Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərin gözəllik sirrləri
Bürclərin gözəllik sirrləri
Göndərən: Pure Love
Şərhlər: 12
Baxılıb: 1699
Səs ver:
Su qrupu qadınları (Xərçəng, Əqrəb və Balıq bürcündən olanlar)

Makiyaj
Su qrupu qadınları makiyaj edərkən özlərini itirərlər. Makiyajın hər addımını və istifadə etdikləri hər tonu sanki yaşayarlar. Mükəmməl və fərqli bir makiyaja, çox zaman ayırmaqdan çəkinməzlər. Xüsusilə pastel tonları və açıq rəngləri istifadə etməyi sevərlər. Zaman keçdikcə daha tünd ten sürməkdən və gözlərinə qara qələm çəkməkdən geri qalmazlar.

Baxım
Su qrupu qadınları kozmetikanı və özlərini şişirtməyi çox sevərlər. Xüsusilə nəmləndirici kremlər və bədən yağı istifadə etməui seçərlər. Duş duzları və aromatik yağlardan da imtina edə bilməzlər. Suyla çox yaxşı münasibətləri olduqları üçün, duş qəbul etməyi, dənizi və saunaya getməyi çox sevərlər.

İdman
Bir idman salonuna asılı qalmaq, qətiliklə su qrupu qadınlarına görə deyil. İdman etmək onların içindən gəlməli və ya başqaları tərəfindən buna təşviq edilməlidirlər. Məsələn dostları tərəfindən hovuza dəvət edilmək, su qrupu qadınlarının çox xoşuna gələr.

Moda
Su qrupu qadını üçün moda, rahatlıq deməkdir. Geydikləri paltarın parçası onlar üçün çox əhəmiyyətlidir. Pastel tonlarda, açıq mavi və gümüş rəngi paltarları seçərlər. Bədən formasını ortaya çıxaran paltarlar geyinməyi sevərlər.

Ətir
Çiçək qoxularından ədviyyatlı qoxulara qədər hər ətiri sevərlər. Özlərinə ən uyğun ətiri tapdıqlarında, onu uzun bir müddət dəyişdirməzlər. Hətta ətirləriylə sanki qaynaşarlar. Xüsusilə gül tərkibli ətirlər, su qrupu qadınları üçün idealdır.
Gözəllik sirrinizi bürcünüz deyəcək

Od qrupu qadınları (Qoç, Şir və Oxatan bürcündən olanlar)

Makiyaj
Od qrupu qadınları çox yaradıcıdır, lakin eyni zamanda səbirsizdirlər. Gözəlliklərdə həddindən artıq dərəcədə düşkün olsalar da, saatlarla aynanın qarşısında makiyaj etmək onlara görə deyil. Gündüzləri sadə makiyaj etməyi, axşamlarsa makiyajı üçün qızıl tonlarında ten və ya pomada seçərlər.

Baxım
Od qrupu qadını tək bir məhsula asılı qalmağı sevməz. Hər vaxt yeni məhsullar və markalar sınamağı seçər. Xüsusilə səhər-axşam istifadə edilə bilən üz, boyun və sinəni nəmləndirən baxım kremləri od qrupu qadınları üçün idealdır.

İdman
Od qrupu qadınları yerlərində dayana bilməzlər. İdman etmək, xüsusilə də açıq havada velosipedə minmək və ya tennis oynamaq onlar üçün imtina edilməzdir. Qaçış, atletizm və xizək də od qrupu qadınları üçün idealdır.

Moda
Xarici görünüşlərinə böyük əhəmiyyət verərlər. Modanı böyük bir maraqla izləyər, mümkün olduğu qədər uyğunlaşmağa çalışarlar. Od qrupu qadını təəccüblü rəngləri, xüsusilə qırmızı, tünd qırmızı və qızıl sarısını seçərlər.
Ətir
Yeni çıxan ətirləri sınamaqdan əsla geri qalmazlar. Od qrupu qadınları, xüsusilə çiçək və vanil tərkibli qadına xas qoxuları seçərlər.

Torpaq qrupu qadınları (Buğa, Qız və Oğlaq bürcündən olanlar)
Makiyaj
Torpaq qrupu qadınları çox nizamlı və təmizliyə düşkündürlər. Makiyaja zaman ayırmaqdan çəkinməz və makiyaj etdikləri halda, etməmiş kimi görünməyi çox sevərlər. Ümumiyyətlə bir-birinə yaxın tonlarda pastel rəngləri seçərlər.

Baxım
Lüks baxım kremləri torpaq qrupu qadınlarının işidir. Dəri tiplərinə uyğun kremləri seçməyə diqqət göstərərlər. Üz və bədən baxımına böyük əhəmiyyət verərlər. Qız qadınları üçün istifadə etdikləri məhsulun təsirli olması çox əhəmiyyətlidir. Oğlaq qadınlarıdırsa, ehtiyac duymadıqlarından nəmləndirici kremləri çox seçməzlər.

İdman
Torpaq qrupu qadınları rahatlığa böyük əhəmiyyət verərlər. Onlar üçün idman etmək, problemli bölgələrlə mübarizə aparmaq və sağlam bir həyat yaşamaq deməkdir.

Moda
Modayla çox maraqlanmayan torpaq qrupu qadınları, özlərinə yaraşanı geyinməyi seçərlər. Rahat paltarları, krem, qəhvərəngi, yaşıl və boz tonlarını sevərlər. Oğlaq qadını klassik geyinməyi, buğa qadını da kaşmir parçadan paltarları seçər. Qız qadınıdırsa paltarda keyfiyyətə çox əhəmiyyət verər.

Ətir
Torpaq qrupu qadınları ümumiyyətlə ədviyyatlı qoxuları seçərlər. Çox nadir olaraq ətirlərini dəyişdirərlər. Onlar üçün əhəmiyyətli olan, qoxunun bədənləriylə uyğunlaşmasıdır.
Gözəllik sirrinizi bürcünüz deyəcək

Hava qrupu qadınları (Əkizlər, Tərəzi və Dolça bürcündən olanlar)

Makiyaj
Hava qrupu qadınları hər cür yeniliyə açıq və maraqlıdırlar. Makiyajın bütün pik nöqtələrini bilər və yenilikləri izləyərlər. Məsələn mavi dırnaq boyası modadırsa, əl və ayaq dırnaqlarının bu rəngdə olduğunu dərhal görərsiniz! Makiyaj etmək hava qrupu qadınları üçün bir lazımlılıqdır. Makiyaj etmədən evdən çıxmazlar.

Baxım
Hava qrupu qadınları, daha yaxşısını tapa bilərəm məntiqiylə dəyişik məhsullar sınamaqdan çəkinməzlər. Yeniliklərə və öyrənməyə açıq olduqlarından, özlərini daha gözəl göstərəcək hər məhsul haqqında məlumat sahibi olmağa böyük əhəmiyyət verərlər. Xüsusilə duş məhsullarına və yağlarına maraq duyar, gözəllik salonuna getməyi çox sevərlər.

İdman
Hava qrupu qadınları ünsiyyət qurmaqdan xoşlandıqları üçün, tək başına idman etmək onlara görə deyil. İdman salonlarına getməyi, burada həm idman etməyi həm də dostluq qərargahı qurmağı seçərlər. Xüsusilə bədəni boşaldan və zehini rahatlaşdıran gimnastika hərəkətlərini seçərlər.

Moda
Modanı izləməyə böyük diqqət göstərən hava qrupu qadınları, paltarlarında açıq və canlı rəngləri, xüsusilə də mavinin tonlarını seçərlər.

Ətir
Yüngül və sakitləşdirici qoxuları sevirlər. Hava qrupu qadınları üçün bu idealdır. Xüsusilə də limon və çiçək tərkibli ətirləri seçərlər.


Şərhlər: 12
Baxılıb: 1699
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Cindrella
Su qrupu tanamile uygun oldu.
19 oktyabr 2016 13:58
# 12
Su Perisi
ozumle muqayise etdim torpaqda mene uygun geleni olmadi menim zovqum tamam bashqadi
18 oktyabr 2016 00:31
# 11
sən səbirli ol,bir gün dövran dönəcək,sənə edilən haqsızlıqlari Allah görəcək,ahın yerdə qalmaz,bir gün sıra onlara da gələcək...
Fira Deniz
duzduluk var eqereb burcuyem
17 oktyabr 2016 00:32
# 10
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
hazal♡
Buga..iki ucu duzdu
16 oktyabr 2016 22:31
# 9
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
qonaqa
martaqlı idi tşk
16 oktyabr 2016 20:38
# 8
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Helena
Sitat: vipbetul
maraqsiz melumatdir
16 oktyabr 2016 18:40
# 7
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
vipbetul
maraqsiz melumatdir
16 oktyabr 2016 18:29
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aykam2001
Tərəzi burcuyem yazilanlarin coxu duzdu
16 oktyabr 2016 17:15
# 5
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Son sozu ALLAH soyleyecek
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
BARBI
Ekizlerem.Butun yazilanar uygunluq teskil edie
16 oktyabr 2016 16:30
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Onun_Mələyi
Torpaq qrupu(Buğa)çoxusu düz idi,makyaj edəndə sadeliyə önəm verənəm,abartılı mənlik deyil,dəri rənginə uyğun tonal krem çəkirəm həmişə,dəblə ayaqaşmıram mənə yaraşanı geyməyi sevirəm,təşəkkürlər
16 oktyabr 2016 15:40
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
YalniZ-ArZu
Hava qrupu-Her bir kelimesi de dupbeduz cixdi.En cox makiyaj...makiyajsiz evden cixmaram,tuw da olsa vurmaliyam,makiyajin butun inceliklerin bilirem.
Baxima geldikde,duw gelsiz duwa girmerem,beden kremleri,nemlendiriciler menlikdi))
Etirlerden de en cox sevdiyim cicek ve sitrus etirleridir.
Idmana geldikde,idman etmeyi sevmesemde,secim qarwisinda qalsam hansisa yungul hereketli idman novlerin secerem.
Xebere gore tewekkurler.
16 oktyabr 2016 15:30
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Sara035
Od qrupu:yayhardasa eledi08
16 oktyabr 2016 15:02
# 1
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz