Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu sevgi hekayəsini dinləmək ürək tələb edir - FOTOLAR
Bu sevgi hekayəsini dinləmək ürək tələb edir - FOTOLAR
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 5261
Səs ver:
Şəhid pilotun həyat yoldaşı: "Bir var həyat yoldaşın rəhmətə gedib, onun acısını yaşayırsan. Bir də var ki, itirdiyin insan sevgilin, sirdaşın, dostun, bir sözlə hər şeyindir. Mən bir gündə bir neçə insanı itirdim"

İnsan itirmək çətindir. Ata, həyat yoldaşı, qardaş, ana… Kim olursa olsun, itirmək çətindir. Onun yoxluğuna alışmaq, onunla yaşadığın ömrün sona çatdığını anlamaq, onu bir daha heç vaxt görməyəcəyini bilmək, onsuz həyatı qəbul etmək çətindir…

Yoxdur O!!! Gözlərin önündən xəyalları getmir, gülüşləri, səsi, baxışları, qoxusu, səni oxşayan əlləri, əzizləməsi, ürəyin sıxılanda sığındığın sinəsi. Qucaqlayıb onu sənə verdiyi üçün Tanrıya dönə-dönə şükr etdiyin günləri salırsan yada. Mən sənsiz necə yaşayacağam?! Sual verirsən daima danışdığın xəyalına.

Sonra hönkürürsən, qışqırırsan: "İlahi mən onsuz necə yaşayacağam?". Başını divarlara vurmağın gəlir, onsuz ölməyin gəlir, nəfəsin kəsilir. Qəhər ilişib qalır boğazında. Hər nəfəsində burnun dirəyi sızıldayır, göz yaşların süzülür yanaqların boyu. Aynaya baxırsan, "Allahım, bu dərdin adı nədir?" deyirsən. Mən onsuz yaşaya biləcəyimmi? Mən onu hiss etmədən nəfəs ala biləcəyəmmi? Yox, bitdi. Mənim üçün həyat aprelin 2-də bitdi.

"İlk övladımızı qucağına alanda başı gicəllənmişdi"
Bu sevgi hekayəsini dinləmək ürək tələb edir - FOTOLAR

"Mənə hər zaman qapıya ölüm xəbəri gətirən hərbçilərdən danışırdı. Deyirdi, "bir gün sənin də qapına gələ bilərlər, hər zaman hazırlıqlı ol. Hazırlıqlı ol qışqırmağa, hönkürməyə. Gələn hərbçilərin susqunluğuna. Hazırlıqlı ol mənsizliyə. Uşaqlarımızın səndən başqa heç kimi yoxdur. Mənsiz ayaqüstə durmağa hazır ol". Deyirdim, uşaqlarına yazığın gəlmir, belə danışırsan? Deyirdi ki, elə onları düşündüyüm üçün səni hazırlayıram. Sanki şəhid olacağı ürəyinə dammışdı".

Təbrizlə Pərişan uşaqlıqdan bir yerə böyüyüblər. Təbriz Pərişanın sinif yoldaşının xalası oğlu olub. Elə Pərişanla da Təbriz sinif yoldaşıgildə tanış olublar. Pərişan danışır ki, ilk tanışlıqları mübahisə ilə başlayıb. Amma sonradan zaman keçdikcə bir-birini sevməyə başlayıblar.

Kiçik bir dava ilə başlayan münasibət sonradan böyük bir sevgiyə çevrilib: "2005-ci ildə ailə həyatı qurduq. Sevgili olduğumuz vaxtlar o qədər maraqlı keçib ki, danışsam, bitməz. Həm də o, hərbçi idi. Gec-gec gəlirdi. Biz bir-birimizə məktublar yazırdıq. O, Kürdəmirdə xidmət edirdi. Poçtla göndərdiyi məktubları bu günə qədər saxlayıram".

2006-cı ildə ilk övladları dünyaya gəlir — Tayfun, 2008-ci ildə isə Onur dünyaya göz açır: "Təbriz Tayfunu ilk dəfə qucağına alanda başı gicəllənmişdi. Yadımdadır, dedi, alın əlimdən, başım gicəllənir. Onur dünyaya gələndə isə deyirdi ki, unutduğum hissi yenidən yaşadım. Çox xoşbəxt idik. Düzdür, bütün ailələrdə olduğu kimi, bizim də problemlərimiz olurdu, amma dəyərdi Təbriz üçün hər şeyə dözməyə".
Bu sevgi hekayəsini dinləmək ürək tələb edir - FOTOLAR

"Sənə döyüş əmri verirəm, paltarlarımı hazırla!"

1999-cu ildə Naxçıvanski adına Hərbi Məktəbi, daha sonra isə Hərbi Hava Qüvvələri Akademiyasını bitirib Təbriz. Təyinatı Kürdəmirə olub. Xanımı danışır ki, həmin illər sevgili olduğu dövr olub. Təbriz uzaqda olduğu üçün həsrət vardı, göz yaşı vardı, amma o həsrət, o göz yaşı başqaydı.

"Yeni ailə quranda "Nasosnu"da işləyirdi. O vaxtlar həftəsonu evə gəlirdi. Yeni ailə qurduğumuz üçün çox çətin idi Təbrizsiz qalmaq. Sonra təyinatını Qalaya verdilər. Orada rahat idi hər şey. Hər gün saat 6-da işə gedib, axşam 8-də evinə gəlirdi. Ara-sıra cəbhəyə gedirdi. Gedəndə 3-4 günlük, bəzən isə bir həftəlik gedirdi. Amma sonunda qayıdırdı. Onun ən çox evdə olmadığı müddət 15 gün olub. 15 gündən artıq biz ayrı qalmamışdıq. O zaman da onu Türkiyəyə kursa göndərmişdilər. 15-ci gün qayıtmışdı geri", — Pərişan nəql edir.

Deyir ki, sevməsəydi, bu gün bu qədər yanmazdı: "Bir var həyat yoldaşın rəhmətə gedib, onun acısını yaşayırsan. Bir də var ki, itirdiyin insan sevgilin, sirdaşın, dostun, bir sözlə hər şeyindir. Mən bir gündə bir neçə insanı itirdim. Anası, atası, bacısı tək bir insan üçün ağlayır, "oğlum getdi, qardaşım getdi" — deyə. Mən isə hər şeyim üçün ağlayıram".

"Sonuncu dəfə Təbrizi martın 31-i səhər saatlarında yola saldım. Bir neçə saat sonra zəng etdi ki, "Pərişan xanım, sənə döyüş əmri verirəm, paltarlarımı hazırla". Hər zaman mənə belə deyirdi. Soruşdum ki, yenə gedirsən? Dedi, hə. Mən ona hər zaman sadə geyim də qoyurdum ki, işdən çıxanda geyinə bilsin. Gəlib paltarları apardılar", — həmsöhbətimiz deyir.

Aprelin 1-də Pərişan Təbrizə zəng vurur. 1 aprel beynəlxalq gülüş günü olduğu üçün, Təbrizi ilə zarafatlaşır, onu aldadır: "Təbrizin ən sevdiyi söz idi "yaramaz", ən ağır sözü də o idi. Mənə dedi ki, "yaramaz, sən məni aldatdın". Axşamüstü yenə danışdıq. Dedim, Təbriz, gələcəksən? Dedi, hə. Yemək hazırladım. Gözlədim, saat 9 oldu. Təbrizdən isə xəbər yox idi. Zəng vurdum ki, Təbriz gələcəksən? Gülə-gülə dedi ki, "qapını bağla, yat, divardan düşəcəyəm". O zaman anladım ki, bütün gün məni aldadıb".

"Ata, boyum çatmır, əyil aşağı, öpüm səni"

Pərişanın dediyinə görə, Təbriz cəbhə bölgəsinə gedəndə heç kimə deməzmiş. İstəmirmiş ki, kimsə ondan nigaran qalsın. Yenə də Təbrizin cəbhə bölgəsində olduğunu heç kim bilmirdi.

Aprelin ikisi. Pərişan səhər telefonunda Təbrizin yazdığı son mesajı görür: "Səni sevirəm"…

"10.26-da zəng elədim. Dedi, "əlayam, toydur, bayramdır burada". Yarım saat sonra xəbərlərdə eşitdim ki, M24 düşüb. Nə qədər zəng elədim, telefonu götürmədi Təbriz. Sonra xalası oğlu Roman zəng elədi. Təbrizi soruşdu. Dedim, "Roman, sən xeyirliyə zəng vurmazsan. Məni aldadırsan. Düşən M24 Təbrizindir, hə?" Dedi, yox, narahat olma, məni də göndərirlər Təbrizin yanına. 1 saata gedirəm", — danışır Pərişan.

Bundan sonrakı bir saat ərzində Romana dəfərlərlə zəng vurur: "Gedib çatdı və çatanda dedi ki, "mən Rəşadın yanndayam". Rəşad Təbrizin ən yaxın dostudur. Təbriz həmişə deyirdi ki, "Rəşad bağrımın badaşıdır, sirdaşımdır". Roman dedi ki, "Rəşad deyir, Təbriz yaxşıdır, narahat olmasın. Düşən təyyarə onunku deyil". Telefonu qoyub mətbəxə kedim. Bizdə mətbx həyətdə idi. Gördüm, maşın səsi gəlir. Çıxdım ki, iki qara maşın, hərbçilərdir. Elə bağırdım ki, küçənin ortasında. Tutdum yaxalarından, Təbrizdir, hə? Təbrizin tələbələrindən biri dedi ki, yox elə belə gəlmişik".

qapıda hərbçiləri görəndə Təbrizin sözləri yadına düşür. 11 il Təbriz Pərişanı bu günə hazırlamışdı: "Mən də geyinəcəm, mən də bəzənib düzənəcəyəm, mən də bu dünyanın qaydalarına riayət edəcəyəm. Amma bomboşam. Sevgimi, cavanlığımı, gözəlliyimi, ümidlərimi də aldı apardı özü ilə. Çalışacağam, Təbrizə layiq olum. Onun adına layiq böyüdüm övladlarımı. Çox çətindir uşaqlara cavab vermək. Onurum deyir ki, "ana, atamı kombinzonda basdırıblar?". Deyirəm, niyə soruşursan ki? Deyir ki, "axı o geyimdə öldü". Onurum inanmaq istəmir atasının ölümünə. Təbriz hər zaman tələbələrinə deyirdi ki, "kombinzonunuzu təmiz saxlayın, o, həm də sizin kəfəninizdir".

"Təbriz gözəl insan idi. Böyük oğlum deyir "ana, atamın bəylik kostyumu hanı?". Deyirəm, neynirsən? Deyir ki, "böyüyəndə biləcəksən". Amma o kostyum belə, məndə deyil", — xanımı göz yaşlarını axıda-axıda danışır.

Onur atası üçün çox darıxır. Ara-sıra atasının qoxusunu istəyir: "Deyirəm, səmaya bax, ata ordadır, görəcəksən. Deyir, "ana baxıram". Deyirəm, o, səni qucaqlayır. Deyir, "ana, gəlsin mən də onu qucaqlayım, boynunun qoxusunu özləmişəm". Qəbri üstə getmişik, məzarı öpür, deyir, "ata, boyum çatmır, əyil aşağı öpüm səni".

Pərişan danışdıqca qəhər onu boğur, gözyaşları aramsız yanaqları boyunca süzülürdü. Hər kəlməsində, hər nəfəsində həsrət, intizar hiss olunurdu. Sakitləşməyə çalışsa da, tez-tez əllərinin arxası ilə gözyaşlarını silsə də, göz yaşları aramsız axırdı.

Təbriz Pərişanın ilk sevgisi idi, ilk sevdiyi, ömrünü verdiyi, bir həyatı paylaşdığı… Bu gün Təbriz həyatda olmasa da, Pərişan iki balasına sarılıb, ayaqüstə durmağa çalışır.

"Bilmirəm, Təbrizsiz necə yaşayacağam…"

Pərişan Musazadə Qarabağ qazisi Mirzə Hümbətlinin qızıdır. Pərişanın anası Aidə xanım danışır ki, bu 11 il ərzində Təbriz bir dəfə də olsun arada olan hörməti itirməyib: "Mənə də, yoldaşıma da siz deyə müraciət edirdi. O, mənə oğul kimi idi. Axırıncı dəfə martın 27-də görüşmüşdük. Mənim oğlum xəstə olduğu üçün, bayram keçirə bilməmişdik, xəsətxanada idik. Dedim, ay Təbriz, heç biz bayram keçirmədik. Gördüm, axşam uşaqları da götürüb gəlib bizə. O qədər sevindim ki. Bir dəfə də medal almışdı, şəklini çəkib göndərdi mənə. Üstündə "Müəllimin ala bilmədiyi kitabçanın əvəzində" yazmışdı. Bu mənim üçün böyük hədiyyə idi".

"Pərişanı da çox sevirdi. Elə hörmətli, ağıllı, gözəl xasiyyətli insan idi ki. Onun medallarının sayı qədər mən onun alnından öpmüşəm. Bu gün o, həyatda yoxdur, bu bizim üçün çox ağırdır. Biz onu çox istəyirdik…", — deyir Aidə xanım.

O da danışdıqca göz yaşları ilə bacara bilmir. Sonra otağa Onurla, Tayfun gəldi. Onur çox ciddi uşaqdır, danışmaq istəmir. Uşaq olsa belə, o da dərk edir atasızlığı. Atası ilə keçidiyi günləri xatırlayır. Tez-tez anasından onu soruşur.

Pərişan həyata hansı formada davam edəcəyini bilmir. Amma Təbrizin xatirinə, iki övladının xatirinə ayaqüstə duracağına inanır: "Mən bilmirəm, Təbrizsiz necə yaşayacağam. Amma yaşamağa çalışacağam ki, adını yaşadım, övladlarını yaşadım".

Sağollaşıb çıxanda gözüm divardakı Təbriz güşəsinə sataşır. Pərişan Təbrizli illərini divarda canlandırıb. Onur da qapıya gəlir, qaşqabaqlı formada mənə baxır. Üzünə baxıram, hələ uşaqdır, heç nə hiss etmir. Bəlkə atasını itirdiyini bilir, amma hələ qarşıda onu nələrin gözlədiyndən xəbərsizdir.

Pərişanı isə həyatda böyük sınaq gözləyir, iki oğul böyütmək… Pərişanla söhbət etdikcə, dünyada sevginin hələ də yaşadığına inandım. Bəli, Sevgi var Pərişanın gözlərində. Danışdığı sözlərdə, axıtdığı göz yaşlarında… Bir də dilinə gətirib deyə bimədiyi, baxışlarından oxunan, ürəyində düyünlənib qalan fikirlərində…

Xatırladaq ki, şəhid mayor Təbriz Musazadə 2-5 aprel döyüşlərində, Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması məqsədilə, Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri endirən zaman qəhrəmancasına həlak olub.


Şərhlər: 15
Baxılıb: 5261
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
İnci
Sitat: yarpaq33
Allah qeni qeni rehmet elesin oxuyub goz yawlarini tutmaq mumkun deyil wehidlik uca zirvedir ama atasizliqda cox cetindir xanimi ucunde cetin gunler bawlayib iki ogulu atasiz boyutmek .Allah sebir versin
9 iyun 2016 01:42
# 15
Her gulusun arxasında bır keder vardır
baby baku
aglamaqdan hec ne yaza bilmirem bircə onu yazim ki,ALLAH rehmet elesin.
8 iyun 2016 15:16
# 14
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
Ekizlerin mamasi
Coox hemde lap cox cetindi bele itkiye dozmek ozunu oyresdirmek.bir anda yoxluguyla barismaq nece zulm olar onlarcun.Allah sebr versin.hele oxuduqca insanin ureyi agriyir.qaldiki hemin anlari yasayan gor neler cekir
7 iyun 2016 21:49
# 13
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Gultekin.A
Allah sebir versin coz cetindi insan xeyalina bele getirende ki bir gun sevdiklerimiz olmayacaq yanimizda deli olur.cox cetindi qebul etmek.her zaman gozu axtaracaq belke geler deye.qebul etmek olmur
7 iyun 2016 20:38
# 12
..
Fialka
Əgər bunu oxuyanlar belə kədərlənib bu qədər göz yaşı axıdırsa o xanım kim bilir necə əzab çəkir ilahi ..Hələ övladlarının uşaq yaşda yaşadıqları itki..Çox ağırdır əslində ...Rəbbim o xanıma övladlarını alnı açıq böyütmkdə kömək olsun səbr versin inşAllah. Allah şəhidimizə də rəhmət etsin ..
7 iyun 2016 14:50
# 11
heyatim_menim
ALLAH rehmet etsin butun sehidlermizin mekani cenetdik olsun insaALLAH.oxuyarken gozlerim dolu heqiqeten.dunya olumlu dunyadi her kes bir gun dunyasini deyisecek esas ALLAH her bir bendesine xeyirli olumler nesib etsin insaALLAH.insaALLAH sehidimizin ovladlari Atalari ile her zaman fexr edecek ki onlarin bucur VETENINE bagli Atasi olub.
7 iyun 2016 14:38
# 10
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
vipbetul
Allah sebr versin o usaqlar fexr edegeylerki onlarin atalari bir qehremandir
7 iyun 2016 13:37
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
7 iyun 2016 12:47
# 8
Kölge
Goz yaşlari icinde oxudum.cennetdedir Tebriz ve onun kimi diger şehid ogullar.tek tesellimiz budur
7 iyun 2016 12:30
# 7
Her şeye gore şukur
yarpaq33
Allah qeni qeni rehmet elesin oxuyub goz yawlarini tutmaq mumkun deyil wehidlik uca zirvedir ama atasizliqda cox cetindir xanimi ucunde cetin gunler bawlayib iki ogulu atasiz boyutmek .Allah sebir versin
7 iyun 2016 11:43
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Antikvar
Oxuduqca ağladım çox təsir elədi mənə yazılanlar, sanki o xanımdan müsahibə götürən mənəm deyə hiss etdim, çox çətindi həyatda yaxınlarını itirmək, adi qonşunun ölümünü eşitdiyimdə pis oluram qayıdıb bir an özümü o insanların yerinə qoyuram mən ölsəm arxamda qoyduqlarım necə olacaq? deyə suallar yaranır beynimdə.. Dünən olardı böyük oğlum mənə və atasına sual verir 7 yaşı olmasına baxmayaraq ölüm sualını verir mənə, (mama sən öləcəksən? , qarşılığında cavabım bu dünyada hər kəs bir gün öləcək dedim, haçan öləcəksən dedi, nə bilim Allah ölümümü haçana yazıb onda dedim, deyir bəs deyirlər qocalanda insan ölür, dedim düz deyirsən qocalandada insan ölür daha ölüm barəsində suallar oğlumu məni yorduğu üçün söhbəti dəyişdirdim, dəyişdirdiyim zaman oğlum qayıdıb dedi mama papa ölməyin heç ölmənizi istəmirəm sonra biz nə olarıq((Həmən axşam balkonda paltar sərirdim 4yaşlı oğlum gəlib yanımda qayıdıb birdən birə Allah baba mamanı, papanı qaqaynı öldürmə dedi((Çox pis təsir etdi mənə dedikləri, dedim heç kim ölmür narahat olma... Əyər biz övladlarımın yanımda olarkən bu sözləri başa düşüb bilirlərsə bəs atasının ölümünü bilən oğlan dərindənmi anlamırmı? balacamız hər şeyin fərqindədir səssiz səmirsiz olanları qəbul etmək istəmir sadəcə. Kaş olmayaydı amma bu həyatda gec-tez hamısı fani dünyaya bir gün gözlərini yumacaq əbədi, bunuda bilmək insanın içini acıdır xanımın qəlbinin bir hissəsi hər zaman kövrək olacaq zaman keçdikcə övladlarının üzünə gülərkən qəlbi ağlayar sevdiyinin onunla birgə olmadığı övladlarının hər şad gününü görmədiyi üçün göz yaşları yanaqlarına ehmalca süzüləcək..
Dövlətin dəstəyi olmalıdı həmən ailəyə və onun simasında olan şəhid verən bütün ailələrə dəstək olunmalıdır. Maddi mənəvi fərqi yox hər zaman yad edilməlidir həmən ailələr. Unutmamalıyıq şəhidlərimizi, 5 gün qızğın müharibə oldu o qədər şəhidə cəmi üç təpə ala bildik halbuki bütün imkanlara sahib idik... nəsə.... siyasətdən yazsan bitməz sözlərim..
Allah səbr versin şəhid verən ailələrə, Allaj qorusun balalarını inşallah arzu etdiyi həyatı oğlanlarına yaşada bilər.
7 iyun 2016 11:06
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Muradli Aytan
Allah rehmat elesin cox pis oldum oxuya oxuya aglamiwam cox cetindi allah sebr versin deyiram ama dozulacak bir sey deyil
7 iyun 2016 09:59
# 4
SENSİZ
Allah ailesine sebr versin Cox cetindi sevgilini heyatini itirmek .aqir dertdi oxuduqca gozumun yawin saxlaya bilmedim .Allah butun wehidlerimize rehmet etsin.
7 iyun 2016 08:59
# 3
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
BARBI
Allah rehmet elesin. Acili sevgi hekayesidir. O insan daha da yukseklere qalxib. Sehidlik zirvesine yukselib
7 iyun 2016 08:59
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
oxuduqca gozlerim doldu cox pis oldum Allah sebr versin xanima...Sehidimize Allah rehmet etsin..!!
7 iyun 2016 08:40
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz