Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Aylarla yaşamırdıq, yataqda qıvrıla-qıvrıla qalırdım...” - Həyat hekayəsi
“Aylarla yaşamırdıq, yataqda qıvrıla-qıvrıla qalırdım...” - Həyat hekayəsi
Göndərən: Antikvar
Şərhlər: 43
Baxılıb: 138566
Səs ver:
Budəfəki qəhrəmanım Şəbnəm ( ad şərtidir – İ.V.) Sumqayıt şəhərində yaşayır, tibb bacısıdır, üç qız anasıdır. Böyük qızı dördüncü, ortancılı ikinci sinifdə oxuyur. Kiçik övladı isə bağçaya gedir. 35 yaşlı Şəbnəm 12 ildir uzaq qohumu olan bəylə ailəlidir. Dediyinə görə, həyat yoldaşı ilə bir-birlərini dəlicəsinə seviblər. Hətta oğlanın ailəsi əvvəlcə bu iki gəncin izdivacına razı deyilmişlər. Lakin hər şeyə rəğmən o, Şəbnəmlə ailə qurub:

"Məndən üç yaş böyükdür. Bir-birimizi tanıyanda mən tibb texnikumunda oxuyurdum, o isə maşın bazarında avtomobil ehtiyat hissələri satırdı. Özünün dediyinə görə avtobusda məni görüb, xoşuna gəlmişəm, sonra ardımca gəlib ünvanımızı öyrənib. Çox yaraşıqlı oğlan idi. Hətta özümü onun yanında eybəcər hiss edirdim. Ardımca texnikuma gələndə çox qızlar ona həsrətlə baxırdılar. Bu da mənim xoşuma gəlirdi. Nə qədər qısqansam da, bilirdim ki, çoxlarının qısqandığı oğlan mənim sevgilimdir”.

Beləcə Şəbnəm indiki həyat yoldaşı ilə ailə qurur. Oğlan ailəsini birtəhər razı salıb toy məclisində iştirak etmələrinə nail olur. Amma münasibətlər gərgin olduğundan gənc ailə elə Sumqayıtda bir otaqlı mənzil kirayələyir:

"Cehizlərimin bir hissəsini kirayə evə gətirdik. Sonra mən də işləməyə başladım, onun da qazancı pis deyildi. Məni də çox istəyirdi. İlk övladımıza hamilə olduğumu biləndə necə sevindiyi hələ də yadımdadır”.

Amma həyat yoldaşının əhatə olunduğu ətraf mühit Şəbnəmin xoşbəxtliyini bir anın içində əlindən alır:

"Günlərin birində bu evə gəldi, gördüm ki, həmin adam deyil. Halı pis idi, gözləri qızarmışdı. Elə bildim ki, döyüblər. Amma üstünü vurmadım. Bu hal bir neçə dəfə təkrarlandı. Axırda özü açıb dedi ki, narkotikə qurşanıb, indi də əl çəkə bilmir. Mən də demişdi ki, bu barədə kiməsə desən, səni öldürəcəm. Getdikcə arıqlayırdı, günbəgün vəziyyəti ağırlaşırdı. Artıq ailənin bütün yükü mənim çiyinlərimdə idi”.

Şəbnəm deyir ki, həyat yoldaşının ona aldığı qızılları, kirayə qaldığı mənzilə gətirmədiyi cehizlərinin bir qismini satıb ərini müalicə etdirir. Bir müddət yenə də işlər axarına düşür. Amma əri bu yoldan birdəfəlik döndərmək mümkün olmur:

"Sağalmışdı, heç nə eləmirdi. İşləməsə də, evdə otururdu, dostlarıyla əlaqəsini kəsmişdi. Amma bir dəfə dedi ki, çıxıb özümə iş axtarmalıyam. Həmin axşam gördüm ki, evə pis vəziyyətdə gəlib. Çünki o qədər narkotik qəbul etmişdi ki, o nəsə edəndə dərhal bilirdim”.

Şəbnəm deyir ki, hazırda ailənini durumu çox ağırdı. Üç qız övladına və ərinə tək baxmağa məcburdu. Ərinin valideynləri də bu izdivaca əvvəldən razı olmadıqlarından bütün günahları məhz Şəbnəmdə görürlər:

"Qaynanamgil deyir ki, oğlumuzu sən narkoman eləmisən. Amma bilmirlər ki, heç bir qadın ailəsinin dağılmasını istəməz. 35 yaşlı qadın üçün bu iztirabları yaşamaq ölümdən betərdi. Gah evdən oğurluq edir, gah məni döyür, gah özünü öldürəcəyi ilə hədələyir. Qaynanam deyir ki, sən gəzməkdən ötrü oğlumu bu günə salmısan. Amma vicdanım qarşısında təmizəm. İfadəmə görə çox üzr istəyirəm, elə olub ki aylarla o mənə yaxın durmayıb, yataqda qıvrıla-qıvrıla qalmışam. Gənc qadınam, mən də istəyirəm ki, ərimlə münasibətim olsun. Özüm tibb sahəsində çalışdığımdan bilirəm ki, bunun sonu nə il nəticələnəcək. İşdə həkimlər deyir ki, kiminləsə görüş, sonra səhhətimdə daha ciddi problemlər yaranar. Amma mən üç qız böyüdürəm və heç vaxt raz olmaram ki, kimsə onların arxasınca mənə görə nalayiq söz desin”


Şərhlər: 43
Baxılıb: 138566
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tek Tenha
Ayyy pis tesir etdi mene.
6 yanvar 2016 16:20
# 43
naz_vefa
Allah ozu komek etsin
19 dekabr 2015 19:55
# 42
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Kukolka
Allah komek olsun bacim
7 dekabr 2015 22:08
# 41
birdane
Allah gorurki siz nece namuslu qadinsiz insallah tezlikle allah sizi mukafatlandirar
1 dekabr 2015 21:53
# 40
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
savior angel
Allah ozu komey olsun
14 noyabr 2015 23:19
# 39
I choose to be happy
Aysun2014
Allah ozu komek olsun heyatini yoluna qoysun
4 noyabr 2015 15:15
# 38
pessimist girl
Allah komeyin olsun,baci.isin cox cetindir..
16 oktyabr 2015 20:08
# 37
Allahima sukur meni qizima qovusdurdu...cox xosbextem..
CANAN
Halal olsun sizin kimi qadina..
10 oktyabr 2015 12:08
# 36
Canan
n.q_hayati sev
Cox pis oldum eeeee
8 oktyabr 2015 00:51
# 35
Betulxedice
Allah yardimciz olsun bacim
28 sentyabr 2015 23:53
# 34
Menim balam
Allah kömey olsun,
20 sentyabr 2015 13:34
# 33
Seher
Allah özü kömek olsun cox cetindi
13 avqust 2015 21:24
# 32
1
VIP
Halal olsun sizin kimi qadınlara ümumiyətlə azərbaycanlı qadınların coxu belə fədakardı yeri göyü yaradan Allah sizə kömək olsun
19 iyul 2015 17:33
# 31
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Mrs.Pianist
Narkotika cox zibil weydi ALLAH Butun insanlari uzaq elesin..Sizde komek olsun
29 iyun 2015 23:17
# 30
Acısı çox olan qizların guluşu gozel olur.!
Golden rose
Xanim namusunu, qeyretini atasina, anasina, heyat yoldasina ve usaqlarin gore yox ozune gore qorumalidir. O dunya da qiyamet gununde sual cavab olunanda ona bunlari xatirladan da utanib xanimligina nifret etmesin. Bir xanim istese ilani bele yuvasindan cixardar. Yeqinki bununda ohtesinden gelmeyi bacarar.
28 iyun 2015 22:29
# 29
Luna-90
Yaxsi gelmisdin axirda qatiqladin.is yoldaslarim deyir kiminlese gorus .erini basa dusduk pis adamdi bosan onsuzda kagiz ustunde erdi hec bir vezifrsini yerine yetirmir eksine artiq problem ve yukdu.nenem 38 yasindan duldu 78 yasi var hamidanda saglamdi namuslu yasamis qadindi hec bir problem yasamayib qadinliqdan .indi bundaki behaneye baxda .ere getmek isteyirsen ere get daha basqasiyla ol nedi ?bu ne seviyyesiz cumle oldu.qaldiki erine kisiki evlendi dostu tns etrafindan yigisdirilib eve baglanmalidi harada getse onunla getmek lazimdi .kisini tek bos buraxmayasan zemane cox pisdi .ehtiyati elden vermek olmaz.
23 iyun 2015 22:32
# 28
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Marta
Aile boyuklerinin tutdugu axmaqcasina movqe meni eseblesdirdi.Allah ozu yoldasini hidayet elesin dogru yola getirsin:(
23 iyun 2015 22:12
# 27
Немного терпения, и у тебя все получится..
Catwoman666
her kesin bir derdi var.... allah komek olsun bu xanima dA
23 iyun 2015 18:01
# 26
"All men must die, but we are not men"

Daenerys Targaryen
birdane
Allah komeyiniz olsun
23 iyun 2015 15:29
# 25
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Wappuw
Allah ozu xanima komek olsun uwaqlarina rehmi gelsin
23 iyun 2015 03:01
# 24
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
gulka azeri
Allah sebr versin o xanima
23 iyun 2015 02:35
# 23
emis
Qadına çox yazığım gəldi işdi bir sef eləyib ailəsinin sözünü eşitməyib. Oğlanla evlənib indi də vəziyyətləri pisdi ailələr kömək etməkdənsə qızda günah tuturlar hər nədi günah var ya yox onlar övladları üçün kömək etməlidirlər. 35 yaş qadının ən gözəl yaş dövrüdü bunun qədrini bilib yaşayanlar bilərlər. Bu qadın isə həyatının ən gözəl yaş dövrünü pis yaşayır əri xəstə 3 dənə baxılmağa ehtiyacı olan qız uşağı və ərinin ona yaxın getməməsi, Allah ərinə şəfa versin onu pis yoldam çəkindirsin və onlara yox yerdən bir qapı acsib inşallah. Qadının dostlarının qadına dediklərinə isə heç qoşulmuram o nə sözdü deyirlər başqasının yanına get, aylarnan heçnə olmaz səhhətində problem zad yaranmaz Üzr istəyirəm aylar nədiki illərin yanında illərnen əlaqədə olmayan qadınlar var. Onlarda bir neçə ildən sonra həmin xəstəlik yaranır. Qadın onlara yaxşı cavab verib ki bu namuslu qadındı istəməz heç kim bunun arxasınca nəsə desin. Allah axırlarıni xeyir etsin. Təşəkkür.
23 iyun 2015 01:53
# 22
ayka95
Allah komeyi olsun
23 iyun 2015 00:53
# 21
tatyana
Allah komek olsun irade versin kisiye narkotikden ayrilmaga gore.qadinin dediklerini hec yarasdirmadim qadina(aylarla yaxin gelmirdi,qivrila qivrila qalirdim)ne terbiyesizlik...qorxma olmaz sehetinde problem,basqasiyla gorusmek konlunden kecirse narkotiki behane tutma ozune.
22 iyun 2015 23:53
# 20
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
SENSİZ
Sitat: Nezka
Yazığım gəldi Allah kömək eləsin

AMIN
22 iyun 2015 23:45
# 19
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Baharim ol
Allah komeyi olsun.Ag olum.Bnu yayanin Allah belasini versin.Nece nece bele cavan insanlarin heyatina son qoyur.nece valideynler var.gelin pisdi axi o senin oglundu ona nece komek ede bilmezsen.olse yanacaqsan axi.Allah her birinin dayaginda dursun isleri yoluna dussun Amin
22 iyun 2015 23:09
# 18
Ama yenede
cinqosh
Kişi narkoman olubsa bunun günahı nə valideynlərindədi, nə də həyat yoldaşında.günahı öz boynuna, ağlı olaydı,bu yollara düşməzdi.
Qadının vəziyyəti həqiqətən çətindi.bir anlıq özümü onun yerinə qoydum,dəhşətə gəldim düşündükcə. İşdəki həkimlərin məsləhəti isə bərbaddan da bərbaddı. Qadının ləyaqəti sağlığından qat qat üstündü məncə.
22 iyun 2015 20:07
# 17
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
BARBI
Allah komeyi olsun boyuklerin xeyir duasini almayanin axirida bele olur. Her hadiseden ibret goturmek lazimdir
22 iyun 2015 19:42
# 16
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ayselina
Rebbim ozu komek olsun. .
22 iyun 2015 19:30
# 15
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
angel H-va
Allah komeyiniz olsun
22 iyun 2015 19:23
# 14
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz