Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bədnəzərə dözümlü olan bürc
Bədnəzərə dözümlü olan bürc
Göndərən: Ayten Melek
Şərhlər: 11
Baxılıb: 1787
Səs ver:
Mistik məsələlərdə inadkar olan "Qız"lar Tibet astrologiyasında yüksək qiymətləndirilir

Öncə nəzərinizə çatdıraq ki, qədim babillilər bu Zodiak işarəsini qızmar yayla qızıl payız arasında dayanan mülayim dövr adlandırır, göstərilən təqvimdə dünyaya gələnləri müqəddəs adam hesab edirdilər. Əslində haqqında yazdığımız bürcün əsl adı hər bir astroloji mənbədə "Qız" yox, "İlahə" kimi göstərilir. Hətta rus dilində işlədilən "Deva" ifadəsi də qız mənasını vermir (ingiliscə isə "Vigro" yazılır). Eyni zamanda Göy qübbəsindən alınmış təsvirdə də adını çəkdiyimiz bürc "qanadlı qız" kimi göstərilir. Və bütün bunlar yuxarıda yazdıqlarımıza əyani sübutdur. Bu bürcün müəyyən cizgiləri var ki, digər Zodiak işarələrindən köklü surətdə fərqlənir.

Bu işarə yola saldığımız Şir bürcündən əsaslı şəkildə fərqlənir. Belə ki, Qız bürcünün bərqərar olduğu dövrdə əzilənlərin oyanışı, məzlumların haqq səsi yüksəlir, maddi rifah halı əvvəlki bürcə nisbətən dirçəlməyə başlayır. Bu işarənin ikinci dekadasında isə (4-13 sentyabr) cinayət əməllərinin sayı xeyli artır. Deyilənlərlə yanaşı bu bürcün hakimiyyəti dövründə Baharın gəlişində olduğu kimi insanlarda canfəşanlıq, torpağa bağlılıq artır, zəhmətkeş adamlar qışa ehtiyat toplamaq üçün tarla və sahələrə çıxırlar. Bu dövr məhsuldarlığın ən yüksək mərhələyə çatdığı ərəfə kimi də yadda qalır.

Ulduzlar sistemində 6-cı yeri tutan Qız bürcü təxminən avqustun 24-dən sentyabrın 23-nə qədər (30 gün) olan dövrü əhatə edir. Bu zodiak işarəsi Göy qübbəsində 1290 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 95 ulduz daxildir. Hətta səmada ən parlaq obyektlərdən hesab olunan Spisk ulduzu da məhz Qız bürcündədir. Hərarəti təxminən 20 min dərəcə olan bu ulduzun kütləsi Günəşinkindən 15 dəfə çox, işıqlılığı isə 740 dəfə güclüdür.

Qız bürcünə himayədarlıq edən Merkuri astronomik hesabla birinci planet sayılır. Onu qədim Roma Allahı Merkurinin şərəfinə belə adlandırıblar. Bu planet ticarət və alış-veriş işlərinə böyük təsir göstərir, eləcə də idmanın inkişafında əhəmiyyətli rol oynayır. Qədim dövrlərdə Merkurini ölmüş insanların ruhu, yeraltı aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq, tərkibi quraqlıq, xarakteri isə soyuqluqdur.

Bəri başdan qeyd etmək istərdim ki, bu bürc altında doğulanlar əksər hallarda zahirən xoşagəlməz və dəyişkən fikirli adam təsiri bağışlasalar da, daxilən pak və xeyirxah olurlar. Arıq və hərəkətdə olan bədən, enli alın, qızarmış sifət, şabalıdı və ya xurmayı saçlar, qonur gözlər, böyük çiyinlər, şiddətli səs məhz "Qız"lar üçün xarakterikdir. Belələri nadir hallarda böyük iddialarla yaşayır. Onları azacıq həvəsləndirmək kifayətdir ki, dağı dağ üstünə qoysunlar. Çünki "Qız"lar həddindən ziyadə əməksevər və ən ağır işlərdən belə qorxmayanlardır. Bu növ insanlar baş verən prosesləri dəqiqliklə analiz etməyi və hamıdan tez nəticə çıxarmağı ustalıqla bacarırlar. Yəqin bu səbəbdən də dünya nücum elmi daxili intuisiyalarına və ən ədalətli qərar çıxarmalarına görə, onları 12 bürc arasında ən ağıllıları hesab edirlər. Ən az cinayət törədib həbsxana həyatı yaşayanlar da məhz "Qız"lardır.

Qədim hind və Tibet astrologiyasında Qız bürcündə doğulan adamlar olduqca yüksək qiymətləndirilir, həssaslıqlarının yüksək olmasına görə, onlarda öncəgörmə, telepatik qabiliyyətlərinin mövcudluğunu bildirirdilər. Bu bürcün qadınlarında magik gücün olmasını görmək o qədər də çətin deyil. Məsələn, dünən adi, bir qədər də kifir görünən bu zərif məxluqlar bircə gündə ağlagəlməz dərəcədə gözəlləşə və hamını heyran qoya bilərlər. Əgər ətrafınızda belələri varsa, müşahidə edə bilərsiniz. Hətta onu da deyirlər ki, incə məxluqlara məxsus bütün müsbət keyfiyyətlər məhz Qız bürcündə dünyaya gələn qadınlarda cəmlənib.

Mistik məsələlərdə "Qız"lar kifayət qədər inadkardır. Bunun da müəyyən səbəbləri var. Məhdud enerjiləri onları sarsılmaz edir, metodiki ağılları isə mümkün təhlükələrdən qaçmağa məcbur edir. Buradan da "Qız"ların güclü intuisiyaya malik olmaları üzə çıxır. Belələrindən yaxşı münəccim çıxsa da, onlar görücülük mədəniyyətinə malik deyillər. Çünki öncəgörmə zamanı ən xırda detalları belə görmək lazımdır.
"Qız"lar bədnəzərə qarşı çox dözümlüdür və məhəbbət magiyasının təsiri altına çətinliklə düşürlər. Başqa bürclərdən fərqli olaraq, tilsimbənd və qoruyucular "Qız"lara daha çox lazımdır, xüsusən də daşdan hazırlanmış qoruyucular. Onlar əsasən evlərinin təhlükəsizliyi barədə düşünməli və sınmış güzgülərdən, qab-qacaqlardan uzaq durmalıdırlar. Əfsuslar olsun ki, "Qız"ların ən mənfi cəhəti lazımsız güzgü və qab-qacaq sınıqlarını evdə saxlamaları və bu yolla şər qüvvələrin mənzilə daxil olmasına imkan yaratmalarıdır.

Bu bürcdən olanlar başqalarına nisbətən daha çox güzəştə gedir və ətrafında olanlarla hesablaşmağı bacarırlar. Bu adamlar həddindən artıq tənqidçi olduqlarından onları tam razı salmaq çox çətindir. Bu insanlar həddindən artıq təmizliyə riayət etməyə çalışır, müxtəlif infeksiyalardan ehtiyatlanırlar. Şəxsi rahatlıq "Qız"lar üçün həyatın əsas ideyasıdır. Əgər kimsə atom müharibəsindən canını qurtarmağa sadəcə olaraq, ümid edirsə, bunun əksinə olaraq, "Qız"lar özlərinin təhlükəsizliyini təmin etmək üçün qabaqcadan tədbirlər həyata keçirməyə qadirdirlər. "Qız"-qadınlarla ünsiyyətdə olanlar yadda saxlamalıdır ki, bu adamlar yalnız reallığa qiymət verir və hər bir hadisəni dərindən tədqiq etməmiş qəti söz demirlər. Belələri heç bir işə tərəddüdlə başlamırlar. Çünki "qəlbinin razılığı olmadan" hansısa addımı atmaq xoşagəlməz nəticələr verə bilər. Onlar istənilən adamla dil tapmağı bacardıqlarından istiqanlı və başadüşülən olurlar. "Qız"larda müəmmalı və ya qapalı heç nə yoxdur. Amma bəzən yersiz, ikrah doğuran hərəkətlərə yol verməklə sadəlöhv imici də qazanırlar. Başqalarının sirrini saxlamaqda mahir olsalar da, özləri haqqında az qala hamı hər şeyi bilir. Bu bürcdən olanlar nə "Sutökən"lər kimi romantik və xəyalpərvər, nə də "Buğa"lar kimi materialistdirlər - onlar sanki bu iki yolun ayrıcında dayanırlar. Əgər "Qız"ların özlərinə inamı olsa, hər bir işin öhdəsindən gələ bilirlər.

Qərb astrologiyasına görə, bu bürcdən olan adamlar üçün hər bir iş yalnız problemlərdən ibarətdir. Bəzən hətta özlərini ətraf dünyanın "problemlər obyekti" də adlandırırlar. Daima istirahətsiz fəaliyyət göstərən bu adamlar öz iş prinsiplərini məhdud çərçivədə qururlar. Bütün bunları nəzərə alıb belə qənaətə gəlmək olar ki, onlardan təşkilatçı və ya böyük siyasətçi az-az yetişir.
Münəccimlər bu bürcdən olanların ən ağır dərdini və xəstəliyini həzin bir musiqi vasitəsilə dəf etməyin mümkünlüyünü, onların çox vaxt bir məhəbbətlə kifayətlənmədiyini, cəzbedici və qəşəng olduğunu, gözəl natiqlik qabiliyyətinə malik olduqlarını da bəyan edirlər.

Adətən "Qız"lar sevgi məsələlərində problemsiz keçinmirlər. Bu sahədə başa düşülmələri çətin olur. Onlar bir qayda olaraq özlərindən yaşca daha böyüklərə diqqət yetirirlər. Həm də hər şeyə fikir verən "Qız"lar çox xırdaçıldır. Belələri üçün sevdiyi adamın zövqlə geyinməsi, özünü yaxşı aparması çox vacibdir.

Bir qayda olaraq bu bürcdən olanlar ən müxtəlif sahələrdə fəaliyyət göstərməyi bacarırlar. Ən çox yumor hissi də məhz "Qız"lardadır. Yuxarıda qeyd etdiyim kimi, siyasətə az meylli olsalar da, pedaqoq, incəsənət, din və elm xadimləri, yazıçı, biznesmen, katib (katibə), eləcə də bağban və ferma işçisi kimi ən bacarıqlı adamlar olurlar.


Şərhlər: 11
Baxılıb: 1787
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Cindrella
Sitat: BARBI
Qiz burcu cox sade temizkar ve mesuliyyetli burcdur
26 noyabr 2016 00:33
# 11
Onun_Mələyi
Sitat: YalniZ-ArZu
MENIM BALACA OGLUWUM DA QIZ BURCUDU.ALLAH QORUSUN OGLUMU,BURCUN BU CUR XUSIYYETLERINE INANMIRAM.

ay senin o kiciy oqlunun kiymizi yanaxlarni yiyerem..sora diwliyerem
23 noyabr 2016 22:11
# 10
Bir duam var,səndən amin gözləyirdua09123
arzum-aysum
Bidenem qiz burcudu
23 noyabr 2016 19:50
# 9
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
YalniZ-ArZu
Sitat: Dilaycan
Sitat: YalniZ-ArZu
.ALLAH QORUSUN OGLUMU,

Amin Allah bednezerden qorusun..

Cox sagol heyatim,Allah senin de balalarini qorusun her zaman...ele diger gozel bacilarin da.
23 noyabr 2016 19:12
# 8
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
evli.mutlu.cocuklu
Mən tərəzi bürcüyəm sınamıram belə şeyləri
23 noyabr 2016 18:13
# 7
Gultekin.A
Men qiz burcuyem.ama tez nezere gelirem
23 noyabr 2016 17:55
# 6
..
Dilaycan
Sitat: YalniZ-ArZu
.ALLAH QORUSUN OGLUMU,

Amin Allah bednezerden qorusun..
23 noyabr 2016 17:51
# 5
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
YalniZ-ArZu
MENIM BALACA OGLUWUM DA QIZ BURCUDU.ALLAH QORUSUN OGLUMU,BURCUN BU CUR XUSIYYETLERINE INANMIRAM.
23 noyabr 2016 15:58
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Qiz burcu cox sade temizkar ve mesuliyyetli burcdur
23 noyabr 2016 15:58
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
bucur yazilara hec inanmiram
23 noyabr 2016 15:43
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
duymecik
Ancaq qiz haqqindadi
23 noyabr 2016 15:40
# 1
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz