Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qərb astrologiyasında əsas ünsürlər - Su
Qərb astrologiyasında əsas ünsürlər - Su
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1567
Səs ver:
Xərçəng bürcü: 23 iyun - 23 iyul
Əqrəb bürcü: 24 oktyabr - 22 noyabr
Balıq bürcü: 20 fevral - 21 mart

Su bir çox şəkildə ola bilər. Maye, buxar, qaz ya da donmuş ola bilər. Kiçik bir su qabarcığı qədər günahsız ya da okeandakı qabarmış bir dalğa qədər vəhşi ola bilər. Hər şeyi çox dərindən hiss edən su bürclərinin içlərində ehtiras fırtınaları əssə də çölə çox bir şey bildirməzlər. Sakit sular dərin olar. Su bürcləri bir şeyi anlayıb həll etməyə çalışdıqları zaman səssizləşib içlərinə qapanarlar. Onları tanımaq və anlamaq zaman içində olacaq. Özlərini yavaş yavaş açarlar. Dərin və güclü duyğularını diqqətlə qorumağa çalışarlar. Aşiq olduqları zaman ürəkdən sevərlər və çox bağlanarlar. Romantik və çox həssasdırlar. Hissləri çox güclüdür və sizin söylədiklərinizdən çox üz ifadənizdən bədən dilinizdən məna çıxararlar. Bu xüsusiyyət Balıq bürcündə çox inkişaf etmişdir. Su təmizləyər və həyatın davam etməsini təmin edər. Su universal həlledicidir, maddələri həll edər və onun xüsusiyyətlərinə uyğunlaşar. Su bürcündən birinə probleminizi izah edin, öz problemi imiş kimi boynuna götürər. Sizi diqqətlə dinlər, duyğularınızı hiss edər, mənən dəstək olar və yaxşı tövsiyələr verər. Başqalarının dərdlərini öz dərdləri kimi boynuna götürüb kədərlənməkdən və davamlı fədakarlıq etməkdən yorularlar. Buna görə hərdən bir tək qalıb özlərinə gəlməyə ehtiyac duyarlar. Su qrupu ruhu idarə edər. Su məhdudlaşdırılmağı sevməz, təxəyyülü çox inkişaf etmişdir və çox yaradıcıdır. Şəkil, musiqi, fotoşəkilçilik, ədəbiyyat və rəqsdə digər insanlardan ilham alaraq yaradarlar. Yaradıcılıqla əlaqədar işlərdə, kiçik işlətmələrdə, emalatxanalarda ya da öz işlərində işləməkdən zövq alarlar. İti hissləri ilə maliyyə sahəsində də çox müvəffəqiyyətli ola bilərlər. Su bürcləri yaxın əlaqələrdə çox müvəffəqiyyətlidirlər.
Xərçəng bürcü, su qrupunu xüsusiyyətlərini ailəsinə və yuvasına olan bağlılığı ilə göstərərlər. Ailəsini bəsləyər, böyüdər və qoruyar. Cəmiyyətləri meydana gətirən ən kiçik vahid ailədir. Yaxşı bir yuva qurucu olan Xərçəng üçün ən əhəmiyyətli şey yoldaşı və uşaqları ilə sevgisini paylaşmaqdır. Əqrəb bürcünü , insanlar arasındakı seksual və pul əlaqələr çox maraqlandırar.
Astrologiyada 8. evin nümayəndəsi olan Əqrəb, doğumu, ölümü və yenidən doğuşu təmsil edər. Bu ev eyni zamanda başqalarının pulunu təmsil edər. Əqrəblərdə başqalarının pulunu idarə etmədə çox bacarıqlıdırlar. Sirrli strukturları vardır və özləri haqqında ipucu verməzlər.
Balıq sonuncu bürcdür və özündən əvvəl gələn bütün bürclərdən bir xüsusiyyət götürmüşdür. Buna görə də bütün bürclərlə yaxşı razılaşar. Mənəvi dəyərləri ağırlıq təşkil edən Balıq bürcü digər insanlara kömək edər. Dolça ümumi mənada insanlıq üçün bir şeylər edərkən, Balıq bürcü birə-bir insanlara köməkçi olar. Başqalarına kömək etmək uğruna özünü fəda edə bilər. Balıq bürcü fədakarlıq deməkdir və yaxınları üçün edə bilməyəcəyi fədakarlıq yoxdur.


Şərhlər: 11
Baxılıb: 1567
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aLoNe AnGeL
Balıq sonuncu bürcdür və özündən əvvəl gələn bütün bürclərdən bir xüsusiyyət götürmüşdür. Buna görə də bütün bürclərlə yaxşı razılaşar. Mənəvi dəyərləri ağırlıq təşkil edən Balıq bürcü digər insanlara kömək edər. Dolça ümumi mənada insanlıq üçün bir şeylər edərkən, Balıq bürcü birə-bir insanlara köməkçi olar. Başqalarına kömək etmək uğruna özünü fəda edə bilər. Balıq bürcü fədakarlıq deməkdir və yaxınları üçün edə bilməyəcəyi fədakarlıq yoxdur.
düzdür
4 avqust 2016 12:33
# 11
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Cindrella
Xerceng burcuyem yazilanlarda dogruluq payi var
9 iyul 2016 11:11
# 10
Balacam
Baliq burcuyem
9 iyul 2016 00:20
# 9
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Fidan ALYEVA
Baliq burcuyem
7 iyul 2016 22:50
# 8
.O.F.S.
qaranliq1
EQREB burcuyummenim ucun ehemiyyetli olan pul deyil sevdiklerimdi onlar ucun her sey ederem onlara komeklik etmekmenede xosdur
Baliq burcu dostumun burcu idi yaxsi tanidigim sandigim insani hec taniya bilmemisem meyerse cox deyer verirem ona. osa...
7 iyul 2016 21:15
# 7
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
Baharim ol
Birebir men.fedakarliq hemise.ama mene hec kim fedakarliq elemir.
7 iyul 2016 19:24
# 6
Ama yenede
YalniZ-ArZu
Terezi burcuyem hava unsurluyem.Oz unsurum haqqinda yazilani oxuyaram:)))
7 iyul 2016 18:14
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Antikvar
Doğruluq çoxdu, özünə yaxın hesab etdikləri insanlara fədakarlıq çox edərlər-bu deyim ilə razıyam. Təşəkkürlər.
7 iyul 2016 17:53
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
maraqliydi maraqla oxudum demek olarki hamisida duz iydi
7 iyul 2016 17:13
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
baby baku
nese basa dusdumseeeeeeeeeeeeeeeeeee
7 iyul 2016 16:56
# 2
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
BARBI
Anlasmadigim burclerdir. Kaprizli ve juseyen olurlar
7 iyul 2016 16:41
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz