Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şir bürcünün özəllikləri
Şir bürcünün özəllikləri
Göndərən: Fi-Ra
Şərhlər: 4
Baxılıb: 1412
Səs ver:
İdarəçi Planeti:  Günəş
Element:  Atəş
Xarakter:  Sabit
Uğurlu Sayları:  5
Gün:  Bazar
Uğurlu Daşı:  Almaz
Rəng:  Sarı, narıncı
Fal növü kartı:  Tale Çarxı
Heyvan: Aslan, pişik
Bitki:  Günəbaxan, gül, krizantem, səhləb
Qiymətli Daş:  Pişik gözü, brilyant, sarı sapfir
Qiymətli Mədən:  Qızıl
 
Müsbət Tərəfləri: Uca könüllülük. Səxavət. Yaradıcılıq. Atalıq. Fədakarlıq. Üstünlük.  Sevinc. Yaxşı təşkilatçılıq. Aydın zehin.
 
Mənfi Tərəfləri: Hakimiyyət. Diktatura. Zorakılıq. Dəbdəbə. Modabazlıq. Tolerantlıq göstərməmək. Sabit fikirlilik. Qüvvə dəliliyi. Özündənrazılıq.
 
Aslan Komanda Ulduzu (Astronomiya)
Aslan komanda ulduzunun qəlbində 29° Aslanda olan Regel, ya da Regulus var. Bu bürc yığınının birinci dekan Hydra, ortada Crater, üçüncü dekanda isə Corvus yəni Böyük Qarğa olur. Sabit ulduzlardan, Algarab da Şir bürcündə yer alır.
 
Şir Bürcü Qadınının Ümumi Xüsusiyyətləri
 
Şir bürcü qadını məğrur, özünə güvənən, dürüst, cəsur və yaxşı niyyətli quruluşu ilə diqqət çəkir. Dürüstlük şir bürcü qadını üçün çox əhəmiyyətlidir. Qarşı tərəfin yalan söylədiyini fərq etdiyi anda ondan soyuyur və uzaqlaşır.
 
Şir bürcü qadını rol etməyi və fərqli görünməyi sevir. Bu ona oyun kimi gəlir. İnsanlara qadınlıqdan çox cazibədar münasibəti və xoş söhbəti təsir göstərir. Canlı,enerjik və sevinclidir.
 
Müxtəlif insanlarla tanış olmaqdan və onlarla dostluq qurmaqdan çox zövq alır. Amma dostluq qurduğu insanları diqqətlə seçməyə cəhd edir. Hamı ilə yaxınlaşmaqdan xoşlanmaz. Yaxşı niyyətinin sui-istifadə  edilməsindən xoşlanmaz.
 
Şir bürcü qadını müstəqilliyinə düşkündür və məhdudlaşdırmaqdan xoşlanmaz. Özünə çox güvənir və qürurludur. Çalışmaqdan böyük kef alır və biznes məsələsində olduqca uğurludur.
 
Şir bürcü qadını səxavətlidir. Asan pul yığmaz, çünki bəzəyinə və geyiminə çox pul xərcləyir. Hər şeyin ən yaxşısını sevir.
 
Şir bürcü qadını evinə bağlı və həyat yoldaşına sadiqdir. Bundan başqa, uşaqlarına da çox düşkündür. İçindəki əmr etmə duyğusu səbəbiylə olduqca sərt və intizamlı bir quruluş nümayiş etdirə bilər.
 
Şir Bürcü Kişisinin Ümumi Xüsusiyyətləri
Şir bürcü kişisi mülayim, ağıllı, mehriban, romantik və praktiki davranışı ilə diqqət çəkir. İkitərəfli münasibətlərdə mükəmməl bir tərəfdaşdır. Qürurlu şir bürcü kişi komplimentlərdən və təriflərdən çox kef alır. Od qrupundan olduğu üçün əsəbiləşəndə qəzəbi partlayış şəklində cərəyan edir. Kin tutmaz və qəzəbi gəlib keçicidir.
 
Hərəkətli və şən davranışları dost şəraitlərinin axtarılan və əvəzolunmaz adamlarındandır. Rahatlığına olduqca düşkündür və lüksü sevir. Gəzməyi, əylənməyi və sosial fəaliyyətlərdə olmağı çox sevir.
 
Şir bürcü kişisi məsuliyyət sahibidir və işlərində detalçıdır. Əmir almaqdan xoşlanmaz və idarə etməyi sevər. Ətrafına asanlıqla təsir göstərə və populyar ola bilir. Ətraf mühitə olduqca bağlıdır və mərhəmətli olduğu üçün də yaxınlarının və dostlarının dərdləri ilə maraqlanır. Yaxşı bir dinləyici olan şir bürcü kişisi əməli həll etmək məsələsində qabiliyyətlidir.
 
Şir bürcü kişisi dostcasına davranışları və ünsiyyətcil quruluşu ilə çox dost qazanır. Romantikdir. Birini sevdiyi zaman yaxşı aşiq olar. Sadiqdir. Evlilikdən xoşlanır və evinə bağlıdır. Övladlarına düşkün və mehriban bir ata olur.
 
Şir bürcü kişisi iş məsələsində çox uğurludur. Səxavətlidir, lakin hər cür pis vəziyyətə qarşı təmkinlidir və qənaəti sevir.


Şərhlər: 4
Baxılıb: 1412
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Narın Yağış
alır. Od qrupundan olduğu üçün əsəbiləşəndə qəzəbi partlayış şəklində cərəyan edir. Kin tutmaz və qəzəbi gəlib keçicidir. - Bircə əsəbi vaxtını görməyim atom kimi partlayış olacaq)

Rahatlığına olduqca düşkündür və lüksü sevir. - Keyfimə düşgünəm mən )) sözü yadıma gəldi)

Romantikdir. Birini sevdiyi zaman yaxşı aşiq olar. - İvit ihi
24 iyun 2016 20:26
# 4
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Adsiz Gozel
duzdu.. hemde maraqlidi
13 iyun 2016 14:11
# 3
vipbetul
sir burcunden olanlara maraqli olar
12 iyun 2016 18:18
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Kocaçığımın bürcü 08 yazılanlarla nöqtəsinə kimi razıyam...
12 iyun 2016 17:36
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz