Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məsləhət istəyirik
Məsləhət istəyirik
Göndərən: Sedo
Şərhlər:
Baxılıb: 6183
Səs ver:
Aynur 8-ci sinifdə oxuyurdu. Uşaq vaxtı göbək kəsdisi olan bibisi oğlu Orxan elçi gəlmişdi. Aynur onu istəməsədə evdəkilər Aynurun həsini verdilər. Aynur onu sevməyə çalışsada bacarmırdı. Anasına onu istəmədiyini deyirdi, atasından qorxduqlarına görə ona heçnə demirdilər. Bütün nəsilə qarşı gəlməli idi. Yaşı az olduğundan mübarizə apara bilmədi. Orxanı desək çox yaxşı oğlandı, Aynuruda çox sevir. Onun isə heç nədən xəbəri yoxdu. Aynur Orxana demək istəsədə bibiləri, anası buna icazə vermirdilər. Aynur yaxşı hazırlaşıb inustuta daxil oldu. Oxumaq üçün Şamaxıya gəldi. Mən Aynuru bu vaxt tanıdım. Bir evdə qalırdıq, Orxanla sözlü olduğunu bilirdim. Aynur hər gecə yorğanı başına çəkib ağlayırdı. Mənsə elə bilirdim Orxanı görmək istəyir, onun üçün ağlayır. Zaman keçdikcə biz dahada yaxın olurduq. Aynurun pis günləri isə hələ qabaqda idi. Qrup yoldaşı Azəri tanıdıqdan sonra dahada pis oldu. Onu sevirdi, bu vaxta qədər bilmədiyi sevgini yaşayırdı. Azər onun sözlü olduğunu bildiyindən, ona yaxınlaşa bilmirdi. Bunlar bir-birindən xəbərsiz sevirdilər. Bir gün qrupda oynadıqları etiraf oyununda növbə Azərə çatmışdı. Azər sevdiyini dilə gətirə bilmədi. Aynurla yaxın olduğundan, uşaqlar ondan öyrənməsini istədilər. Dərs qurtardı. Aynur evə gəldi. Azərə sms yazaraq uşaqların istəyi üçün bunu ondan soruşmuşdu. Cavabı isə belə gözləmirdi. Azər onu çox sevdiyini demişdi. Aynur sevgisinin qarşılıqlı olduğun bilir, amma Orxan olduğu üçün uzaq olmağa çalışır. Bir qrupda, qarşılıqlı olsada heç vaxt birlikdə olmayacaq sevgi vardı. Aynur hər gün ağlayır, Orxanı sevmədiyin ailəsinə deyirdi. Biz qızlarla söhbət edəndə, Aynur kənara çəkilərək ağlayırdı. Bizsə sevdiyi ilə sözlüdü deyib onu başa düşmürdük. Dərsim tez qurtardığından evə tez gəlmişdim. Aynur içəri girəndə bütün bədəninin əsdiyini, ağladığını gördüm. Bu dəfə məndən qaça bilmədi. Yanımda oturdu, dərdinin nə olduğunu soruşdum. Sən məni başa düşməyəcəksən, qınayassan məni, amma mən belə olmağın istəmədim deyib ağlayırdı. O nə etsədə yanında olacağını dedim, həmdə mən onu çox istiyirəm. Başladı bu əhvalatı danışdı mənə. Əvvəl inana bilmirdim, sonra onu qucaqladım. Göz yaşlarımı gizlədə bilmədim. Sevginin nə oduğunu bilirdim. Aynurun nə çəkdiklərini başa düşürdüm. Azərdə Aynurdan heçdə fərqlənmirdi. Aynur hər gün ağlayır, amma  əldən heçnə gəlmirdi. Azər mənə zəng edirdi, Aynuru çox sevdiyini deyir, onun necə olduğunu soruşurdu. Pis olduğun deyəndə səsi titrəyib, sadəcə onun yanında ol deyirdi. Nə edəcəyimi bilmirdim. Aynur Azər hər ikisi çox çətin günlər keçirirdi. Orxan onun heçnədən xəbəri yoxdu. Hər üçünün bir günahı vardı. Sevmək...
Dərs qurtardı. Yayda Aynurun nişanı oldu. Məndə unini dondurdum. Aynur geri qayıtdığında barmağında üzüyü vardı. Azər təbrik edib uzaqlaşdı. Aynurun yanında deyiləm, zəng edir dərdləşirik. Mənə ehtiyacı var, mənimdə ona. Neyləyəcəyimi bilmirəm. Ona kömək etmək istiyirəm. Qınamaq çox asandı. Sizdən istəyim özünüzü bir anlıq onun yerinə qoyun, siz olsaz necə çıxardız bu vəziyyətdən?


Şərhlər:
Baxılıb: 6183
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz