Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
22 yaşlı azərbaycanlı qızın faciəsi
22 yaşlı azərbaycanlı qızın faciəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 137888
Səs ver:
"Fahişə olmaq istəmirəm”.

Azərbaycanda qadınlara qarşı zorakılıq problemi geniş şəkildə tədqiq edilməyib. Amma buna baxmayaraq qadınların əksəriyyəti əri tərəfindən zorakılığa məruz qalır.

Əlbəttə, bizim cəmiyyətdə evdəki söz-söhbəti kənara çıxarmaq qəbul edilməyən bir faktdır, çünki kişi kultu çox güclüdür. Məşədi İbad demişkən: "Arvad kişidən nə qədər çox qorxsa, bir o qədər yaxşıdır”. Amma bu, kişinin öz qüvvəsindən sui-istifadə edərək qadını döyə bilər anlamına gəlmir.

Qadınlar.Biz Oxu.Az-a istinadən xəbər verir ki, kişinin yumruğuna güvəndiyi üçün arvadı ilə heç danışığa lüzum bilmədiyi hallar heç də nadir deyil. Qadın isə sözlərini arqument gətirir. Məlumdur ki, dilin itiliyi zərif cinsin həm silahı, həm də düşmənidir. Ona görə də hər iki tərəf öz doğruluğunu özünəməxsus üsulla sübut etməyə çalışır. Kimi sözlə, kimi isə yumruqla.

Əlbəttə evli cütlüklərin öz problemlərini sülh yolu ilə həll etməyi öyrənmələri yaxşı olardı. Amma heyf ki, buna nail olmaq hər zaman mümkün olmur. Təbii ki, müdrik kişi qadınına əl qaldırmayacaq, ağıllı qadın isə kişini fiziki güc tətbiq etməyə sövq etməyəcək. Bu anlayış illər sonra yaranır.

Qadının döyülməsinə bəzən ailə işlərinə kənar şəxslərin müdaxiləsi də səbəb olur. Bu və ya digər hallarda qadınlar və uşaqlar əzab çəkirlər, çünki məhz onlar kişidən asılı vəziyyətdə olurlar. Əslən Siyəzəndən olan 22 yaşlı Leyla Ağaşirinova buna əyani misaldır.

Hal-hazırda L.Ağaşirinova üç yaşlı körpəsi ilə  Uşaqlar üçün Reinteqrasiya Mərkəzində yerləşir.

Ağaşirinova onu incidən ərindən qaçıb. Bir dəfə özünü öldürmək istəyib. Amma övladının onsuz yiyəsiz qalacağı fikri onu dayandırıb.

Ağaşirinova Vesti.az-a öz acı taleyi barədə danışıb.

"Anamla atam ayrılanda 8 yaşım var idi. Atam bizə Sumqayıtın Corat qəsəbəsində ev aldı və biz ora köçdük. Amma orda çox qalmadıq. Anam birdən-birə evi sataraq başqa yerdə yaşamağı qərara aldı. Ev axtarışının sonu anamı, üstündə "Satılır” yazılmış "Kotec” massivinə gətirib çıxardı. Ora satışın şərtini öyrənməyə gedən anam bizim atalığımız Aslanla tanış oldu”, - Ağaşirinova danışır.

Tezliklə Ağaşirinovanın anası Coratdakı evi sataraq uşaqlarla təzə ərinin yanına köçür, ev satışından əldə etdiyi pulları isə ona verir. Elə bu andan uşaqların məşəqqətli günləri başlayır. Atalıq uşaqlarla pis rəftar edib, təhqir edib, döyüb ac saxlayıb. Ana işə gedir, atalıq isə analarının işdən qayıdana qədər uşaqlara yeməyə toxunmalarına icazə vermirdi.

Sonra isə kişi bu evi sataraq Novxanıda bağ evində yaşamağa köçdüklərini bəyan edir. Beş nəfər birotaqlı evdə yaşamağa başlayırlar. Burada Ağaşirinova əzab içində 7 il yaşamalı olur.

"17 yaşım olanda mən xalam qızı ilə evdən qaçdım. Zöhrə xalamın evinə gəldim. İki ay sonra xalam məni Xaçmazdan olan işsiz bir nəfərə ərə verdi. Ailə həyatımız alınmadı. Məni tez-tez döyürdü, armatur və ya kəlbətinlə başıma vururdu. Qohumlarımdan yanıma heç kim gəlmirdi, heç kəsin vecinə deyildim. Axırda ondan məni anamın yanına aparıb orda qoymasını xahiş etdim”, - Ağaşirinova deyib.

Ağaşirinovanın qayınanası və baldızlarına gəldikdə isə onlar, bir dəfə də kobud söz işlətməyiblər, onunla mehriban rəftar ediblər. Nikah bir il davam edib.

Evə qayıtdıqdan sonra atalığının ona olan münasibəti dəyişdi. Onu təhqir edir evdən qovurdu, ansı isə geri qaytarırdı.

Bir dəfə Leyla atalığı ilə onun xalası oğlu ilə söhbətini eşidib. Atalığı: "Leylanı gözətçi işlədiyim bağa aparıb, orda it kimi zəncirə bağlayarıq. Orda qalar, heç kim bilməyəcək” - deyib.

"Mən qapının arxasında idim və hər şeyi eşitdim. Səhərisi gün anama evdən getmək istədiyimi deyəndə o atalığımla dalaşdı. Atalığım isə məni zəncirlə döydü.

Səhərisi gün evdən qaçdım. Kişilərin mənə sataşmaması üçün dilənçi kimi geyindim. Başımı yaylıqla bağladım, şalvarın üstündən paltar geyindim. Dilənçiyə oxşayırdım. Cibimdə 10 manat pul var idi. Mən bu pula dərman alıb özümü öldürmək istəyirdim. Qorxurdum ki, məni fahişəliyə cəlb edərlər. Fahişə olmaq istəmirəm”, - o ağlayaraq danışırdı.

Ağaşirinova Novxanı qəsəbəsində gəzərək ağlayırdı. Bu 4 il bundan qabaq olub. Yaxınlıqdan bir maşın keçirdi. Ağlayan qızı görən gənc sürücü maşını saxladı. Onun nə üçün ağladığı ilə maraqlandı.

Leyla bunun ona dəxli olmadığını söylədi. Amma gənc adam onu sakit etdi, ondan qorxmaq lazım olmadığını söylədi.

Ağaşirinova maşına oturaraq ona hər şeyi danışdı. Mais (gəncin adı) onunla evlənəcəyini söylədi. Amma bir şərtlə. O, "Mənim balaca qızıma baxarsan?” deyə soruşdu. Mən hə dedim və o zaman ölənə qədər məni saxlayacağını, pis yola düşməyimə icazə verməyəcəyini söylədi”, - Ağaşirinova deyib.

Mais Leyla üçün ev tutdu və iki həftə sonra ona nişan üzüyü bağışladı. Gənclər öz münasibətlərini rəsmiləşdirdilər. Leylaya elə gəldi ki, bu "çoxdan gözlədiyi qadın səadətidir”. Bir il sonra Maisin anası boşanmalarını tələb etdi, əsas isə gəlinin heç nəyi və heç kiminin olmaması idi. Yenə də sevən və anlayan yaxınlarının olmaması onun taleyində öz sözünü dedi.

Tezliklə əri gəzməyə başladı, və o qədər həddini aşdı ki, keçmiş arvadını evə gətirərək düz Leylanın gözü qabağında onunla sevişirdi.

"O, məni buna baxmağa məcbur edirdi. Mən bu çirkabdan iyrənirdim. Onda hamilə idim gedə bilmədim.

Bu iyrənc səhnələrdən sonra ona bu təhqirlərə dözməyəcəyimi dedim. Bundan əsəbiləşən Mais məni Kürdəmirə anasının evinə aparıb orda qoydu. Hər dəfə rayona gələndə qohumları onu mənim əleyhimə qızışdırırdılar. Bu konfliktlərin sonu dava ilə bitirdi. Uşağımızın bir yaşı olanda, məni möhkəm döyüb maşının yük yerinə saldı. Bağlayıb getdi. Ürəyim partlamaq üzrə idi, çox qorxurdum”, - ağlayan Ağaşirinova danışır.

Orda bükülərək qalan Leyla, baldızlarının ağlayaraq Maisdən onu buraxmasını xahiş etdiklərini eşidirdi. Nəhayət o, dözməyib maşının yük yerini açır.

Leyla boşanmaq istəyirdi. Mais yenə dəyişdi, ona boşanmasın deyə yalvarırdı. Hər şeyi yenidən başlayacağına, ona bir daha xəyanət etməyəcəyinə söz verdi. Sumqayıtda torpaq sahəsi alıb ailəsini ora apardı. Ağaşirinovanın həyatı yenicə qaydasına düşmüşdü ki, Mais yeni bir eşq macərasına başladı. Bu qadın üç aşaq anası idi. Əri ona Qazaxıstandan maddi yardım edirdi. Hətta bir dəfə Maisin ağzından o qadınla məhz pul üçün münasibət qurduğunu eşidib.

2014-cü ilin mart ayının 16-da Mais yenidən Leylanı döyür. Onu skotçla elə sarıyır ki, Leyla az qala boğulmaq həddinə çatır. Ağlayan uşağı ata divara çırpır, zərbədən uşağın burnundan qan açılır. O zaman Leyla artıq Maislə yaşaya bilməyəcəyini anlayır.

Mart ayının 17-də uşağını da götürüb evdən qaçır. Amma sənədlərini götürə bilmir, Mais onları arvadını yanında saxlamaq üçün gizlədir.

İndi Ağaşirinova oğlunun və özünün sənədlərini necə bərpa edib, işə düzəlmək, ev kirayələmək haqqında düşünür. Reinteqrasiya mərkəzinin rəhbəri Kəmalə Ağazadə Ağaşirinovaya və onun övladına müvəqqəti sığınacaq verib.

Belə bir məsəl var: Bir tələyə iki dəfə düşmək olmaz. Təəssüf ki, Leylanın faciəvi tarixçəsi bu məsəli təkzib edir. Yazıq qadın nə birinci, nə də ki, ikinci nikahından xeyir görməyib. Onun bu gənc yaşında həyatına çıxan hər iki insan kişi adına layiq olmayan davranış nümayiş etdirib.

Amma bu heç də onun həyatının sonu deyil. Həm də onun cəmi 22 yaşı var. İnanmaq istərdik ki, o əsl kişinin qadınını döyən-söyən yox, əksinə heç bir fiziki güc tətbiq etmədən ailə problemlərini həll etməyin mümkün olduğunu sübut edə biləcək bir nəfərlə rastlaşacaq... 


Şərhlər:
Baxılıb: 137888
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz