Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Qızımı da mənim kimi etdilər.."
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 13490
Səs ver:
12 yaşında zorla ərə vermək istədilər

Evdən qaçdı. Biri evli olmaqla 6 kişi ilə birlikdə yaşadı. Bu qeyri-rəsmi nikahlardan 7 övladı doğuldu. Hər dəfə də ər vəhşicəsinə döydüyü üçün qaçdı.Hətta sığındığı, pənah apardığı kişilər onu pulla satdılar, fahişəliyə vadar etdilər.Kabusdurmu? Həyatdır.

Qadinlar.Biz milli.az-a istinadən bildirir ki, Türkiyənin Konya şəhərində ötən ildən bəri sosial sığınacaqda 4 və 7 yaşlı iki uşağı ilə birlikdə yaşayan S.C acı həyat hekayətini danışıb."12 yaşım olanda atam məni zorla dayım oğluna nişanladı. Ərə getmək istəmədiym üçün evdən qaçdım, bir il küçələrdə yaşadım. Sonra bir kişi ilə tanış oldum, 18 yaşıma çatanda o kişiyə ərə getdim. Lakin o, sürəkli məni döyür, aşağılayırdı. Uşağım oldu və artıq dözə bilmədiyim üçün ondan ayrılıb ailəmin yanına qayıtdım. 70 yaşlı kişiyə ərə gedəcəyim təqdirdə, məni qəbul edəcəklərini dedilər. Razılaşmadım. Uşağımı anamın yanında qoyub qaçdım", - S.C. bildirib.Evdən ikinci dəfə qaçandan sonra yenə bir müddət küçələrdə qaldığını deyən S.C. çarəni ərinin bir dostundan yardım istəməkdə görüb: "Amma, sən demə, yanılmışam. O kişi məni yeməkxana dediyi kazinoya apardı. Sən demə, məni o kazinoya satıbmış. Zorla orada saxladılar, işlətdilər. İki il sərasər fahişəliyə vadar olundum. Müqavimət göstərəndə də döydülər, işgəncə verdilər. Gözümün qarşısında bir qadının üzünə turşu atdılar, şikəst qoydular. Oradan qaçmağı bacardım".Kazino sahibləri izinə düşdükləri üçün başqa vilayətə yollanan S.C. orada bir kişi ilə tanış olur, onunla yaşamağa başlayır. Lakin hamilə qalanda həmin kişi S.C-ni qoyub gedir və S.C. doğduğu uşağı bir ailəyə övladlığa verir.Yenidən ailəsinə dönən S.C.-ni bu dəfə evli kişiyə ikinci arvad qismində verirlər: "O kişi məni istəmirdi, sürəkli dava edirdik. Bu nikahdan da bir uşağım oldu. Amma ərim məni az qala hər gün döydüyü üçün davam gətirə bilmədim, ayrıldım. Doğduğum uşağı da bir ailəyə övladlığa verdim".İkinci arvadı olduğu kişinin yanından da qaçandan sonra yenidən küçələrdə yaşayan S.C-nin sözlərinə görə, aylarla belə yaşayandan sonra bir kişi onu aldadaraq şəhər kənarına aparıb, tövlə kimi yerdə 6 ay saxlayıb: "Hər gün biri gəlib məni döyürdü, sonra da zorla cinsi əlaqəyə girirdi. Hər tərəf qapalı idi. Gecə ilə gündüzü ayrıd edə bilmirdim. Hamilə qalmışdım və bətnimdəki uşağın atasının kim olduğunu bilmirdim. Növbəti dəfə döyüləndə uşağı saldım. Bir gün qaldığım yerin yanından qoyun sürüsü keçirdi. Orada çobanların olduğunu anladım. Qışqırdım. Çoban vardı, səsimi eşitdi, məni qurtardı".S.C. normal həyatı ailədə, evlilikdə aradığını, amma daim problemlərlə qarşılaşdığını deyir.Sonra da istefada olan hərbçiylə birlikdə yaşadığını, bu izdivacda iki övladının dünyaya gəldiyini, amma o kişinin 13 il əvvəl uşaqları da götürüb onu tərk etdiyini söyləyən qadın daha sonra 2 dəfə qeyri-rəsmi nikahda olub, həmin nikahlarda da iki uşaq doğub. İlk ərindən olan və boşanandan sonra ailəsinə verdiyi qızının 18 yaşına çatdığını deyən S.C ağlayır: "Qızımı da fahişəliyə vadar etdilər. Atam və anam öləndən sonra o qız küçələrə düşdü. Yanıma çağırıram, amma gəlmir. Qızım indi narkomandır. Onu pula satırlar. Vaxtilə mənim yaşadığım həyatı, acını, fəlakətləri indi qızım yaşayır. Yanımda olan uşaqlara da atası sahib çıxmır, "bunlar məndən deyil" söyləyir. İndi burada, sığınacaqda yaşayıram".


Şərhlər:
Baxılıb: 13490
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz