Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nə olsun, hamiləyəm, yataqda ürəyim ərimi istəyir
Nə olsun, hamiləyəm, yataqda ürəyim ərimi istəyir
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 4908
Səs ver:
Ailə həyatının möhkəmlənməsi üçün cinsi əlaqə çox lazımdır. Hamiləlik isə ailə həyatında ən vacib məqamdır,bu zaman qadınların əhval-ruhiyyəsində,fiziki hərəkətlərində çox dəyişikliklər olur.Bütün bunları kişilər asanlıqla qəbul etmir.9 ay ərzində cütlər bir-birlərini yenidən tanımağa başlayır.Cinsi əlaqə problemlərin həllində əsas rol oynayır.Əgər atalar cinsi əlaqədən qorxullarsa həkimə müraciət etmək lazımdır.
Hamiləlik dövründə yalnız bir neçə halda seksin təhlükəsi olar:
• Uşağın düşmə təhlükəsi varsa və siz əvvəl də tez-tez uşaq salmısınızsa;
• Cift möhkəm deyilsə, ya ciftin yerləşməsində problem varsa;
• Çoxdöllü hamiləlik zamanı;
• Sizdə, ya yoldaşınızda cinsi orqanlarda infeksiya varsa (bir daha xatirladaq ki, bu məsələ hamiləliyə qədər həll olunmalıdır, hər iki valideyn həkimə müraciət etməli, xəstəliyi olub-olmadığını müəyyənləşdirməli, müalicə olunmalıdır, yalnız bundan sonra hamiləlik barədə düşünmək məsləhətdir).

Cinsi əlaqənin gələcək körpəyə zərəri yoxdur ki?
Yox. Uşaqlığın qalın əzələli divarları, eləcə də başqa orqanlar dölü qoruyur.
Düzdür, orqazmdan sonra dölün tərpəndiyini güman edə bilərsiniz, ancaq gümanınıza səbəb uşaqlığın yığılmasıdır. Gələcək körpənizi incitmədiyinizə əmin ola bilərsiniz. Onun heçnədən xəbəri yoxdur!

Bəs orqazm doğuşu tezləşdirmirki?
Uşaqlıq doğuşa hazır deyilsə və döl yetişməyibsə, uşaqlığın yığılmasının zərəri yoxdur. Amma əgər doğuşa çox az qalıbsa, orqazm doğuşun başlamasına təkan verə bilər. Yəni seks sancıları "gətirə” bilər.

Hamiləlik dövründə qadının seksə marağı azalır?
Bu suala bir sözlə cavab vermək mümkün deyil. Bəzi hamilələrin, əksinə seksə marağı əvvəlkindən çox olur. Bu halda cütlük hamiləlik dövrünü cinsi münasibətlərin ən gözəl dövrü kimi xatırlaya bilər. Amma bəzi hamilələrdə cinsi əlaqəyə maraq azalır, ya da tamam olür.
Çox vaxt hamiləliyin ilk 3 ayında seksə maraq azalır (xüsusilə ilk dəfə hamilə olan qadınlarda belə olur). Buna səbəb, hamiləliklə bağlı narahatlıq, qorxu, eyni zamanda toksikoz, yorğunluq, süd vəzilərinin kobudlaşması, hormonal dəyişiklik nəticəsində emosional vəziyyətin dəyişkənliyidir.
İkinci 3 ay ərzində seksə maraq adətən bərpa olunur. Hamilənin bədənində qan dövranı gücləndiyindən uşaqlıq yolunda sekresiya artır. Bu da eroqen yerlərdə hissiyyatın güclənməsinə, qadının orqazm qabiliyyətinin artmasına səbəb olur. Statistika göstərir ki, qadınların çoxu orqazmın nə olduğunu məhz hamiləliyin ikinci rübündə anlayırlar. Odur ki. fürsəti əldən verməyin.
Son 3 ayda yenidən problem yarana bilər. Qarınları böyüyən qadınlar çox vaxt çəkinir, özlərini cazibədar hesab etmirlər. Bəzilərində yenidən toksikoz başlayır.

Həyat yoldaşınızın cinsi istəkləri...
Hər şey tərəflərin özündən-xüsusiyyətindən asılıdır. Sevdiyi qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə dəyişəcək—ata olacaq. Odur ki, yoldaşınızın seksə marağının azalması sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamiləliyin normal keçməsi onu da maraqlandırır və bəzən kişilər də gələcək körpələrini incitməkdən çəkinirlər.
Hər bir kişi, açıq deməsə də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da seksə təsir göstərir.
Həm də bilin ki, qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə və yeni əhvalına daha çətinliklə alışır.

Seksin mənası sadəcə təbii artım yox,həm də partnyora qarşı diqqət,nəvaziş və sevginin göstəricisidir. Bir şeyi bilmək zəruridir; hamiləlik zamanı xüsusilə vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Özünüzə çox əziyyət verməyin. Hamiləlik dövründə seks çox da vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin yolu çoxdur!

İlk 3 Ayda
Hamiləliyin ilk 3 ayı, cütlər üçün ən çətin və ən uzun dövrdür. Mədə bulantısı və böyüməyə başlayan sinələrinizdəki ağrıdan ötəri özünüzü çox vaxt pis hiss edə bilər və cinsi istəksizlik duya bilərsiniz. Bu vəziyyətdə yoldaşınıza bir az səbrli olmasını və sizi anlamasını söyləməlisiniz.

3-7 ay arası
Hamilə olduğunuzu artıq qəbul etmiş və bununla yaşamağı öyrənmisiniz. Bu dövrdə cinsi arzularınız geri gəlmişdir. Bu dövr bir çox qadın üçün ən güclü orgazmların yaşandığı dövrdür. Qan təzyiqinizdəki artım, hormonal sekresiyalarınız cinsi istəklərinizi qamçılayacaq. Vaginal mayeniz artdığından kiçik ağrı duymadən əlaqəyə girə bilərsiniz. Hələ körpəniz səbəbindən də qarınınız çox çox böyümədiyi üçün istədiyiniz mövqedə sevişə bilərsiniz.

7. aydan sonrası
Qarınınız gedərək böyüdüyü üçün hər mövqedə cinsi əlaqəyə girə bilməzsiniz. Bu dövrdə daha çox yan yataraq sevişməyi təcrübənin.Yoldaşınızın qarınınızın üstünə çox çox basdırmamasına diqqət yetirin. Zatən hər mövqedə yata bilməmək, gün keçdikcə körpəniz üçün narahatlıq və ağırlaşan bədəninizi zorla hərəkət etdirmək cinsi istəklərinizi özbaşına yatıracaq. Bu vəziyyətdə ön sevişməyi uzun tutmalı və bir-birinizi uzun müddət oxşamalısınız.

Diqqət, bilməniz lazım olan nöqtələr:

*Hamiləlikdə cinsi bərabərlik əsnasında gigiyenaya normalda olduğundan daha çox diqqət yetirməlisiniz.
*Cinsi əlaqənizin sıxlığını bu dövrdə bir az azaldın. Məsələn yeni bir əlaqə üçün əvvəlki əlaqənizin üzərindən 24 saat keçməsinə diqqət yetirin.
*Körpənizə zərər verməmək üçün daha çox sizin üstdə olduğunuz mövqeləri seçin.
Ancaq qarınınız böyüdükcə əlbəttə ki bir az daha diqqətli olmalısınız.
*Hamiləyiksə cinsi əlaqəyə "yox" deməməliyik.Əksinə yeni kəşflər etməliyik.Sizləri maraqlandıran mövzulara və suallara aydınlıq gətirək.

Uşaqlar valideynlərinin cinsi əlaqəylə məşğul olduqlarını hiss edirlərmi?
Bu onlara təhlükəli deyilmi?
Uşağı matka pərdəsi qoruyur(o yetərincə qalındır).Uşaq heç nə hiss etmir.Hətta cinsi əlaqədən sonra orqazmda hərəkət hiss edirsinizsə,bu o demək deyilki,uşağa pisdir.Ya da o,nə baş verdiyini anlayır.Uşaqçün anasının ehtirasa gəlməsi çox önəmlidir.Bunun nəticəsində uşaq daha çox oksigen və qidalandırıcı maddələr qəbul edir.

Hansı poza təhlükəlidir?
Normal keçən hamiləlikdə demək olar ki,heç bir seks pozası təhlükəli deyil.Əsas gələcək ananın rahatlığıdır.Qarına yük düşməməsinə diqqət edilməlidir.Çox fiziki gücə yol verilməməlidir.

Cinsi istək azalırmı?
Qadınlarda adətən azalmır.Əgər azalırsa bu orqanizmin gücündən və uşağa ziyan vermək qorxusundan ola bilər.

Nə vaxt cinsi əlaqə olmaz?
Əgər hamiləlikdə problem varsa (qanaxma,düşmə ehtimalı və s.) ,ya kişidə hər hansı mikrob varsa cinsi əlaqə olmaz.Hər ehtimala qarşı həkim məsləhəti olmalıdır.Aybaşı olacağınız günlərdə olmaz-belə hallarda düşmə ehtimalı olur.


Şərhlər: 5
Baxılıb: 4908
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gultekin.A
Fikirimdeki suallara cavan tapdim.mendede azalib.ama bilmirem hansi ayina qeder olacaq.hele 12 heftedi
13 iyun 2016 01:00
# 5
..
Ekizlerin mamasi
Yazilanlar duzdu,evvel isteksizlik olur,ama qaydasinda her seyin oz yeri var
13 iyun 2016 00:56
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Barbaris
meumatim var idi 2 3 aya kimi istemir insan nese birde 9 cu aya girende bir teher oldum istemedim hem de uwaqa gore
13 iyun 2016 00:14
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Miss_Oxatan
Sona kimi diqqetle oxudum.butun hamile qadinlar bu nuanslarin hamisini bilmelidir ki,sonra bir problem olanda neden oldu deye tekere duwmesinler.bilgi yaxwidir.onsuzda tehluke oldu ya olmadi ilk uc ayi hekim qadaga edir cinsi heyati.sonra uzi de ve diger yoxlamalarda bilirler tehluke yoxdursa qadaga goturulur.men ilk uc ayi umumiyyetle yoldawimi evde bele gormek istemirdim,deyirdim birce cixsaydi evden.hetta oturub o qeder agliyirdim deyirdim yeni men birde onu istemeyecem?men istemediyim insanla nece omur boyu yawayacam.onun etdiyi her hereket,dediyi her soz meni qiciqlandirirdi,eseblewirdim.hekime deyirdim,deyirdi kececek uzagi 13cu hefteye kimidir bir az doz.ama bilirdim axi ona da tesir edir,pis olur.ama yene de yaxin gede bilmirdim,daniwmirdim,sual verse pis cavab verirdim.deyirdim niye cixmirsan cole bayira?eslinde normalda cox qisqancam,5deqiqe gecikse gununu qara edirem.o da hemiwe deyinirdi ki,bele olmaz,men beyem neynirem ne bilim ne.o 3ayda bu deyiwimimi gorub inana bilmirdi.onda da deyirdim nedi esl istediyin kimi olmuwam da hemiwe deyinirdin gecikende zeng vuranda)))wukur duzeldim 13hefteden sonra.indi deyirem siz kiwileri anlamaq olmur.normalda gecikende ya nese bir sebeb olanda sorgu sual edirikse deyirsiz bu qeder qisqancliq olmaz.ama o 3ayda esl istediyin kimi xasiyyetdeydim,hardasan neynirsen maraqlanmirdim.tel.de de sesine tahammul ede bilmirdim Vallah.zengini gorende ele eseblewirdim deyirdim neye zeng vurur.ele de olanda bir cur sifet edirdi ki,men sene maraqli deyilem,gece gelmesemde soruwmarsan.hemiweki vaxtda eve gelmeyende narahat olmursan belke bawima nese gelib deye axtarmirsan.adeten uzagi 5de olur evde.sen deme nece defe iwden gelib oturub bir saatda heyetde belke narahat olub zeng vuram bu harda qaldi mende soruwmamiwam ))))sonradan daniwirdi her weyi.o 3ay ikimizi de bir cur depresyona salmiwdi.wukurler olsun kecdi o gunler ve bawqa tibbi baximdan da hec bir qadagan olasi problemimiz yoxdur.ama 13-14hefteden sonraki men duzeldim o neqativ hissler kecdi sanki yeni evlenmiw kimi idik,ya da illerdir ayriymiwiq kimi.her wey cox yaxwi oldu.InwAllah son aylarda o elametler birde qayitmaz.cunki deyirler bezi qadinlar son bir,iki ayda yene ele olur iraq olsun))en cox yoldawima gore istemirem.
12 iyun 2016 23:54
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
yarpaq33
Hamilelikde cinsi elaqeye mehdudiyyet qoymaq lazimdir
12 iyun 2016 20:59
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz