Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclər və karyera
Bürclər və karyera
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 11149
Səs ver:
Hər bir insan yaxşı iş sahibi olmaq və yaxşı qazanc əldə etmək istəyir. Sevmədən görülən işin isə insana nə maddi, nə də mənəvi faydası ola bilər. Astroloqların fikrincə, insanlar bacarığına uyğun iş axtararkən hansı bürcdən olmalarını da nəzərə ala bilərlər. Bürclərlə bağlı aparılan araşdırmalar insanların hansı iş sahələrində daha bacarıqlı olduğunu söyləməyə imkan yaradır.

Astroloqlar deyirlər ki, lider olmaq arzusunda olan qoç bürcünün nümayəndələri idarəcilik sahəsində daha uğurludurlar. Bu bürc altında dünyaya gələn insanlar cəsarət tələb edən bütün işlərdə uğur qazanırlar. Bu baxımdan onlar hərbi sahələrdəki işlərdə, ticarət həyatında riskə getməyi tələb edən işlərdə də uğurludurlar.

Buğa bürcünün nümayəndələri venera planetinin təsiri ilə incəsənət ruhu çox güclü olan insanlardır. Müxtəlif sahələrdə uğur əldə edən sənətçilər buğa burcundəndirlər. Zərgərlik, müğənnilik, heykəltaraşlıq, dekarasiya sahələrində uğur qazana bilərlər.

Əkizlər araşdırmaya söykənən, praktik zəkasını istifadə edəcəyi işlərə yönəlsələr, bu sahələrdə üstün nailiyyətlər əldə edə bilərlər. Jurnalistika, aparıcılıq, müəllimlik, arxeoloqluq, yazıcılıq və reklam sahələri onlar üçün uğurlu sahələrdir.

Xərçəng bürcünün nümayəndələrində mərhəmət hissi daha güclüdür. Bu baxımdan həkim, tibb bacısı, ibtidai sinif müəllimi kimi işlərdə onlar daha uğurlu ola bilərlər.

Şir bürcünün nümayəndələri idarəcilik sahələrində daha uğurludurlar. Əmr verməyi sevən bu şəxslər çox nüfüzlü iş yerlərində təkbaşına uğurlu idarəcilik edə bilər. Sərt görünüşlərinin altında incəsənətə olan maraqları ilə də secilən şir bürcündən olanlar modelyer, diziyner, fotoqraf sahələrində çalışa bilər.

Qız bürcünün nümayəndələri mühasibat, riyaziyyat müəllimi, iqtisadiyyat, bank sahəsində bacarıqlı işci kimi fərqlənə bilərlər.

Tərəzi bürcünün nümayəndələri ədalətli və obyektiv olduqları üçün hüquq sahəsində bacarıqlıdırlar. Vəkil, hakim, diplomat, politoloq olarlarsa, uğur qazana bilərlər.

Əqrəb bürcünün nümayəndələri gizlilik tələb edən işlərdə daha uğurludurlar. Bu baxımdan bacarıqlı dedektivlərin, polislərin bir çoxu bu bürc altında dünyaya gələn insanlardır.

Oxatan bürcünün nümayəndələri öyrətməyi və öyrənməyi şox sevən, elmə dəyər verən insanlardır. Uğur qazandıqları iş sahələri müəllimlik və jurnalistika sahələridir.

Oğlaq bürcünun insanları yenilikləri maraqla qarşılayırlar, texnologiya aləmində bacarıqlı ola bilərlər. Həm kişilərin, həm də qadınların uğurlu iş sahəsi kompüter mühənndisliyi də ola bilər.

Dolça bürcünün insanları daim araşdırma aparmağı sevirlər. Elm adamlarının çoxu məhz bu bürcün nümayəndələridir. Bu bürcün insanlarını tanınmış ədəbiyatcı kimi də görmək mümkündür.

Balıqlar çox güclü xəyal gücünə malikdirlər, bu baxımdan təşkilacılıqla bağlı işlərdə uğurludurlar. Xəyal etmək və yaratmaq bu bürcün insanlarının əsas taktikasıdır.


Şərhlər:
Baxılıb: 11149
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz