Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərə görə xəstəliklər
Bürclərə görə xəstəliklər
Göndərən: NoName
Şərhlər: 28
Baxılıb: 3425
Səs ver:
Hər bir bürc bədənin müxtəlif hissələrini idarə edir. Bununla da hər bir bürcdə idarə etdiyi hissə ilə bağlı xəstəliklərə çox rast gəlinir. Biz bu yazımızda bürclərin hansı hissələri idarə etdiyini və hansı xəstəliklərə daha çox meylli olduğunu tapıb yazmışıq.
 
Qoç bürcü
Qoç bürcü bədənin baş hissəsini idarə edir. Buna görə də Qoç bürcü olan insanlar tez-tez baş ağrısından şikayətlənirlər. Bundan əlavə yüksək hərarət, miqren, beyin iltihabı və təzyiq də qoç bürcü insanlarının çox rastlaşdığı xəstəliklərdir. Əsəbiləşdikdə mədələri də ağrıya bilər. Tərəzi bürcündən gələn əks təsirlər ilə böyrək və bel hissəsində də narahatçılıq yaşayırlar.
Qoçlar xəstələnməyi sevmədikləri üçün cüzi bir xəstəliyin əlamətlərini elə də diqqətə almırlar və bu xəstəliyin öz-özünə keçməsini gözləyirlər. Xəstələndikləri zaman yatıb dincəlməzlər. Fiziki quruluşlarının güclü olması ciddi bir xəstəliyə tutulsalar belə çox tez sağalmalarına kömək edir.
Qoç bürcü insanları istirahət etməyə diqqət göstərməli, çox işləməməyə və narahatçılıq keçirməməyə çalışmalıdırlar. Bol meyvə və tərəvəz yemələri tövsiyə olunur.

Buğa bürcü
Bu bürcün bədəndə idarə etdiyi hissələr isə boyun və boğazdır. Buna görə də ən çox rastlaşdıqları problemlər soyuq dəymə, səs telləri, udlaq, badamcıqlar, qulaqlar və qalxanabənzər vəzi ilə əlaqəli yaranan xəstəliklərdir.
Buğa bürcü insanları fiziki olaraq çox güclüdürlər və tez yorulmadıqları üçün uzun müddət işləyə bilirlər. Bu bürcdə olan insanlar digər bürcdəkilərə nisbətən xəstəliyə daha dözümlü olurlar.
Əqrəb bürcündən gələn əks təsir ilə cinsi orqanlar, ifrazat vəziləri və ifrazat sistemi də həssas ola bilir. Qadınlarda yumurtalıq və uşaqlıq, kişilərdə isə prostat vəzinin xəstəliklərinə rast gəlinir.
Buğalar səbrli xəstələrdirlər və həkimin verdiyi məsləhətlərə əməl edir, dərmanlarını vaxtında və düzgün qaydada qəbul edirlər.
Həm ağır, yağlı yeməkləri sevdiklərinə görə, həm də qalxanabənzər vəzi artıq miqdarda tiroid hormonu ifraz etdiyinə görə çox kökəlirlər və köklüklə bağlı xəstəliklər ilə rastlaşırlar.
Buğa bürcü insanları gənc yaşdan başlayaraq çox yeməməyə diqqət göstərməli və idmanla məşğul olmalıdırlar.
 
Əkizlər bürcü
Əkizlər bürcünün idarə etdiyi hissələr sinir sistemi, çiyin və qollardır. Bu bürcdə olan insanların sinir sistemləri elə də güclü deyil, çiyinlər, qollar və əlləri olduqca həssas olur. Bu insanlarda körpücük sümüyü qırıqları, çiyin, qol ağrıları kimi problemlər görülə bilir.
Əkizlər bürcü eyni zamanda ağciyəri də idarə edir və buna görə də soyuq dəymə ilə bronxit də bu bürcün insanlarının çox rastlaşdığı xəstəliklərdəndir.
Bundan əlavə Oxatan bürcündən gələn əks təsir ilə ayaqlarda ağrılar, revmatizma, qaraciyər həssaslığı və allergiya kimi narahatçılıqlar da olur.
Əkizlər bürcündə olan insanlar həm fiziki, həm də zehni olaraq sağlamdırlar, lakin ümumiyyətlə əsəbi və narahat insanlar olurlar. Yaxşı xəstə deyillər, həkimin öyüdlərinə qulaq asmazlar.
 
Xərçəng bürcü
Xərçəng bürcü mədə və on iki barmaq bağırsağı idarə edir. Bu bürcdən olan insanlar narahat və tez kədərlənən insanlar olduqları üçün mədələrində həzm problemi yaşayırlar və hətta bu, gələcəkdə mədə xorası xəstəliyi yaranmasına belə gətirib çıxarır. Bədənlərində ən yaxşı işləyən yer süd vəziləridir və buna görə xərçəng bürcü "analar bürcü” kimi də bilinir.
Qidalara düşkün olmaları və tənbəllikləri, xüsusilə orta yaşlarda kökəlməklərinə səbəb olur. Mədə xəstəlikləri ilə yanaşı bağırsaq tənbəlliyi və böyrək xəstəlikləri də bu bürcün insanlarının çox rastlaşdığı problemlərdəndir.
Xərçəng bürcü insanları ağrıya dözümsüz olurlar. Xəstələndikləri zaman bunu həddindən artıq şişirdir və onlara baxan insanları bezdirirlər.
Bu bürcdə olan insanlar qidalanmalarına diqqət göstərib, idmanla məşğul olarlarsa, daha sağlam olarlar.
 
Şir bürcü
Şir bürcü ürək, onurğa və kürəyi idarə edir. Bu bürcün insanı həyəcanı və adrenalini sevirlər, əgər sonrakı yaşlarında daha sakit həyat tərzinə keçməzlərsə, ürək çatışmazlığı xəstəliyi ilə rastlaşa bilərlər.
Şirlərin gözləri yaxşı görür və xəstəliklərə qarşı dözümlüdürlər. Xəstələnməyi sevməzlər və xəstələndikləri zaman həddindən artıq həyəcanlanırlar. Ancaq nikbinlikləri sayəsində xəstəlikləri uzun çəkməz və tez sağalarlar. Bütün həyatları boyunca idmanla məşğul olduqları üçün fiziki quruluşları sağlam olur.
Şir bürcündə olan insanlar yaxşı xəstə deyillər. Xəstələndikləri zaman dincəlmək yerinə işlərinin başına qayıdırlar, bu da gec sağalmaqlarına səbəb olur. Lakin buna baxmayaraq sağlam quruluşlu olduqları üçün tez sağalıb, ayağa qalxırlar.
 
Qız bürcü
Qız bürcü sinir sistemini və bağırsaqları idarə edir. Bu bürcün insanlarında da xərçənglərdə olduğu kimi mədə xəstəliklərinə daha çox rast gəlindiyi üçün yediklərinə diqqət yetirməli və düzgün qidalanmalıdırlar.
Qız bürcü insanları ümumiyyətlə qidalanmalarına diqqət göstərən bürcdürlər və bu barədə başqalarına da məsləhətlər verirlər. Olduqları mühitin sağlamlıq cəhətdən əlverişli şəraitdə olmasına diqqət göstərirlər. Bu bürcün insanlarının bəziləri xəstələndikləri zaman onlara xüsusi diqqət göstərilməsini istəyirlər və bezdirici olurlar. Ancaq bəziləri isə yaxşı xəstədirlər, həkimin məsləhətlərinə diqqətlə qulaq asır və bunlara qaydasında əməl edirlər.

Tərəzi bürcü
Bu bürc isə bədəndə böyrəklər, bel və onurğa sistemini idarə edir. Buna görə də beldə, əzələ və sümüklərdə ağrılar, revmatizma kimi xəstəliklər bu bürcün insanlarda daha çox rast gəlinir. Bunun üçün də özlərini çox yormamalı və yaxşıca dincəlməlidirlər. İri görünüşlü olmaqlarına baxmayaraq immunitetləri zəif olur. Bunun nəticəsində də soyuq dəymə və yoluxucu xəstəliklərə tez yoluxurlar. Qoç bürcünün əks təsirləri isə bu insanlarda baş və gözlərdə həssaslıq və ağrılar olmasına səbəb olur.
Tərəzilər xəstələndikləri zaman bundan hamının xəbəri olmasını istəyirlər və qarşısındakıların ona qarşı xüsusi diqqət və qayğı göstərməsini tələb edirlər.
 
Əqrəb bürcü
Əqrəb bürcünün bədəndə idarə etdiyi hissə isə reproduktiv orqanlar və mədədir. Kişilərdə prostat, qadınlarda isə yumurtalıq və uşaqlıqla bağlı xəstəliklərə daha çox rast gəlinir.
Əqrəb bürcü insanları xəstəliyə qarşı mübarizə aparan bir xarakterə sahibdirlər. Xəstə olduqları vaxtda belə güclü iradələri və enerjiləri ilə işlərini davam etdirirlər. Xəstəliklərini qəbul etdikləri zaman bunu da bir iş kimi qəbul edib, bir an əvvəl bunu yox etmək üçün səy göstərirlər. Tez sağalmaq istədiklərindən müalicələrinə xüsusi diqqət yetirir və ən təsirli dərmanları qəbul edirlər. Əqrəblər ağrıya dözümlü, yaxşı xəstələrdirlər. Onlar sağlamlıqlarının öz əllərində olduğunu və xəstəliyi iradələri ilə yox edə biləcəklərinə inanırlar.
 
Dolça bürcü
Dolça bürcü bədəndə baldırlar, dişlər, həzm sistemi, ürək, boğaz, limfa sistemi və reproduktiv orqanları idarə edir. Beləliklə də onlarda ən çox bu orqanlarla bağlı xəstəliklər müşahidə olunur. Amma bununla yanaşı bu bürcdən olan insanlar o qədər də çox xəstəliklə üzləşmirlər. Xəstələndikləri zaman xəstəliklərinin nə olduğunu və necə mübarizə aparmağı bildikləri üçün elə də problem yaşamır və tez sağalırlar.
Dolçalar təmiz havada gəzməyi və açıq havada edilən idman növlərini çox sevirlər. Bəzi dolçalar çox yemək və siqaret çəkməkləri nəticəsində bəzi xəstəliklərlə üzləşə bilirlər. Və çox yeməkləri yeməyə düşkün olduqlarından deyil, ətrafında baş verənlərə əsəbiləşdiklərindən olur.
Zəhərlənmə, yüksək hərarət, ayaqlarda varikoz, baldır və bilək ağrıları bu bürcün insanlarının ən çox şikayətləndiyi xəstəliklərdir.
 
Balıq bürcü
Ayaqları və sinir sistemini idarə edən Balıq bürcü insanları psixi xəstəliklərə daha çox meylli olurlar. Bu bürcdən olanlar ümumiyyətlə gücsüz və müqavimətləri zəif insanlardırlar. İnfeksion xəstəliklərə müqavimətləri zəif olan Balıqların limfa sistemi də zəif olur və buna görə də bununla bağlı problemlər yaşayırlar.
Qız bürcündən gələn əks təsir ilə bağırsaqlar və həzm sistemi ilə əlaqəli xəstəliklər də yarana bilir. Bü bürcdən olan insanlar xəstələndikləri zaman özlərinə çox diqqət göstərirlər və həkimin bütün tapşırıqlarına əməl edirlər.


Şərhlər: 28
Baxılıb: 3425
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Adsiz Gozel
wir duz deyireeeeeeeeeeeeeeee
15 aprel 2016 14:56
# 28
Nemka Matata
oglaqi neden yazmamisiz ...yoksa yine bizi cozememishsinizmi
11
12 aprel 2016 01:02
# 27
vipbetul
bu cur yazilara inanmaq lazim deyil
12 aprel 2016 00:20
# 26
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
Ekizler tamamiyle dogrudur
11 aprel 2016 22:50
# 25
kiraz mevsimci kiz
Dolça bürcü
Dolça bürcü bədəndə baldırlar, dişlər, həzm sistemi, ürək, boğaz, limfa sistemi və reproduktiv orqanları idarə edir. Beləliklə də onlarda ən çox bu orqanlarla bağlı xəstəliklər müşahidə olunur. Amma bununla yanaşı bu bürcdən olan insanlar o qədər də çox xəstəliklə üzləşmirlər. Xəstələndikləri zaman xəstəliklərinin nə olduğunu və necə mübarizə aparmağı bildikləri üçün elə də problem yaşamır və tez sağalırlar.
Dolçalar təmiz havada gəzməyi və açıq havada edilən idman növlərini çox sevirlər. Bəzi dolçalar çox yemək və siqaret çəkməkləri nəticəsində bəzi xəstəliklərlə üzləşə bilirlər. Və çox yeməkləri yeməyə düşkün olduqlarından deyil, ətrafında baş verənlərə əsəbiləşdiklərindən olur.
Zəhərlənmə, yüksək hərarət, ayaqlarda varikoz, baldır və bilək ağrıları bu bürcün insanlarının ən çox şikayətləndiyi xəstəliklərdir.
chok_mini casib qaldim necede duz
11 aprel 2016 21:57
# 24
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
_TəHLuKə_
Əqrəb(öhö,öhö)...Sağlamlıq bölməsindən xəbərlər oğurluyacaq bu bürclər)
11 aprel 2016 21:46
# 23
Özün ol!Qəti özənmə özgələrinə!
S.Heydarova
Xeyr ola??? Oxatan burcunu niyə yazmamısız haaa?:))))
11 aprel 2016 21:29
# 22
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Asya
Terezi burcu ,tam dogru yaziblar.heqiqeten mende sumuk ezele agrilari cox olurr,immunitet zeif olur dogru yazilib.son cumle tam dogru yazilibb xestelenende daha cox qaygi gozlemeyim)))
11 aprel 2016 18:55
# 21
ulduz
Yoldasim tərəzidi düzdü. İri olmagina baxmayaraq imuniteti cox zeifdi. Gedir ayna gelir beri soyuqlamışam. Böyrəkləridə arada atqaz edir bundan doğrudu.
Mən bugayam o sefdi. Bogazimdan heçç şikayetim yoxdu dibcik kimiyəm
11 aprel 2016 18:32
# 20
Miss_Oxatan
Oxatanla oglaqi nagarmisoooz?)))
11 aprel 2016 18:30
# 19
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
nermin))
Qoc burcunnenem.Duzdu bas agrilarinnan eziyyet cekirem.Xeste olmagdan da zehlemvgedir.
11 aprel 2016 18:27
# 18
Marta
Baliqlar burcuyuem orqnizmim cox hessasdir. Duygusalam.
11 aprel 2016 18:08
# 17
Немного терпения, и у тебя все получится..
qonaqa
Sitat: BARBI
Ekizlerem kelimesiyle dogrudur. Esebi ve narahat insanam. Allergiya bas belamdir

mencede ekizlerem tesekkurler
11 aprel 2016 17:44
# 16
Səni çooox sevirəm!Həyatım,canim,ureyim,nefesim,herseyim sen menim dunyamsan sen olmasan men bir hecem Allah bizi hec bir zaman ayirmasin heyat cox qeribedir insanin elinden sevdiyini alir.Allah seni menim elimden almasin.Awkim benim "seni cox sevirem" elisim AyEl canim kocam seni cox sevirem! sizin üçün çooox darıxmışam ailem скучаю((
BARBI
Ekizlerem kelimesiyle dogrudur. Esebi ve narahat insanam. Allergiya bas belamdir
11 aprel 2016 17:13
# 15
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
hazal♡
Allah hamini qorusun bizde onunla..
11 aprel 2016 17:12
# 14
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
deniz233
dolça bürcü anamın bürcüdu duz yazılıb,ama menim bürcüm nədənsə yazilmayıb 28
11 aprel 2016 16:48
# 13
arzum-aysum
Xəstəliyi de, demanini da veren Allahdır. İnşallah Allahım kimsəni dermani olmayan derde salmaz.
11 aprel 2016 16:29
# 12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Narın Yağış
Tərıziyəm böyrək , onurğa falan yoxdu məndə.Mədədi qastrit)Tşk xəbərə görə.
11 aprel 2016 16:28
# 11
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
NURANE
Qoc burcuyem ve yazilanlar dogrudu xestelendiyim zaman istrahet zad elemirem bas agrilaricox olur mende twk

Qoc burcuyem ve yazilanlar dogrudu xestelendiyim zaman istrahet zad elemirem bas agrilaricox olur mende twk
11 aprel 2016 16:19
# 10
zalimin zulmu varsa seveninde Allahi var
YARIM QALMIS XEYALLAR
Ne vaxt xeslenediyimi bilmerem. Sir burcuyem duzdur xesteliyimi ele isde kecirirem. Bir gun olsun xestelenende isden qalmaram xeste olubda yatmaramda. Olmeyi isteyirem xeste olmagi istemirem. Hemise allaha yalvariramki meni xeste etme oldur raziyam. Isde hami xestelik tutdu xestexanaya falan getdiler bir menden basqa. Gucluyem her terefden. Amma ureyim agiryit ureyim hessasdir guclude olda kovrekdir.
11 aprel 2016 15:47
# 9
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
Dj_Vampir
-Yuh xesteliyi de cixardiz.Pes size..
11 aprel 2016 15:47
# 8
فيرا
Barbaris
qiz burcuyem ve hamisi dogrudur
11 aprel 2016 15:30
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
qanadli melek
Terezi cox dogrudu xestelik tez tutur meni azcada xestelenen kimi ele ses kuy saliramki hami bilirki men agriyiram
11 aprel 2016 15:13
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
evli.mutlu.cocuklu
Terezi bucu ama sukurki xesteliyim yoxdu
11 aprel 2016 15:12
# 5
lale.veliyeva19
Qız bürcü mədəmlə bağlı problemim olmayıb heç vaxt
11 aprel 2016 15:04
# 4
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

narmiwka_15
qoc burcu cox duzgundur
11 aprel 2016 15:04
# 3
Be Happy))
Tomris Müslümova
Əkizlər,
Doğru yazılıb.Mən uşaqkən antibiotikdən çox ağır allergiya olmuşam.Bronxial xətəliyə çox tez-tez tutulurdum.Sonda çox güclü müalicə aldım və keçdi getdi.Oynaq ağrıları yoxda,revmatizmadan əziyyət çəkirəm.Əsəbi oluram oda bəzən.Yazılanların bir çoxu ilə razılaşıram.
11 aprel 2016 15:03
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
tenha cicek
dolca cox duzdu.cox nadir xestelenirem ve cox tezde sagaliram.ozumu xestelenmeye qoymuram
11 aprel 2016 15:01
# 1
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz