Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pul və bürclər
Pul və bürclər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3112
Səs ver:
Müxtəlif zodiak bürcləri təmsilçilərinin pula münasibətini nəzərdən keçirək.Hər bir bürcün özünə xas xüsusiyyətləri vardır.

QOÇ- Realistdir. Onun əməyi yaxşı ödənildikdə bu məqam həm onun mənəvi, həm də fiziki baxımdan tez bərpa olunmağına kömək edir. Adətən Qoçun nəğd pulu az olur, çünki o, pulunu hansısa ideyanı reallaşdırmaq üçün yatırım edir. Bütünlükdə Qoç pula və maddi dəyərlərə kifayət qədər saymazyana yanaşır.

BUĞA- Pul qazanmağı bacarır. Pulu duymaq qabiliyyəti Buğada anadangəlmədir. Buğalar pulun haradan çıxa biləcəyini yaxşı bilir.Buğa öz rahatlığından ötrü pula heyfsilənməz, çünki başqalarından fərqli olaraq, anlayır ki, elə-belə pul xərclənmir, etibarlı nəyəsə vəsait qoyur. O, pul barədə hər şeyi bilir və bu baxımdan kimsə onu ötüb keçə bilməz.

ƏKİZLƏR- Hər şeyə səthi yanaşırlar və sadədirlər.Amma siz onlardan pul istəsəniz, Əkizlər imtina etməyəcək, amma söyləyəcək ki, "heyf ki, siz istəyən qədər yoxdu".Əkizlər emosional cəhətdən pula bağlı, onu yığmağa meyllli adamlardır. Ailə- Əkizlər üçün enerji mənbəyidir, buna görə də qazandığı pulu ailəsinə xərcləyir.

XƏRÇƏNG- Puldan çox asılıdır. Pulu artdıqca fəxarət hissi də yüksəlir. Xərçənglərin arasında idarəçilik qabiliyyətinə daha çox rast gəlinir. Xərçəngin həmişə "qara gün" üçün pulu olur. Xərçənglərin bir kənarda yığdığı vəsaiti ondan istəmək- onu təhqir etməyə bərabərdir. Bu bürc altında doğulanlar öz əmlakından möhkəm yapışır, digər tərəfdən də hər kəsdən daha çox riskə gedir və udur!

ŞİR- Bu bürc altında doğulanlar çox gözəl bilir ki, pulu qazanırlar.Bu heç də o demək deyil ki,Şir qollarını çırmalayıb işləməyə hazırdır, axı işi elə qurmaq olar ki,pul özü sənin ayağına gəlsin.Əsas məsələ odur ki, nədən pul qazanmağın mümkünlüyünü dəqiq biləsən.Proses qaydasına düşəndən sonra şahlıq etmək olar. Ancaq Şir pul yığmağı bacarmır.

QIZ- Qız pul barəsində acgöz deyil. Onun xərcləri və hesabatları həmişə səliqəlidir.O, borc almağı xoşlamır, hesab edir ki, onun nüfuzuna ləkə düşür. Əgər Qız iri nəsə almaq üçün pul yığırsa,bu vəsait toxunulmazdır.Əgər siz Qızdan pul istəsəniz, verməyəcək. Çünki onların öz xərclənəcək yerləri var.

TƏRƏZİ- Əsl əsilzadədirlər. Ətrafdakılar heç vaxt bilmirlər Tərəzi varlıdır, yoxsa özünü varlı kimi aparır. Tərəzi çox səliqəli olduğundan onun əynindəki ucuz geyim belə bahalı görünür. Lakin Tərəzi heç də göründüyü kimi pula biganə deyil.Tərəzinin işləməklə arası yoxdur,o, həmişə onun əvəzinə işləyəcək birini tapacaq. Pulunu yalnız sabit çalışan, özünü yaxşı göstərmiş müəssisəyə qoyar.

ƏQRƏB - "Pul kisəsidir". O, həmişə hər yerdə ümumi pula, başqalarının puluna cavabdehlik daşıyır.Əqrəbin pulu dövriyyədədir,nəğd pulu isə demək olar ki,yoxdur.Əqrəb riski xoşlayır.Maliyəçilərin,iqtisadçıların və bank işçilərin çoxu elə Əqrəblərin arasından çıxır.

OXATAN- Maliyyə sabitliyini xoşlayır,buna görə də təsadüfi qazanclardan daha çox sabit maaşa üstünlük verir. Oxatan məqsədyönlü pul xərcləyir. Pulu öz ailəsinə və daşınmaz əmlaka xərcləyir. Hansısa işə vəsait qoymaq təklifi alanda çox fikirləşir, amma onun əvvəkcədən hansı fikrə gələcəyi bilinmir.

OĞLAQ- Pulda hər şeydən əvvəl arzuladığı azadlığı ,sərbəstliyi görür. Onun fikrincə, yalnız sanballı məbləğdə pul ona arzuladığı sərbəstliyi bəxş edə bilər. Oğlaq fiziki qüvvə ilə deyil, baş işlətməklə pul qazanmağı xoşlayır.Oğlaqlar öz layihələri üçün sponsor tapmağı bacarırlar.

DOLÇA- Bu bürc altında doğulanlar üçün pul - dumana bürünmüş bir şeydir,Dolça sükanı saxlamağı bacarmır.Əslində belə təsürat yaranır ki, Dolça pulsuz da yaşaya bilər. Dolçalar özgə puluna çox adi yanaşır.Ancaq Dolçalar hər şeyi götür-qoy edir,bütün xırda məqamlarla maraqlanır, dəfələrlə sual verir.

BALIQLAR- Pula çox ciddi münasibət bəsləyir. O, öz pulunu yalnız müstəqil xərcləyir.Balıqların intuisiyası çox güclüdür,onlar mənasız görünən işə baş qoşub çox yaxşı qazanc əldə edə bilərlər. Amma iş ondadır ki, pul tələb olunan layihələrdə Balıqlara mütləq tərəfdaş lazımdır, çünki onların təşəbbüskarlığı tez tükənir.


Şərhlər:
Baxılıb: 3112
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz