Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlənməzdən əvvəl kişinin bürcünü öyrənin
Evlənməzdən əvvəl kişinin bürcünü öyrənin
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 2207
Səs ver:
Qoç
Əgər sənin sevgilin və ya həyat yoldaşın Qoç bürcüdürsə, onda əvvəlcədən aptekə baş çəkib, antidepressant dərmanlar ala bilərsən. Bu zodiak işarəsi qoç inadkarlığı və eqoizmi ilə səni o biri dünyaya göndərə bilər. Onlar hətta haqlı olmadığını bilsə belə, yenə də mübahisə etməkdən, prinsip aparmaqdan yorulmur. Onların hər mövzu barədə həmişə öz şəxsi fikirləri olur, hətta məlumatı olmadığı məsələ ətrafında da fikir bildirməyi sevir. Pis əhval-ruhiyyədən doğan kəskin aqressiya və reaksiyalar bu zodiak işarəsinin bəzəyidir. Onların isterikası qəfil yarandığı kimi, tez də keçib gedir.

Buğa
Buğalar hesab edir ki, istədiyi hər şeyi edə bilər. Onlar həmişə özündən razıdır. Hətta özü ilə fəxr etməli heç bir hadisə olmadığı halda da özündənrazılıq onları tərk etmir. Buğa bürcləri ifrat inadkarlığı əsl kişi xarakterinə xas olan vacib keyfiyyət hesab edir, simicliyi isə ağıllı qənaətcillik kimi qəbul edir.

Əkizlər
Əkizlərlə darıxmaq olmur, amma artıq ikinci həftə intensiv ünsiyyət sayəsində özünü ümidsiz və ölənə qədər yorğun kimi hiss edəcəksən... Əgər sən Əkizlərin dəyişkənliyə son dərəcə meylli vəziyyətlərinə dözə bilsən, onda sənə abidə ucaltmaq lazımdır. Onlar gah burada, gah orada əylənməyi, insanların sinirləri ilə oynamağı xoşlayır. Onlarla birlikdə vaxt keçirmək maraqlı olsa da, gələcək daha qorxuludur. Əkizlərdən vəfa gözləmək əbəsdir, üzünü döndərən kimi onlar sənin rəfiqən ilə əməlli-başlı eşqbazlıq etməyə utanmır.

Xərçəng
Bu deyingən bürc hər qızda anasını axtarır, əgər öz idealını tapsa, onda mütləq evlənəcək. Xərçəng bürcləri üçün isti yuva, ailəsinin rahatlığı çox vacibdir. Lakin onlar evi təmizləmək, həmçinin yeməklə bağlı göstərişləri və iddiaları ilə həyat yoldaşını vaxtından əvvəl o biri dünyaya yola bilər. Xərçəngi ilə evlilik məhv olmuş gənclik deməkdir.

Şir
Özünə aşiq Şirlərin başı özünə o qədər qarışır ki, ətrafında heç kimi görmür. Hə, bir də ki, onlar özünü hər hansı incikliyi və pisliyi yadında saxlamayacaq qədər alicənab hesab edir. Buna baxmayaraq, onlar çox qısqanc, hirsli və küsəyəndir. Halbuki, özü kiminsə onu qısqanmasına dözmür və başqasının onu öz mülkiyyəti hesab etdiyi fikrini özünə yaxın buraxmır. Özünü kral sayan Şirlər sevdiyi qadına pul xərcləməyi xoşlayır, həm də gözəl qızların olduğu məclislərin heç birini buraxmır. O, həmişə birinci yerdə olmalıdır. Əgər birdən sən vacib işin çıxdığı üçün görüşü ertəsi günə salsan, o, bundan çox inciyəcək. Bağışlanmaq üçün çox gözləməli olacaqsan.

Qız
Bu bürclər vasvası, deyingən olması ilə dərhal seçilir. Onunla görüşməyə hazırlaşırsansa, hər xırda məsələyə görə danlanmağa və nəsihətlər eşitməyə hazır ol. Dözülməz dərəcədə tənbəl olsa da, özünün zəhmətkeş olduğu qənaətindədir. Emosiyaları çox gərgindir, sevgiyə isə çox ehtiyatla yanaşır.

Tərəzi
Tərəzi hər şeydən şübhələnən, sirli və müəmmalı bürcdür. İşləri yolunda getməyəndə çox əsəbi olur, bu zaman hirsini ilk qarşına çıxan adamın üstünə tökür. Xəyalpərəst Tərəzi bürcləri özündən mövcud olmayan müxtəlif problemlər uydurur, sonra isə uzun müddət onları həll edir. Çoxlu dostları var, amma həqiqətən demək olar ki, heç kimə etibar etmirlər.

Əqrəb
Dözülməz, kəskin və kinli Əqrəb bürclərinin tapşırıqları vaxtında və düzgün yerinə yetirilmədiyi halda hər kəsin həyatını cəhənnəmə çevirir. Tutqun, qaşqabaqlı baxışları öz kəskinliyi ilə kimi istəsən dəli etməyə qadirdir. Həddindən artıq qısqanc olsalar da, bunu nümayiş etdirməyi sevmirlər. Pul onlar üçün əhəmiyyətli deyil, amma doğum günündə vermədiyin hədiyyələrin sayını yaxşı yadda saxlayırlar.

Oxatan
O yalan danışmır, yalan danışan adamlara da dözə bilmir. Onlar hətta həqiqəti danışmaq məqsədəuyğun olmadığı zaman da yalan danışa bilmir. Əgər o sənin yalanını ifşa edibsə, cəzanı çəkməyə hazırlaş. Oxatan çox qısqanc olsa da, özü gözəl qızlarla tanışlıq fürsətini əldən buraxmır. Hətta özünəməxsus yumor hissi də, onun çatışmazlıqları kompensasiya etmək iqtidarında deyil.

Oğlaq
Oğlaq bürclərini nəyəsə inandırmaq demək olar ki, mümkün deyil. Hətta əgər o, səninlə razılaşıbsa, bu, ya təsadüfdür, ya da mübahisə abı-havasında deyil. Ona görə də ən yaxşısı ona təzyiq göstərmə, maraqlarına uyğun rəftar et və ideyalarını çox ehtiyatla təklif et. Zəhlətökən Oğlaqlar hay-küylü, şən məclislərə uzun müddət tab gətirə bilmir. Ümumiyyətlə, onlara sərf etməyən dəvətləri qəbul etmirlər. Bu bürcün nümayəndələri həm də şöhrətpərəst olur. Onlar böyük həyat təcrübəsinə malik olduğunu düşündüyü üçün bu haqda, necə yaşamaq lazım olduğu, xüsusən də pul xərcləmək barədə saatlarla sizə mühazirələr oxuya bilər.

Dolça
Bu bürc böyük xəyallar qurmağı və onlar barədə düşünməyi çox sevir, amma Dolçaların enerjisi və səbri onları reallaşdırmağa nadir hallarda çatır. Onun sizə verdiyi vədlərə, sözlərə inanmayın. Öz vədini yerinə yetirəcəyinə özü inansa da, nəticə gözlənildiyi kimi olmur. Ümumiyyətlə, ciddi işlərdə bu bürclərə güvənməmək yaxşıdır, ələlxüsus da, cəsarətli məsələlərdə bütün məsuliyyəti öz çiyinlərinə alacağını arzulamaq lazım deyil, ilk növbədə özünə güvən.

Balıq
Sənə özünə arxayın, öz gücünə böyük nailiyyətlər əldə edə bilən, buludlarda uçmayan normal oğlan lazımdır? Onda sən düzgün ünvanında deyilsən. Balıq bürcləri öz aləmlərində öz qanunları ilə yaşayır və real həyatla hesablaşmırlar. Balıq bürcləri əslində uşaq kimidir, onlar qətiyyətsiz, son dərəcə həssasdır. Onlara daim qayğı lazımdır, əks halda onlar uçurumdan yıxıla bilər.


Şərhlər: 12
Baxılıb: 2207
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gülüş.
Yoldasim.oxatandi bezileri duzdu
22 iyul 2016 21:45
# 12
HAPPY_EYES
hansi burcden olursa olsunlar esas odur ki, insan olsunlar
22 iyul 2016 11:00
# 11
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Gultekin.A
Duz deil yazilan
21 iyul 2016 22:10
# 10
..
evli.mutlu.cocuklu
Yoldaşım buğa bürcüdür düzdü elə olur
21 iyul 2016 21:18
# 9
narmiwka_15
mene aid deil xeber
21 iyul 2016 16:30
# 8
Be Happy))
Barbaris
Baliq burcudur yoldawim ama yazilanlar duz deyil
21 iyul 2016 16:02
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
YalniZ-ArZu
Yoldawimin xasiyyetinnen cox raziyam,burda yazilanlarla yox amma.Qetiyyen uygun gelmedi.
21 iyul 2016 15:28
# 6
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
burce gorede hec aile qurular
21 iyul 2016 15:26
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
hazal♡
Niwanlim ekizler burcudu..hele bir yerde olmamiwig deye bilmirem nece xaseti var...ama gah xosladigim biri olur gahda xowlamadigim xasyete olur....
21 iyul 2016 15:20
# 4
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Antikvar
Yazılanlar ilə razı deyiləm, düzgünlüyü , dürüstlüyü, yalan danışmamağı, qısası insan kimi insan olmağı onu gözümdə hər gün daha da yüksəkliklərə qaldırır, qəlbimdəki məhhəbbəti isə qocalana qədər yaşatmağıma səbəb olur :) Allah onu qorusun)
Təşəkkürlər
21 iyul 2016 15:11
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Sara035
Dolça artiq 4 ildi keçib bizden.subaylar üçündü
21 iyul 2016 15:10
# 2
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
bir.g
Bugami cox sevirem. :) heart 128
21 iyul 2016 15:09
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz