Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evli kişini sevirəm, amma xoşbəxtəm - Oxucu məktubu
Evli kişini sevirəm, amma xoşbəxtəm - Oxucu məktubu
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 9178
Səs ver:
Mənim 23 yaşım var.Ali təhsilliyəm,xarici dilləri bilirəm və o üzrə işləyirəm,adımı demək istəmirəm.Hal hazırda yaşadığım həyatım haqda yazmaq istərdim,hər kəs bir cürə başa düşəcək məni,məni qinayacaqsız ama yenədə fikirlərinizə ehtiyacım var.
Məktəb vaxtlarından bir sevdiyim oğlan vardı.Bir-birimizi cox sevirdik və çoxda inanırdıq bir-birimizə,ama hər şey o qədər də yaxşı keçmirdi bəzən dalaşırdıq, söz-söhbətimiz olurdu amma yenə də çox sevirdim və yaxşı olacağını düşünürdüm.Eyni şəhərdə olmağımıza baxmayaraq az-az görüşürdük bəzən elə olurdu ki, 1 həftə 2 həftə görmürdük bir-birimizi ancaq telfonla danışırdıq,mənim üçün də az görüşməyimiz yaxşı idi amma bir az da pisimə gəlirdi ki,niyə maraqlanmırsan,məni görmək istəmirsən?

Məni cox sevirdi dəhşət dərərcədə qısqanırdı,məni evdən çölə çıxmağa qoymurdu.

Mən bir azad insan kimi özüm özüm haqda heç bir şeyə nə fikir bildirə bilməzdim,nə də onun fikrini almadan heç nə edə bilməzdim,yenə də dözürdüm amma çox bezirdim.Özümü bir əşya kimi görürdüm,sanki onun kukulası,oyuncağı idim,o istəyəndə məni otuzdura,istəyəndə yatızdıra bilərdi,uşaqlar oyuncaqlarını nə istəsə,necə istəsə eledikləri kimi.Məni çox sıxırdı,məni kimsə görə,bəyənər deyə qorxurdu hətta mən özümə çox fikir verən qızam,mənim yaxşı görünməyimi də istəmirdi.Biz çox dalaşırdıq amma yenə də ağılsızlıq edib onun dedikərini edirdim,amma ondan bezdiyimi deyirdim özünə bəsdi belə elemə baxmayacam ki,neçə ildi sevgiliyik ayrılacam səndən deyirdim,elə bilirdi yalan deyirəm.

Mən çox qürurlu qızam,evin də tək qızıyam ərköyün böyümüşəm həmişə mənim dediyim olub amma indi kiminsə məni oyuncaq eleməsinə dözə bilmirdim.

Sakit yolla anlayışla məni başa düşsün,hisslərimə hörmət etsin istəyirdim,görəsən çoxmu şey istəmişəm ondan?Məncə yox.Nə isə biz beləcə davam edirdik,günlərin bir günü məni yaxşı bir idarədən işə dəvət etdilər,bu iş mənim həyatımı dəyişəcəkdi,çox planlarım vardı.Mən onu bu işə girməyim üçün zorla,dava-dalaşla razı saldırdım.Mən başladım iş üçün lazım olan sənədləri yığmağa,bu iş haqqında maraqlanmağa,arada bir ora çağırırdılar məni,beləcə işə girməyimə hələ neçə aylar vardı.Bu ərəfələrdə mənə elçi göndərdi və mənim hərimi verdilər.Ondan sonra dalaşmalarımız daha da çoxaldı,daha cox sıxmağa başladı məni,və nəticədə məndə dəyişilməyə başladım.Gün-günən ondan soyuyurdum halbuki,həyatımda ilk oğlan və ilk sevdiyim oğlan o olmuşdu.

Mənim xəyallarım vardı,hamısından soyudurdu məni.

Bir gün məni iş üçün yenə çağırdılar,mənim sənədlərimi hazırlamağı bir oğlana tapşırdılar,ama hələ o oğlanı görməmişdim,birdən qapı döyüldü bir oğlan içəri daxil oldu,çox səliqəli geyimi,görünüşü və danışığı məni cəlb elədi,amma heç cürə ağlımdan ona qarşı heç nə keçmirdi.Və məni o oğlana tapşırdılar,mən onunla birlikdə onun otağına getdim.Mənə qarşı çox diqqətcil,çox mədəni idi,mənə iş haqqında bəzi şeyləri başa saldı və daha çox şeyləri də öyrədəcəyini bildirdi.Beləcə mən onunla iş barəsində görüşməyə,söhbət etməyə başladım.

Bir gün söhbətlərimiz əsnasında mənə ailəsi haqqında danışdı və mən də ona öz sevdiyim haqda danışdım.

Çox xoşbəxt olduğunu hətta bir uşağı da olduğunu dedi,mən də ona sevgilim haqqında danışdım,ondan sıxıldğımı amma məndə xoşbəxt olduğumu dedim.Beləcə günlər keçirdi və biz dost kimi danışmağa,səmimi olmağa başlamışdıq,o məni tez-tez üzgün görüb soruşurdu səbəbini amma mən ona hecnə yoxdu deyirdim.O mənə qarşı həddinən çox diqqətcil idi,mənə dəyər verirdi.Mənə bir gün yoldaşını sevmədiyini hər gün dalaşdıqlarını,bədbəxt olduğunu yoldaşından boşanmaq istədiyini dedi,hər şeydən bezdiyini söylədi,"hər şeyim var evim,maşınım,vəzifəm,bir tək xoşbəxtliyim yoxdur" dedi,mən cox pis oldum və ona "yaxşı olar,düzələr" deyə təsəlli verməyə çalışdım,amma özüm haqqında heçnə demədim.

Beləcə söhbətlərimizdə səmimilik var idi,günlərin bir günü məndə ona xoşbəxt olmadığımı söylədim,yenə də onun haqqında ağlımda heç bir şey yox idi.

Get-gedə onda özümə qarşı nələrsə hiss edirdim və nəhayət o mənə ürəyini açdı,məni sevdiyini söylədi,mənə onun ilk sevdiyi qızın məhz mənim olduğumu dedi təbii ki,evlidi mən onun bu sözlərinə inanası deyildim.Amma mənə o qədər dəyər,o qədər diqqət yetirirdi ki,mənə qadınlığımı,bir xanım kimi dəyərli olduğumu,insan kimi qiymətli,dəyərli olduğumu hiss elətdirdi.Sanki məni sevindirmək üçün,məni xoşbəxt etmək üçün çalışırdı və hiss edirdim ki,mənim üçün elediyi şeylər üçün özü də cox sevinirdi.

Mən artıq sevdiyim insandan ayrılığa doğru gedirdim və artıq onan çox bezmişdim,çünki mənə dəyər verən bir insan vardı həyatımda.

Məndə də ona qarşı sevgi yarandı amma yenə də nə isə inamsizlığım vardı çünki o evli idi.O,mənə dəfələrlə boşanacağını,mənimlə evlənəcəyini desə də yenə də inanmırdım,bir gün mənə kəbin kəsdirməyimizi istədiyini dedi,düzü çox təcübləndim amma həm də sevindim və ona inanmağa başladım,məni itirmək istəmədiyini,mənsiz qala bilməyəcəyini,məndən keçən yeri olmadığını dedi,və mənə sevgisini belə sübut etdi.Biz gedib kebin kesdirdik.Artıq "axund" bizim ər-arvad olduğmuzu dedi çox həyəcanlı idim amma səhf hərəkət etmədiyimi bilirdim,çünki artıq çox dəlicəsinə sevdiyim insan vardı həyatımda və onunla çox xoşbəxt idim.Biz birlikdə çox gözəl günlər keçirirdik,məni xoşbəxt etmək üçün hər şey edirdi və buna da madiyyatı imkan verirdi.

Məni işləməyə də qoymadı "Sən artıq mənim arvadımsan,mən sənin işləməyini istəmirəm" dedi.
Mənə heç bir qadağa qoymurdu,hara istəsəm gedirdim,ətrafımda dörd dolanırdı,məni qoruyurdu,mənə deyirdi ki, "Sən də insansan,sənin də istəklərin var,necə ki,mən istədiyim yerə gedə bilirəmsə,səndə gedə bilərsən məndə səni qoruyacağam,kimsə sənə yaxınlaşamasın deyə".Məncə elə əslində belədə olmalıdı.Hər gün mənim üçün cürbəcür şirniyatlar hədiyyələr alırdı,hər şey edirdi mənim üçün.Halbuki,mənim heç nəyə ehtiyacım yoxdur və istədiyim hər şeyi almağa da gücümüz çatır,və mən hec vaxt ondan heç bir şey istəməmişəm,o özü mənim üçün hər şey edib.

İndi 9 aydir ki,kəbinliyik və hər şey çox gözəldir,çox xoşbəxtik.

Məni ailəsi ilə də tanış edib sadəcə onun boşanmağını gözləyirəm,amma mən onun ailsəinin dağılmasına səbəb olmamışam,o özü bunu özü üçün edir.Bəli,bu bir həqiqətdir ki,mən evli kişi ilə birlikdəyəm və çox əzab çəkirəm buna görə,düzdü onların ailəsi yox kimidi hətta yoladaşı ilə danışmır belə amma yenə də dözə bilmirəm.Sevdiyim insanı kimləsə paylaşa bilmirəm,o yalnız mənə aiddir.Amma bizim andımız var söz vermişik ki,səbirlə gözləyəcəyik hər şey yaxşı olacaq.Məni qınaya bilərsiniz,amma bu mənim həyatımdır,əzabını da,xoşbəxtliyini də mən bilirəm.İlk dəfə bir insanın mənim üçün bütün əzablara,bütün çətinliklərə dözdüyünü görürəm,o mənim üçün,məndə onun üçün mübarizə aparırıq.O mənim əsl sevgimdir,və gecikmiş sevgimdir.

Biz ürəyimizdə olan o sevginin aclığını bir-birimizdə tapdıq.O evli ola bilər amma mən onun həyatında ikinci yox birinci qadınam və ilk sevgisiyəm.Mən ikinci olmağı qəbul edə bilmirəm və ilk mənəm.İnşallah hər şey yaxşı olacaq mən sadəcə xoşbəxt olmaq istəyirəm.Amma qətiyyen düşünməyin ki,mən onun ailəsini dağıdıram,mən olmuyanda da o evliliyindən razı deyildi.


Şərhlər:
Baxılıb: 9178
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz