belə qadınlar yıxıb yerə ağzına-ağzına o qədər çırpasanki..Əllədə yoxee ayaqla,dabanla..Şərəfsiz.Bunu öünü müdafiəsinə bax bir sən.


))) Sonda bu deyiminə güldüm ancaq bunlar iynə ucu qədər bir şey olardı həmin özünə bəraət qazandıran məxluqat üçün əslində özünü bilən üçün belə şərəfsiz məxluqatların cəzası başqadı)..
12 iyul 2016 12:33
# 9
Tomris Müslümova
Deyimdə mən, o qadın sadalananlardan birincisidir! Bəli.Buna heç cür haqq qazandırmaq olmaz.Kişi istəyirmiş.Buna qızmışlıq deyirlər bunu başqa adı yoxdur! Elə hər Rusiyada işliyən kişinin arvadı ərinə xəyanət eləsə nə olmuşdu day? Sözə baxda.Deyir-o gedir rus qızları ilə kehv edir mən burda kişisiz qalmışam! Neynəsin gedəndə sənində yanına zapaz bir kişi qoyub getməli idi? Kehv edir cəhənnəmə edir.Qadın mənliyi deyilən bir şey var.Əri şəhid olub 19 yaşınnan dul qalan qadınlar var, boşanıb gənc yaşınnan ərsiz qalıb ölənə kimi namusu ilə başsız qalan qadınlar var.Onlar nəcəb sən tutulan "xəstəliyə" tutulmuyublar sən yoluxası oldun? Mən deyirəmdə indi gəlinlər yol qırağında duranları keçiblər.Ər işə gedən kimi telefonu əllərinə alırlar bu nədi çat,bu nədi facebook...
Belə qadınlar yıxıb yerə ağzına-ağzına o qədər çırpasanki..Əllədə yoxee ayaqla,dabanla..Şərəfsiz.Bunu öünü müdafiəsinə bax bir sən.
12 iyul 2016 11:49
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
yarpaq33
O evde onun uwaqlari yawayir bu pozgun ise evin her yerinde kiwiyle min hoqqadan cixir bunun bawqa adi yoxdu het bir insan adini namusunu ozu ucun saxlayir eri ucun yox
Erim gozumun onunde bele mene xeyanet etse men namusumu hec neye deyiwmerem
12 iyul 2016 11:33
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
bir.g
Bes o qadin senin qucagindan cixib nece erinin qucagina gire bilir.
12 iyul 2016 07:36
# 6
vipbetul
o qadin hec bir sey deyil kuce qadini deyib kecek
12 iyul 2016 01:55
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Bele hadiseler tez-tez olur düzdü.erleri (bezileri)qazanc adi ile rus qızlarnın yanına qaçırlar.kişilerin çoxu beledi.ama bezi vaxtlarda kilierin xeyanetini qınamaq olmur.çünkü ele kişiler ve ya qadınlar var ki onların xeyaneti ve ya onlara edilen xeyanet öxlerinden aslııdır.(mes.Baxımsızlıq.heyat yoldaşına soyuqqanlıq,isteksizlik,ve.s xehanete sebeb ola biler.ama bu o demek deyil ki qadın bele hallarda erine xeyanet etmelidir?!...qadın nefsine qalib gelmeli ,namusunu 5 deiqqelik hevese göre itirmleli deyil.çoxlarnın erleri uzaqdadı ...onda onlar sraZı özlerine kişi tapıb,çemenlikde,binalarda,Qarajda,Mewede ,(ve.s)başqa kişi ile bu cür iryenc hereketlet etsin.Bir deki o qadını tanısaydım bir sual vererdim?!.."Eyer heqiqeten erin 1 ilde bir defe gelir ve 1 ay qalır qedirse...ve sen onun rus aızları ile ne iwle mewqul olduqlarnı bilirsense onda niye erinden boşanmaadın?ve ya bunu erine bildirmedin?axı sende bir qadınsan...ve xeyanet etmekden boşanmaq ve ya erine bilditmek daha yaxlı deyilmi?!..axı iki uşaq anasısan o uwaqların qeleceyi var?!..."bax bu sualı vererdin.cavabnı ise qercekten merak etdim.
12 iyul 2016 00:52
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
BARBI
Sadece dehsetdi. Bu veziyyeti erine anlatsin. Bele olmaz
11 iyul 2016 23:47
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Men bele qadinlara dehwete gelirem hansi ureyin yiyesidi bunlar?qorxmurlarmi?olacaqlari duwunmurlermi?5deqiqelik heves ucun heyatini aileni bu qeder riske atmaga deyermiki.qadinda insandi nese isteye biler ama qadin qadindi ozunu cilovlamagi nefsine qalib gelmeyi bacarmalidi.heledeki seks bir ehtiyac deyil cunki onsuzda yawamaq olur.goresen indi neter baxir erinin uzune ona neter toxunur ya eri ona yaxinlawanda hec vicdan ezabi cekirmi
11 iyul 2016 23:24
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Barbaris
Köpəy oğlunun seksi nece evi yixir insanlari pis yola çəkir xəyanətə vadar edir... xeyanet edib əlbəttə erine olmasada uşaqlarına! 2 uwaq anasidir nece bawqa birini gozu gore biler..Allah cezavi verecek her ikisinin her ikisinindr gunahi var cavan oglansan olsunda eri rusiyada harda olsada xeyanetdir..2 uwaqa yaziq 5 deqiqelik hevese gore neyse....
11 iyul 2016 23:07
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz