Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bunu hansı ər edə bilər... - oxucu məktubu
Bunu hansı ər edə bilər... - oxucu məktubu
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 3729
Səs ver:
Bu olmuş hadisəyə saytların birində rast gəldim. Sizlərlə paylaşmaq istədim.
"Avtobusla evə gəlirdim, çox yorgun və fikirli idim. Dayanacaqların birində bir qadın qucağında körpəsi bizə qoşuldu.Əynində köhnə, çirkli paltar ayağında isə cırıq ayaqqabı var idi.Əvvəl elə bildim dilənçidir. Elə də əhəmiyyət vermədim. Nə yalan söyləyim heç üzünə də baxmadım.Çünki həmin günüm tamamilə problemlərlə dolu idi. Bir anlıq evə çatıb istirahət etmək barədə düşünürdüm. Yanımdakı yer boş olduğundan qadın gəlib yanımda əyləşdi. Körpənin səsi məni bütün problemlərdən uzaqlaşdırdı. O təxminən 7-8 ayliq olardı. Çox şirin idi.Əynindək çirkli paltar onun gözəlliyinə heç də xərər gətirmirdi. Başladım onu oynatmağa, ayağında az qala sürşüb düşən corabını təzədən geyindirdim.Onun başını sığallıyaraq üzümü çevirdim ki, anadan bu gül balanın adını soruşam, elə həmin an dünya başıma fırlandı. Insanlar necə amansız olublar, bunu hansı ər öz həyat yoldaşına edə bilər?? Gözlərim ani doldu özümü güclə topladım ki, ana mənə baxıb ürəyi dağlanmasın. biraz ətrafdakı insanlara nəzər saldım. Hamının gözü həmin anada idi. Onun üzü eləcə yara idi. gözünün biri şişib, göz bəbəyini demək olarki tamamilə örtmüşdü. Qaşı çapılmışdı. Üzündə bəzi köhnə yara izləri də var idi. Hansı ki,solğun ləkələri qalmışdı. Ağzımı açıb söz soruşmamış o məni qabaqladı. Gedəcəyi yeri, bura adamı olmadığından şəhəri tanımadığını dedi.. düzü həmin yeri məndə tanımırdım. Qabaqda əyləşən xanımlardan soruşdum. Sonra isə ona başa saldım. Qadın yoldaşı ilə dalaşıb evi tərk etdiyini,bu cür həyatı yalnız körpə Nərmini üçün yaşadığını dedi. Onda əsil sevginin nə oldugunu anladım...
Bu balacanın gülüş səsləri avtobusu götürmüşdü. Həyatdan xəbərsiz olan Nərmin elə hey gülümsəyir, öz aləmində nələrdənsə danışırdı. Qadına baxdıqca içim parçalanırdı. Bilmirəm niyə
 amma aglamamaq üçün özümü zorla saxlayırdım. Bu mənzərəyə bir azda tamaşa edə bilməyəcəyimi görüb evə çatmamış avtobusdan düşdüm.Ola bilər sevmədiyin, ürəyinə heç yatmıyan biri ilə, və yaxud xasiyyəti çətin, acı dil olan birisiylə ailə qurasan,amma ona əl qaldırmaq nə bilim mənim üçün ağla sığmazdı. Məncə o ananın nə qədər səhvi olsa da, körpəsinin bircə təbəssümünə görə bağışlamaq olardı.... bu indiyədək rastlaşdığım ən ağır və dəhşətli bir mənzərə idi... İçimi ani də olsa nifrət hissi bürüdü, ürəyimdə
heç nəyə və heç kimə inam qalmayıb artıq...Həmin gün isə o məhsum ana üçün edəbiləcəyim bir şey yox idi, gözlərimdən süzülən göz yaşlarından başqa...
Beynimdə isə yalniz bir sual var idi "axı necə ?"necə insanlar bu qədər amansız ola bilir?
Sizcə qadın hansısa bir səbəbdan belə davranışlara dözməlidirmi? Belə cıxılmaz vəziyyətlərdə nə etməlidir?
- Ayrılıb ata evinəmi qayıdıb, bəzəndə həmişəlik başı qaxınclı (axı heç də bütün ailələr boşanmış qızlarını sevinclə qarşılamırlar) yaşamalıdır?
-Yoxsa dözüb ömrünü ona qiymət verməyən insanla yaşamalıdır?


Şərhlər:
Baxılıb: 3729
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz