Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərin istirahətləri
Bürclərin istirahətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1902
Səs ver:
Bürclərin istirahətləri

Qoç

Qoç bürcü həyəcanı sevir. Tətil mövzusunda yeni yerləri kəşf edə bilər amma ilk kəşf edən o olmaq istəməz. Çatışmazlıqlarla qarşılaşmaq onun sinirini poza bilər. Qoç bürcünün macəraçı kəşf duyğusu onu tətilində dəniz,hava paraşutu kimi idmanları etməyə həvəsləndiə bilər. Təbiətə qarşı öz gücünü test edə biləcəyi bir düşərgə tətili ona yaxşı gələ bilər. Düşərgə sahəsinin yaxınında yaxşı bir otel olarsa super bir tətil keçirə bilər. Hər vaxt yeni şeylərə ehtiyac duyar. Tətilə çıxmadan əvvəl gedəcəyi yer haqqında kiçik bir araşdırma edə bilər.Özünü həyəcandan, macəraya atılmaqdan saxlaya bilməz.

Bürclərin istirahətləri

Buğa

Buğa bürcü lüks və gözəllik düşkünüdür. Yaşıllıqlar içində dağ ya da göl mənzərəli qəşəng bir tətil kəndi, otel tam ona görədir. İsveçrə,İtalya kimi yerlərdə çox xoşbəxt ola bilərlər. Səyahətinizdə sıx gündəlik proqramlar etməməlisiniz. Buğa bürcü tətildə rahatlamaq istəyər. Kitabxanaları, muzeyləri, sənət qalereyalarını və mağazaları gəzərək rahatlayalar. Buğa üçün tətil demək, gündəlik həyatın xaricində fərqli zövqləri dadmaq deməkdir.

Bürclərin istirahətləri

Əkizlər

Əkizlər üçün səyahət yeni şeylər öyrənəcəyi, marağını bir az olsun üstələyə biləcəyi bir yerlərə getmək ola bilər. Əkizlər bürcü mütləq tətildə özünə bir şey qatmağı istər. Tətil anlayışı onun üfüqünü genişlətməli, əks halda zövq ala bilməz. Əkizlər insanı üçün tətil istirahət etmək demək deyil. Sıxlıq, ictimai ətraflarla tanış olacağı, fəaliyyətlərin sıx olduğu yerləri seçim edə bilər. Hələ ki tətildə təklik onu çox sıxa bilər. Çimərlikləri, tarixi yerləri, muzeyləri, alver mərkəzi, gözəl mənzərəsi olan tətil bölgələri əkizlər bürcünü təmin edə bilər. Amma tək bir yerlə də kifayətlənməz. Qısa zamanda bir çox yeri kəşf etmək istəyər. Sahillər ona görə ola bilər, dəniz, ləzzətli yeməklər tətilin məqsədini tamamlayar. Əkizlər bürcü tətilə yanında kiçik qeyd dəftəri və mütləq fotoaparatla gedər. Tətildə sevgi yaşamaq isə xüsusi bir zövq qatar

Bürclərin istirahətləri

Xərçəng

Həssas, romantik xərçəng bürcləri üçün tətilin ilk məqsədi istirahət etməkdir. Bilmədiyi, xarici yerlərr onun marağını çəkməz. Bu cür yerlərə ancaq çox güvəndiyi dostlarıyla birlikdə getməyi seçər. Xərçəng bürcü tətilində özünü dinc və xoşbəxt hiss etməlidir. Ətrafında canlı musiqi və dəniz mütləq olmalı. Xərçəng bürcü insanı aktual həyatında da dənizə, suya ehtiyac duyar. Hələ ki tətil seçkisini mütləq sahil kənarlarından yana istifadə edər. Böyük lüks otellər yerinə kiçik otelləri seçim edə bilər. Təbii ki qaldığı yerlərin etibarlı olması lazımdır. Özünü etibarda və rahat hiss etməli. Xərçəng bürcü çox pul xərcləməyi sevmədiyindən, tətili əsnasında alver edəcək yer axtarmaz. Dostları və ailəsi ilə birgə dəniz kənarında tətil etmə imkanına sahibdirsə yer/ və zaman əhəmiyyətini itirər.

Bürclərin istirahətləri

Şir

Şir bürcü gündəlik həyatında belə lüksün bir parçası olmağı istər. Tətil isə ona bütün arzularını yaşatmalıdır. Tətildə özünü, gündəlik həyatdan qopmuş, Kleopatra kimi hiss etmək istər. Xəyalındakı tətil üçün pul yığar. Kiçik tətillər və eşqbazlıqlar onu görə deyil. O xülyasındakı tətili yaşamaq istəyər. Zəngin mədəniyyətləri olan şəhərlər onun diqqətini çəkər. Köhnə sarayların kəşfi onu həyəcanlandıra bilər. Şir bürcü hara gedərsə getsin pulunun çatdığı ən lüks oteldə ən yaxşı xidməti almaq istəyər. Gecə həyatından da qopmaq istəməz. Tətili boyunca rəqs və əyləncədən qopa bilməz.

Bürclərin istirahətləri

Qız

Qız bürcü tətilində intellektual mənada bəslənmək istəyər. Enerjisini xərcləyə biləcəyi bir yerə getməyi xəyal edər. Qız bürcü hərəkət və həyəcan axtarar. Yalnız istirahət etməklə kifayətlənməz. Pul xərcləmə mövzusunda xəsis sayıla bilər. Həm ucuz alternativləri seçər həm də istəklərindən güzəşt verməz. Ən uyğun qiymətli dövrlərə qatıla bilər. Qız bürcü xarakteri eyni zamanda sağlamlığına da düşkündür. Masaj, sauna, palçıq, parafin maskaları, təmizlənmək, istirahət etməkdə qız bürcünə çox yaxşı kömək ola bilər.

Bürclərin istirahətləri

Tərəzi

Cəmiyyət içərisində olmaqdan zövq alan Tərəzi bürcü, böyük şəhərlərə, tətil kəndlərinə tətilə getməkdən böyük zövq alarlar. O çadırda qalmaq yerinə rahat bir yataqda yatmağı seçər. Yoldaşlarıyla birlikdə, qrup halında tətil kəndlərində zaman keçirmək onun kefinə kef qatar. Sevdikləriylə bir yaz tətili onun üçün unudulmaz bir an ola bilər. Canlı musiqidən zövq alar. Günün müddətində fəaliyyətlərə qatılmaq yerinə yoldaşlarıyla söhbət etməyi seçim edə bilər. Ünsiyyət onun üçün əhəmiyyətlidir. Kiçik yerlərdə daha sürətli ünsiyyət təmin edər. Bu da ona zövq verər.

Bürclərin istirahətləri

Əqrəb

Əqrəb bürcü üçün tətil planı etmək çətindir. Əqrəb insanı plan, proqram qura bilmədiyindən ağlındakı düşüncəni həyata keçirər. Kimsəsiz, səssiz, sakit, ilham verici bir ada ya da gəmi marağına səbəb ola bilər. Dəniz sahili, dalğalı dəniz onu xoşbəxt edər. Tətilində izdihamdan uzaq olmaq istəyər. Özünü rahat hiss etməlidir. Eyni zamanda ehtiyacı olan şeylərə də çata bilməsi lazımdır. Göl kənarında kitab oxuyaraq, balıq tutaraq və düşünərək tətilini yaşaya bilər. Göl kənarında ev kirayəyə götürmək, meşədə velosipedə minmək, günəşdən faydalanmaq ona yaxşı gələr.

Bürclərin istirahətləri

Oxatan

İdmanla inteqrasiya olunan bir tətil, yay bürcü üçün mükəmməl ola bilər. Üzmək, dağ idmanları marağına səbəb ol bilər. Egzotik yerlər kəşf üçün idealdır. Nə qədər uzağa gedərsə tətilində o qədər həyəcan hiss edərr. Alaska, Keniya, oxatan bürcü insanları üçün itirilməz fürsət ola bilər. Yeniliyə ehtiyacı var. Gecə ulduzların altında, açıq havada yatmaq onun üçün əsl istirahət olar. Təbiət ilə təmasda olmaq onu qorxutmaz. Cəsarəti ilə hər şeyin öhdəsindən gələ bilər. Tətilində ləzzətli yeməklər yeməyi də istəyər. Gəzmək qədər bəslənməyə də ehtiyac duyar. İGəzməkdən əsla imtina etməz. Tətil müddətində özünü azad hiss etmək istər lakin təklik hissini özündən uzaqlaşdırar. Yeni yerlərdə yeni yoldaşlıqlar da qazanar. Mehriban və enerjili bir yoldaş olar.

Bürclərin istirahətləri

Oğlaq

Oğlaq bürcü nizama əhəmiyyət verər. Amma dəyişik dadlar da sınamaq istəyər. Tarixi yerlərlə maraqlanar. Gəzməkdən zövq alar. İstanbulda Pera Palas, New Yorkda Plaza, Londonda Ritz Oteli kimi yerlərdə qalmaq onu təmin edər. Kiçik kafelərdə də yemək yeyə bilər, lüks restoranlarda da. Bu vəziyyət onun o ankı qərarına bağlı olar. Oğlaq insanı ailəsinə bağlı bir bürc olsa da tətildə təkliyi seçim edə bilər. Öz azadlığını və sərhədini ortaya qoyar. Oğlaq insanı tətildəki təcrübələrini mütləq iş həyatına köçürər. Tətil edərkən belə ağılının bir ucunda karier həyatını düşünər. Oğlaq insanı tətildə öz seçimlərini özü etməlidir.

Bürclərin istirahətləri

Dolça

Dolça bürcü insanı sıravilikdən uzaq bir tətil etmək istəyər. Yaponiya onlar üçün maraqlı bir tətil yeri ola bilər. Tətil müddətində bir çox dəfə masaj mərkəzlərinə gedə bilər. Xidmət görəcəyi yerlər maraq dairəsindədirr. Masaj, , sauna imkanı təmin edən mərkəzlər, ona unudulmaz istirahət bəxş edər. Texnologiyaya yaxın olmağı seçər. E-maillərini idarə edə bilməli, ünsiyyət halında olmalıdır. Əlbəttə yalnız onun istədiyi zamanlarda! Yediyi yeməklər damaq zövqünə xitab etməlidir, özünü xüsusi hiss etməsini təmin etməli. Sevdikləriylə ya da tək başına tətilə çıxmaq onun üçün bir şey fərq etdirməz. əhəmiyyətli olan ürəyincə bir tətil keçirməsidir.

Bürclərin istirahətləri

Balıq

Balıq bürcü tətilində romantizm yaşamağı istəyər. Tətilinin içində yaradıcılıq, dəniz və eşq olmalıdır. Balıq insanı tətildə dünyadan qopmalı, onu xəyallar Aləmində yaşadacaq bir tətil yaşamalıdır. Tətilin qətiliklə gündəlik həyatla bənzərlik daşımaması lazımdır. Dalğa səsləri istirahət etməsini təmin edər. Dəniz mənzərəli kiçik bir otel, böyük bir otaq balıq bürcünün ürəyincə ola bilər. Dəniz kənarı, sakitlik və təbiət ilə tımasda olmaq istirahərin əsas xüsusiyyətidir. Balıq bürcü xarakteri, üzməyi, gəmidə , qayıqda, gəzməyi və sahildə qum üzərində yürüyüş etməyi çox sevər.



Şərhlər:
Baxılıb: 1902
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz