Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərin saytlarda davranış formaları
Bürclərin saytlarda davranış formaları
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2745
Səs ver:

 

Qoç

Bu bürcün userləri saytda çox güclü olan userlərdir. İstər xəbər göndərməkdə, istərsə də rəylər yazmaqda hər zaman çevik və bacarıqlı olurlar. Admin və redaktor statuslarını məharətlə idarə edən biriləri kimi də demək olardı. Əsasən oğlan userlər saytda kobud olurlar. Qoç bürcünün userləri davaya can atanlardır. Çünki onlar adi bir sitatlaşmalarda xırda bir şeyi böyüdüb, davaya çevirə bilərlər. Onun üçün çat etməmişdən qabaq mütləq bunu nəzərə alın ki, sonra başınız ağrımasın. Saytda əsasən yüksək statusları sevirlər.

Buğa
Buğa bürcü altında sayta daxil olan userlər bacarıq və qabiliyyətləri ilə seçilirlər. Xəbər göndərməklə araları demək olar ki, yaxşıdırlar. Amma saytda çox az-az şərh yazarlar. İnadcıl biriləridir. Əgər görsəniz ki, buğa bürcünün useri top10luğa daxil olubsa, məsləhət olar ki, mübarizədən geri çəkiləsiniz. Əks halda mütləq uduzacaqsız. Qarşıya qoydularını mütləq edirlər. Kimsəylə işləri olmaz. Lakin saytda kimsə onları əsəbləşdirərsə bunu heç zaman unutmaz. Oğlan userlər hamıdan gizli qızlarla danışmağı xoşlayırlar. Qıraqdan baxanda onları tək görmək olar. Lakin əslində onların bilinməyən tərəfində onlarla dost-tanışı vardır. Qadın buğalar isə saytda statusu sevən userlər olurlar. Qısqanclıq üzündən onlarda status rəqabəti böyük olur. Ümumiyyətlə buğa bürcünün userləri çox zaman yüksək statusları əldə edirlər. İdarəçiliyi asanlıqla aparırlar. Saytda əsasən yüksək statusları sevirlər.

Tərəzi
Bu bürcün userləri saytda çoxlarının sevimlisi olurlar. Hər zaman dava-dalaşdan uzaq qaçıb, xoş və mehriban münasibət qurmağı bacarırlar. Əsla kimisə incidib, xətirlərinə dəyməzlər. Xəbər göndərməkləri az olsa da göndərdikləri də hər zaman maraqlı olur. Rəy yazmağı və sayta qaynayıb-qarışmağı çox sevirlər. Yazdıqları rəylər də çox geniş və maraqlı olur. Onlar saytın nəbzini tutmağı bacarırlar. Və bununlada asanlıqla hər kəsin xarakterinə uyğun hərəkət edib, onların sevimlisi ola bilirlər. Onlar status naminə xəbər göndərmirlər. Statusu tədricən alırlar. Bunun üçün də onlara status yox, saytda daha çox mehribançılıq gərəkdir.

Əqrəb
Bu bürcdə olan userlər maraqlı olurlar. Yeniliklər və layihələr etməyi sevirlər. Saytda rəqabətə girişinən userlərdəndir. İstər layihədə, istərsə də top10-da 1-ci olmağı can atanlardandır. Saytda tündməzaclığı ucbatından onları sevməyənlər də çox olur. Onlar həmişə qapalı olurlar. Ünsiyyət qurmaqdan çəkinirlər. Saytda rəy yazmağı çox da sevmirlər. Lakin münasibət qurduqları ilə son dərəcədə səmimi olan userlərdir. Xəbər göndərməyi sevən userlərdir. Xəbər sayını artırıb, status almağı da çox sevirlər. Ümumiyyətlə hər şey də rəqabətli userlərdir. Məqsədlərinə çatmaq üçün bütün imkanlardan istifadə edirlər. Onlar üçün statusun önəmi saytda çoxdur.

Oxatan
Bu bürcün userləri olduqca maraqlı olurlar. Rəylərində fəlsəfi sözlər çox olur. Maraqlı rəyləri və ara-sıra xəbərləri ilə daim diqqət mərkəzində olmağı bacarırlar. Özlərini nə qədər sadə gösətərməyə çalışsalar da saytda ən yüksək yerlər və statuslar onlar üçün çox önəmlidir. Nə qədər müstəqil və sərbəst olsalarda əsl heç zaman admin və redaktor ilə aralarında münaqişə və narazıçılığın yaranmasına əsla imkan verməzlər.

Oğlaq
Saytın ağıllı userlərində olan oğlaq bürcünün userləri saytda ədalətsizlik olsa belə buna dözə bilirlər. Rəy yazmağı sevən biriləri kimi, həm də xəbər göndərməyi də xoşlayırlar. Əsasən də saytın xüsusi tədbir və layihələrdə faəllıq göstərirlər. Onlar inadcıl və məqsədindən çətin dönən biriləri olduqları üçün saytda hər zaman rəqiblərdir. Status əldə etmək üçün çox da can atmırlar. Onlar bunu yavaş-yavaş əldə etməyi də qəbul edirlər. Bu bürcün userləri nə qədər utancaq olsalar belə bunu gizlədə bilirlər. Hər vasitə ilə ətrafındakıların "gözünə girməyə" cəhd edirlər.

Dolça
Bu bürcün userləri rəy yazmaqdansa maraqlı xəbərlər göndərməyi üstün tuturlar. Xəbərləri də çox zaman baxımlı olur. Rəy az yazmaqlarına baxmayaraq hər zaman maraqlı rəylər yazırlar. Fəlsəfi cümlələrə çox önəm verirlər. Bu bürcün userləri sakit göründükləri qədər, saman altında oken yeridirlər. Bu bürcün oğlan userləri qız userləri ilə münasibət qurmağı sevən userlərdir. Lakin çox zaman kobud olmağı bacarırlar. Bu süsusiyyətləri əsasən böyük kütləni idarə etmək üçün lazım olur. Statusa gəlincə isə dolça bürcünün userləri çox zaman yüksək statuslarda olurlar. Yəni onlar üçün sayt varsa, bir də status olsun və həyat olur gözəl.

Balıqlar
Bu bürcün userləri sakit və mehriban olurlar. Onların yazdıqları rəylər məntiqli və maraqlı olduğu üçün daim diqqət mərkəzində olurlar. Xəbər göndərməyə gəlincə isə seçdiyi mövzular çox zaman tənhalıqdan, pessimitlikdən bəhs edir. Üsniyyəti sevsələrdə heç zaman bunu birinci özləri etmirlər. Sözün əsl mənasında hər gələni xoş üzlə qarşılayır və mehribançılıq yaratmağı bacarır. Bu bürcün userləri üçün saytda status çox da önəmli deyil. Onlar üçün önəmli olan saytda yeniliklər və yaradıcılıqdan bəhs edilən mövzulardır.

Şir
Şir bürcünün userləri sevimli olurlar. Çünki onlar nə qədər yüksəkdə olsalar da lovğalığı sevmirlər. Hər kəsə kömək etməyi sevirlər. Bu bürcün userləri saytda ən çox hədiyyə göndərənlər kimi də seçilirlər. Rəy yazıb, sayta qaynayıb- qarışmağı çox xoşlayır. Hər kəslə dil tapmağı bacaran userlərdir. Bacardıqları qədər mehribançılıq yaradırlar. Hər zaman can atırlar ki, dostları, tanışları və fanat ordusu çox olsun. Şir bürcünün userləri nə qədər sadə userlər olsalar da şöhrətpərəstliyi sevirlər və bunun üçün də saytda onlar üçün status önəmlidir.

Qız
Bu bürcün userləri olduqca sakit olurlar. Heç kimlə  işləri olmaz. Çox köməkcanlıdırlar. Hər kəsə kömək etməyi sevirlər. Rəy yazmağı xoşlamırlar. Xüsusilə də lazımsız sitatlaşmalar gətirib, çat yaratmaqdan uzaq olurlar. Saytda əhatə dairəsi o qədər də geniş olmur. Az olsun, saz olsun prinsipi əsas tuturlar. Rəy yazmağı sevməsə də xəbər göndərməyi xoşlayırlar. Xəbərləri də maraqlı və baxımlı olur. Saytda qayda-qanunu sevən userlərdir. Onlar da yüksək statusları sevsələr də statusları əllərindən alındıqları halda əsla səslərini çıxarmazlar.

Əkizlər
Olduqca ağıllı olan əkizlər bürcünün userləri mənasız rəylər yazmaqdan hər zaman qaçırlar. Göndərdikləri xəbərlər də tutarlı və maraqlı olur. Bunun nəticəsində də çoxlarının diqqətini cəlb edə bilirlər. Lakin saytda bəzən dostları və tanışları çox az olur. Ünisyyəti və sitatlaşmaları çox da sevmirlər. Sitatlaşmalarda isə çox zaman haqlı olurlar. Hazırcavabları olmadığı yerdə əsla olmazlar. Onlar üçün saytda statusun önəmi yoxdur. Fərqi yoxdur adi istifadəçi olsunlar və ya Gold user.

Xərçəng
Davakar olan xərçəng bürcünün userləri saytda çoxları ilə münaqişəyə girir. Buna görə də sayt userləri ilə aralarında problemlər tez-tez yaşanır. Öz bildiklərini etdikləri üçün admin və redaktor tərəfindən də ən çox xəbərdarlıq alan da məhz onlar olur. Saytda rəy yazmağı xoşlayırlar. Çox zaman da sitatlaşmalarla sonda xəbərdarlıq alırlar. Xəbər göndərmə həvəsi onlarda çox zaman olmur. Göndərsələr də yalnız maraq xatirinə edərlər. Onlar üçün status heç də vacib deyil. Vacib olan saytda öz bildiklərini etməkdir.

 



Şərhlər:
Baxılıb: 2745
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz