Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həftəlik bürclər 16 may - 22 may
Həftəlik bürclər 16 may - 22 may
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 6801
Səs ver:
QOÇ. Bütün cari həftə ərzində qoçlar öz sağlamlıqları ilə məşğul olacaqlar. Əslində siz çoxdan dayanmalı və istirahət etməli idiniz. İndi isə ulduzların yerləşməsi elədir ki, hətta bürcünüzün sağlam nümayəndələrində belə heç nədən ağrıalr yaranacaq. Həftənin birinci yarısında buna iş yerindəki problemlər də əlavə olunacaq: həmkarlarınızla aranızda olan münaqişələr davamlı xarakter alacaq ki, bu da müdiriyyətin narazılığına səbəb olacaq. Bu, əlbəttə ki, səhhətinizin yaxşılaşmasına kömək etməyəcək, buna görə də mümkün olan hər şeydən istitrahətiniz üçün istifadə edin. Sağlamlığınızdakı problemlər sizi əhatə edən insanlarla da münasibətlərinizə təsir göstərəcək. Onlardan ən yaxınları belə sizi usandıracaq. Hamı ilə səmim-qəlbdən danışın – bu, həftənin emosional fonunu bir qədər azaldacaq.

BUĞA. Bürcün tipik nümayəndələri bütün həftəni işlə məşğul olacaqlar. Həm də vicdanla işləməlisiniz ki, həmkarlarınız narazı qalmasın və siz müdiriyyətin tənqidinə tuş gəlməyəsiniz. Heç kimin sözünə və məsləhətinə qulaq asmayın, özünüz bildiyiniz kimi hərəkət edin. Bütün həftə boyunca az danışıb, çox qulaq asmağa çalışın – ola bilsin ki, gələcəkdə şəxsi həyatınızda istifadə edə biləcəyiniz yaxşı nəsə eşitdiniz.
Şəxsi həyatınız üzünüzə güləcək, amma həftənin yalnız birinci yarısında. Tənha Buğaların üfüqündə maraqlı tanışlıq gözlənilir, ailəlilərin münasibətləri isə daha da istiləşəcək.
Pul kisənizi qoruyun. Həftənin əvvəlində əlinizə çoxdan gözlədiyiniz pul gələcək. Onun hamısını istirahət gününə qədər xərcləməməyə çalışın.

ƏKİZLƏR. Bürcün tipik nümayəndələrinin çoxunda bu həftə belə bir müqəddəs inam yaranacaq ki, bu həyatda hər şey onların özündən asılıdır. İndi siz özünüz üçün yəqin etməlisiniz ki, hər bir təşəbbüs cəzalandırılır, buna görə də təkliflərinizi üzə çıxarmamağı məsləhət görürük – sizə çox baha başa gələ bilər.
Bütün cari həftə boyunca hadisələr və adamlar sizə mane olmağa çalışacaqlar. Əgər buna cavab olaraq aqressif reaksiya versəniz, özünüz üçün pis olacaq. Özü də həm işdə, həm də evdə. Ona görə də indi səbrinizi basıb. özünüzü məzlum və mülayim aparın. Müdirə söz qaytarmayın, hirsinizi həmkarlarınızın üstünə tökməyin və sənədləşməni diqqətlə aparın. Unutmayın ki, siz işinizlə yanaşı həm yığılıb qalmış maliyyə problemlərini həll etməli. həm də uşaqlarınızın və qohumlarınızın səhhətinə diqqət yetirməlisiniz.

XƏRÇƏNG.
Bürcün tipik nümayəndələrinin çoxu işdə fəallıq göstərəcək. Sizin əvvəlki xoş əyyamlarda olduğu kimi hər şeyi artıqlamasilə yerinə yetirmək, əlavə öhdəliklər götürmək və s. tipli arzularınız baş qaldıracaq. Gözlədiyinizin əksinə olaraq sizin bütün xoşməramlı təşəbbüsləriniz həmkarlarınız tərəfindən anlaşılmayacaq və müdiriyyətin narazılığı ilə qarşılanacaq. Bütün bunlar sizdə hətta tanış adamlara qarşı da şübhə və inamsızlıq yaradacaq. Üzərinizə artıq yük götürməyin, sakitcə öz işinizi görün – mümkün xoşagəlməz hallar sizdən yan keçəcək.
Yaxşısı budur ki, maliyyə haqqında düşünün: həftənin ortalarında sizə pul lazım ola bilər, amma bircə məsələ onu haradan tapmaqdadır.
Xərçəngləri sevindirəcək yeganə məsələ şəxsi həyat olacaqdır. Partnyorunuzla münasibətləriniz aydınlaşacaq və daha perspektiv olacaqdır.

ŞİR.
Bu həftə bürcün tipik nümayəndələrinə son bir neçə ayda ilk dəfə rahat nəfəs almaq imkanı verəcəkdir. İşdə qara buludlar çəkilir, hər şeyə asanlıqla, oynaya-oynaya nail olursunuz. Sazişlər imzalanır, layihələr həyata keçir. Amma təzə işdaşlarınıza fikir verməyinizi məsləhət görürük: onların arasında dürüst olmayan adamlara da rast gəlinə bilər. Buna görə də ciddi sənədlərdə hər bir nöqtə-vergülü dəfələrlə yoxlayın.
İndi elə bir vaxt yetişir ki, tale özü yolunuzda yaşıl işıq yandırır. Şirlər yalnız əllərinə düşən imkandan düzgün faydalanmalıdırlar.
Maliyyə məsələləri də qaydaya düşür: həftənin sonunda pul gəlirləri gözlənilir. Lakin ondan bütün xərclərinizi planlaşdırmaqla səmərəli istifadə edin.
Şəxsi həyatınızda da hər şey yaxşıdır. Partnyorunuzla anlaşılmazlıqlar arxada qalmışdır – sizə yalnız həyatdan geninə-boluna həzz almaq qalır.

QIZ. Bürcün tipik nümayəndələrini emosional cəhətdən sadə olmayan bir həftə gözləyir. Siz çoxdan normal dincəlməmisiniz, işdə isə o qədər qayğınız var ki, ümidsizlikdən qışqırmaq həddinə çatmısınız. Sizə elə gəlir ki, bütün dünya əleyhinizədir. Hamı - həmkarlarınız da, müştərilər də, müdiriyyət də Qızları axmaq suallarla bezdirəcəklər. Optimizminizi saxlayın, özünüzü elə göstərin ki, bütün sualların cavablarını bilirsiniz və gücünüzə əminsiniz.
İşdəki əsəbi şərait ona gətirib çıxara bilər ki, siz hirsinizi evdəkilərin üstünə tökəsiniz. Özünüzü ələ alın – ev yeganə yerdir ki, burada sizi başa düşəcəklər, sizə qulaq asacaqlar və sizi sakitləşdirəcəklər.
Yaxşısı budur ki, istirahət günlərini necə keçirmək barədə düşünün – mağazalara baş çəkməli yoxsa şəhər kənarına – təbiətin qoyunan gəzməyə getməli. Əyləncələr üçün pulunuz kifayət etməlidir, çünki Qızların çoxunun həftənin sonunda pul alma ehtimalı var.

TƏRƏZİ.
Bürcün tipik nümayəndələri bu həftə bütün problemlərini birdən həll etmək arzusuna düşəcəklər. Həm pul qazanmaq, həm sağlamlıqlarını yaxşılaşdırmaq, həm də şəxsi həyatlarını qaydaya salmaq. Lakin başınıza gələnləri bir ifadə ilə əks etdirmək olar - "çoxlu hərəkət-az nailiyyət”. İndi heç nə sizdən asılı deyildir. İstədiyiniz qədər pul qazana bilməyəcəksiniz – xüsusilə də hər yerə baş vursanız və az tanıdığınız adamlarla işləsəniz.
Bütün bunlar maliyyə məsələlərinə də aiddir: indi pulu yalnız ağılla, heç kimin məsləhətinə qulaq asmadan xərcləyin. Bütün məsələlərdə təşəbbüsü ələ alın – həftənin sonunda uğur üzünüzə güləcək. İndi həyatdan daha çox müsbət emosiyalar almağa çalışın. Dostlarınızı qonaq çağırın, harasa istirahətə gedin. Bütün bunlar sizə işdəki və şəxsi həyatınızdakı uğursuzluqları unutmaqda kömək edəcək. İndi həm də başlıca məsələlərdən biri səhhətinizə diqqət yetirməkdir.

ƏQRƏB.
Bürcün tipik nümayəndələrini sakit, ahəngdar bir həftə gözləyir. İşdə müdiriyyət sizə xoş münasibət bəsləyir və hətta vəzifənizi artırmaq barədə düşünür, həmkarlarınız cınqırlarını çıxarmadan sizə qulaq asırlar. Əlinizdə iş qaynayır, əsas məsələ budur ki, bəzi kiçik xoşagəlməz hallar Əqrəbləri nüfuzlu şəxslərlə münaqişəyə sürükləməsin. Sifətinizə sakit və inamlı ifadə verin və özünüzü də belə aparın. Belə etsəniz, həftənin sonunda özünüzü tərifləyə bilərsiniz.
Maliyyə işləriniz də pis deyil. Siz pul xərcləsəniz də onlar azalmır. Başlıcası bütün pullarınızın hamısını birdən həyata keçməsi xəyal olan bir layihəyə qoymamaqdır.
Əqrəbləri şəxsi həyatları da sevindirəcək. Sizin partnyorunuz işdəki bütün problemlərinizi anlayır və əlindən gələn hər şeyi edir ki, siz evdə bu barədə düşünməyəsiniz.

OXATAN.
"Sakitlik və ancaq sakitlik!” – bu həftə bürcün tipik nümayəndələrinin şüarı budur. İşdə və evdə qabağınıza çıxan problemləri yoluna qoymaqdan yorulmağınız azmış kimi yaxın adamların da məsələlərini həll etməlisiniz. Bütün bunlar sizin fiziki və ruhi vəziyyətinizdə iz qoymaya bilməz. İndi siz heç vaxt olmadığı kimi hər şeyi atıb, harasa uzaqlara getmək istəyirsiniz. Amma problemlərdən qaçmaq olmaz. Çalışıb onları həll edin və bu zaman hirsinizi ətrafdakıların üstünə tökməyin. Unutmayın ki, istənilən işdə emosialar yaxşı köməkçi deyildir. Həm də istirahət günlərinə doğru həyatınızda çox şey yaxşılığa doğru dəyişməyə başlayacaqdır.
Maliyyə məsələniz qaydasındadır. İndi yaxın gələcək üçün iri alış-veriş etməyi planlaşdırmağın vaxtıdır. Bundan başqa səhhətinizin də qayğısına qalın. İndi bunun üçün ən əlverişli vaxt yetişir.

OĞLAQ. Bu həftə Oğlaqların bütün sözləri və işləri sağlam realizmlə müşayiət olunmalıdır. Əlbəttə, biz həmişə yalnız gözümüzün qarşısındakıları görürük. Siz isə vəziyyəti tam halda təsəvvür etməyə çalışmalısınız. Bu həm işinizə, həm evdəki hadisələrə, həm də şəxsi həyatınıza aiddir. Bu həftə çox informasiya alacaqsınız. Onların bütün xırdalıqlarını ayıq başla qiymətləndirin. Son yenilikləri yalnız yaxın adamlarınızla müzakirə edəndən və onların rəyini öyrənəndən sonra sakitcə yeni layihələrin icrasına başlaya bilərsiniz.
Maliyyə sahəsində də nəhayət yaxşılığa doğru dönüş olacaq. Həftənin əvvəlində əlinizə pul gələcək və əgər siz ondan səmərəli istifadə etsəniz, yaxın vaxtlarda sizin maliyyə cəhətdən böyük problemləriniz olmayacaq. Uşaqlar da sizi sevindirəcək: onlar da uğursuzluq zolağından çıxacaq və həyatda öz yerlərini müəyyənləşdirəcəklər.

DOLÇA. Bu həftə, daha dəqiq desək, onun birinci yarısında tipik Dolçaların işdə qayğıları çox olacaq. Sizə elə gələcək ki, hər şey donub qalıb və onları yerindən tərpətmək mümkün deyil. Texnika xarab olur,həmkarlarınız birdən-birə yola gəlmir, müdiriyyət isə bütün sazişləri pozur. Bütün bunlara maliyyə problemləri də əlavə olunacaq. Sizə elə gələcək ki, bir az əvvəl əlinizdə iri məbləğ vardı, amma indi onun heç izi-tozu da qalmayıb. Hiddətlənmək üçün əsas var, amma hirsinizi dostlarınızın və həmkarlarınızın üstünə tökməklə siz heç nəyə nail ola bilməyəcəkdiniz. İndi həyatınızda mürəkkəb dönəmdir və siz gözləsəniz yaxşıdır. Həftənin sonunda görəcəksiniz ki, heç də hər şey pis deyilmiş.
Amma işdəki neqativ hallar şəxsi həyatınıza pis təsir edə bilər. Qısqanc olmayın, hər şeydən şübhələnməyin, emosiyalarınızı yaxın adamınızın üstünə əndərməyin – tezliklə onun köməyinə ehtiyacınız ola bilər.

BALIQLAR. Son vaxtlar bürcün tipik nümayəndələri bütün vaxtlarını ya işdə keçirirlər, ya da iş barədə düşünürlər. Bu da düzgündür: indi sizlərdən çoxunuz üçün hətta bir neçə işi də birləşdirməklə pul qazanmaq dövrü yetişmişdir. Sizin gündən günə artan iş qabiliyyətiniz də buna imkan verir. Ulduzlar indi sizə irəli getməyi tövsiyə edir, lakin vurnuxmadan və tələsmədən – çünki bunlar istənilən işdə pis köməkçilərdir.
Bu həftə bir çox Balıqların şəxsi həyatında hələ keçən yay başlamış hadisələr açılmağa başlayacaqdır. Gizlənməmək və tükənmiş əlaqələr barəsində söhbətdən qaçmamaq lazımdır. Yaxşı olar ki. sakitcə razılığa gəlib, özünüz barəsində xoş xatirələr qoyaraq sülhlə ayrılasınız. Özünüzü ələ almağa çalışın.


Şərhlər: 7
Baxılıb: 6801
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Melek5

TƏRƏZİ. Bürcün tipik nümayəndələri bu həftə bütün problemlərini birdən həll etmək arzusuna düşəcəklər. Həm pul qazanmaq, həm sağlamlıqlarını yaxşılaşdırmaq, həm də şəxsi həyatlarını qaydaya salmaq. Lakin başınıza gələnləri bir ifadə ilə əks etdirmək olar - "çoxlu hərəkət-az nailiyyət”. İndi heç nə sizdən asılı deyildir. İstədiyiniz qədər pul qazana bilməyəcəksiniz – xüsusilə də hər yerə baş vursanız və az tanıdığınız adamlarla işləsəniz.
Bütün bunlar maliyyə məsələlərinə də aiddir: indi pulu yalnız ağılla, heç kimin məsləhətinə qulaq asmadan xərcləyin. Bütün məsələlərdə təşəbbüsü ələ alın – həftənin sonunda uğur üzünüzə güləcək. İndi həyatdan daha çox müsbət emosiyalar almağa çalışın. Dostlarınızı qonaq çağırın, harasa istirahətə gedin. Bütün bunlar sizə işdəki və şəxsi həyatınızdakı uğursuzluqları unutmaqda kömək edəcək. İndi həm də başlıca məsələlərdən biri səhhətinizə diqqət yetirməkdir.

Nese inanmiram ki heyatimdaki ugursuzluqlari unutmaga komek ede yenede her sey Allahin elindedi xeyirlisi insAllah melek ltfen
16 may 2016 13:30
# 7
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
GünƏşimƏ_AiD_
Ayin 20si ad gunumdu gorek ne olur
16 may 2016 13:29
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
vipbetul
Rebbim ozu komeyimiz olub dayaqimizda durub sevindirsin biz qullarini Amin insallah
16 may 2016 12:41
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gultekin.A
Qiz burcu ancaq iw baresinde yazilib.ne iwlemirem nede pulum yoxdu ona gore mene aid hecne yazilmayib)
16 may 2016 01:35
# 4
..
Miss_Angel
BUĞA. Bürcün tipik nümayəndələri bütün həftəni işlə məşğul olacaqlar. Həm də vicdanla işləməlisiniz ki, həmkarlarınız narazı qalmasın və siz müdiriyyətin tənqidinə tuş gəlməyəsiniz. Heç kimin sözünə və məsləhətinə qulaq asmayın, özünüz bildiyiniz kimi hərəkət edin. Bütün həftə boyunca az danışıb, çox qulaq asmağa çalışın – ola bilsin ki, gələcəkdə şəxsi həyatınızda istifadə edə biləcəyiniz yaxşı nəsə eşitdiniz.
Şəxsi həyatınız üzünüzə güləcək, amma həftənin yalnız birinci yarısında. Tənha Buğaların üfüqündə maraqlı tanışlıq gözlənilir, ailəlilərin münasibətləri isə daha da istiləşəcək.
Pul kisənizi qoruyun. Həftənin əvvəlində əlinizə çoxdan gözlədiyiniz pul gələcək. Onun hamısını istirahət gününə qədər xərcləməməyə çalışın.
16 may 2016 00:03
# 3
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
BARBI
Ekizlerem. Insallah bu hefte islerim ugurlu alinar.
15 may 2016 23:32
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
twkler Allah komeyimiz olsun
15 may 2016 23:09
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz