Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərin sevdiyi ətirlər
Bürclərin sevdiyi ətirlər
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 4179
Səs ver:
Günümüzdə insanların astrologiyaya olan marağı artmışdır. Beləliklə, bürclərlə bağlı maraq doğuran sahələr də çoxaldı. Hədiyyə alacağımızda belə hansı bürc nəyi sevər deyə araşdırıb tapırıq və ona uyğun hədiyyə seçimi edirik. İnsan bədəni və təbiətində təbii daşların, çiçəklərin, qoxuların, rənglərin, rəqəmlərin insanlar üzərində müsbət, ya da mənfi təsirləri olduğu elmi olaraq da müəyyən edilmişdir. Ekspertlər də hər fürsətdə astrologiya həvəskarlarına bu mövzularda məlumatlar verirlər.
Hər bir insanın üzərində daşıdığı təbii daş, qoxu, rəng o adama sevinc, rahatlıq və xoşbəxtlik verir, gün boyu müsbət olmasını təmin edir. Bürclərin hansı ətirləri sevdiyi, ətir seçərkən hansı qoxuları seçməsi lazım olduğu da astrologiya həvəskarlarını ən çox düşündürən məsələlərdən biridir. Bürclərin bəzi qısa xüsusiyyətləri və sevdikləri ətirləri öyrənmək üçün yazının davamını oxuyun.

Qoç: Çılğın, enerjili, qürurlu, özünə güvənən, dinamik, eqoist, səbirsiz bir quruluşa malik olan qoç bürcünün uğurlu rəngi qırmızı, sevdiyi ətir güldür.

Buğa: Səbrli, etibarlı, yaxşı niyyətli, istiqanlı, sevdiyinə sahib çıxan, əzmli olan buğaların uğurlu rəngi mavi, ətiri lavandadır.

Əkizlər: Uyğun, çox danışan, dinamik, gənc ruhlu əkizlər insanının rəngi sarı, yaşıl, sevdiyi ətir fulyadır.

Şir: İstiqanlı, istedadlı, cazibədar, sadiq, səbirsiz xüsusiyyətlər ondadır. Rəngi sarı, narıncı, sevdiyi ətir müşk və ənbərdir.

Qız: Utancaq, sadiq, zəkalı, hər şeyin ən yaxşısını istəyən xüsusiyyətdəki qız bürcü insanının uğurlu rəngi ağ, yaşıl və göy, sevdiyi ətirlər limon və narınc qönçələridir.

Tərəzi: Romantik, sosial, saf, diplomatik quruluşdakı tərəzi bürcü insanının uğurlu ətiri lavanda və güldür.

Oğlaq: Diqqətli, əzmli, səbirli, olan şəxslərdir. Oğlaq bürcünün uğurlu rəngi narıncı və yaşıl, sevdiyi ətir nərgiz çiçəyidir.

Əqrəb: Maraqlı, sirli, əzmli, səbirli xüsusiyyətlərə malikdir. Əqrəb bürcünün uğurlu rəngi yaşıl, sevdiyi ətir sünbül və maqnoliyadır.

Oxatan: Azad ruhlu, dürüst, çox danışan adamlar olan oxatan insanının uğurlu rəngi narıncı, sevdiyi ətir bənövşə və zanbaqdır.

Dolça: Tək başına hərəkət etməyi sevən, cana yaxın, istedadlı, sadiq bir quruluşa sahibdirlər, sevdiyi ətir yasəmən çiçəyi qoxusudur.

Balıq: Duyğusal, yaxşı niyyətli, cazibədar quruluşa malik balıq bürcünün sevdiyi ətir yasəməndir.


Şərhlər:
Baxılıb: 4179
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz