Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Gecələr olur ki, ürəyim istəyir, amma ona xəyanət etmirəm"
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 7894
Səs ver:
6 ildir evli kişi ilə dini nikahla yaşayıram, onun ikinci həyat yoldaşıyam. Yoldaşım sürücüdür. Az-çox qazandığını iki ailəsi arasında bölür. Narazılığım yoxdu. Amma mənə çox az zaman ayırır. Bu il bir övladım da dünyaya gəlib. Bədbəxt deyiləm, amma sevdiyini paylaşmaq çətindir. İstərdim o, tək mənim olsun. Amma ailəsini də dağıtmaram", - deyir 27 yaşlı İlahə Nəbiyeva. Başına gələnləri İlahə ilk dəfə 17 yaşında ailə qurub. Daha doğrusu, sevdiyi oğlana qoşulub qaçıb. Bir ildən sonra isə əri İlahəni tərk edib. Valideynlərinin üzünə baxa bilmədiyi üçün doğulduğu rayona yox, Bakıya gəlib və kafelərin birində ofisiant kimi çalışmağa başlayıb. Elə Rəşadla da kafedə tanış olub. Rəşad evli və iki övladı olduğunu ondan gizlətməyib. Kirayə ev tutaraq, kəbin kəsdirərək onunla yaşamağa başlayıb.

İlahə deyir ki, Rəşada heç vaxt xəyanət etməyib: "Bəzi gecələr olur ki, özümü tənha hiss edirəm. Mən də istərdim normal ailəm olsun. Amma neyniyim, Allah mənə belə qismət yazıb".

Müasir dövrdə texnoloji yeniliklər və sosial şəbəkələrin həyatımızın bir parçasına çevrilməsi insanların bir-birilə ünsiyyət və münasibət qurmasını daha da asanlaşdırıb. Bunun nəticəsi kimi evli ola-ola sevgilisi olan insanların sayında kəskin şəkildə artımlar müşahidə olunmağa başlayıb. Bəs evli kişi ilə yasaq münasibət yaşamağın çətinlikləri və sıxıntıları nələrdir? Ailəli kişilərlə birlikdə olan qadınlar hansı hissləri keçirirlər?

Bu tip qadınların davranışının altında bir neçə səbəb yatır ki, bunlar da özlüyündə qadını evli kişi ilə münasibət qurmağa sövq edir. Bu səbəblərə sevgi, pul, məcburiyyət, seks istəyi və gücü aid etmək olar.

Mütəxəssislərin fikrincə, evli kişi ilə birlikdə olan qadınların həyatında kədər, üzüntü, yalanlar, qısqanclıqlar, dava-dalaşlar əskik olmur. Bunun səbəbi isə kişinin sevgilisi ilə münasibətini həyat yoldaşından boşanmadan davam etdirməyə çalışmasıdır.

Psixoloq Rövşən Hümbətovun sözlərinə görə, evli kişi ilə münasibət quran qadın ilk növbədə özünə bu sualları verməlidir - "Bu adam yoldaşına yalan danışıb mənimlə birlikdə olursa, demək, nə vaxtsa mənə də yalan söyləmə ehtimalı var. Yox, əgər yoldaşını sevmirsə və ona görə mənimlə birlikdədirsə, o zaman nəyə görə ondan ayrılıb, rahat şəkildə mənimlə münasibət qurmur?". Psixoloq deyir ki, Azərbaycan cəmiyyətində əsasən evli kişi ilə birlikdə olan qadınları günahlandırıb, qınaq obyektinə çevirirlər: "Amma həqiqət kişinin evli olmasıdır, yəni ailəli olan və yoldaşına sadiq qalacağına söz verən tərəf kişidir. Evli kişi ilə birlikdə olan qadının isə digər qadına qarşı heç bir məsuliyyəti yoxdur. Bunu yalnız kişilərə aid olan bir vəziyyət kimi dəyərləndirmək də düzgün olmaz. Evli qadınla birlikdə olan kişilərdə də vəziyyət eyni cürdür. Yəni evli biri ilə münasibətə girənin kişi və ya qadın olması vəziyyəti dəyişmir".

Bəs evli kişilərlə qadınların münasibəti necə başlayır?

Psixoanaliz nəzəriyyəsinə görə, atası tərəfindən tərk edilmiş, özgüvən əskikliyi ilə böyümüş qadınlar özlərini təsdiq etmək, digər qadınlardan daha üstün olduqlarını özlərinə sübut etmək üçün bu yola əl ata bilirlər. Yəni başqa qadına aid olan kişini əldə edərək, özgüvənlərini bərpa etmiş olurlar: "Psixoanalitik yanaşmaya görə, bunun əsas səbəbi evli kişi ilə birlikdə olmaqla, uşaqlığında atası tərəfindən aldadılmış olan anasının şüuraltı intiqamını almaq hissinin önə çıxmasıdır. Ancaq bu faza insan beyninin dərinliklərində (təhtəlşüurda) olduğundan bu vəziyyəti asanlıqla anlayıb, dərk etmək mümkün deyil. Ancaq yalnız ata obrazının əskikliyi ilə bu cür yasaq münasibətləri tam izah etmək də mümkün deyildir. Bildiyimiz kimi, əlçatmaz görünən və bizdə olmayan şeyləri gözümüzdə ideallaşdırıb, onları əldə etməyə can atırıq. Evli kişilər bu səbəbdən cazibədar və əlçatmaz sandığı qadınlarla münasibət qurmağa və sevgili olmağa çalışırlar".

Psixoloq bildirir ki, qadının həyatda yalnız olması və iqtisadi çətinlikləri, özünü dəyərli hiss etmək istəməsi, eyni anda bir neçəsi ilə münasibət yaşaya biləcəyini düşünməsi, ata fiqurunun uşaqlıqdan bəri çatışmazlığı və s. bu kimi səbəblər qadınların evli kişilərə yönəlməsində vacib rol oynayır: "Xəyanət edən kişinin vəziyyəti isə burada qadından daha ağır olur çox zaman. Adam evli olduğu üçün gecələri telefonla rahat danışa bilmir, ətrafdan görən ola bilər qorxusu ilə nə yoldaşı, nə də sevgilisi ilə ictimai yerlərdə gəzməyə və ya istirahətə gedə bilmir, bir sözlə, yaşamına istəməyərək də olsa, sərhədlər qoyur. Daim gizlənməyə çalışır və buna görə hər iki tərəfə yalanlar söyləməyə məcbur olur. Münasibətdə olduğu qadın kişinin evli olduğunu bilirsə, bir müddət sonra ondan boşanmasını və açıq şəkildə birlikdə olmalarını tələb edir. Amma kişi ailəsini dağıtmaq istəmədiyindən hər dəfə yalanlarla sevgilisini aldadır və müxtəlif bəhanələr gətirir. "Ayrılsam, karyeram bitər", "ev problemi yaşayaram", "onsuz da yoldaşımı sevmirəm, ayrı otaqlarda yatırıq", "uşaqlara görə bu vəziyyətə dözürəm" kimi bəhanələrlə vəziyyətdən çıxmağa çalışır. Hər dəfə yeni bəhanələr və yalanlarla zaman qazanmağa çalışır".

Statistika da göstərir ki, əgər evli kişi başqası ilə münasibətə başladığı müddətdən 12 ay ərzində yoldaşından ayrılmırsa, 90% göstərici ilə sonrakı illərdə də boşanmır. Çünki asılı insan nə yoldaşından, nə də sevgilisindən ayrılmaq istəyir. Onun əsas məqsədi hər iki tərəfi balanslı şəkildə idarə etməkdir. lent.az


Şərhlər: 10
Baxılıb: 7894
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
SonSuz SeVGi
Subay öz yawina gore birini tapmiyib gedib evli kiwiyle evlenib daha ne deyim... heç düzgün hereket deyil bu normal bir aile heyati qurardin ve bele çaresiz veziyyetede duwmezdin

Senin erimi yo sen camaatin erini elinden alib onla aile qurmusan
27 iyun 2016 00:27
# 10
vipbetul
gedib dedesi evinde qalmiyib sefeh yollari nege usdun tuturlari namuslu heyatdan
25 iyun 2016 22:52
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ekizlerin mamasi
Bu ailelik deyile.dagdan gelib bagdakin qovur meseli yadima dusdu lap.soradan gelib hele bir paylasmagda istemir,saglam dusuncede olan biri bele hereket etmez.ailesinin uzune baxa bilmiyecek deye kiminse ailesin dagitmalidi?
25 iyun 2016 19:43
# 8
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Gultekin.A
Nece insanlar var.camatin uwaqinin qazancin alir yeyir hele deyir doze bilmirem paylasiram onu.neyse buna gore eseblesmeye deymez.zaten qizlar yazib lazimi olanlari.burda birincu gunahkar kiwini gorurem ama.qadin mecbur elemeyib kiwiniki gel saxla meni.kiwinin isteyi olub
Wofersen ay bedbaxt ged woferliyini elede hansi gunune gore 2arvad saxlayirsan.1denede dini kagizi alib elineki 2ci arvadiyam.Allah cezasin versin bele kiwilerinde qadinlarinda.eseblesirem bele weyler oxuyanda ,esidende
25 iyun 2016 19:32
# 7
..
YalniZ-ArZu
Heyifler olsun ki,halal ailesini qoyub onun bunun artigiynan yatan kiwilerimiz az deyil.En cox da mene bele kiwilerin qazanclarini,oz uwaqlarinin agzinnan bogazinnan kesib,qururu,menliyi olmayan bir qadina yedizdirmeyidi.Menim bir qiz sinif yoldawim var,onun atasi iki arvad saxlayirdi.Hemiwe fikir verirdim o qizdan daniwanda kimse,onu "dedesinin iki arvadi olan qiz"kimi tanitdirirdilar.O qizin bacisini ise "evli kiwiyle yatan qadinin qizi" kimi.Ve tebii ki,ikinci qizin exlaqi da anasinin exlaqi kimi wuphe altinda qalirdi.
25 iyun 2016 19:02
# 6
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Acigi deyim xanimi qinadim. Dogru dusuncede deyil. Kiminse ailesini dagidir. Onnan heyat olmaz
25 iyun 2016 17:53
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Yo normal düşüncə deyil.Belələrini oki var qınaq obyektinə çevirmək lazımdır ki,uşaq yaşından ər üçün bərk tələsən qızlara dərs olsun.
Qəşəy rahatcada danışır ki,sevdiyini paylaşmaq çətindir.Uzaq başı səni saxlıyar 1 il 5 il.Sonra? Hərə öz yoluna...Bir para camaatın ailəsinə qan qaraçılıq salan parazitsən! Deyir milçək bir şey deyil sadəcə ürək bulandırır.İraq milçəkdən bu qadın o milçək kimi bir şeydir.Bəxtin başından bulanıbsa barı səhvini düzət.Səhvinin üstünə 10 qat səhv mindirmə.Çox səhv addım,çox səhv təfəkkür! Belə yaşayış olmaz qadın gələk özünə hörmət qoya.
25 iyun 2016 17:45
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Barbaris
Hec vaxt razi olmaram tupurerem o kiwini sifetine.. Allah iraq etsin menden dozulmez hereket olar
25 iyun 2016 17:14
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Antikvar
Əsəbləşdim oxuyarkən! Hətta istər o ikinci qadını birdə o kişi əlimdən gəldiyi qədər döyüm rahatlayım) Qələt edir o kişi hər iki tərəfidə balanslı şəkildə saxlamağı arzu etsin, tüpürərəm elə kişiyə Allah iraq etsin məndən əlavə hansısa qadına baxsın! Evindəki xoşbəxtliyin bir qramınıda görməyəcək şəklə gələcək, əyər mən ömrümü ailəmə həsr edirəmsə əziyyət çəkirəmsə demək oda həmən qarşılığı qat qat ödəməlidi. Etməyəcəyini bilirəm elə bir söz verib ki , mənə elə kəlmələr deyib ki, şəxsən o sözlərinə görə çox inanıram ona, amma heç vaxt özünə bildirmirəm bu dərəcədə çox inandığımı.
Amma belə kişilərdə çoxdu həyatda, arvadları evdə ola ola gedib başqa arvadlarnan kef çəkirlər yaşayırlar, eşitdiyim zaman əsəbləşirəm deyinə - deyinə yoldaşıma deyirəm)) Belələrindən yazsam səhifədə yer qalmaz elə namussuzları, vicdansızları Allaha həvalə edək!
25 iyun 2016 17:06
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Kölge
Allah gostermesin.........
25 iyun 2016 17:00
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz