Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Gərdək (Toy) gecəsi mənimlə evcik-evcik oynadı”
“Gərdək (Toy) gecəsi mənimlə evcik-evcik oynadı”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 124172
Səs ver:
Nailənin rəfiqəsi Sədaqət Bakı kəndlərinin birində anadan olub. Onun 20 yaşı yeni tamam olub. Sədaqətin anası onun 6 yaşı olarkən dünyasını dəyişib. O, bir gün xalasının, bir gün bibisinin evində qalıb. Atası onunla körpə yaşlarından pis davranıb. Anasızlıq, atasının pis davranışı Sədaqəti qorxaq, yazıq böyüdüb. Heç vaxt üzü gülməyib. Körpəliyi, uşaqlığı, yeniyetməliyi göz yaşı ilə keçib. Dördüncü sinifdən sonra isə atası onu məktəbə getməyə qoymayıb.
Sədaqət qohumların evini bir qab yeməyə yır-yığış edən yazıq varlığa çevrilib. 17 yaşı tamam olduqdan sonra isə atası onun haqqında qəti qərar verib. Sədaqəti ərə verdiyini, 1 həftə sonra toyunun olacağını deyib. Sədaqətin fikrini isə soruşan olmayıb. Onsuz da bibilərinin, atasının zülmündən cana doyan qız xilası ərə getməkdə gördüyü üçün sevinib. Atası isə Sədaqətə deyib ki, bütün həyatını ona görə korlayıb. İndi isə evlənmək istəyir. İndiyədək evlənməməyinə səbəb isə Sədaqətdir. O, açıq-aşkar deyib ki, qızını ərə verməkdə məqsədi canını ondan qurtarmaqdır.
Sədaqət həmin gecəni səhərədək göz yaşı töküb. Doğma atasının ondan bezməyi, can qurtarmaq istəyi onu çox kədərləndirib. Kimə ərə gedəcəyini bilmədiyi halda atasını yükdən qurtardığı üçün sevinib.
Deyildiyi kimi bir ay tamam olmamış Sədaqətin toyu baş tutub. O, bəyi yalnız toy günü görüb. Toy mərasimi sakit, problemsiz ötüşüb. Gələcək əri ondan 16 yaş böyük olub. Ancaq yenə də Sədaqət sevinib ki, canı qurtarır.
Toy gecəsi əri onunla gərdəyə girmək yerinə ona evcik-evcik oynamağı təklif edib. İlk başda heç nə anlamayan Sədaqət ərinin psixoloji problemi olduğunu, xəstə olduğunu anlayıb. Sədaqətin atası evindəki qara günləri əri evində daha dəhşətli formada davam edib. Osman Sədaqətin gününü axmaq adətləri ilə qara etməyə başlayıb. Sədaqətə sonradan məlum olub ki, Osmanın xəstəliyi barədə həm bibiləri, həm də atasının xəbəri olub. Osman Sədaqətlə oyuncaqla oynayan kimi oynamağa başlayıb. Daha sonra oyunlar şiddətə çevrilib. Osman dəfələrlə Sədaqəti stula bağlayıb. Günlərlə ac-susuz qalıb. Osman hər gün onu döyüb əziyyət verib. Osmanın valideynləri isə Sədaqəti müdafiə etməyib. Osmanın anasının sonradan dediyinə görə isə, oğlu anadangəlmə psixoloji xəstədir. Kənd mollası isə Osmanın anasına deyib ki, oğlu evlənərsə, xəstəliyi ötüb keçəcək. Ona görə də Sədaqətin atası ilə razılaşıblar ki, Sədaqətə gələcək ərinin xəstəliyi barədə məlumat verməsinlər.
Sədaqətə bu müddət ərzində yalnız rəfiqəsi Nailə köməklik göstərib. Nailə rəfiqəsinin hər gün döyülməyinə göz yuma bilməyib. Osmanın anasına xəbərdarlıq edir ki, Sədaqət yenə də döyülsə, onları polisə verəcək. Lakin Sədaqətin xəbərdarlığı onlara təsir etmir. Sədaqət psixi xəstə olan əri tərəfindən davamlı olaraq işgəncələrə məruz qalır. Nailə dözməyib polisə müraciət edir. Polis rəsmi olmasa da psixoloji problemi olan adamın nikaha girməsinə göz yuman valideynləri məsuliyyətə cəlb edir. Osmanın psixoloji vəziyyəti yoxlanıldıqdan sonra onu psixi problemli xəstələrin müalicə aldığı xəstəxanaya yerləşdirirlər. Osmanın qohumları bundan hiddətlənərək Sədaqəti döyüb evdən qovurlar. Sədaqət Nailənin evinə pənah gətirir. Cəmi bir həftə sonra Sədaqətin bibiləri və atası Nailənin evinə hücum çəkir. Onlar Nailəni Sədaqətin ailəsini dağıdıb pis yola çəkməkdə ittiham edirlər. Nailəni döyüb Sədaqəti zorla evdən çıxarıb aparırlar.
Sədaqət yenidən atasının içgəncəsi altına düşür. İki dəfə evdən qaçmağa cəhd etsə də alınmır. Bibisi uşaqları onu tapıb evə qaytarırlar.
Sədaqət atasının evinə gələndə görür ki, atası ailə qurub. Atasının arvadı Səkinə 46 yaşlarında 3 dəfə ərdə olmuş qadın idi. Səkinə o qədər hökmran qadın olub ki, hətta atası da ondan çəkinirdi. Sədaqət evə qayıtdığı andaca onu nələrin gözlədiyini təxmin edirdi. Səkinə Sədaqətin əziyyətlə yuduğu paltarları torpağa tökür, bişirdiyi yeməyi süfrəyə verdiyi vaxt ərinin qabına gizlincə bir ovuc duz tökürdü. Yeməyinin duzluluğuna görə atasın onu dəfələrlə boğmağa cəhd etmişdi. Səkinə Sədaqəti bezdirib canına qıymağı üçün hər şey edirdi. Nəhayət, Səkinə Sədaqəti bezdirməyinin əsl səbəbini ona izah edir. O deyir ki, heç vaxt övladı olmayıb. Sədaqət isə gəncdir. Ona övlad doğa bilər. Başqasının uşağını isə istəmir. Səkinə Sədaqətə qardaşı ilə tanış olub cinsi əlaqəyə girməyi təklif edir. O, izah edir ki, Sədaqət boşanıb ata evinə geri dönüb. Bir daha ərə getmək şansı yoxdur. Bu ev isə atasınındır. Əgər, Sədaqət ona qardaşından uşaq doğsa, o uşağı Səkinə sevə-sevə böyüdər. Sədaqət isə doğduğu uşağın yanında, həm də atası evində yaşamağa davam edər.
Sədaqət əvvəlcə razılaşmır. İşgəncələr 4 aya yaxın davam edir. Sonunda Səkinənin qarşısında acizləşib razılıq verir. Səkinə qardaşı Əhmədi evə çağırır. Özü isə ərini götürüb çıxıb gedir.
Əhməd Sədaqətə ilk baxışdan pis insan təsəvvürü yaratmır. Bir gün bir evdə tək qaldıqdan sonra aralarında münasibət yaranır. O, Əhmədlə cinsi əlaqəyə girir. Əhməd Səkinənin planından xəbərsiz Sədaqətə aşiq olur. Sədaqətin əvvəllər evli olsa da, bakirə olduğunu öyrəndikdən sonra onu yarıyolda qoymamağa qərar verir. 1 həftə sonra Səkinə və əri evə qayıdır. Əhməd qərarını bacısına açıqlayır. O, qəti şəkildə etiraz edir. Sədaqət hamilə qalarsa, o uşağın sahibin onun olacağını deyir. Əhməd qəti şəkildə Səkinin istəklərini rədd edir. O, Sədaqəti də götürüb evdən gedir.
Sədaqət uşaqlıqdan bəri çəkdiyi zülmlərdən qurtulduğuna sevinir. Əhməd onu öz evinə gətirir. İki aylıq hamilə ikən rəsmi nikaha girirlər. Əhməd onunla çox yaxşı davranır. Hamiləliyi dövründə nazı ilə oynayır. Rəfiqəsi Nailə deyir ki,  Sədaqət heç vaxt olmadığı qədər xoşbəxt olur. Ancaq Səkinə onlara rahatlıq vermir. Evlərini tapıb hər gün hücum çəkir. Hamilə Sədaqəti qorxudur. Əhməd zara gəlib bacısını evindən qovur. İkinci dəfə Səkinə Sədaqətin atası ilə gəlir. Aralarında o qədər böyük dava olur ki, Əhməd bacısını və ərini döyür. İş böyüyür. Səkinə qardaşından polisə şikayət edir. Əhmədi həbs etdirir. Əhməd həbsə düşdükdən sonra Sədaqətin hamiləliyini zəhərə döndərir. O, tələb edir ki, qardaşının evindən çıxsın. Rəsmi nikah olduğuna görə onu evdən çıxara bilmirlər. Əhməd həbsxanada olduğu zaman Sədaqətin oğlu dünyaya gəlir. Onun yanında yenə də əziz rəfiqəsi Nailə olur.
Hazırda Əhmədin həbsdən çıxmasına 2 ay qalıb. Sədaqət Nailənin köməkliyi ilə oğlunun qayğılarını çəkir. Səkinə isə onu narahat etməkdən bezmək bilmir.
Nailə deyir ki, Sədaqəti uşaqlıqdan tanıyır. Heç kimə zərəri toxunmayan, sakit, səssiz bir qadına sanki, bütün dünya düşmənçilik elan edib. Həyat daima onu sıxıb, əziyyətlər verib. Sədaqət dəfələrlə intihara cəhd edib. Xoşbəxtlikdən intihar baş tutmayıb. Nailə deyir ki, hamının həyatında çətinliklər olur. Uşaq yaşlarından tanıdığı rəfiqəsinin ürəkdən bircə dəfə güldüyünü heç vaxt görməyib. İndi evində, körpəsi ilə oturub ərinin həbsdən çıxmasını gözləyir. Gələcəyi haqda düşüncələri məchuldur. Düşünür ki, əri ona görə həbsə düşüb. Bəlkə də həbsdən çıxanda münasibətləri daha əvvəlki kimi olmayacaq. Gördüyü acıların davamı gələcək. Hərdən də düşünür ki, Əhməd oğlu Zauru görən kimi bütün köhnə əziyyətləri unudacaq. Bilmir... O, öz gələcəyi haqda heç nə bilmir...
Günay Muradlı


Şərhlər:
Baxılıb: 124172
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz