Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nişanlım əvvəl bakirəliyimi pozdu, sonra dedi ki, səni almayacağam
Nişanlım əvvəl bakirəliyimi pozdu, sonra dedi ki, səni almayacağam
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 6550
Səs ver:
Şahanənin (ad şərtidir-red.) 19 yaşı var. Dediyinə görə, bölgələrdən birindən Bakıya oxumağa gəlib. Ancaq tələbə adını qazanmamışdan əvvəl ailəsinin razılığı ilə özündən 14 yaş böyük uzaq qohumuyla nişanlanıb:

"Nişanlananda 17 yaşım vardı. Oğlan isə 31 yaşındaydı. Üzünü 2-3 dəfə toyda, məclisdə görmüşdüm, başqa heç bir tanışlığımız yox idi. Günlərin birində məlum oldu ki, ailəsi bizə elçi gəlmək istəyir. Gəldilər, ailələr danışdı və mənim razılığım olmadan "hə" cavabı verildi. Sonradan anama dedim ki, mən onu sevmirəm, tanımıram. Həm də oxumaq istəyirəm. Mənə dedi ki, əgər atan belə danışdığını bilsə, səni öldürər".

Şahanə deyir ki, ilk aylar nişanlısı ilə həftədə 1-2 dəfə telefonla danışırmış. Ancaq sonradan oğlan və ailəsi Şəhanənin ailəsindən xahiş edib ki, onların bir yerdə harasa getmələrinə icazə versinlər:

"Əvvəlcə razılıq olmadı, sonra nişanlımım bacısının iştirakıyla bir-iki dəfə çıxıb rayon mərkəzini gəzdik. Bir müddət sonra bu qadağa tamamilə aradan götürüldü. Nişanlım gəlib məni maşınıyla götürürdü, gedib gəzirdik. Günlərin birində gəzməkdən qayıdanda məni evlərinə aparmaq istədiyini dedi. Etiraz elədim, amma xeyri olmadı. Dedi ki, narahat olma, hamı evdədir, əvvəlcədən xəbər vermişəm. Rayon yerində belə adət yoxdur axı. Ona görə bir az utanırdım".

Qəhrəmanım deyir ki, nişanlısının evinə gələndə nəyin baş verə biləcəyini təxmin etdiyindən qaçmaq istəyib. Amma mümkün olmayıb:

"Biz həyətə girəndə gördüm ki, evdə heç kim yoxdur. Geri qayıtmaq istəyəndə gülümsədi və qolumdan tutub içəri gətirdi. Qışqırıb özümü biabır eləmək istəmirdim. Ancaq gərək qışqıraydım. Bəlkə də kimsə səsimi eşidib gələrdi".

Şahanə deyir ki, nişanlısından aralarında heç nəyin olmamasını xahiş edib və o da razılaşıb:

"Əvvəlcə razılaşmışdı. Amma sonra qəfil məni qucağına alıb yataq otağına apardı. Sonra nə baş verdiyini dəqiq xatırlamıram. Bircə o yadımdadır ki, öpüşmək istəyəndə üzümü gizlətdiyim üçün bir sillə vurdu. Sonra isə hər şey gec idi...".

Şahanə deyir ki, hadisədən bir neçə gün sonra oğlan ona zəng vuraraq nişanı qaytaracağını deyib:

"Mənə dedi ki, səninlə ailə qurmaq fikrim yoxdur. Deyə bilmədiyim qeyri-etik sözlər deyirdi. Aramızda baş verənləri əxlaqsızlıq kimi qələmə verirdi. Deyirdi ki, ailənə de xasiyyətlərimiz uyğun gəlmir, yoxsa səni biabır edəcəyəm. Mənim də deyəcək sözüm yox idi və beləcə uzun söz-söhbətlərdən sonra biz ayrıldıq. Hazırda Bakıda tələbəyəm. Ailə qurmaq fikrim yoxdur. Kimsə məni bu cür qəbul etsə, bəlkə ailə quraram. Amma hansısa formada kimisə aldadıb ərə getmək istəmirəm".


Şərhlər: 12
Baxılıb: 6550
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Qiz gerek acib deyerdi her seyi.niyeki qeyretsiz oglan el qolunu sallaya sallaya gezmelidi
23 iyun 2016 21:19
# 12
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
HAPPY_EYES
yaziq qiz ALLAH ozu komek olsun oqlaninda belasin verer insallah
23 iyun 2016 16:06
# 11
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
savior angel
nc nc Allah bele weylerden qorusun hamini.bele eclafliq olmazda axi hansi zemanediki indi qizin raziligi olmadan ere verirler..
23 iyun 2016 15:22
# 10
I choose to be happy
Tomris Müslümova
Buna bənzər hadisə eşitmişəm.Özüdə burda bir userimiz danışmışdı mənə.Allah özü qorusun bizi belə insanlardan.Qızın ər evinə tər təmiz getməsi hər adamın başı üçün deyil.İstər qız üçün istər nəfsinə hakim ola bilməyən oğlan üçün.
23 iyun 2016 10:21
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aziz a
Allahim sen ozun qoru
22 iyun 2016 22:17
# 8
Qelbim doludu !!!!
Wirin Meleyim
Tuprum o kiwn olmayan qyretine
22 iyun 2016 19:47
# 7
Imza aysu agazade
Efsuw2016
Temiz exlaqsizliqdi bes lazimi orqanlara niye wikayet etmeyibki men qizin valideyinlerinde de taxsir gorem qizlarinin raziliqi oladan ozunden 11yas boyuk oglana cerende neticesi belede olmalidi ortada sevgi yoxdu aile qurubda ata bilerdi bele eclaflar yer uzunde coxdu
22 iyun 2016 19:42
# 6
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Onun_Mələyi
ailesi niye wikayet etmeib ki ??ele wey olarr!!??yaziqim qeldi qiza cunki mende niwanliyam...bele weylerin baw vermemesi ucun men hec acix sohpet etmirem.cox daniwmiram...cox pis oldum valla ne deyim?allah ele oqlanlarin belasini versin
22 iyun 2016 14:01
# 5
Bir duam var,səndən amin gözləyirdua09123
BARBI
Serefsiz kisidir. Bir de bele insanla nisanlanmisiz .
22 iyun 2016 14:01
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
bes aile hardadir gerek ailen wikayet ederdi qanun var qayda var
22 iyun 2016 13:47
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
ALlah uzaq elesin Allah ele serefsizlerin qabaqina cixarsun oz hereketlerini maraqlisi ise ailesi deyesen bilmiyib qizlarina edilen bu hereketi
22 iyun 2016 13:35
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Bele wey olar bes bu qizin valideyinleri hara baxirdi niye wikayet etmeyibler? Qizi bir bez parcasi kimi iwledib atib buna dozmek olmaz
22 iyun 2016 13:25
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz