Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yataqda ideal tərəf müqabiliniz - Bürclərə görə seks
Yataqda ideal tərəf müqabiliniz - Bürclərə görə seks
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 15486
Səs ver:

Tərəf müqabilinin yataqda nələrdən xoşlanması hər kəsə maraqlıdır. Elə isə ideal tərəf müqabiliniz hansı bürcdən olmalıdır? Aile.lent.az bürclərə görə seks uyğunluğu ilə bağlı maraqlı faktları açıqlayır.

 

Qoç

Seksdə iddialı bürclərdən biri olan qoçlar yataqda da iddialıdır. Qaçmaqdan çox qovalayan tərəf olmaqdan xoşları gəlir. Emosional oyunları sevmir. Zövq verdiyini görmək istəyir. Saçları ilə oynanılmasını və başının sığallanmasını çox sevir.

İdeal tərəf müqabilləri: Şir, tərəzi, əkizlər, əqrəb

 

Buğa

Cinsi həzdən çox romantik həzdən xoşları gəlir. Qoxular, səslər, toxunuşlar onlar üçün ereksiya qədər vacibdir. Enerji xərcləməyi sevmirlər, buna görə də qarşı tərəfə daha çox işi düşür.

İdeal tərəf müqabilləri: Əqrəb, xərçəng, qız və oğlaq

 

Əkizlər

Cinsi münasibət mövzusunda çox rahatdırlar. Gözlənilməz yerlərdə sevişmək və ya seks mövzusunda danışmaqdan çəkinmirlər. Flört etmək üçün mükəmməl olan əkizlər bürcü seksual və ağıllı tərəf müqabilidir. Seksə əyləncə kimi baxır, hər zaman yenilik etmək, bir çox şeyləri sınaqdan keçirmək istəyir.

İdeal tərəf müqabili: Qoç, əkizlər, oxatan, dolça.

 

Xərçəng

Seksə münasibətləri yaradıcı və şəhvətlidir. Lakin onları başdan çıxarmaq üçün bir az səy göstərməlisiniz. Güclü hissləri olan xərçənglər tərəf müqabillərinin nə istədiyini hiss edir. Xərçəng üçün seks sevgi, eşq və şəhvət dolu bir yaxınlaşmadır.

İdeal tərəf müqabilləri: Buğa, şir, oğlaq, balıq.

 

Şir 

Sabit və güclü cinsi impulsa malik olan şirlər tərəf müqabili tapmaq üçün kifayət qədər cazibəyə malikdir. Şirlər ehtiraslı və diqqətli aşiqdirlər. Bununla yanaşı qabiliyyətlərinin dəyərləndirilməsini istəyirlər. Başdan çıxarılmağı və ön sevişməni sevirlər, ombaları ən həssas erogen bölgələrindən biridir.

İdelal tərəf müqabili: Əqrəb, qoç, oxatan, şir.

 

Qız

Qızların məsum görünüşlərinin arxasında enerjili və şəhvətli biri dayanır. Ön sevişmə zamanı hər cür toxunuşları sevirlər. Öpüşlər və masajlar həyəcanlarını yüksək həddə çatdırır. Nəvazişli, yaxşı hazırlanmış və dürüst sevişmələrdən xoşları gəlir.

İdeal tərəf müqabilləri: Buğa, tərəzi, balıq və oğlaq.

 

Tərəzi

Mükəmməl zövq və həssaslıq baxımından tərəzilər ən zərif bürclərdən hesab olunur. Tərəzi üçün yaxşı bir seks əqli stimullaşdırma və sözlərlə zəngin ön sevişmədir. Bir tərəzinin diqqətini onunla flört edərək cəlb edə bilərsiniz. Seks zamanı alt paltarları və eşidilən musiqi onların diqqətini cəlb edə bilər.

İdeal tərəf müqabilləri: Qoç, əkizlər, şir, oxatan

 

Əqrəb

Seks bürcü olaraq tanınan əqrəblər aktiv seks tərəfdarıdırlar. Həyəcanlı oyunlar, xüsusən də güc və idarəçilik xüsusiyyətli dramları seks həyatlarında daha çox istəyirlər. Güclü cinsi impuls və duyğularla öz içlərində belə, arzuları ilə mücadilə edirlər.

İdeal tərəf müqabili: Buğa, şir, əqrəb, balıq.

 

Oxatan

Davamlı olaraq axtarış və kəşf izində olan oxatanlar yataqda başdan çıxaran güclü, şəhvətli və diqqətlidirlər. Lakin çox tez bezdikləri üçün qəfil yeniliklər istəyirlər. Subay oxatanlar flörtə meylli və dəlisovdurlar. Tərəf müqabilləri olduğu halda macəra izində olurlar.

İdeal tərəf müqabilləri: Şir, qoç, əkizlər, dolça.

 

Oğlaq

Əqrəblər kimi oğlaqlar da cinsi həyatlarında fərdi xüsusiyyətlərə malikdirlər. Ən gözəl xüsusiyyətləri isə cinsi münasibətlərdə həssas olmalarıdır. Oğlaqların güclü libidosunu oyandırmaq üçün çox əmək sərf etməyə ehtiyac yoxdur. Ayaq və dizləri ən həssas nöqtələridir. Onlarla maraqlandıqda və əsəbləşdirdikdə çox xoşlarına gəlir.

İdeal tərəf müqabili: Xərçəng, buğa, oğlaq, qız.

 

Dolça

İntellektual və idealist dolçalar yataqda olduqca fərqli davranışları ilə seçilirlər. Başdan çıxarılmağı sevirlər, lakin gücü əllərindən vermirlər. Mövzu seks olduqda isə açıq-aşkar davranışlar nümayiş etdirirlər, tərəf müqabilləri ilə mənəvi harmoniya qurduqda ehtiraslı və yaradıcı olurlar.

İdeal tərəf müqabilləri: Əkizlər, dolça, oxatan və qız

 

Balıq

Balıqlar hər cür insanla ortaq mövzu tapıb yola gedə bilirlər. İnsanların diqqətini cəlb etmək, öz tərəflərinə çəkmək üçün aqressivliyə ehtiyac duymurlar. Yataqda romantik, şəhvətli və oyunbaz olan balıqların yaradıcı texnikalardan da xoşları gəlir. Xəyal gücləri alovlandıqda özlərinin zövq almalarından çox tərəf müqabillərinin zövq almasına cəhd göstərirlər.

İdeal tərəf müqabilləri: Əqrəb, xərçəng, qız və tərəzi. 



Şərhlər: 16
Baxılıb: 15486
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fidan ALYEVA
Baliq burcuye. Ne derecede dogru oldugunu bilmirem
8 mart 2016 14:11
# 16
.O.F.S.
Angela7
Mənlik olmadı.
6 mart 2016 21:53
# 15
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
sevgi baxcasi
Həqiqətdir))
Qoç və Əkizlər təşəkkürlər
6 mart 2016 00:32
# 14
KARAMEL
bu qalmiwdi buda cixdi goren daha sora ne cixacaq 23
5 mart 2016 16:56
# 13
ayka95
Yoldasim terezidi men ise ekizler
4 mart 2016 23:34
# 12
Akkuw)
vay vay vay weklle bax 12
4 mart 2016 22:29
# 11
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
arzum-aysum
Sitat: Miss_Oxatan
Axir vaxtlar cox pozulublar burcler.her iwe burunlarini soxurlar

zemane teleb edir kiz, tələbat bunadi 122
4 mart 2016 21:43
# 10
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Qlamurr
Bürclər artıq intim həyata da təsir edir 122
4 mart 2016 21:21
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Miss_Angel
Cinsi həzdən çox romantik həzdən xoşları gəlir. Qoxular, səslər, toxunuşlar onlar üçün ereksiya qədər vacibdir. Enerji xərcləməyi sevmirlər, buna görə də qarşı tərəfə daha çox işi düşür.
İdeal tərəf müqabilləri: Əqrəb, xərçəng, qız və oğlaq
maraqlidi
4 mart 2016 20:16
# 8
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
roksi1995
yoldasim terzidir mende tereziyem
4 mart 2016 19:47
# 7
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Miss_Oxatan
Axir vaxtlar cox pozulublar burcler.her iwe burunlarini soxurlar
4 mart 2016 19:22
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
arzum-aysum
bidenem qiz burcudu, men eqreb. burda yazilanlara görə gerek bizimki hec tutmasın, amma tam eksi urek
4 mart 2016 19:07
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Ekizlerin mamasi
Birce lərə bu qədər inanmıram. Oxudum duz gelmedi hec neise
4 mart 2016 18:40
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
zezema
Deyirem axi... Yaxshi tapmishiq bir birimizi)))) - men xerceng-erim baliq. ay ne kadar da iyi )))
4 mart 2016 18:24
# 3
Bir hissimi itirmishem - TEECCUBLENMEK
qonaqa
daha soz yoxdur
4 mart 2016 16:58
# 2
Səni çooox sevirəm!Həyatım,canim,ureyim,nefesim,herseyim sen menim dunyamsan sen olmasan men bir hecem Allah bizi hec bir zaman ayirmasin heyat cox qeribedir insanin elinden sevdiyini alir.Allah seni menim elimden almasin.Awkim benim "seni cox sevirem" elisim AyEl canim kocam seni cox sevirem! sizin üçün çooox darıxmışam ailem скучаю((
_Tenha_Pianocu_
Pahoo bu burclerde dayy
4 mart 2016 16:39
# 1
..Alone..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz