Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İyun ayında bürclər sizə nə vəd edir?
İyun ayında bürclər sizə nə vəd edir?
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 9604
Səs ver:
2016-cı il. İyun ayında bürclər sizə nə vəd edir?
  Qoç - 17 İyuna qədər eşq planeti və Qoçun cütlər evinin idarəçisi Venera, Qoçun 3 - cü evində olacaq. Beləliklə danışıqlar, mesajlaşmalar və səyahətlərin Qoçun əlaqələri üzərində xüsusi bir təsiri olacaq. 3 - cü evinizdə Veneranın olması gözlənilməyən görüşmə və ya ortaq intellektual maraq sahələriniz olan biriylə gizli əlaqənin başlanmasının yolunu aça bilər. Lakin Venera, Saturn, Yupiter və Neptun ucbatından pis mövqedə olacaq; Beləliklə Qoçların eşq həyatı maneələr, qarışıq vəziyyətlər və ya yüksək romantik reaksiyalar ucbatından zərər görə bilər. 17 İyun 2016 -dan sonra Venera daha sakit bir evə girəcək. Bu tarixdən etibarən, gizlilik, ailə, ev və romantik olaraq rahat və etibarlı bir mühitin yaradılması vurğulanacaq. 13 İyunda Qoçun iş evinin idarəçisi Merkuri Qoçun pul evində retrograd hərəkətinə görə adi zamanlardan daha uzun qalmağını bitirəcək. Bu nöqtədə dayanıb, keçən ayın səylərinin nə qədər məhsuldar olduğunu, nələr qazanıb nələr itirdiyinizin hesablamaq lazımdır. Nəticələr çıxarın, bəzi şeyləri öyrənin! İyun 2016 - nın ilk iki həftəsi Qoçlar üçün xüsusilə rahat keçməsə də (xüsusilə ikinci həftə) daha geniş bir miqyasda müvəffəqiyyətli olduğunuz müşahidə edilə bilər. Qoçların karierində çarxlar yaxşı fırlanır. Xüsusilə zehni fəaliyyətlər müvəffəqiyyətli olacaq, çünki 2016 İyun ayı düşüncələr və təşəbbüslər, intellektual hədəflər, yaradıcı iş üçün birə-bir uyğundur. Siz ünsiyyət və ya ticarət, əl işləri və ya işlə əlaqəli səyahətlər kimi fəaliyyətlərin məmnuniyyətlə nəticələndiyini görəcəksiniz. İyun 2016 Qoçlara sağlamlıq baxımından bəzi problemli vəziyyətlər yarada bilər. İlk iki həftə boyunca Qoçun sağlamlıq evinin idarəçisi Merkuri Marsla zidd bucaqlar meydana gətirəcək. Bu konfiqurasiya xüsusilə pulla bağlı stress, rəqabət, qarşıdurma və ya təcili vəziyyətlər yarada bilər. İnfeksiya, iltihablanma, zədələnmə və qəza riski daha çox olacaq. İyun 2016 - nın ikinci yarısı hiyləgər, xroniki, diaqnoz qoyulması və müayinəsi çətin olan xəstəliklər gətirə bilər. Lakin əhvalınız yaxşı olacaq.
  Buğa - Mars Buğaların cütlər evinə geri döndü, 30 İyun 2016 - ya qədər retrograd edib, daha sonra düz hərəkətinə davam edəcək. Bu kritik vəziyyətlərlə cazibədar hala gələcək, Buğaların əlaqələrini (xüsusilə cütləri maraqlandıran lakin bununla məhdud olmayan) test edəcək və yaxşını pisdən ayıracaq əhəmiyyətli bir dövrdür. Qiymətli olan hər şey daha da güclənəcək, olmayanlar isə bitəcək. Lakin hadisələri tələsdirməyin! Ən yaxşı qərarlarınızı İyun 2016 - nın sonunda verəcəksiniz. Hələ lazım olan hər elementə sahib deyilsiniz. Bunun xaricində, Buğaların əlaqələri ayın ilk yarısında pulla çox möhkəm bağlı olacaq və ayın ikinci yarısı isə onlar ünsiyyətə daha çox ağırlıq verməlidirlər. 2016 İyunda açar söz "yenidən" olacaq, yenidən görüşmə, yenidən görmə, yenidən ... (belə davam edir). İyun ayı əhəmiyyətli maliyyə hadisələri ayı olacaq. İyun 2016 - nın ilk iyirmi günü boyunca, Günəş Buğaların pul evini enerjiylə dolduracaq, eyni zamanda Kiçik Xeyirxah Venera eyni evdə 17 İyuna qədər sizə şans gətirəcək. 13 İyunda pul evinin idarəçisi Merkuri Buğadakı fövqəladə uzun qalışını (iki aydan çox) bitirəcək. Bir az geriyə dönüb baxmağın və bəzi nəticələr çıxarmağın tam zamanıdır! 13 İyunda Merkuri Buğanın pul evinə girəcək. Beləliklə İyun ayı maliyyə baxımından çox aktiv bir ay olacaq: yeni gəlir qaynağı axtaracaq, bəzi şeylər almaq, digərlərini satmaqla məşğul olacaqsınız. Azacıq səbr və diqqətlə bu vəziyyətdən qazanclı çıxa bilərsiniz. Digər tərəfdən Buğaların karieriylə əlaqədar hər şey pulla əlaqəli olacaq. Ortaqlıqlar və kollektiv proyektlərə xüsusi diqqət göstərmək lazımdır, çünki onlar kritik nöqtəyə çata bilər. İyun 2016 boyunca Buğalar üçün üfüqdə ciddi sağlamlıq problemləri görünmür. Ən çox stress və kiçik narahatlıqlar olacaq. Psixoloji vəziyyətiniz ətrafınızdakılarla nə qədər uyğun olub olmamanıza bağlı olacaq. Əgər daxili tarazlığınızın və əhvalınızın yaxşı olmasını istəyirsinizsə, mübarizə və qarşıdurmalardan uzaq durun. Hər şeydən əhəmiyyətli olan odur ki, siz fiziki işlər görməlisiniz: idman, rəqs və ya sekslə fiziki enerjinizi atmalısınız. Buğanın 5 - ci evində olan Yupiter sizə təşəkkür edəcək.
  Əkizlər - 2016 İyun ayı Əkizlər üçün əvvəlki aylardan çox daha yaxşı bir ay olacaq. Əvvəlki ayın son həftəsinin başlamasıyla hadisələr yaxşıya doğru gedəcək və iki əhəmiyyətli hadisə reallaşacaq: Döyüşçü Mars Əkizlərin cütlər evini tərk edəcək (sevinməyə tələsməyin Avqustda geri dönür!) və Eşq planeti Venera Əkizlər bürcünə girəcək. Marsın Əkizlərin cütlər evini tərk etməsi eşq həyatınızdakı gərginliyi xeyli azaldacaq. Veneranın Əkizlərə geri dönüşü sizə eşq mövzusunda fürsətlər təqdim edəcək, cinsi cazibədarlığınızı artıracaq, eşqdə və evlilikdə şans təmin edəcək. Venera 17 İyun 2016 - ya qədər Əkizlərdə qalacaq, buna görə ondan ən yaxşı şəkildə faydalanın. İyun 2016 - nın ikinci yarısı da sizin faydanıza olacaq, lakin daha çox evdə və əlaqənizin maliyyə istiqamətlərində. İyun 2016 Əkizlərin iş əlaqələrinə (kooperasiya, təşkilatlar) görünən bir inkişaf təmin edəcək ya da heç olmasa onları rahatlaşdıracaq. Daha sonra Əkizlərdə Veneranın varlığı ayın ilk yarısında ictimailəşmə mövzusunda işinizi böyük miqyasda rahatlaşdıracaq ki, bu da yeni razılaşmalar və ya ittifaqlarla nəticələnəcək. İyun 2016 - nın ikinci yarısı maddi qazanclar üçün uyğundur və sizə pul qazancı gətirə bilər. Lakin zövqlü, amma gərəksiz əşyalara pul xərcləmə arzunuz da artacaq. Şəklin bütününə baxıldığında İyun 2016 Əkizlər üçün müvəffəqiyyət və hədəflərinə çatma ayı olacaq. Əkizlərdə Günəşin (20 İyuna qədər) və Əkizlərin idarəçisi Merkurinin (13 - 30 İyun arasında) olmağı da bu müvəffəqiyyətdə iştirak edəcək. Lakin bu elə bir aydır ki, möhkəm çalışmağınıza baxmayaraq hər şey planladığınız kimi getməyə bilər. İlk baxışda İyun 2016 - da Əkizlərin fiziki vəziyyəti yaxşıymış kimi görünür. Günəşin, Veneranın və Merkurinin Əkizlər bürcündəki tranziti sizə hədsiz enerji və şən ruh halı verəcək, bunların yanında möhkəm optimizm və öz qabiliyyətlərinizə güvən aşılayacaq. Lakin, Əkizlərin sağlamlıq evində Mars retrograd (geri getmə) hərəkətində olacaq, bu da diqqətli olmanız lazım olduğunu göstərir, çünki təhlükə hər an yolunuza çıxa bilər. Özünüzə yaxşı baxın və risklərdən uzaq durun!
  Xərçəng - Əvvəlki ayın sonuna yaxın Mars Xərçəngin erotizm və ehtiras evinə geri dönmüşdü. Lakin bu səfər retrograd (geri getmə) hərəkətində olaraq. Beləliklə işlər İyun 2016 boyunca çox dəyişməyəcək. Mars köhnə romantik yaraları açacaq və ya sizi bəzən cinsilik, azad eşq, ehtiras, macəra və hətta valideynliklə əlaqədar mövzularda əksetdirmə etməyə məcbur edən kompleks, çətin, atipik eşq vəziyyətləriylə qarşı - qarşıya gətirəcək. Mars öz xətti hərəkətinə ancaq 30 İyun 2016 - da davam edə biləcək. O zamana qədər qərarlar vermək və ya plan qurmaq mövzusu təhlükəlidir, çünki siz ya tapmacanın əhəmiyyətli parçalarını tapa bilməyəcək ya da mühit gözlənilməz şəkildə birdən dəyişəcək. Lakin işləriniz 17 İyun 2016 - da eşq planeti Venera Yengəc bürcünə girdiyi zaman daha yaxşı olacaq. Xərçənglər üçün, İyun 2016 - da iş mühiti əvvəlki aylarla müqayisədə çox daha sakit olacaq. Bəlkə də fantastik dərəcədə məhsuldar ola bilməyəcək ya da səs gətirən müvəffəqiyyətləriniz olmayacaq, amma heç olmasa stress altında çalışmaq və tələsmək məcburiyyətində deyilsiniz. İyun 2016 işinizi analiz etmək, gücləndirmək üçün və bəlkə də yenidən təşkil etmə, yenidən başlatma, yenidən reklam etmək üçün uyğundur. Məlumat və səbirlə yaxşıca hazırlansanız, İyun 2016 - nın son on günlüyü ümid etdiyiniz nəticələrə çatmağa başlaya bilərsiniz. Hətta bu məmnuniyyət İyul boyunca də sizi tərk etməyəcək. Digər tərəfdən İyun ayı Yengəclər üçün böyük yaradıcı potensial daşımaqdadır. Artıq siz köhnəlmiş qabiliyyətlərinizi oyandıra bilər və ya keçmişdə bir zamanda tərk etdiyiniz təşəbbüslərinizi davam etdirə bilərsiniz. Yengəclərin maliyyə vəziyyəti 17 İyun 2016 - dan sonra inkişafa davam edəcək və 20 İyun sonrasında daha çox məmnuniyyət verici olacaq. Ən yaxşı vəziyyətinizdə sayılmazsınız, lakin əvvəlki aylara görə vəziyyətiniz çox daha yaxşıdır. Mars planeti May 2016 -nın sonuna doğru Xərçəngin xəstəliklər evini tərk etdi, buna görə təcili vəziyyətlər, kəskin xəstəliklər və böyük təhlükələr hələlik geridə qaldı. İyun 2016 - nın ikinci yarısında fiziki və fizioloji vəziyyətiniz açıq şəkildə yaxşılaşacaq. Lakin özünüzü çox yaxşı hiss etsəniz belə, Saturnun Xərçəngin xəstəliklər evində olması səbəbiylə ifratdan qaçınmalı və özünüzə diqqət yetirməlisiniz.
  Şir - İyun 2016 Şirlərin xüsusi, romantik istiqamətləri üçün çox da yaxşı bir ay hesab olunmur. Bəli bu doğrudur, ayın ilk yarısı boyunca siz cüt olaraq əylənəcək, ictimailəşəcək və az da olsa tarazlığın xaricinə daşacaqsınız və ya heç olmasa ortalıqda görünməyə davam edəcəksiniz. Lakin hadisələr istədiyiniz şəkildə inkişaf etmir. Ortalıqda çox görünməsə belə sizi narahat edən gərginlik və ya uyğunlaşmazlıq var və bu sizi düşünməyə məcbur edir. 17 İyun 2016 sonrasında əsəsbiliyiniz zirvəyə çıxacaq və siz xəyal qırıqlığı, etinasızlıq və ya şüurlu qərarlar verməkdə məhdudiyyətlər yaşayacaqsınız. Digər tərəfdən, evinizdə də çox sülh atmosferi olmayacaq. İyun 2016 - nın stress və ya bədbəxtliyi evinizlə, ev əşyalarıyla, valideynlərlə və ya müxtəlif ailə məsuliyyətləriylə əlaqədar olacaq. İyun 2016 Şirin vəqflər, siyasi partiyalar, təşkilatlar və ya klub olub olmadığına baxılmadan qrup fəaliyyətləri və ya təşkilati vəzifələri üçün mükəmməl aydır. Siz ictimai sahələrdə müvəffəqiyyətlisiniz və ortaq hədəfləri olan böyük insan qruplarını bir araya gətirmə, təsir etmə və hətta idarə etmə qabiliyyətiniz vardır. Xüsusilə İyun 2016 - nın ilk iyirmi günündə, proyektləriniz asanca dəstəkçi tapdığı zaman, güclü insanların müdafiəsi altında olduğunuzda və izləyici və şagirdlərinizi bir yerə topladığınız zaman, məşhurluq və dəstəkdən zövq alacaqsınız. Ayın ikinci yarısı yaradıcı olacaq, lakin insanlardan uzaq dayanacaqsınız. Pul mövzusu İyun 2016 boyunca yaxşı olacaq, lakin sizin daşınmaz əmlaklar və ya rəislərinizlə bəzi problemləriniz ola bilər. Şirlərin İyun 2016 - nın ilk iyirmi günündə fiziki vəziyyəti mükəmməl olacaq: Onların hədsiz enerjisi və məğlubedilməz optimizmləri olacaq. Ayın son on günündə gücləriniz azalacaq: yorğunluq və ya istəksizlik sizi məğlub edə bilər ya da hətta sizin zəif immunitet sisteminiz ucbatından sağlamlıq problemləriniz ola bilər. Artıq yavaşlamalı və özünüzə daha yaxşı baxmalısınız.
  Qız - İyun 2016da ulduzlar hələ də eşq həyatınız mövzusunda sizə kömək olacaq. Qızın cütlər evinin idarəçisi Yupiter tam da Qızda olacaq və eşq planeti Venera da artıq çox yaxşı mövqedədir. Ayın ilk yarısı Venera mümkün olan ən güclü mövqelərdən birində, Qızın 10 - cu evində olacaq ki, bu mövqe ona əlavə güc verəcək və bir şəkildə Qızların əlaqələrini karierlərinə və müvəffəqiyyətlərinə bağlayacaq. 17 İyun 2016 - dan sonra Venera Qızın şanslı hesab olunan 11 - ci evində olacaq. Buna əlavə olaraq Venera Yupiterlə çox uyğun bir bucaq meydana gətirəcək. Beləliklə eşq fürsətləri ortaya çıxacaq, ictimailəşmə əlaqənizin çiçəklənməsi üçün yeni şanslar ortaya qoyacaq və cütlər rahatlıq, uyğunlaşma və optimizmlə dolub daşacaqlar. Gələcəyi planlamaq üçün çox uyğun bir dövrdür. Bütün 2016 ili boyunca müvəffəqiyyət üçün bundan daha uyğun bir ay olmayacaq! Arxa planda onsuz da Yupiterin sizə Avqust 2015 Sentyabr 2016 aralığında təqdim etdiyi fürsətlərə meylli olaraq İyun 2016 sizin üçün şansınızın işıq kimi parlayacağı bir ay olacaq. Bu işıq Qızın karier evindən keçən planetlərə bağlıdır: güc və nüfuz yayan Günəş (20 İyuna qədər), yaxşı əlaqələr gətirən və gülərüzlü Venera (17 İyuna qədər) və böyük fikirlərin və ünsiyyətin himayəçisi və Qızın karier evinin idarəçisi Merkuri (13 İyundan sonra). İyun 2016 - nın ikinci yarısı məşhurluq və digərlərinin sizə verdiyi dəstək baxımından Qızlar üçün çox uyğun olacaq. Bu dəstək və məşhurluq müvəffəqiyyəti cəzb edər və müvəffəqiyyət də pulu cəzb edər, xüsusilə ayın ikinci yarısına baxıldığı zaman. Ümumiyyətlə 2016 İyun ayı boyunca fiziki formanız yaxşı olacaq. Lakin Qızın idarəçisi Merkurinin, Qızın xəstəliklər evinin idarəçisi Saturnla meydana gətirəcəyi zidd bucaq ayın 3 - cü həftəsi boyunca bəzi sağlamlıq problemlərini ortaya çıxara bilər. Ümumiyyətlə, İyun 2016 çox dinamik, lakin gərgin və stressli bir ay olacaq və artan təzyiq sizin üçün yaxşı olmayacaq.
  Tərəzi - Tərəzilərin eşq həyatında keçən ayın çətinlikləri İyun 2016 boyunca da davam edə bilər. Bunun səbəbi Tərəzinin cütlər evinin idarəçisi Marsın retrograd mərhələsində olmasıdır. Bu mövqe ümumiyyətlə adi olmayan, günaha meylli, stressli inkişaflar ortaya çıxarır. İyun 2016 boyunca sizin və sevgilinizin ortaq həyatını narahat edəcək problemlər ümumiyyətlə pul sahələriylə əlaqədar olacaq. Qazanc, pul, qiymətli mallar romantik həyatınıza müdaxilə edəcək. Bəlkə də siz və yoldaşınız bəzi maliyyə çətinlikləriylə mübarizə edəcək və ya yoldaşınızın aranızdakı uyğunlaşmanı poza biləcək problemləri olacaq. Digər tərəfdən, İyun ayının ilk yarısı birlikdə gedilən romantik səyahətləri, uzaq məsafəli romantizmi və ya ruhi - mədəni ünsiyyəti təşviq edəcək. Ayın ikinci yarısıysa əlaqənizi karier və ictimai hədəflərinizə bağlayacaq. İyun 2016 - da işlər, yaradıcı iş, yüksək təhsil və ya mədəni işlər, uzaq məsafəli əməkdaşlıq, iş səyahəti və ya treyninq və ixrac - idxal fəaliyyətləri Tərəzilərə məmnuniyyət gətirəcək fəaliyyətlər olacaq. Yalnız səbir və stabilliyə ehtiyacınız olacaq, çünki bu kələ - kötür bir yoldur. İyunun ikinci yarısı sizə ictimai görünürlük, prestij və nüfuz mövzusunda müvəffəqiyyət vəd edir. Bu dövrdə ən əhəmiyyətli müvəffəqiyyətlərə nail ola biləcəksiniz. İyun 2016 - nın ən böyük mübarizəsi maliyyə sahəsində olacaq. Tərəzinin pul evində Marsın geri getməsi ilə sizin problemlərinizi həll etmək üçün səy göstərməyə və stabil qalmağa ehtiyacınız olacaq, çünki qarışıq hadisələr, gecikmələr, gözlənilməyən xərclər və digər çətinliklərin çıxma riski vardır. Ayın sonunda Mars öz xətti hərəkətinə davam edəcək və hadisələr sizin üçün aydınlaşacaq. Bu dövr xeyli çətin bir dövrdür və Tərəzilər bu qədər uzun sürəcək bir gərginliyə asanlıqla dözə bilməzlər. Onlar öz daxili tarazlıqlarını asanca itirə bilərlər. Buna görə İyun 2016 - da mümkün olduğu qədər balanslı həyat sürməli, sizi yoran müəyyən məsuliyyətləri öz üzərinə alacaq, sizə bağlı bəzi kəslər, sizə bələdçi ola biləcək yolgöstərənlər tapmalısınız.
  Əqrəb - İyun 2016 - nın ilk yarısı eşq həyatı cəhətdən çox rahat görünmür, çünki Əqrəbin cütlər evinin idarəçisi Venera sizin 8 - ci evinizdə olacaq. Veneranın bu mövqeyi fərqli qorxu və narahatlıqları bəsləyir, həddindən artıq araşdırmağı təşviq edir və qısqanclıq və şübhənin artmasını təmin edir. Siz bu meyllərə - xüsusilə də indi döyüşçü Mars Əqrəbdəykən və retrograd vəziyyətində ikən - məğlub olmamalısınız. Əsəbilik asanlıqla qarşıdurmalara çevrilə bilər, buna görə də diqqətli olun! 17 İyun 2016 - da Venera Əqrəbin 9 - cu evinə girəcək ki, bu da daha həssas və çox möhkəm olmayan bir mövqedir. Əlaqənizin vəziyyəti rahatlayacaq və yenilənəcək. İndi qarşılıqlı cazibə ortaq ruhi və ya mədəni maraq sahələri tərəfindən təşviq ediləcək, buna görə siz uzaq məsafəli romantizm yaşaya bilər və ya eşq üçün səyahət edə bilərsiniz. Əqrəblərin professional yolları İyunda sanki maneə törədilmiş kimi ola bilər. Təşəbbüs və hərəkət planeti Mars Əqrəbdədir, lakin retrograd (geri getmə) mərhələsindədir. Beləliklə siz bunu təxmin etməzkən o hələ də işləri qarışdıra bilər. İyun 2016 - nın ilk iyirmi günündə Əqrəbin karier evinin idarəçisi Günəş də yaxşı mövqedə olmayacaq: o kompleks bir evdədir və Saturnla zidd bucaq meydana gətirir. Günəş - Saturn ziddiyyəti Əqrəbin pul evləri oxunda yer alacağına görə ayın çətinliklərinin bir qismi yəqin ki, maliyyə sahəsində olacaq. Digərləriylə - iş yoldaşlarıyla, partnerlərlə, ailənizlə - paylaşdığınız maliyyə işlərinizdə diqqətli olun! İyun 2016 - da Əqrəblərin üzləşəcəyi digər problemlər səylərini yaxşı idarə etməmələri nəticəsində ortaya çıxacaq. Sizin açıq aydın hədəflərə, strategiyaya və səbirə ehtiyacınız vardır! Bu ay Əqrəblərin sağlamlığı üçün riskli bir dövrdür, buna görə çox diqqətli olmalısınız. Hər hansı bir asılılığı maksimum ciddi qəbul edin, balanslı həyat stili yaradın və ən kiçik sağlamlıq problemində belə həkim müayinəsinə getməkdən çəkinməyin! İyun 2016 Əqrəbləri həm də yaralanmalar, qəzalar və aqressiv vəziyyətlər mövzusunda xəbərdar edir. Diqqətli olun!
  Oxatan - Sizin üçün İyun 2016 eşqə gətirib çıxaracaq! Günəşin və Veneranın Oxatanın cütlər evində olmasıyla İyunun ilk iyirmi günü hərəkətli və fürsətlərlə dolu olacaq. Günəş enerji saçır və əlaqənizin əhəmiyyətini vurğulayıb, sevdiyinizin kainatın mərkəzində olduğunu, bütün qalaktikaların onun ətrafında fırlandığını, həm də sizin plan və arzularınızın da əsas qəhrəmanı olduğunu düşünmənizi təmin edir. Venera açıqca sizin sevgiyə və cinsiliyə susamışlığınızı artırır. Bu dövr Oxatanlara romantik fürsətlər təqdim edəcək. Əgər onsuz da müntəzəm bir əlaqəniz varsa, sülh, uyğunlaşma, rahatlıq və təminat gözləyə bilərsiniz. 2016 13 - 30 İyun aralığında Oxatanın cütlər evində sevgililər arasındakı ünsiyyəti təşviq edən və romantik olaraq əhəmiyyətli görüşmələr və səyahətlər gətirən Merkuri tranziti yaşanacaq. Yupiter Sentyabr ayına qədər Oxatanın karier evində olacaq və bu evi idarə etməyə davam edəcək. Bu mövqe Oxatanlara böyük üstünlük gətirir, belə ki, onlar iyerarxik nərdivanı dırmaşa bilər, böyük miqyaslı proyektləri hərəkətə keçirə bilər və ya müxtəlif professional hədəflərə çata bilərlər. Bu atmosfer altında Merkurinin (Oxatanın karier evinin idarəçisi) Oxatanın iş evindəki tranziti (13 İyun 2016 - ya qədər) və daha sonra ortaqlıqlar evinizdəki tranziti (13 İyundan sonra) sizə əlavə güc verəcək və müvəffəqiyyətə çatmanıza kömək edəcək. İyun 2016 boyunca ortaqlıqların Oxatanlar üçün böyük əhəmiyyəti olacaq. Artıq yeni müqavilələr, ittifaqlar, təşkilati təkliflər və kollektiv iş sizə gəlir və məmnuniyyət gətirəcək. Maliyyə sahəsində ayın ilk yarısı daha uyğun olacaq, lakin daha sonra da çox şikayət ediləcək bir vəziyyət yoxdur. Sağlamlığınız müntəzəm olaraq nəzərdən keçirilməli və riskli vəziyyətlərdən qaçınmalısınız. Oxatanda Saturnun olmasıyla immunitet sisteminizin zəif olduğu və bədəninizin dözümlülüyünün bəzən sarsıldığı bir zaman dilimindən keçəcəksiniz. İyun 2016 boyunca siz Oxatanın tibbi evlərindən birində Marsın retrograd hərəkəti ilə məşğul olacaqsınız. Bu konfiqurasiya sizi infeksiyalara, zəhərlənmələrə, qəzalara, köhnə asılılıqların yenidən ortaya çıxmasına və ya xəstəliklərin pisləşməsinə meylli edəcək.
  Oğlaq - İyun 2016 - nın ilk yarısı çox cansıxıcı olacaq. Oğlaqların eşq və ya evliliyi məsuliyyətlər və zaman azlığı ucbatından zərər görə bilər. Ən yaxşı ssenari olaraq siz və sevgiliniz birlikdə çalışacaq (akademik işlər, iş) və ya bəzi ortaq vəzifələri yerinə yetirmək üçün güclərinizi birləşdirəcəksiniz. İşinizlə əlaqəli biriylə maraqlana bilər və ya iş yerində eşq yaşaya bilərsiniz. Ayın ikinci yarısı hadisələr radikal şəkildə dəyişəcək. 17 İyunda eşq və uyğunlaşma planeti Venera Oğlağın cütlər evini ziyarət edəcək. Əlaqələr daha isti, daha rahat, anlayış və comərdliklə dolu hala gələcək. Romantik hazırlıq daha böyük olacaq və siz yeni eşqlər və ya əlaqələrin doğulmasına uyğun vəziyyətlərlə qarşılaşacaqsınız. 21 İyun 2016 - ya qədər Oğlağın iş evində, sizi əhəmiyyətli etməyə, qabiliyyətlərinizi vurğulamağa, iş xəttinizdə sizə daha çox müstəqillik təmin edən və sizə enerji və parlaqlığını verəcək olan Günəş olacaq. 13 İyuna qədər eyni evdə Günəşlə birlikdə Venera da olacaq. Onun müdafiəsi altında incəsənətlə əlaqədar və yaradıcı qabiliyyətləriniz çiçəklənəcək, iş daha zövqlü olacaq və işdəki mühit yumşalacaq. Bunun xaricində, Oğlağın iş evində 13 - 30 İyun aralığında intellektual fəaliyyətləri, sürətli hesablamanı, ustalığı və ünsiyyət qabiliyyətlərini dəstəkləyən Merkuri olacaq. Saturnun digər üç planetlə zidd bucaqlar meydana gətirməsi maneələr və gecikmələrə səbəb olsa belə işiniz təqdir ediləcək və məhsuldar olacaq. Oğlağın sağlamlığı bu dövr boyunca ən əhəmiyyətli mövzu olacaq! Oğlağın idarəçisi Saturn Oğlağın tibbi evlərindən birində yerləşib və İyun 2016da Günəş, Venera və Merkuri digər tibbi evə, xəstəliklər evinə girərək, tək - tək Saturnla zidd bucaqlar meydana gətirəcəklər. Mövcud xəstəliklər kəskin, xroniki hal ala bilər və ya yenidən ortaya çıxa bilər. Yeni xəstəliklər də ortaya çıxa bilər!
  Dolça - İyun 2016 - da romantika dalğa dalğa yayılacaq! Dolçanın eşq və erotizm evində Günəş, Merkuri və Venera tranziti reallaşacaq. Günəş sizi canlandıracaq və cinsi enerjinizi artıracaq, Venera sizi romantizmə, eşqbazlığa və sevgiyə hazırlayacaq, Merkuri isə yenilik və təcrübələr üçün acdır. Belə bir təsir altında İyun 2016 hər cür ehtimallara açıq olacaq: eşq elanları, təkliflər, yeni eşqlər, mövcud olan əlaqənin yenilənməsi, romantik təcrübə torpaqlarında yeni sahələrə açılma və cinsi sensasiyalar. Dolçalar üçün mühit xeyli xoşbəxtliklə dolu olacaq, çünki İyun 2016 - nın tranzitləri hər cür zövqlərdən dadmağı təşviq edəcək. Hərdənbir bəzi maneələr ortaya çıxacaq, lakin xoşbəxt olmaq istəyirsinizsə onlara çox fikir verməməyinizi təklif edirik. Marsın Dolçanın karier evindəki retrograd hərəkəti səbəbiylə, professional olaraq işlərinizin İyun 2016 - da necə gedəcəyini təxmin etmək çətindir. Marsın təbii olmayan hərəkəti sürətinizdə düşmə, maneələr, fövqəladə hadisələr, gözlənilməyən dönüşləri tətikləyə bilər. Lakin bu dövr hədəf və strategiyalarınızı yenidən qiymətləndirmək üçün, yenidən mütəşəkkil olmaq üçün, müxtəlif səbəblərdən yarım qalan, davam etməyən proyektləri nəzərdən keçirmə və ya yenidən ələ almaq üçün yaxşı ola bilər. Astroloji ənənə Marsın retrograd hərəkətinin yeni təşəbbüsləri dəstəkləmək üçün uyğun olmadığını müdafiə edir. Lakin ağlınızda bir şey vardırsa, hər şeyi yaxşıca planlayın və 30 İyundan sonra, Mars xətti hərəkətinə davam etdiyi zaman bütün gücünüzlə işə başlayın! Maliyyə baxımından ayın ikinci yarısı ilk yarısından daha məhsuldar olacaq. İyun 2016 - nın ilk iyirmi günü boyunca formanız yaxşı olacaq: başqalarıyla paylaşmağa çatacaq qədər enerjiniz və həvəsiniz olacaq. Stresslə xeyli mübarizə edəcəksiniz, lakin əgər sağlam bir həyat tərziniz varsa bu stresslə zərər görmədən mübarizə apara biləcəksiniz. İyunun son 10 günü boyunca Günəşin yolu Dolçanın 6 - cı evindən keçəcək və bu sizə bir az narahatlıq verəcək, lakin tibbi təhlillər, diyet və görüşlər (estetik əməliyyat da daxil) üçün uyğun olacaq.
  Balıqlar - İyun 2016 - nın ilk yarısında Balıqların maraq sahələri ailə və evlərinin ətrafında fırlanacaq. Siz və partneriniz böyük ehtimalla eviniz və ya maddiyyatla məşğul olur və ya qohum və valideynlərinizlə daha çox vaxt keçirirsiniz. Romantik olaraq sizin gizliliyə, sülhə və təhlükəsizliyə ehtiyacınız var. 17 İyunda eşq planeti Venera Balığın eşq və erotizm evinə möhtəşəm bir şəkildə daxil olacaq. 21 İyundaysa onu Günəş izləyəcək. Günəş cinsi cəsarətinizi və ehtiraslarınızı artıracaq. Venera hissiyat, romantizm və başdan çıxarma gücü təmin edəcək. Venera həm də fürsət gətirəcək və eşq üçün uyğun şərtlər yaradacaq. Bu dövr Balıqlar üçün ümid verici bir dövrdür, çünki Günəş və Venera Balığın cütlər evində olan Böyük Xeyirxah Yupiterlə yaxşı bucaqlar əmələ gətirəcək. Marsın retrograd hərəkəti artıq Balığın 5 - ci evinin xaricində dövr edir, bu da o deməkdir ki, karierinizdəki Mars təzyiqi azalacaq. İyun 2016 boyunca Mars sizin 9 - cu evinizdə olacaq və 30 İyunda oradan xətti hərəkətinə davam edəcək və qürurla bütün İyul ayında ətrafda tullanıb düşəcək. Enerji və marağınızın akademik işlər, məlumat, səyahət, xarici ölkələr və uzaq məsafəli fəaliyyətlərə yönələcəyini gözləyə bilərsiniz. Marsın bu sahələrdə israr etməyi onların əhəmiyyətini vurğulamaqda və eyni zamanda onların hərəkət, təşəbbüs, qərarlar vermək üçün olduğu qədər agitasiya, qarşıdurmalar və mübarizələr sahəsi olduğunu da göstərməkdədir. Bunun xaricində 2016 İyun ayı evdəki işlər və daşınmaz əmlaklarla əlaqədar işlər üçün uyğun olduğu qədər, yaradıcı işlər və əyləncə üçün də uyğundur. Maliyyə baxımından İyun 2016 Balıqlar üçün stressli və riskli olacaq. Resurslarınızı diqqətlə idarə edin! İyun 2016 - nın ilk yarısı bir az gərgin və yorğun olacaq. Balığın xəstəliklər evinin idarəçisi Günəşin Saturnla zidd bucaqlar qurmasının sizin sağlamlığınız üzərində pis təsirləri olacaq. Ayın ikinci yarısı boyunca optimizm və səy artacaq və son on gün boyunca gücləriniz geri gələcək və beləliklə enerjiylə və həyat eşqiylə dolu olacaqsınız. Formada qala bilmək üçün ifratdan qaçınmalı və çalışmalısınız.


Şərhlər: 19
Baxılıb: 9604
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Adsiz Gozel
Şir - İyun 2016 Şirlərin xüsusi, romantik istiqamətləri üçün çox da yaxşı bir ay hesab olunmur. Bəli bu doğrudur, ayın ilk yarısı boyunca siz cüt olaraq əylənəcək, ictimailəşəcək və az da olsa tarazlığın xaricinə daşacaqsınız və ya heç olmasa ortalıqda görünməyə davam edəcəksiniz. Lakin hadisələr istədiyiniz şəkildə inkişaf etmir. Ortalıqda çox görünməsə belə sizi narahat edən gərginlik və ya uyğunlaşmazlıq var və bu sizi düşünməyə məcbur edir. 17 İyun 2016 sonrasında əsəsbiliyiniz zirvəyə çıxacaq və siz xəyal qırıqlığı, etinasızlıq və ya şüurlu qərarlar verməkdə məhdudiyyətlər yaşayacaqsınız. Digər tərəfdən, evinizdə də çox sülh atmosferi olmayacaq. İyun 2016 - nın stress və ya bədbəxtliyi evinizlə, ev əşyalarıyla, valideynlərlə və ya müxtəlif ailə məsuliyyətləriylə əlaqədar olacaq. İyun 2016 Şirin vəqflər, siyasi partiyalar, təşkilatlar və ya klub olub olmadığına baxılmadan qrup fəaliyyətləri və ya təşkilati vəzifələri üçün mükəmməl aydır. Siz ictimai sahələrdə müvəffəqiyyətlisiniz və ortaq hədəfləri olan böyük insan qruplarını bir araya gətirmə, təsir etmə və hətta idarə etmə qabiliyyətiniz vardır. Xüsusilə İyun 2016 - nın ilk iyirmi günündə, proyektləriniz asanca dəstəkçi tapdığı zaman, güclü insanların müdafiəsi altında olduğunuzda və izləyici və şagirdlərinizi bir yerə topladığınız zaman, məşhurluq və dəstəkdən zövq alacaqsınız. Ayın ikinci yarısı yaradıcı olacaq, lakin insanlardan uzaq dayanacaqsınız. Pul mövzusu İyun 2016 boyunca yaxşı olacaq, lakin sizin daşınmaz əmlaklar və ya rəislərinizlə bəzi problemləriniz ola bilər. Şirlərin İyun 2016 - nın ilk iyirmi günündə fiziki vəziyyəti mükəmməl olacaq: Onların hədsiz enerjisi və məğlubedilməz optimizmləri olacaq. Ayın son on günündə gücləriniz azalacaq: yorğunluq və ya istəksizlik sizi məğlub edə bilər ya da hətta sizin zəif immunitet sisteminiz ucbatından sağlamlıq problemləriniz ola bilər. Artıq yavaşlamalı və özünüzə daha yaxşı baxmalısınız.
13 iyun 2016 14:00
# 19
ALESSANDRA
-Əkizlər bürcü-xeyirlisi İnşAllah
8 iyun 2016 18:42
# 18
Don't trust anyone ∆
Miss_Angel
buga burccu gorekde ne olur
6 iyun 2016 15:32
# 17
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Zəhram_Mənim
Dolça - İyun 2016 - da romantika dalğa dalğa yayılacaq! Dolçanın eşq və erotizm evində Günəş, Merkuri və Venera tranziti reallaşacaq. Günəş sizi canlandıracaq və cinsi enerjinizi artıracaq, Venera sizi romantizmə, eşqbazlığa və sevgiyə hazırlayacaq, Merkuri isə yenilik və təcrübələr üçün acdır. Belə bir təsir altında İyun 2016 hər cür ehtimallara açıq olacaq: eşq elanları, təkliflər, yeni eşqlər, mövcud olan əlaqənin yenilənməsi, romantik təcrübə torpaqlarında yeni sahələrə açılma və cinsi sensasiyalar. Dolçalar üçün mühit xeyli xoşbəxtliklə dolu olacaq, çünki İyun 2016 - nın tranzitləri hər cür zövqlərdən dadmağı təşviq edəcək. Hərdənbir bəzi maneələr ortaya çıxacaq, lakin xoşbəxt olmaq istəyirsinizsə onlara çox fikir verməməyinizi təklif edirik. Marsın Dolçanın karier evindəki retrograd hərəkəti səbəbiylə, professional olaraq işlərinizin İyun 2016 - da necə gedəcəyini təxmin etmək çətindir. Marsın təbii olmayan hərəkəti sürətinizdə düşmə, maneələr, fövqəladə hadisələr, gözlənilməyən dönüşləri tətikləyə bilər. Lakin bu dövr hədəf və strategiyalarınızı yenidən qiymətləndirmək üçün, yenidən mütəşəkkil olmaq üçün, müxtəlif səbəblərdən yarım qalan, davam etməyən proyektləri nəzərdən keçirmə və ya yenidən ələ almaq üçün yaxşı ola bilər. Astroloji ənənə Marsın retrograd hərəkətinin yeni təşəbbüsləri dəstəkləmək üçün uyğun olmadığını müdafiə edir. Lakin ağlınızda bir şey vardırsa, hər şeyi yaxşıca planlayın və 30 İyundan sonra, Mars xətti hərəkətinə davam etdiyi zaman bütün gücünüzlə işə başlayın! Maliyyə baxımından ayın ikinci yarısı ilk yarısından daha məhsuldar olacaq. İyun 2016 - nın ilk iyirmi günü boyunca formanız yaxşı olacaq: başqalarıyla paylaşmağa çatacaq qədər enerjiniz və həvəsiniz olacaq. Stresslə xeyli mübarizə edəcəksiniz, lakin əgər sağlam bir həyat tərziniz varsa bu stresslə zərər görmədən mübarizə apara biləcəksiniz. İyunun son 10 günü boyunca Günəşin yolu Dolçanın 6 - cı evindən keçəcək və bu sizə bir az narahatlıq verəcək, lakin tibbi təhlillər, diyet və görüşlər (estetik əməliyyat da daxil) üçün uyğun olacaq
6 iyun 2016 15:21
# 16
Gultekin.A
Evveli yaxsi geldi geldi axirda yazib yaxsi olmayacaq bu ay.ama yuxarilarilarin hamisinda yazib en ugurlu aydi.anlamadim ne deyir bu qoroskop)neyse inanmiram men
4 iyun 2016 17:26
# 15
..
Stella
terzeiyem cox sevindim insallah yaxsi gelecek gozleyir meni
2 iyun 2016 15:49
# 14
vipbetul
Rebbim komeyimizi olub heqiqetende sevindirsin biz qullarini Amin insallah
2 iyun 2016 14:52
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qaranliq1
2016 hecde yaxsi getmir ele iyunda bele olacaq .nese yaxsi sey olacagina inanmiram
1 iyun 2016 23:14
# 12
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
Melek5
Terezi burcuyem oxudum baxdim ki yene cetin bir ay meni gozleyir Allahim sen mene sebr ver YA REBBIM gorek insAllah xeyirli ve gozel bir ay kecirerik amin insAllah melek
1 iyun 2016 19:23
# 11
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
qonaqa
Əkizlərəm inşAllah hər çey yaxşı olar. Təşəəkkürlər
1 iyun 2016 18:52
# 10
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Arzu1996
123 oglaq burcuyemm
1 iyun 2016 18:20
# 9
lale.veliyeva19
İnşallah yaxşı olar iyunun ilk günü o qədər də yaxşı olmadı sonu yaxşı olar yəqin
1 iyun 2016 18:10
# 8
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

ayka95
İyun ayi menim ayimdi insallah her sey yaxsi olar
1 iyun 2016 15:08
# 7
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
1 iyun 2016 13:10
# 6
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
1 iyun 2016 10:35
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Miss_Oxatan
Evveli yaxwi gelmiwdi axira yaxin yene wurupu bowaldi)))ne xestelik ilin gunun bu vaxti))
1 iyun 2016 08:53
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
1 iyun 2016 08:17
# 3
KRALİCEM
Hecne basa dusmedim ele ancaq planetlerden sohbet gedir bir ancliq cirafiya dersini xatirladim
1 iyun 2016 08:10
# 2
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Insallah ugurlu aylardan olar.
1 iyun 2016 08:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz