Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kim xəyanətkardır? Kim sadiqdir? bürclərə görə münasibətlər
Kim xəyanətkardır? Kim sadiqdir? bürclərə görə münasibətlər
Göndərən: Barbaris
Şərhlər: 17
Baxılıb: 3172
Səs ver:
Kişi və sədaqət sözü – bəlkə də bir-birinə qətiyyən "sinonim” olmayacaq qədər uzaq anlayışlardır.

Güclü cinsin xəyanəti o qədər alışılmış bir həyat hadisəsidir ki, hətta bunsuz onları təsəvvür etmək belə çətindir. Ən sadiq kişinin də həyatından xəyanət xətti keçib. "Heç xəyanət etmisinizmi?” sualı, yəqin ki, ən qaraqabaq kişinin də gülüşünə səbəb ola bilər. Dünya şərq ölkələrinin poliqamiyaya meyilli olduğunu daim iddia etsə də, "sarı qitə”nin də kişiləri xəyanət məsələsində olsa-olsa azacıq geridə qala bilərlər. Amma maraqlıdır, görəsən, hansı bürcün kişiləri daha çox xəyanətə meyillidirlər? Yəni ola bilməz ki, bu kişilərin hamısı bir qısa ətəyin badına getsin?! Elə isə bürclərin sandığını açaq:

Ən xəyanətkar bürc oxatanlardır. Bu bürc xəyanət etməsi bir yana, həm də xəyanətə uğrayan qadından onu olduğu kimi qəbul etməyi tələb edir. Əməllərini qətiyyən gizlətmir, hətta bu əməlləri kişinin yaraşığı hesab edir. Üstəlik düşünür ki, Tanrı bütün gözəlləri onun üçün yaradıb və hamısının da "dad”ına baxmaq lazımdır.

İkincilik dolçalarındır. Bu bürc həm də özündənrazıdır. "Belə də olmalıdır” düşüncəsi dolçalar üçün də yad deyil. Xəyanət etmək üçün birlikdə olduqları qadının üzündə çıxan kiçik civzə bəhanəsi kifayət edər. Qüsursuz qadın axtarışı yolunda həyatlarını qurban verərlər.

Oğlaq kişilər də xəyanətə gündəlik tələbat kimi baxırlar. Dərin dekolte, qısa ətək, qırmızı dodaq onları ən mötəbər vəzifə kürsüsündən belə imtina etdirə bilər. Qadın gözəlliyi bu bürcdən olan kişiləri kölgə kimi sürünməyə vadar edir.

Tərəzilər balansı cismani sevgidə nisbətən qoruyan olurlar. Gözəlliyə yad deyillər, amma hər gözəlin də yatağına atılmazlar. Ölçüb-biçmək bu bürcün anadangəlmə cəhətidir. Xəyanət hədəfi olan qadını tanımadan onu yaxına buraxmaz. Ehtiyatı əldən verməyən igidlərdir.

Əqrəblər diqqət mərkəzində olmağı sevirlər, ehtiraslı kişilərdir. Onları bir qadın qane etmir. Amma əqrəblərdən çox da narahat olmağa dəyməz. Hər halda "aranı-turanı gəzib” yenə də evə qayıdacaqlar.

Tərəzi kişilər seksual intriqaları sevirlər. Amma ailəni riskə atmazlar. Onlar bir ömür boyu məhəbət üçbucağını – həyat yoldaşından əlavə məşuqəni də rahat yola verə bilərlər, heç şeytanın da bu ilişkidən xəbəri olmaz.

Balıq kişilər təbiətcə "sürüşkən”dirlər. Neynəsinlər, belə yaranıblar. Amma onlara uyğun "akvarium” tapıldımı, elə onunla da kifayətlənə bilərlər. Odur ki, "balığ”ı olan qadınlar torlarını hazır etsinlər ki, yad su hövzələrinə üzüb keçmənin qarşısını ala bilsinlər.

Qoçlar çılğın və ehtiraslı olsalar da məhəbbətlərini hər qadına yönəltməzlər. Təbii ki, həyatlarının sevgisini tapana qədər çox var-gəl edəcəklər. Amma o "bir dənə” tapıldımı, onun sevgisi, maddi rahatlığı üçün o qədər dəridən-qabıqdan çıxacaqlar ki, xəyanət yada düşməyəcək.

Buğalar gözəlliyi qiymətləndirən olurlar. Sözün maddi mənasında! Qazancının müəyyən hissəsini hansısa gözələ müvəqqəti xərcləyə bilər. Amma bu, daimi olmaz. Ailə mühiti onlar üçün çox önəmlidir.

Əkizlər çox ünsiyyətcildirlər. Xüsusən də əks cinslə. Xeyli qadın rəfiqələri ola bilər. Amma ikili təbiətləri "eşq-məşq” məsələsində tərəddüd etiyindən, hələm-hələm rəfiqələri sevgiliyə çevirməyə cəsarətləri çatmır. Amma çatdığı məqamlar da az olmur.

Xərçəng kişilər cismani məhəbbətdən çox, mənəvi duyğulara önəm verirlər. Ümumilikdə xəyanətkar deyillər. Onların həyat yoldaşları rahat nəfəs ala bilərlər. Amma çox da rahatlanmasınlar. Xərçəng kişi kənarda aşiq olduğu qadından ötrü övladlarından da vaz keçə bilər.

Şirlər təbiətcə özlərinə vurğun və tirandırlar. Onlar yaxşı bilirlər ki, hər "ceyran”, "dovşan” belə tiranlığa dözə bilməz. Odur ki, gözəl heyvancığazları müvəqqəti dişlərinə çəkərlər. "Dişi aslan” peyda olanda bir ömür xoşbəxt sevgini üstün tutarlar.

Belə pis çıxmasın: Qız kişilər! Həə, deyəsən qız təbiətinin romantikliyi bu bürcə siraət edib. Kişilər arasında ən romantikləri bu bürcün daşıyıcılarıdır. "Qız” təbiəti istənilən halda öz sözünü deyir: hər əks cinsə aldanmaz, qəlbində yer etməzlər. Seksual təmkinlilik onların əsas cəhətlərindəndir. Gözəl qadınlara baxmağı sevirlər, amma "tək və yeganə məhəbbət”i tapdılarmı, heç bir gözəl bu bürcdən olan kişiləri yoldan çıxara bilməz.

Amma bir həqiqəti də unutmaq olmaz: ən xəyanətkar, lovelas kişi də həqiqi məhəbbətin köləsidir!


Şərhlər: 17
Baxılıb: 3172
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Balacam
Oxatan kiwileri haqda yazılanlar duzdu
29 avqust 2016 02:36
# 17
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Adsiz Gozel
wir duzduuu........
22 avqust 2016 11:34
# 16
Fidan ALYEVA
Qiz burcudur inaniram ona aldatsada en cox ozune ziyan eder
20 avqust 2016 22:28
# 15
.O.F.S.
TuralSebnem
maraqlidii)))))

omrum gunum qizdii
20 avqust 2016 17:25
# 14
ş
qonaqa
oh bee rahatlardım kocam məni əsla aldatamaz öldürərəm onu mən ona inanıram Əkizlərəm kocam buga
19 avqust 2016 18:55
# 13
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
qaranliq1
Əqrəblər diqqət mərkəzində olmağı sevirlər, ehtiraslı kişilərdir. Onları bir qadın qane etmir. Amma əqrəblərdən çox da narahat olmağa dəyməz. Hər halda "aranı-turanı gəzib” yenə də evə qayıdacaqlar.
mende QArdasimda eqreb burcuyuk qardasim indiyenedek yalniz bir qizi isteyib qiz ona yox demeyine baxmayaraq basqa hec kimi istemeyib uzun muddet isteyeceyinide zenn etmirem eqreb burcunden ollan qadinlarda kisilerde cox sadiqdirler

Menim fikrimce qoc burcunden olan kisilerde xeyanetkar deyildir
19 avqust 2016 18:28
# 12
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
Bahar Nesirova
Bütün kişiler xeyanet edir sözlerine inanmaq istemirem biz bu söz ne qeder desek kişiler ele fikirleşecekler ki hami beledi men niye xeyanet etmiyim. Bezi şeyleri bağişlasamda xeyaneti bağişlamaram qürurumu sevgime eydirmerem bağişlayan qadinlar ise növbeti xeyanete hazir olmalidilar
19 avqust 2016 14:14
# 11
son bahar
yoldawim qoc burcudu...sevib evlenmisik uc ildi evliyik hele xeyanet etdiyini hiss etmemisem

Sitat: son bahar
yoldawim qoc burcudu...sevib evlenmisik uc ildi evliyik hele xeyanet etdiyini hiss etmemisem

Ay xeyanet etdi deyede bariwmaram deyen qadin deylem sasece ele bir od qoyaramki bir daha o q...i elemez bax bele birisiyem
19 avqust 2016 12:54
# 10
...
SENSİZ
Heyatda her weyi baqiwlayaram bir tek xeyanetden bawqa .
19 avqust 2016 07:12
# 9
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
♥ KaMa ♥
Xərçəng kişilər cismani məhəbbətdən çox, mənəvi duyğulara önəm verirlər. Ümumilikdə xəyanətkar deyillər. Onların həyat yoldaşları rahat nəfəs ala bilərlər. Amma çox da rahatlanmasınlar. Xərçəng kişi kənarda aşiq olduğu qadından ötrü övladlarından da vaz keçə bilər. vay vayy 122
19 avqust 2016 01:36
# 8
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
vipbetul
menasiz xeberdir
19 avqust 2016 00:53
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Awkim balilardi.ona hey demiwem .diyecemde !!! xeyanete nifret edirem.onun gozlerini cxararam!!!:|
19 avqust 2016 00:04
# 6
Bir duam var,səndən amin gözləyirdua09123
Gülüş.
Maraqsizdi ............
18 avqust 2016 23:59
# 5
Cindrella
Xerceng....Insallah xeyanete ugramaram!
18 avqust 2016 23:47
# 4
___Jasmin___
Maraxsiz idi cunki sohbet kisiden gedir bizde kisi olmadigmiza gore mene gore deyil
18 avqust 2016 23:30
# 3
Buyudum artik anne 14 bahar kaldi geride...
aziz a
Maraqlı oldu oxumaq ..
18 avqust 2016 22:45
# 2
Qelbim doludu !!!!
MODABAZ
Maraqlı ıdı twk ---xerceng
18 avqust 2016 22:34
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz