Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərin xəstəlikləri
Bürclərin xəstəlikləri
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 5171
Səs ver:
Qoç (22 mart - 20 aprel)
Çox quru yeməklərə meyillisiniz. Bu səbəbdən orqanizminizdə problem yaşana bilər. Duz və spirtdən uzaq dayanaraq, bunun əvəzinə bol-bol su üçün. Pomidor, kartof, soğan, quru lobya, mərci, karnıbahar, kahı, yaşıl salat, ispanaq, turp, düyü, zeytun, alma, balqabağı, qoz kimi qidalar həftəlik qidalanmaya mütləq əlavə olunması məsləhətdir. Çox şirin qidalara üstünlük verməyin. Ərik, şaftalı kimi qidaları üstün tutun.
 
Buğa (21 Aprel – 21 May):
Yemək üçün yaşayırsınız. Amma unutmayın ki, gələcəkdə bu çəkinizin artmasına səbəb ola bilər. Karbohidratlardan uzaq durun. Əks təqdirdə həzm problemləri yaşaya bilərsiniz. Nişastasız, yağsız və şəkərsiz bir diet tətəbiq edin. Təbii yodlu qidalardan balıq, dəniz məhsulları, yumurta, qaraciyər, böyrək, buğda, ispanaq, çuğundur, təzə meyvə və yaşıl salat qida siyahınızda daim yer almalıdır. Bundan başqa, su içmək də həyatınızın bir hissəsi olmalıdır.
 
Əkizlər (22 May – 21 İyun):
Yemək yeyərkən o qədər tələsik hərəkət edirsiniz ki, artıq bu vəziyyət sizin sağlamlığınızı zərərli təsirini göstərib. Yeməkləri yaxşı çeynəməyə çalışın. Az, amma tez-tez yemək rejimini özünüzə tətbiq edin. Əkizlər sümüklərinin sağlam olmasını istəyirsə, sağlam qidalanmalıdır. Əkizlərdə qan laxtalanması halları tez-tez görülür. Balıq, kərə yağı və kənd pendiri, yerkökü, portağal, qreyfrut, şaftalı, gavalı, üzüm suyu, quru üzüm və badam sizin üçün əvəzolunmaz qidalar olmalıdır. Sakitləşmək və rahat olmağınız üçün də şəfalı bitkilər və kofeinsiz çaylar tam sizə görədir.

Xərçəng (22 İyun – 23 İyul):
Duyğusal olmağınız sizin qidalanma vərdişlərinizə da təsir edir. Həssalığınızdan piroqlara, kekslərə, dondurma və qənnadı məhsullarına çox meyillisiniz. Halbuki xərçənglər nişastalı yeməklərdən, şəkər, duz və ədviyyatlardan uzaq durmalıdır. Çünki mədələri çox həssasdır. Orqanizminiz kalsiuma böyük ehtiyac duyur. Yağsız süd, pendir və qatıq, buruq kələm, pomidor, salat və kahı, bol miqdarda təzə tərəvəz və yağsız protein, sizin dəri və mədə sağlamlığınız baxımından yaxşı təsir edəcək.

Şir (24 İyul – 23 Avqust):
Şirlər yeməkdən zövq alırlar . Gözəl restoranlar, nəfis yeməklər hər zaman xəyalınızı bəzəyir. Bədəninizə önəm verdiyiniz üçün pəhriz son dərəcə uyğundur . Möcüzə iradəniz var! Qan dövranınız nizamlı olması üçün inək, quzu və ev heyvanları əti, qaraciyər, çiy yumurta sarısı, kərəviz, alma, əncir, şaftalı, limon və badam sizin üçün idealdır. Payınızı 50 faiz azaldın.
 
Qız (24 Avqust – 23 Sentyabr):
Şirniyyat dedikdə ilk siz yada düşürsünüz. Xüsusən də şokolad həyatınızın əvəzolunmaz qidasıdır. Ancaq bu yeməklərdən uzaq durmalısınız. Çünki ürəyinizdə problem yarada bilər. Duz, buğda, çovdar, yağsız mal və quzu əti, pendir, zeytun, portağal, limon, qovun, alma, armud sizin ideal yeyəcəklərinizdir. Qovun, alma, armud qismən dərinizi təmizləmək və saçlarınıza qulluq etmək üçün köməkçi olar. Alma isə xilaskarınızdır.
 
Tərəzi (24 Sentyabr – 22 Oktyabr):
Tərəzilərin orqanizmlərində həssas yerləri böyrəkləri və kürəyin alt nahiyəsidir. Yaşıl noxud, qarğıdalı, kök, ispanaq, buğda, yulaf unu, alma, çiyələk, badam və kişmiş həmişə əlinizin altında olmalıdır. Böyrəkləriniz üçün çox qazlı içkilərdən uzaq durmalısınız. İncə və zərif qalmanız üçün nazik dilimlər sizə faydalı olacaqdır.

Əqrəb (23 Oktyabr – 22 Noyabr):
Tənəffüs yolları problemləri yaşaya bilərsiniz. Taxıllardan hazırlanmış çörəklər, balıq və dəniz məhsulları, yaşıl salat, soğan, qırmızı turp, təzə meyvə və tərəvəzlər ehtiva edən bir pəhriz tam sizə görə. Düzgün qidalanma gərginliyinizi aradan qaldıracaq.
Oxatan (23 Noyabr – 20 Dekabr):
Bürcün həssas nöqtələri ayaqları, sümükləri və qaraciyəridir. Təbii qidalanmaq üçün qabıqlı meyvələrə və tərəvəzlərə üstünlük verin. Bol çiy tərəvəz, yaşıl bibər, kahı, kərəviz, kartof, əncir, quru alça, çiyələk, alma, armud, və dənəli taxılları yeməyiniz məsləhət görülür.
 
Oğlaq (21 Dekabr – 18 Yanvar):
Çalışqan bir quruluşunuz var və çalışarkən də fərqində olmada orqanizminiz dala gedir. Halbuki bu sizin üçün çox zərərlidir. Orqanizminizin vitamin və minerallardan ibarət olan geniş bir qida qarışığına ehtiyacı var. Bürcün, dizlər, dişlər, qulaqlar və dəri nahiyyəsi ən həssas nöqtəsidir . Kələm, kərəviz, yağsız ətlər, limon, portağal, inək südü, hər cür pendir, balıq, yumurta sarısı, buğda və əncirlə aranızın çox yaxşı olması lazımdır. Ərik, badam yeyərək quru və allergik meylli dərinizi canlandırın. Dərinizi siqaret və siqaret tüstüsündən uzaq tutaraq qorumağa çalışın.
 
Dolça (19 Yanvar – 20 fevral):
Orqanizminizin davamlı C vitamininə ehtiyacı var. Yemək tərzi baxımından yenilikçisiniz. Bürcün əl və ayaq topuqları, baldırları və toxuma nahiyyələri orqanizmdə həssas nöqtələridir. Orqanizminiz süfrə duzuna çox ehtiyac duyur. Çox duz alarkən zəif bir qan dövranına, həddindən artıq şişkin bir bədənə və qaraciyər narahatlıqlarına səbəb ola bilər. Bu ehtiyacı yemək duzundan deyil, təbii qidalardan alsanız, daha yaxşı olar. Dəniz məhsulları, gül kələmi, yerkökü, turp, balqabağı, ispanaq, alma, şaftalı, limon, portağal, qreypfrut, nar və ananas sizin üçün təbii duz baxımından ideal qidadır.
 
Balıq (20 fevral – 21 Mart):
Ağır pəhrizlər sizə uyğun deyil. Yüksək zülallı, aşağı yağ və şəkər pəhrizi tətbiq etdiyiniz zaman özünüzü daha yaxşı hiss edirsiniz. Bürcün ayaqlar, eşitmə, toxunma və dadbilmə problemi var. Dəmir bədəninizin əsas ehtiyacıdır. Dəmir çatışmazlığı, qan azlığında və aşağı təzyiqə səbəb olur. Zəngin dəmir ehtiva edən qaraciyər, yağsız mal əti, quzu əti, yumurta sarısı, beyin, ispanaq, soğan, arpa, kahı, buğda çörəyi, quru lobya, alma, üzüm, limon, portağal, şaftalı, xurma, quru gavalı və üzümlə qidalanmanız şərtdir. Cəfərini də bu siyahıya əlavə edin.


Şərhlər:
Baxılıb: 5171
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz