Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nişanlımı anamla bir yataqda tutdum – Tələbə qızın şok dramı
Nişanlımı anamla bir yataqda tutdum – Tələbə qızın şok dramı
Göndərən: NoName
Şərhlər: 42
Baxılıb: 33210
Səs ver:
O, bizim məktəbə 7-ci sinifdə gəlmişdi. Gəldiyi ilk gündən də hamımızla isinmişdi, mehriban oldu. Siniflə keçirdiyimiz bütün tədbirlərdə, yay tətillərində getdiyimiz bütün səfərlərdə fəallıq edirdi. Qısa zamanda sinfin həm oğlanları, həm də qızları ilə yaxınlaşmışdı. Hətta illərlə bizimlə bir yerdə oxuyan yoldaşlarımızın çoxundan daha yaxın olmuşdu. Sinifdəki bəzi oğlanlar ara-sıra qızlara söz də atırdılar: -Neçə ildir, sizinlə oxuyuruq, hələ bir bazar bizimlə görüşüb kəlmə kəsməmisiniz, amma hər həftəsonu Elxanla bulvardasınız. Bizi ona bilmədiyimiz bir səbəb bağlayırdı. Özümüz də hiss etmədən sinfin demək olar ki, bütün qızları onu çox istəyir, ondan ötrü darıxırdıq. Elxan həm dərslərini yaxşı oxuyur, həm də öz mehribanlığı və tərbiyəsi ilə müəllimlərin sevimlisinə çevrilirdi. Bu mehribanlıq zaman keçdikcə qəribə bir doğmalığa dönürdü. Onda hələ sevginin dadını bilmir, bir oğlana könül verməyin nə demək olduğunu anlamırdıq… Nə az, nə çox, düz dörd il bir sinifdə oxuduq. Bu dörd ildə aramıza təzə gələnlər də çox olmuşdu, gedib başqa şəhərlərdə, başqa məktəblərdə oxuyanlar da. Elxan isə ildən-ilə sinif yoldaşlarımızın arasında daha çox hörmət qazanmış, daha da çox parlamışdı. Universitetə hazırlaşmağa başlayanda onunla bir repetitorun yanına gedirdik. Sözləşib hazırlıq vaxtımızı da bir saata salmışdıq. Məktəbə də, hazırlığa da birlikdə gedir, birlikdə qayıdırdıq. Universitetə hazırlığın ən qızğın vaxtında bizim ailəmiz də böyük bir skandal oldu. Anam atamın telefonunda bir qadın mesajı tutmuşdu: -Yatmamışam, səni gözləyirəm… Artıq ox yaydan çıxmışdı. Bütün qohum-əqrəba tökülüşüb anamı sakitləşdirməyə çalışsa da, mümkün olmadı. Qərar qəti idi: O ayrılmaq istəyirdi. Hətta mənim bu həyəcanlı vaxtımda hər şeyin alt-üst olacağı qorxusu belə yox idi onda. O, qəti fikrini bildirdi və atamla ayrılmaq qərarına gəldi. Ağır günlərdə Elxan mənə çox dəstək oldu. Universitetə hazırlaşmaq fikrindən daşınmaq istədiyimi eşidəndə mənimlə ciddi söhbət elədi, məni yenidən həyata mübarizəyə qaytardı. Beləliklə, yenidən toparlanıb təhsil almaq fikrimi qətiləşdirdim… Həftələr, aylar keçdi. Biz son zəng hazırlığına başladıq. O dövrdə də pal-paltar almağa Elxanla birlikdə getdik, onun bəyəndiyi paltarı seçdim, o da mən bəyəndiyim paltarı. Lap uzun illərin ər-arvadı kimi. Son zəng günü qızların ən gözəli mən, oğlanların ən yaraşıqlısı o idi. Sevincimiz yerə-göyə sığmırdı. Biz orta məktəbi bitirib həyata atılır, universitetə qəbul olub peşə sahibi olmağa tələsirdik. Tədbirimizin şirin yerində Elxan məni bir kəınara çəkib ürəyini açdı: -Dörd ildir bir sinifdə oxuyuruq. Bu illər ərzində sənə sevgim-məhəbbətim dama-dama göl olub. Səni əvvəl bir sinif yoldaşı kimi çox istəmişəm, sonra bir dost kimi. İndi isə bu əlamətdar gündə hiss etdiklərimi dilə gətirmək istəyirəm. Elxan danışdıqca ürəyim ağzıma gəlir, qulaqlarıma kimi qızarırdım. Onun dediyi sözlərin arasındakı nəfəs dərmələr bir il qədər uzun gəlirdi mənə: -Bilirsən, açığı mənim səndən xoşum gəlir. Sənin gözəlliyin, tərbiyən, əxlaqın məni heyran edib. İstəyirəm anama gəlin olasan. Ürəyim köksümə sıxmırdı. Əlim-ayağım od tutub yanır, nə edəcəyimi, nə deyəcəyimi bilmirdim. Elxan cavabımı gözləmədən məni öpdü. Beləcə, mən ilk öpüşün dadını duyub ilk məhəbbətin sevincini yaşadım. Eıxanın boynuna sarılıb onun sevgilisi olmağa, onunla evlənməyə razılıq verdim. Hər ikimiz universitetə yüksək nəticələrlə qəbul olunduq. Ballarımız arasında çox fərq yox idi. İkimiz də eyni universitetin eyni fakültəsini yazdıq. Yayda da nişanımız oldu. Nişandan sonra Elxan bizim evin əziz qonağına çevrilmişdi. Demək olar ki, hər gün bizə gəlir, atam gedəndən sonra kişisiz qalan ocağımıza kişi nəfəsi gətirirdi. Bir-iki gün gəlməyəndə anam özü zəng eləyib onu çağırır, gözəl yeməklər bişirir, başına pərvanə olurdu. Onların arasındakı mehribanlığı görüb bəzən zarafat da edirdim: - Bahoo, mamam heç məni bu qədər əzizləmir. Elxanla anam gülüşürdülər: -Nədi, paxıllıq eləyirsən? Elxan universitetdə birinci növbə, mən ikinci növbə oxuyurdum. Bəzən elə olurdu ki, Elxan dərsdən çıxıb bizə gedirdi. Mən evə gedəndə o, bizdə olurdu. Artıq dərsdən çıxıb onu bizdə görməyə öyrəncəli idim… Bir dəfə elə oldu ki, axırıncı dərsimiz boş oldu, mən xəbər-ətər eləməmiş evə gəldim. Qapının zəngini basdım, qapını üzümə çox gec açdılar. Evə girən kimi Elxan da, anam da məni sorğu-suala tutdular: - Niyə tez gəldin, Bəs qayib yazılmazmı? Heç olmasa, bizə xəbər eləyərdin… Onların üz-gözünün qıpqırmızı qızarması məni şübhələndirmişdi, amma ağlıma gələn fikirləri şeytan dürtməsi bilib özümdən uzaqlaşdırmaq istəyirdim: - Deyəsən, mənim gəlməyimi istəmirdiniz, geri qayıda bilərəm, problem yoxdur. Elxanla anam mənim ikibaşlı sözüm qarşısında bir neçə saniyəlik özlərini itirdilər. Anam tez-tələsik məni qabaqlamaq istədi: -Yaxşı, yaxşı, dədən kimi hər sözdən söz çıxartma. Biz narahat olduq. Dedik, birdən icazəsiz gələrsən, qayib yazarlar sənə. Mısmırıq sallama, gəl çörəyini ye! O gündən sonra bütün beynim qarışdı. Qara-qura şübhələri özümdən qovmaq istədikcə onlar daha çox gəlirdilər üstümə. Bir gün qərarımı qətiləşdirdim: Onları yoxlamalıydım! Evin açarının surətini çıxardım. Elxanla universitetin qabağında həmişəki vaxtda-o, dərsdən çıxanda, mən dərsə gedəndə görüşdük. - Bizə gedirsən? -Hə, sən nə vaxt gələcəksən? - Bu gün dərsdən çıxanda qızlarla bir az gəzişmək istəyirik. Sən get otur bizdə, mən axşam gələcəm. Yaxşı, danışdıq… Birinci dərsdən sonra evimizə getdim. Yavaş-yavaş hiss elətdirmədən, çox sakitcə qapımızı açdım. Nə qonaq otağnda, nə mətbəxdə heç kim yox idi. Barmaqlarımın ucunda yataq otağına tərəf getdim. Yataq otağından sevişmə səsləri gəlirdi. Dünya başıma dar olurdu, gördüklərimin yuxu olması üçün nələrdən keçməzdim. Qapını yavaşca araladım. Anam nişanlımın qoynunda xumarlanırdı… *** Uzun müddət müalicə aldım. Universitetdə təhsilimi bir illik dondurdum. Atam nə qədər xahiş etsə də, ona nə nişanımın qayıtma səbəbini nə də anamla yaşamaqdan niyə imtina etdiyimi demədim. Heç onunla da yaşamağa razılıq vermədim. İndi tələbə qızlarla kirayədə qalırıq. Təhsilimə yenidən başlamışam. Eyni zamanda, bir nəşriyyatda korrektor kimi çalışıram. Özüm özümə söz vermişəm: Həyatda hər şeyin ola biləcəyinə özümü inadırmalı və yenidən yaşamağa, yenidən həyat atılmağa hazır olmalıyam!


Şərhlər: 42
Baxılıb: 33210
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
seher_kuleyi7
ELE ANANIN ALLAH BELASIN VERSIN IYRENC
12 fevral 2016 21:28
# 42
evli.mutlu.cocuklu
ELE ANANIN ALLAH BELASIN VERSIN IYRENC
31 oktyabr 2015 15:55
# 41
CANAN
Ele.anani boymu sijsi.o terife layiq olan elxandi kimdi onunfa
21 oktyabr 2015 13:30
# 40
Canan
Seher
O exlaqsiza muqedes ana kelmesini deyib ana adini lekelemiyin.eseblesdim
16 avqust 2015 10:33
# 39
1
VIP
Allahım elə bildim seriala baxıram bu nə dəhşətdir
19 iyul 2015 18:03
# 38
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Golden rose
Ele bir dovrde yasayiriqsa artiq analarda da analiq qalmayib
28 iyun 2015 22:53
# 37
AZURA
Aman Allah!Hec bir qiza bu ani yawamagi arzu etmerem bu nece anadir?onun kimi ana olmaz olsun!
9 iyun 2015 15:22
# 36
SENI SENSIZ SEVDIM
dehstdiyeee...yaziq qiz...adice men bir oxucu kimi pis oldum...O qiz gor neler yasayib daa
1 may 2015 00:45
# 35
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
Brilliantam
Sozun bitdiyi andir.
11 aprel 2015 00:48
# 34
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
GULTEKIN MEMMEDOVA
Allah uzaq elesin. Sokdayam Allah
10 aprel 2015 22:20
# 33
111222
birdane
men bu xeberi basqa sayta oxumusdum oxuyanda dehsete gelmiwdim....
10 aprel 2015 13:00
# 32
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
aliceWOnDer
Mənə cox maraqlıdı bu olub? şokdayam belə şey olmaz
10 aprel 2015 00:13
# 31
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ulduz
bu heqietdi biri mene desin.....heqiqetdise dehsetdi//ana var qizinin xosbextliyi ucun her seye dozur bu anaa deyil vicdansizdi
9 aprel 2015 22:59
# 30
leyla_258
ay Allah uzaq etsin,
men o qiza ALLAHDAN sebirler dileyirem.
cox pis hiiiissss dir bu his,
Allah hec bir qizin,hec bir insanin basina getirmesin.
AMIN.
9 aprel 2015 21:56
# 29
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
SENSİZ
oxudum cox pis oldum amma bilmek isteyerdim anasi qizini gorub ya yox
9 aprel 2015 21:43
# 28
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
ALONE
Ele ananinda ele oglaninda Allah belasin versin şerefsizler!

Ele ananinda ele oglaninda Allah belasin versin şerefsizler!
9 aprel 2015 21:40
# 27
Men "Melek" deyilem amma canim yansa,cennet yawatdigim insanlara cehennemi yawadaram....!
vipbetul
goresen o ana oldumu ya arsizca helee yashiyir,hele o mundar gedeni demirem
9 aprel 2015 21:40
# 26
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Buna benzer bir hekayede olub saytda.demekki heyatda az deyil bele iyrenc emeller.adama deyerler ele qizmisan ayrisina get de,niye yezneve tamah salirsan?belelerin 5herfden ibaret bir adi var vessalam
9 aprel 2015 21:09
# 25
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ruzgargulum
Dəhşətdi ey allah belə analara lənət eləsin nə deyim bilmirəm əsəbləşdim.Allah səbr versin.
9 aprel 2015 19:44
# 24
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
Menim balam
Ele Ananı qara torpaq yesin
9 aprel 2015 17:17
# 23
Tomris Müslümova
dehsetdi dehset,inana bilmirem
9 aprel 2015 16:57
# 22
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nergız33
İnanmıram yeqin qızın öz anası deyilimiş.
9 aprel 2015 16:32
# 21
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Catwoman666
xahis edirem sualima cavab verin. bu hekaye realda olub? yeni kimse size yazib hekayeni siz de xeber kimi yazibsiz?
9 aprel 2015 16:00
# 20
"All men must die, but we are not men"

Daenerys Targaryen
Melisa
Allah uzaq etsin. Anada bele hereket eder.Allah sebr versin.
9 aprel 2015 14:58
# 19
ask meleyi
dehset dash_mini
9 aprel 2015 14:30
# 18
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
Madina
Bu meqaleni ele bu saytda oxumusdum. Allah hec bir pisliyi cezasiz qoymur.
9 aprel 2015 12:36
# 17
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Qlamurr
Bu hekayəmi deyim,gerçəklikmi deyim,yəni bu yazını oxumuşam,düzdü bizə inandırıcı gəlməsədə,şəxsən mən artıq təəccüblənmirəm,çünki artıq bu kimi hadisələri tez-tez eşidirik,sadəcə ananın hərəkəti bağışlanmazdı,özü xəyanət səbəbindən ayrıldığı halda qızına bunu etməməliydi.Hələ oğlan,çox iyrənc bir hadisədi,belə xislətli insanların kökü kəsilsə yaxşı olar,insanlıqdan uzaq varlıqlardı.
9 aprel 2015 12:30
# 16
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
lelos
inanmiram heqiqet olar eger heqiqetdirse da sözüm yoxdu
9 aprel 2015 12:15
# 15
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
qanadli melek
Oxumusdum bunu.heqiqeten olduguna inanmagim gelmir
9 aprel 2015 11:29
# 14
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Сладкий Ангел
Bu hekayəni başqa yerdə oxumuşdum hecdəinanmamişdim düzdüye belə bir söz var hec vaxt hec vaxt demə amma bu iyrənclikdi analarin adini belə bir iyrənclikdə işlənşənməsini istəmirəm cox həsas insanam analrimza qarşi nəsə bir haqsizlik olanda tanimadigim biri olsa belə biri bir hekayə uydurub ki reytinq qirsin eşş nə bilime bəlkə olub amma mən əsla inanmadim inanmaramda 125
9 aprel 2015 11:05
# 13
.Bir gülüşüm var Sizlərə ömür...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz