Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
O qız mənim ərimə dəlicəsinə aşiq idi - Oxucu məktubu
O qız mənim ərimə dəlicəsinə aşiq idi - Oxucu məktubu
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 6332
Səs ver:
Əlimdə ərimə yazılmış bir zərf....Gözlərimdə yaş... Ürəyim sanki yerindən çıxacaqmış kimi çırpınır.
Evləri təmizləyərkən, dolabda məktub dolu bir kiçik sandıqca əlimə keçdi. İşimi yarımçıq qoyub məktublara göz gəzdirməyə başladım. Bu ərimə yazılmış sevgi məktubları idi.
Oxuduğum hər sətir sanki ürəyimi deşirdi. Gözlərimdən yaşlar üzu aşağı axırdı.:
,,Salam, mənim əvəz olunmaz sevgilim..''
,,Mənim həyatımın mənasının kefi necədir?''
,,Sənə olan sevgimi kəlmələrə sığışdıracaq söz tapa bilmirəm''
,,Sənin üçün o qədər darıxıram ki, dəli olacağımı düşünürəm səni görməsəm, toxunmasam''
Bu kəlmələri oxuyurdum, o qıza həsəd aparırdım. O qız gözəl, həyat eşqi ilə dolu, romantik və ən əsası mənim ərimə dəlicəsinə aşiq idi. İçimdə qəribə hisslər vardı. Sanki bu məktubları ərimin sevgilisi yazmışdı mən yox.. Artıq o qız yox idi. Onun yerinə 40 yaşını keçmiş, qayğıkeş ana, ev işlərində itib batmış bir qadın vardı.
Yoldaşıma az vaxt sərf edirdim. Çox dəyişmişdim.
Bu məktublardakı eşq dolu kəlimələr məni rahat buraxmırdı. Mən o qızı geri qaytarmaq istəyirdim.
İlk etdiyimsə -şənlənmək... İtmiş həyat eşqimi geri qaytarmaq oldu.
Sonra bu sevinci ətrafımdakılara, əsas da yoldaşıma verməyə başladım. Birlikdə romantik yeməkler, gecə gəzintiləri,  ikilikdə rəqs və s..
Artıq o qız geri qayıdırdı. Yoldaşım da, mən də, uşağım  da xoşbəxt idik.
Qadın olmaq çətindir. Əsl qadın olub və xoşbəxt olmaqsa daha da çətindir.


Şərhlər:
Baxılıb: 6332
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz