Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Qayınatam dedi ki, qonşuyla yatırsan...” ŞOK
“Qayınatam dedi ki, qonşuyla yatırsan...” ŞOK
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 56460
Səs ver:
Qısqanc ailədə gəlin olmuş qadının həyat hekayəti

Bugünkü yazımızın qəhrəmanı Könüldür. Uşaq evində böyüyən Könül 18 yaşında bakılı bir oğlanla ailə qurub. Onun çox əzablı ailə həyatı olub. Başına gələnləri öz dilindən qələmə aldıq:

"Mən uşaq evində böyümüşəm. Nə atamın, nə də anamın üzünü görməmişəm. Onların kim olduğunu, məni niyə bura atıb getdiklərini bilməmişəm. Lap körpəlikdən bizə belə bir fikir təlqin olunub ki, bizim kimsəmiz yoxdur və heç vaxt da olmayıb. Biz bu tale ilə barışmışıq. Sanki yetimlər evində böyüməyimizin günahkarı özümüzük.

17 yaşım tamam olanda uşaq evini tərk edib bir gözəllik salonunda işləməyə başladım. Həmin gözəllik salonunun sahibəsi Lətifə xala heç kimi olmayan, tək yaşayan bir qadın idi. O, mənə evində sığınacaq verdi. Dedi ki, ərim neçə il bundan əvvəl ölüb, uşağımız da yoxdur. Gəl mənimlə yaşa, sən də mənim bir qızım... Razılaşdım. Onsuz da qazandığım pul ancaq qarnımı doyurmağa çatırdı. Kirayədə yaşamaq üçün pul tapa bilməyəcəkdim. Gözəllik salonunun sahibəsinin təklifi göydəndüşmə oldu. O gündən mən həm salonda işləməyə, həm də Lətifə xala ilə birlikdə yaşamağa başladım.

Lətifə xala pis qadın deyildi. Mənim hər qayğıma qalır, maaşımı vaxtlı-vaxtında verir, ev işlərində də mənə kömək edirdi. Həmişə deyirdi ki, Könül, qızım, mənim bu yaşa kimi qızım olmayıb, sən mənə Allahın bir lütfüsən. Sonra da əlavə edirdi: "Balamın toyunu da özüm edəcəyəm.”

Onun bu sözləri mənə ürək-dirək verirdi, sevincimdən az qalırdım, qanad açıb uçum.

***

O dövrdə biz yaşadığımız məhəlləyə Teymur adlı bir oğlan gəlirdi. Bahalı geyinən, yarlı-yaraşıqlı bu oğlan, nə gizlədim, mənim diqqətimi çəkmişdi. Onun da mənə maraq göstərdiyini hiss edirdim. Altdan-altdan mənə göz qoyur, qonum-qonşu qızlarından mənim kimliyimlə maraqlanırdı. Əvvəl-əvvəl özümü mənimlə maraqlanmağından əsəbiləşirmiş kimi göstərsəm də, bu gizlində çox xoşuma gəlirdi. Günlərin bir günü qonşu qızlarından biri bizə gəldi, işdən yorğun qayıtdığımıza görə Lətifə xala yatmışdı. Qız mənimlə söhbəti olduğunu dedi. Mətbəxə keçib qabaq-qənşər oturduq, qonşu qızı məhəlləmizə gələn oğlanın – Teymurun məndən xoşlandığını, mənimlə tanış olmaq istədiyini dedi. Həyəcandan ürəyim titrədi. Sevincimdən az qalırdım, qanad açıb uçam. Ancaq bunu büruzə verməməyə çalışdım: "Onunla tanış olmaq istəmirəm, lazım deyil!”

Qonşu qızı, ay qız, ağlın olsun, ondan yaxşısına gedəsi deyilsən ki, dedi. Sonra da üstünə qoydu: "Yetim qızsan, Allah bir qapı açıb sənə”.

Bu "yetim qızsan” ifadəsi mənə çox təsir etsə də, bildirmədim, ancaq öz payımı da götürdüm. Başa düşdüm ki, mən yetim qızam, öz yerimi bilməliyəm. Qarşıma çıxan oğlana gözümü yumub getməli, ona nökərçilik etməliyəm. Teymurla tanışlığa razılıq verdim.

Tanışlığımızın ilk günlərində aramızda böyük bir pərdə var idi. Mən onunla bəzən saatlarla kəlmə kəsmir, Teymur dindirməsə, dinmirdim. Hər axşam mənə zəng eləyirdi, hara getdiyimlə, hardan gəldiyimlə, iş vaxtı kimlərlə danışdığımla, nə etdiyimlə maraqlanırdı. Açığı, onun bu diqqətcilliyi xoşuma gəlirdi, ata qayğısı görməyən qızlarda belə şeylər olur. Bu diqqətcilliyin arxasında qorxunc bir qısqanclıq dayandığını isə sonralar öyrənəcəkdim.

***

Lətifə xala Teymurla münasibətlərimizi öyrənəndə, əvvəl xeyli narahat oldu: "Ay qızım, mən demirəm ki, elə ömrün boyu otur mənim yanımda, ancaq nömrə alıb-verəndə, görüşə çıxanda bir soruş-sonala gör, görüşdüyün, könül alıb-verdiyin kimdir də. Aparar səni evinə... ” Mənim pis olduğumu görüb yumşaldı. "Yaxşı, yaxşı, madam ki, könül alıb-vermisiniz, qoy sən deyən olsun. Çağır oğlanı, gəlsin, bir üzünü görək. Lətifə xalanın razı olduğunu görüb sevincək Teymura zəng elədim və ona dedim ki, Lətifə xala səninlə görüşüb tanış olmaq istəyir. Səhəri gün Teymur bizə gəldi. Lətifə xalanın ona dediyi sözlər bu gün də yadıma düşəndə gözlərim dolur: "Teymur, oğlum, bu qız demək olar ki, həyatda bir gün görməyib. Uşaqlığı yetimxanada, onun-bunun kötəyi, onun-bunun tənbehi altında keçib. Yeni ildə Şaxta baba hədiyyəsi görməyib, Novruzda paxlava. İndi mən onun bu yaşdan sonra canının incinməyini istəmərəm. Sən də bil ki, yetim qızı incitmək Allah dərgahında günahdır”.

Lətifə xalanın elə bil ki, hər şey ürəyinə dammışdı. Teymur məni çox incidəcəkdi, çox...

***

Teymurla evləndikdən bir ay sonra onun əsl üzü açılmağa başladı. Artıq mənim qarşımda məni sevən, hər qeydimə qalan, bir boynubükük duruşumdan təsirlənən oğlan yox idi. O, məni manyakcasına qısqanır, hətta ən yaxın dostlarıyla belə bir az mehriban salamlaşanda bir şeyi bəhanə eləyib məni döyürdü. Teymurun anası çoxdan rəhmətə getmişdi, xəstə atası isə bizimlə birlikdə yaşayırdı. Əslində, belə vəziyyətlərdə ağsaqqal kişilər ailədə söz-söhbət olmamaması üçün hər şeyi qaydasına salmağa çalışır. Ancaq bütün məsələlərdə olduğu kimi bu işdə də mənim bəxtim gətirməmişdi. Teymurun atası özündən də manyak idi. Bir gün işdən evə qayıdanda yolda qonşu kişiylə rastlaşdım, onunla salamlaşdım, ayaqüstü yüngülvari hal-əhval tutdum, evə gələndə qayınatam günümü göy əskiyə bükdü: "Mən bağın ayağına butulka qoymuşdum, bayaq gördüm ki, o butulka böyrü üstə aşıb. Sən qonşunun kişisiylə dingildəşməyə gedəndə ayağın dəyib, butulka aşıb. Bayaq da onu görəndə üzün güldü, oğlumun papağını yerə soxdun, "detdom” fahişəsi!”

Bu kişinin nələr danışdığının fərqinə varmamış, bu sərsəm ittihamlara cavab verə bilməmiş qayınatam məni kəmərlə döyməyə başladı. Mənə kəmərin zərbələrindən çox namusuma atılan ləkələr təsir edirdi. Sadəcə, yerə uzandım, ağrı içində qıvrıla-qıvrıla qayınatamın məni döyüb yorulmağını gözlədim. Axşam Teymur gələndə ona şikayət etmək, günahsız yerə döyüldüyümü demək istəyirdim. Ancaq hər şey gözlədiyimin əksinə oldu, qayınatam məni qabaqladı və hər şeyi manyak oğluna öz bildiyi kimi danışdı. Teymur tərəddüd etmədən atasına inandı. Bu dəfə məni döyən qoca, xəstə və çəlimsiz bir kişi deyildi. Gənc, qolları qüvvətli, qısqanclıqdan gözləri dönmüş bir manyak idi. Yadımdadır, yaxşı yadımdadır evdən qaça-qaça çıxmağım, qarşıma çıxan ilk taksiyə minib məni Lətifə xalanın yaşadığı evə aparmasını xahiş etməyim: "Qardaş, qurban olum, məni Bayıla apar, orada, gedəcəyim evdən pulu götürüb verərəm”.

***

"Ay görüm, onun əlləri qurusun, ay görüm onu qanına bulansın mənim balama əl qaldırdığı yerdə! Mənim balam kimə neyləyib, mənim balam kimə neyləmişdi?! Onun onsuz da qırıq qəlbini niyə qırdılar, yetim ürəyini ikinci dəfə niyə yetim qoydular?!”

Lətifə xalanın səsi idi. Yazıq Lətifə xala, əlində- ovcunda olanın hamısını mənim müalicəmə xərclədi. Həm fiziki ağrılarımdan xilas olmaq üçün, həm də psixoloji vəziyyətimi yaxşılaşdırmaq üçün.

İndi atıq iki ildir ki, yenidən mənə analıq edən qadınla – Lətifə xalayla birlikdə yaşayıram. Hər gün gözəllik salonumuza – iş yerimizə birlikdə gedir, birlikdə qayıdırıq. Əvvəlki həyatımızı bərpa etmək, sevgi macəralarından uzaq sadə və təmənnasız, zəhmətkeş bir ömür yaşamaq istəyirəm. Ancaq arada xatirələrin tərs-məzhəb şilləsi adamı bir gizlinə çəkilib için-için ağlamağa məcbur edir: Ən çox da Teymurdan ayrılandan sonra abort elətdirdiyim oğlan uşağı tez-tez yuxuma girir. Axı deyirlər, birinci uşağı abort elətdirən qadınların ömrü boyu övladı olmur...


Şərhlər:
Baxılıb: 56460
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz