Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərə görə kişilərin ağlını başından alan tövsiyələr
Bürclərə görə kişilərin ağlını başından alan tövsiyələr
Göndərən: Pure Love
Şərhlər: 9
Baxılıb: 2822
Səs ver:
Onu ehtiraslandıran alt paltarları geyin
Xərçəng kişiləri evinə bağlı və çox romantik olurlar. Anası onun üçün ən müqəddəs varlıqdır. Bu səbəbdən də, ona hərdən ana şəfqəti və ana qayğısı ilə yanaşmalısınız. Mehriban və səmimi qadınlardan daha çox zövq alırlar. Bu qadınlar xərçəng bürclərinə özünü güvəndə hiss etməsinə kömək edir. Amma diqqət və qayğını lazım olduğundan artıq göstərməyin. Onu başdan çıxarmaq istəyirsinizsə, ağıllı qadın olmağınız kifayətdir. Planlı, dəqiq və təmiz olun. Yataqda ona iltifatlar edin və onu ehtiraslandıran alt paltarları geyinməkdən çəkinməyin.

Şam işığında açılan romantik süfrə onları həyacanlandırır
Şir bürcünün kişilərinə təsir etmək üçün eqosunu sığallayın. Qısqanclıq da onu təhrik etməyə kifayətdir. Ona nə qədər bağlı olduğunuzu göstərin və onu bölüşmək istəmədiyinizi söyləyin. Ehtirasını alovlandıran sürprizlər və şam işığında açılan romantik süfrə onları həyacanlandırır.

Qızları sirli qadınlar cəlb edir
Qız bürcünün kişilərini isə çalışqan və ağıllı qadınlar başdan çıxarır. Onları bir çox problemi təkbaşına həll edən güclü xanımlar cəlb edir. Qız bürcünün kişiləri tərif eşitməyi çox sevirlər. Bu səbəbdən, ona davamlı olaraq gözəl sözlər söyləyin. Gördüyü hər işin uğurunu və onun tərəfindən sevildiyiniz üçün özünüzü şanslı hiss etdiyinizi ifadə edin. Qız bürcünün kişiləri sirli qadınları sevirlər. Çünki sirli hesab etdikləri qadınları təhlil etmək qız bürcləri üçün ən azı sevişmək qədər təhrikedicidir.

Onları gözəl qoxularla başdan çıxarmaq olar
Tərəzi bürcünün kişiləri ona heyran olmağınızı istəyirlər. Daim tərifləmək və ona tanrı kimi baxmaq Tərəzi bürclüləri məmnun edir. Anası haqqında nə düşündüyünüzdən asılı olmayaraq, həmişə yaxşı sözlər söyləyin. Onların anasına olan düşkünlüyü ən kiçik səhvizdə tərk olunmağınızla nəticələnə bilər. Tərəzi kişiləri bədənindən hər zaman təbii və gözəl qoxular gələn qadınları çox sevirlər. Yəni, onu başdan çıxarmaq üçün fərqli ətirlərdən istifadə edin.

Onlarla hər şeyə hazır olmalısınız
Əqrəb bürclü kişiləri hər zövqü və hər macəranı dadmağa hazır qadınlar cəlb edir. Yataqda çox yaradıcı olan əqrəb kişiləri qadınını da buna uyğun seçir. Sekslə məşğul olmağı ən az onun qədər sevməlisiniz. Ehtirası artıran krujevalı alt paltarları və seks oyuncaqları onu başdan çıxarır. Həmçinin, gündəlik həyatda da erotik mesaj və fotoşəkillər onların çox xoşuna gəlir. Baxımlı qadınları sevən əqrəb kişiləri üçün həmişə cəlbedici olmalısınız. Əks halda, sizdən tez bezəcək və başqa qadın "ovuna” çıxacaqlar.

Sevişərkən cinsi arzulanızı onlara deməkdən utanmayın
Oxatan bürcünün kişiləri də güclü qadınlarla maraqlanır. Özünə güvənən, uğurlu karyerası olan qadınlar görəndə ağlı başından çıxan Oxatan kişi açıqsözlülüyü sevir. Sizi incitdiyi, ya da səhv bir söz söylədiyi zaman bunu ona açıq-aydın deyin. O, müstəqil insan olduğunuzu və ona ehtiyacınız olmadığını bilməlidir. Ağıllı və ecazkar qadınlar Oxatan kişiləri başdan çıxarmağa bəs edir. Bundan başqa, yataqda nələrdən xoşu gəldiyini bilən qadınlar onları tam qane edir. Sevişərkən cinsi arzulanızı onlara deməkdən utanmayın.

Yataqda sərhəd tanımayanları sevirlər
Oğlaq bürcündən olanların gözünə girmək üçün şəfqətli ana, seksual və özündən əmin qadın olmalısınız. Ona arxa-dayaq olan qadınları çox bəyənirlər. Lakin yataqda sərhədləri olmayan qadın arzusunda olurlar.

Yataqda "Kama Sutra" mövqelərinə bələd deyilsinizsə, Dolçaya yaxın durmayın
Dolça bürcünün kişilərini bədəninizdən əvvəl, ağlınızla cəlb etməlisiniz. Onu davranışınızla cəlb edin. Müstəqilliyinə düşkün olan sutökən bürcləri bunu məhdudlaşdıran qadınlardan uzaq gəzirlər. Ona görə də, qısqanclığın sutökən bürcləri üçün dünyadakı ən lazımsız duyğulardan biri olması təəccüblü deyil. Onu itirmək istəmirsinizsə, əsla qısqanmayın. Yaradıcı olan Sutökənlər yataqda da yeni pozaları sınaqdan keçirməyi xoşlayır. Bu üzdən "Kama Sutra" mövqelərinə tez-tez müraciət edin.

Bir az şəfqət, bir az da dəcəllik...
Balıq bürcünün kişiləri sirli və həssas qadınları sevirlər. Yataqda çox nəzakətli və etibarlıdırlar. Ancaq eyni fədakarlığı sizdən də gözləyirlər. Onu sevgi ilə qucaqlamaq və yataqda bir az dəcəllik etmək xoşlarına gəlir. Bu bürc altında doğulanlar üçün onlara inam müdhiş təhrik faktorudur. Balıq bürcünün kişiləri xəyallarını gerçəkləşdirməyə cəsarət edə bilmirlər. Buna görə də onları cəsarətləndirən xanımları sevirlər. Daim onun yanında olduğunuzu və arzularınızı birlikdə reallaşdıracağınızı deyin.


Şərhlər: 9
Baxılıb: 2822
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qonaqa
Təşəkkürləerr
8 oktyabr 2016 16:49
# 9
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
ulduz
terezi duzdu deyesen
6 oktyabr 2016 22:44
# 8
Efsuw2016
Dolcaa dogru soze ne deyesen 13
6 oktyabr 2016 22:40
# 7
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
son bahar
Qoc burcu qoqqi?
6 oktyabr 2016 22:37
# 6
...
Helena
Sitat: Ayten Melek
Xanımlar mən də sizin kimi əvvəlini çox axtardım) Amma xəbər belə başlayır 26
6 oktyabr 2016 22:01
# 5
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Pure Love
Xanımlar mən də sizin kimi əvvəlini çox axtardım) Amma xəbər belə başlayır 26
6 oktyabr 2016 21:29
# 4
Əgər qadın təslim olmursa, qalib gəlir. Əgər təslim olursa, qalibə öz şərtlərini diktə edir.
YalniZ-ArZu
Xeberin evveli nerde acebaaaaaaaaaaaa18
6 oktyabr 2016 21:23
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Onun_Mələyi
Balıqlar kişisi.....olabilər:):) 09
6 oktyabr 2016 17:14
# 2
Bir duam var,səndən amin gözləyirdua09123
ulya 1988
qoç bürcü hanı bəs 26
6 oktyabr 2016 16:47
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz