Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yanvar ayında bürclər sizə nə vəd edir?
Yanvar ayında bürclər sizə nə vəd edir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 23064
Səs ver:
2016-cı il. Yanvar ayında bürclər sizə nə vəd edir?
  Qoç - Venera - eşq planeti və Qoç bürcünün əlaqələr evinin idarəçisinin Qoç bürcünün doqquzuncu evində olmasıyla Yanvar 2016 Qoçlar üçün provokativ və macərayla dolu olacaq. Alışdığınız həyatı davam etdirmək çətin ola bilər, çünki xüsusi bir şey istəyəcəksiniz. Əlaqənin sizə təsir etməsi üçün geniş perspektiv təqdim etməsi (həm fiziki həm psixoloji baxımdan), ruhi sahədə ortaya yeni bir şey qoyması, xarici ölkələrlə və ya uzaq yerlərlə əlaqəli olması ya da sizin daha geniş, bütün dünyagörüşünə sahib olmanıza kömək etməsi lazımdır. Sevdiyiniz adamla bütün bunlardan zövq ala bilər ya da belə təcrübələri sizə təqdim edəcək birindən təsirlənə bilərsiniz. Prinsipləriniz, dəyərlərinizlə əlaqədar seçim etmək məcburiyyətində də qala bilərsiniz. Yanvar 2016da Günəş Qoç bürclərinin status və karier evində olacaq və İş evində Yupiterlə üçbucaq meydana gətirəcək. Beləcə Qoçların müvəffəqiyyəti işlərinə fokuslanmağı və məsuliyyətlərini yerinə yetirmədəki yaxşı nəticələri birlikdə gələcək. Sizə hörmət ediləcək, qabiliyyətləriniz tanınacaq və mükafat, təşviq paketləri ala bilər və ya əhəmiyyətli hədəflərə çata bilərsiniz. Qoç bürcünün karier evində Merkurinin retrograd hərəkəti intellektual sənət, ünsiyyət və səyahətlərin əhəmiyyətini vurğulamalıdır. Lakin o eyni zamanda razılaşma şərtlərində çətin uzlaşmaları və ya köhnə proyektlərin yenidən qiymətləndirilməsini də vurğulaya bilər. Mali olaraq Qoçlar qərarlarını və hərəkətlərini xüsusilə ayın ilk hissəsində zehinlərində yaxşıca götür-qoy etməlilər. Digər mövzularla birlikdə Merkuri həm də Qoçların xəstəliklər evinin idarəçisidir. Yanvar 2016da Merkuri Plutonla ziddiyyət və Uranla kvadrat meydana gətirəcək bir mövqedə olacaq. Beləcə Merkuri sizə bəzi çətinliklər yaşada bilər, sağlamlığınıza daha çox diqqət yetirməniz və həyat tərzinizdə və gigiyenanızda dəyişiklik etməniz lazım gələ bilər. İfrat, tələskənlik və diqqət əskikliyi problemə səbəb ola bilər.
  Buğa - Buğanın cütlər evinin idarəçisi Mars, Yanvar 2016-da tam da bu evə daxil olacaq. Beləcə 9 ay boyunca əlaqələr əhəmiyyətli olacaq, bu və ya başqa yolla ya pulla (iş, miras, sərmayə, ortaqlıq vs.) ya da maraqlanmanız lazım olan narahatlıq, həyəcan və ya hətta böhranlarla əlaqədar olacaq. Retrograd dövründə olan Mars əvvəl Yanvar və Fevral 2016-da Buğa bürcünün cütlər evində, sonra Mart-May dövrü pul və həyəcan evində, sonra isə İyun-İyul dövrü yenidən cütlər evində və Avqust-Sentyabr aylarında yenidən pul evində olacaq. Buna görə sizin əlaqələrlə bağlı hadisələrə diqqət göstərməniz və çətin vəziyyət və qarşıdurmaları önləməniz lazımdır. İşlər və gəzintilər Yanvar 2016 boyunca məmnuniyyət gətirəcək, lakin eyni dərəcədə stressli və məcburedici olacaq. Uzun məsafəli ortaqlıqlar və idxal-ixrac fəaliyyətləri də bu siyahıya aiddir. Yanvar 2016 Buğalar məlumatlarını artırmağa, araşdırma edib nəşr etməyə, mədəni, təhsilə istiqamətli və ya hüquqi səylərə yönəlməyə və ya mütəxəssisləşməyə davam etməyə çalışacaqlar. Qrup işi və ya kooperasiya vurğulanacaq, amma sakit və ehtiyatlı yanaşma tələb edəcək. Buğaların maliyyə işləriylə əlaqədar Venera 8-ci evdən keçəcək və Yanvar 2016 əlavə gəlir, hədiyyələr və ya digər üstünlüklər təmin edəcək: lakin diqqətli olun. Böyük miqyasda Yanvar 2016da Buğaların yaxşı reaksiyası və xərcləmək üçün kafi enerjisi olacaq. Məskun həyat tərzinizi buraxıb, fitnes salonlarında və ya çöldə aktiv bir həyat keçirə bilərsiniz. Gəzintilər cazibədarlıq qazanacaq, lakin macəralar da ola bilər. Yolunuza diqqət yetirin. Ətrafınızdakılarla yaxşı əlaqələrinizi inkişaf etdirin. 2016 Yanvar ayında qarşıdurmalar iç tarazlığınızı poza bilər və sağlamlığınıza təsir edə bilər.
  Əkizlər - 2016-cı ilin Yanvar ayının 23-ünə qədər Əkizlər bürcünün evlilik evində Venera planeti var. Venera eşq, fürsətlər və uyğunlaşma planetidir və nəzəri olaraq o sizə xoşbəxt anlar və hərəkətlilik gətirəcək. Eyni zamanda Venera planeti Saturn, Yupiter və Neptun ilə əks əlaqələr içində olacaq. Beləcə bu düzülüşün təsiri ikiqat artacaq. Bir tərəfdən sizin eşqə və yumşaq ürəkliliyə ehtiyacınız olacaq çünki bu əlaqələrin əhəmiyyətini vurğulayacaq. Digər tərəfdən qarışıqlıq və ya şişirtmə ortaya çıxa bilər, düyünlər, hirsliliklər və ya hadisələr sizi uyğun olmayan vəziyyətlərə məcbur edə bilər və bəzi qərarlar vermək məcburiyyətində qala bilərsiniz. Hər şey ciddilik, açıq aydın və praktik olmağa istiqamətli olacaq. Mars planetinin 2016-cı ilin Yanvar ayının 3-ündə Əkizlər bürcünün iş evinə girməsiylə çox stressli və məşğul dövrün başlamasıyla xatırlanacaq. 2016-cı ilin Yanvar ayından Sentyabr ayına qədər sizin karier həyatınız sizin əlaqənizlə bağlı ola bilər, kontraktlar və iş birlikləri təhrik edici və ya təhlil edilməsi çətin dövrdən keçəcək. Böyük işlərin öhdəsindən gəlməyə hazır olun və hətta əlaqələrinizdə vəya işlə əlaqədar yoldaşlıqlarınızda böhranlar da meydana gələ bilər. Lakin Əkizlər bürcləri də enerjidən zövq alacaqlar və məhsuldarlıq, problem həll etmə qabiliyyətiniz artacaq və hətta ideal qabiliyyətinizlə professional məqsədlərə çatacaqsınız. 2016-cı ilin Yanvar ayı maliyyə olaraq çox aktiv ay olacaq, lakin sizin pulu diqqətlə xərcləməniz lazım olacaq. 2016-cı ilin Yanvar ayının 3-ü Mars planeti Əqrəb bürcünə girəcək və bu səbəblə sizin özünüzə diqqət yetirməniz və hər hansı bir sağlamlıq problemini təmkinlə həll etməniz lazım gələcək. Yanvar ayı da güclü olacaq, çünki Əkizlər bürcünün idarəçisi Merkuri planeti səmimiyyətsiz evdə geri gedəcək. Bu səbəblə diqqətli olun!
  Xərçəng - Pluton planetinin yanında Xərçəng bürcünün əlaqələr evində 2016-cı ilin Yanvar ayı həm də Günəş və Merkuri planetləri olacaq. Günəş vurğulamaq və göstərmək mənasına gəlir, beləcə sevgiliniz sizin düşüncələriniz və hərəkətlərinizin ətrafında dönəcək. Merkuri planeti düşüncələri paylaşmaq, söhbət etmək , səyahət və görüşmələrin əhəmiyyətini vurğulayacaq. Lakin geri getdiyi üçün Merkuri planeti ünsiyyətlə əlaqədar Xərçəng bürclərinin problemlərini təşkil edəcək, 5-25 Yanvar dövründə həssas mövzuları müzakirəyə çıxarıb, köhnə mövzuları isə qarışdıracaq. 2016-cı ilin Yanvar ayının 3-də Mars (başlanğıclar, hərəkət və ehtiras planeti) səyahətinə Yengəc bürcünün eşq və uşaqlar evindən başlayacaq. Hər şey daha davamlı, daha dinamik və riskli olacaq. Yanvar ayında Venera (fürsətlər, əməkdaşlıq və məmnuniyyət planeti) Xərçəng bürcünün iş evində Saturn planeti ilə birlikdə olacaq. İş atmosferi daha istirahət etdirici, daha rahat olacaq, işlər daha asan və ya görülməsi daha sadə olacaq. Kiçik fürsətlər çoxalacaq və sizin professional həyatınızda müsbət dəyişikliklər meydana gələcək. Xərçəng bürcünün karier evinin idarəçisi Mars planeti indi uyğun mövqedədir və Xərçəng bürcünün qabiliyyətlərini - təmsilçilik fəaliyyətlərini, sənətlə, yaradıcılıqla, əyləncəylə, təhsil və ya idmanla əlaqəli - göstərmək üçün uyğun olacaq. Əgər siz hər hansı bir əməkdaşlığın və ya komandanın parçasısınızsa pul asanlıqla gələcəkdir. Lakin yoldaşlıqlar və kontraktlar açıq və sərt razılaşma üzərinə inşa edilməlidir. Sağlamlıq 2016-cı ilin Yanvar ayı Xərçəng bürclərinin diqqətində qalacaq. Lakin indi siz tibbi mühit ilə daha yaxşı əlaqə içində olacaqsınız. Beləcə araşdırmalar, həkim, klinika, xəstəxanalar və ya laboratoriyalarla əlaqəli işlər üçün uyğun dövrdür. Bədən baxımı və kosmetik məhsullar üçün də uyğun dövr hesab olunur.
  Şir - 2016-cı ilin Yanvar ayında Şir bürclərinin romantik həyatı üçün potensial olduqca çox olacaq, çünki eşq planeti olan Venera Saturn planeti ilə birlikdə Şir bürcünün cinsilik və ehtiras evində olacaq. Qarma-qarışıq və güc ilə dolu olan bu astroloji ''paket'' Şir bürcünün eşqlə dolu coşğunluğunu təşviq edəcək və onları dəlilik etməyə məcbur edəcəkdir. Atmosfer həssaslıqla dolu olacaq və şərtlər məhəbbətin ortaya çıxmasını tələb edəcək. Bütün bunlarla bərabər siz özünüzü göstərmək üçün qayğısız hiss etməlisiniz: əgər yaxşı bir qayığınız və sizi fırtınadan qoruyacaq təhlükəsiz limanınız varsa. Digər bir xəbər isə Şir bürclərinin evlilik evini uşaqlar məşğul edəcək: onlara diqqət yetirmək, onların təhsilinə pul xərcləmək və s. 2016-cı ilin Yanvar ayı Şir bürcləri üçün asan olmayacaq. Merkuri Şir bürcünün iş evində geri gedəcək və fərqli problemlərə səbəb olacaq: ünsiyyət problemləri, sənədləşmə ilə əlaqədar mübahisə, telefonlar, kompüterlər və ya başqa ofislə əlaqəli işlər, səhv qiymətləndirmələr və ya gecikmələrlə üzləşmə ola bilər. Bəzən siz lazım olan addımlar atmağa çətinlik çəkəcəksiniz. Saturn- Venera (Şir bürcünün karier evinin idarəçisi) birləşməsi də çətinliklərdən xəbər verir, bəzi qərarlar vermək məcburiyyətindəsiniz. Bütün bu narahatlıqların yanında Yanvar ayında siz irəliyə hərəkət edəcək və özünüzü isbat edəcək və ya lazım olan üstünlüklərdən zövq alacaqsınız. 2016-cı ilin Yanvar ayı boyunca Şir bürclərinin pulu böyük diqqətlə xərclənməlidir. 2016-cı ilin Yanvar ayı Şir bürclərinin sağlamlığı problemli olacaq. Aslan bürcünün idarəçisi Günəş Aslan bürcünün xəstəliklər evindən keçəcək və Merkuri planeti də orada geri getməyə başlayacaq. Əgər əsəb sisteminiz zəifdirsə, qan dövranı xəstəliyiniz varsa, gözlərin, qollarınız, əlləriniz ağrıyırsa daha diqqətli olmanız lazımdır! 2016-cı ilin Yanvar ayı Şir bürcləri üçün yenidən pisləşmə, səhv diaqnoz, təsirsiz müayinə və ya başqa tibbi problemlər və s. 25 Yanvara qədər çoxalacaq.
  Qız - 2016-cı ilin Yanvar ayı Qız bürcləri üçün dinamik və ehtiraslı olacaq, lakin bu ay həm də sürprizlərlə dolu olacaq. Qız bürcünün eşq və cinsilik evi alovlanacaq. Pluton planeti illərdir orada və ehtirasla yanıb alovlanırsınız və kiçik bir işarə belə sizin qaynayıb daşmanıza səbəb olacaq. 2016-cı ilin Yanvar ayı Pluton planeti yedəklənməyi qəbul edəcək: Günəş, enerji qaynağı və Qız bürcünün idarəçisi Merkuri geri getmə dövrəsində olacaq. Lakin yenə də qarma-qarışıqlıqları və mübaliğəni ortadan qaldıracaq! Saturn (Qız bürcünün ehtiras evinin idarəçisi) və Yupiter (Qız bürcünün evlilik evinin idarəçisi ) Neptun planeti ilə çətin əlaqələr içində olacaq və Neptun planeti də birbaşa Qız bürcünün evlilik evində yerini alacaq. 2016-nın Yanvar ayı intellektual və yaradıcı səylər ayı olacaq. Merkuri (Qız bürcünün və Qız bürcünün karier evinin idarəçisi) və Günəş sizin qabiliyyətinizi ifadə etmə və ilham evinizdə olacaq, Mars isə sizin ağıl və ünsiyyət evinizdə olacaq. Həm Mars həm də Merkuri hər zamankından daha çox bu sahədə qalacaq, onların israrı sizin professional həyatınıza əks olunacaq. Siz əhəmiyyətli bir təqdimat yazacaq, danışmıqlar aparacaq və ya hər vaxt etdiyinizdən daha çox məlumat alacaqsınz, tərcümə edəcəksiniz, hesablayacaqsınız, oxuyacaqsınız, öyrənəcəksiniz. Səyahətlər, araşdırma, hərəkət və idman da indi sizin diqqətinizi çəkəcəkdir. 2016-cı ilin Yanvar ayı Qız bürcləri üçün iti və çalxantılı olacaqmış kimi görünür, lakin onlara maliyyə problemlərini də əhatə etmək şərtiylə məmnuniyyət gətirəcək. 2016-cı ilin Yanvar ayı Qız bürcləri çox yaxşı fiziki vəziyyətdə olacaq, onların enerjisi çox olacaq və həyata optimist şəkildə baxacaqlar. Hələ də ifrat və asılılıqdan qaçmağa çalışacaqsınız. Təmiz və mülayim həyata bələdçilik edəcəksiniz.
  Tərəzi - Tərəzinin əlaqələr evinin idarəçisi Marsın, Əqrəb bürcünə girməsiylə, əlaqələr mövzusunda 2016-cı ilin payızına qədər sürəcək daha kompleks bir dövrə girəcəksiniz. Bu dövr, elə ya da belə, Tərəzinin eşq həyatını maddi qayğılar, mal, daşınmaz əmlak və səyahətlərlə əlaqədar hərəkətlərlə birləşdirəcək və sonunda eşq həyatınızı yenidən - böyük ehtimalla gerçək ehtiyaclarınıza daha uyğun bir halda - təşkil etmək məcburiyyətində qalacaqsınız. Hələlik, 2016 Yanvar ayında, Mars (satın almalar, sərmayə və bənzəri) gəlir və maliyyə təşəbbüsünün inkişaf etdirilməsi kimi mövzuları evli və ya nişanlı Tərəzilərin diqqətinə gətirir. Venera, eşq planeti, Tərəzinin 3-cü evində olacaq, ideya və fikir alveri, yazışmalar, yığıncaqlar və sevgi ilə əlaqədar səyahətlərdən yana olacaq. 3 Yanvar 2016 tarixində, məşğul Mars öz retrograd dövrü ilə təyin olunan Əqrəb bürcündən Oxatan bürcünə 9 ay davam edən uzun müddətli tranzitinin 4 ayını Tərəzinin pul evində xərcləyəcək. İzləyən günlərdə maliyyə olaraq aktiv dövrə girəcək, bu dövrdə daha yaxşı, daha çox qazanmaq ya da ümumiyyətlə daha əhəmiyyətli əməliyyatlar etmək, ya da müxtəlif maddi problemləri həll etməniz lazım olacaq. Ünsiyyət, müzakirə və səyahət tez-tez reallaşacaq və ətrafınızdakı kəslər: ortaqlar, müştərilərin əhəmiyyətli bir hissəsi, hətta bəlkə də rəqiblər ya da düşmənlər əhəmiyyətli bir rol oynayacaq. Buna görə maddi nəticələri olan strategiyalar başlatmaq və ittifaqlar və qərarları daha diqqətli ölçüb biçməyin vaxtıdır. Böyük miqyasda, Tərəzilər Yanvar 2016 və önümüzdəki aylarda sağlamlığa maksimum diqqət yetirməlidirlər. Tərəzinin xəstəliklər evində Yupiter - Neptun uyğunsuzluğunun meydana gətirdiyi sahə laqeydlikləri, uyğun olmayan həyat tərzini, ifrata və asılılığa bağlı meylləri sərt şəkildə cəzalandıra bilər. Optimist, amma məqbul olmağa çalışın və mümkün olduğunca "təmiz" və intizamlı bir həyat yaşayın!
  Əqrəb - Marsın Əqrəb bürcündə olmağıyla 2016 Yanvar ayı həyəcan verici olacaq. Bu vəziyyət yalnız Yanvarla məhdud deyil. Mars (2016-cı ilin bir çox ayı boyunca Əqrəbdə) cinsiliyinizi və fəth etmə gücünüzü oyadacaq, sizə cəsarət verəcək və sizi ilk addım atmağa məcbur edəcək. Lakin o sizi tələskən və çılğın hərəkətlərə də yönəldə bilər, daha aqressiv və təhrik edici də ola bilər. Mars, əgər doğru istiqamətləndirilsə sizə sıx və ovsunlayıcı eşq həyatı, istiqamətləndirilməzsə gərginlik və qarşıdurma verəcək olan çox enerji və şövq gətirəcək. Yanvar 2016-da Əqrəbin əlaqələr evinin idarəçisi Venera, cütlərin maraq sahələrinin bir qisimini həyatın praqmatik, maddi istiqamətlərinə doğru çevirəcək. İndi artıq Əqrəbdə olan Mars sizin təşəbbüskarlıq ruhunuzu, cəsarətinizi, təşəbbüsünüzü və rəqabət gücünüzü artıracaq. Lakin müvəffəqiyyətli olmaq üçün, hərəkətləriniz yaxşı planlanmış və açıq, məntiqli və üstün hədəflərə istiqamətli olmalı. Yanvar 2016-da Əqrəbin karier evinin idarəçisi intellektual məşğuliyyətlərə və ya məlumat əldə etmə, ünsiyyət və gəzintiyə dəstək verəcək. Əqrəbin 3-cü evində Merkurinin retrograd hərəkəti də eyni istiqamətdə olacaq, lakin bəzən işləri çətinləşdirə bilər, xüsusilə də 5-25 Yanvar tarixləri arasında. Pula gəlincə, Venera sizə fürsətlər, əlavə qazanclar və digər üstünlüklər gətirəcək, lakin qazandıqlarınızı saxlamaqda kömək olmayacaq. Hər şey sizə bağlıdır. Marsın Əqrəbdə olmasıyla, siz enerji azlığından şikayətlənməyəcəksiniz. Tam tərsinə, həddindən artıq çox enerjiniz olacaq. Bu əlavə enerjini təsirli fiziki fəaliyyətlərdə - idman, rəqs və ya seks - xərcləyin. Diqqət: Yanvar 2016 Əqrəblərə hərəkətdəykən və ya diqqətsizlik və tələskənlik üzündən qəza riski gətirir. Xüsusilə yollarda diqqətli olun!
  Oxatan - Yanvar 2016da əlaqələr Oxatan bürcləri üçün çox əhəmiyyətli olacaq. Eşq planeti olan Venera Oxatan bürcündə olacaq, buna görə siz romantika saçacaq, ovsunlama qabiliyyətiniz artacaq, rahatlıq axtaracaq və sevdiyiniz adamla tam bir uyğunlaşma və ortaq həyat sürmək istəyəcəksiniz. Lakin istədiklərinizə çatmaq çətin olacaq. Yanvar 2016da Oxatan bürclərinin əlaqə vəziyyəti qarışıq olacaq. Oxatan bürcünün cütlər evinin idarəçisi Merkuri 5 - 25 Yanvar arasında retrograd vəziyyətində olacaq və Uran və Plutonla gərgin vəziyyətlər meydana gətirəcək. Potensial qeyri-məmnuniyyət maddi vəziyyətlərdən və ya puldan qaynaqlana bilər və ya uşaqlar, hamiləlik və ya valideynliklə əlaqəli ola bilər. Cinsilik bu dövr boyunca Oxatanlar üçün həssas mövzu olacaq, narahatlıq, əsəbilik, xəyal qırıqlığı və ya digər mümkün çatışmazlıqlara səbəb ola biləcək. Böyük Köməksevər Yupiter 2016-ın payızına qədər Oxatan bürcünün karier evində olacaq və sizə müvəffəqiyyət və fürsət vəd edəcək. Yanvar ayında Yupiterin Günəş və Merkuri ilə (Oxatanın karier evinin idarəçisi) əmələ gətirəcəyi bucaqlar sizə fərdi müvəffəqiyyətlər, sosio-professional status dəyişikliyi və maliyyə qazancları gətirə bilər. Maliyyə qazancları xüsusilə vurğulanmış olacaq: Gəlirinizi artırma həlləri axtaracaq, mümkün işləri düşünəcək, satınalma və ya alver üçün istək hiss edəcəksiniz. 2016 5 - 25 Yanvar tarixləri arasında Merkuri Oxatanın pul evində retrograddaykən maliyyə hərəkətlərinə başlamaq yaxşı bir fikir olmayacaq. Pulunuzla nə etmək istəmənizə bağlı olmadan, Yanvar ayında irəlini düşünməli və yaxşı düşünməlisiniz. 2016 Yanvardan başlayaraq sağlamlıq Oxatanlar üçün prioritet mövzu olacaq - və bu vəziyyət payıza qədər belə sürəcək. Oxatanda olan Saturnla və Marsın sizin xəstəliklər eviniz və bürcünüz arasında gedib gəlməsiylə, risk almaq, şişirtmə, açıq vermə və özünüzə əhəmiyyət verməmə lüksünüz olmayacaq. Bu andan etibarən hər hansı bir narahatlıq maksimum diqqətlə araşdırılmalıdır. Yanvar ayı sağlamlığınızı araşdırmaq və bir şey etmək üçün də yaxşı bir aydır.
  Oğlaq - Yanvar ayı 2016-cı ilin ən romantik ayıdır. Sizin başqa prioritetləriniz də olacaq. Və hər hansı şans olaraq, eşq və ya eşq həyatı prioritet daşıyacaq, hər şey ümid etdiyiniz kimi getməyəcək. 2016-cı ilin Yanvar ayının 23-ünə qədər eşq planeti Venera Oğlaq bürcünün 12-ci evində olacaq, bu ev köməksevər deyil. Venera planetinin mövqeyi sadəcə müəyyən əlaqə növləri üçün uyğundur: onlar da gizli və ya uyğun olmayan əlaqələr hesab olunur. Adətən həqiqət gözləmələrlə yaşanmır. Ən əhəmiyyətlisi sizin diqqətinizin başqa maraq sahələri tərəfindən əsir alınması və əlaqələrin çox da aktiv olmaması. Fəaliyyətsizlik də 12-ci evə aiddir. Lakin narahat olmamanız lazımdır. 2016-cı ilin Yanvar ayının 23-ündən sonra siz bunu tamamilə düzəldəcəksiniz, çünki Venera planeti Oğlaq bürcünə girəcək. 2016-cı ilin Yanvar ayının ilk iyirmi günlüyü Günəş Oğlaq bürcünə girəcək ki, bu da karier və müvəffəqiyyət üçün uyğundur. Günəş sizə güc və prestij verəcək, özünüzü isbat edəcək, iddialarınıza sahib çıxacaqsınız, hörmət və bəyənmə qazanacaqsınız. Siz həm də çox çalışacaqsınız, sizin peşəniz və işiniz prioritet daşıyacaq, çünki Oğlaq bürcünün iş evinin idarəçisi Merkuri planeti də Oğlaq bürcündə olacaq. Başqa şeylər arasında siz Yanvar ayının məşğuliyyətinin ümumiyyətlə intellektual səylər, əlaqə və ya səyahətlə əlaqədar olduğunu gözləyə bilərsiniz. Səbirli olmanız asan olmayacaq, çünki Merkuri (5-25 Yanvar 2016) geri gedəcək, düyünlər və gecikmələr gətirə bilər. Siz əzmli olduğunuz üçün müvəffəqiyyət qazanacaq və sizin hədiyyəniz ayın sonuna yaxın gələcəkdir. Günəşin Oğlaq bürcündə olmasıyla 2016-cı ilin Yanvar ayının ilk 20 günlüyü boyunca siz çox enerji və canlılıq qazanacaqsınız. Xoş olmayan şey isə Merkuri planetinin Oğlaq bürcündə geri getməyi və bu da sizə diqqət, hesablama və ya mühakimə etmə səhvləri, əlaqə problemləri, narahatlıq, əsəbilik və səyahət edərkən xoş olmayan vəziyyətlər, hətta qəzalar belə gətirə bilər. Tənəffüs sistemi xəstəlikləri də ortaya çıxa bilər.
  Dolça - Yanvar 2016-da Dolçanın cütlər evi və Dolçanın erotizm evlərinin ikisi də hərəkət və seçki azadlığını məhdudlaşdıran və bəzən pis sayılan 12-ci günəş evində səmərəsiz mövqedə olacaq. Belə bir dövr boyunca ən yaxşı davranış yanılsamalara inanmamanız və daha yaxşı günləri gözləyib olanları olduğu kimi qəbul etmənizdir. Hər vəziyyətdə 2016 Yanvar boyunca (və ondan sonra gələn aylarda da) Dolçaların prioritet sahələri özündə ictimai, xüsusi və ya romantik olmaq yerinə professional və ya ictimai olacaq. Hələlik, məmnun olmaq üçün bir səbəbiniz var: Venera sevdiyiniz adamla ictimailəşmə və kollektiv fəaliyyətlərdə iştirak etmənizi dəstəkləyəcək. Mars 3 Yanvar 2016-da Dolçanın karier evinə girəcək. Bu əhəmiyyətli bir hadisədir, çünki 2016-da Mars retrograd hərəkətində olacaq və buna görə az qala 9 ay Dolçanın karier evi və qrup fəaliyyətləri və dəstəkçilər evi arasında gedib gələcəkdir. Bu iki evlə əlaqəli işlər qarışmış olacaq, və Yanvarda alınmış qərarların təsirləri payıza qədər davamlı hiss olunacaqdır. Hələlik, Dolçanın karier evindəki Mars ictimai-professional sahəyə fokuslanmış olacaq. O kömək edəcək, çünki o sizə cəsarət, təşəbbüs, ehtiras və rəqabət gücü verəcək. Amma o həm də sizə zərər verə bilər, çünki sizi riskə girməyə, instinktiv və aqressiv olmağa ya da müxtəlif hadisələrə qarışmağa yönəldə bilər. Yaxşı ki, Marsın sizin karier evinizdə olması maliyyə vəziyyətiniz üçün müsbət təsirlər yaradır. Günəşin onların 12-ci evində olmasıyla Dolçaların həyat gücü Yanvar 2016-nın ilk iyirmi günündə azalmış olacaq. Xəstəliklərə qarşı böyük meyliniz olacaq. Merkurinin eyni evdəki retrograd hərəkəti əsəbiliyə və tənəffüs problemlərinə gətirib çıxara bilər və hətta səyahət zamanı və ya diqqət və ya bacarıq əskikliyinin səbəb olacağı qəzalara səbəb ola bilər.
  Balıqlar - Balıq bürcünün evlilik evində Yupiter - Böyük Köməksevər - var və bu da Mars planeti ilə uyğun əlaqələr yaratmaqdadır. Günəş və Merkuri planetləri güc vəd edir və öz vədlərini reallaşdırmağa kömək edir. Lakin hər şey gözlənilməz/ fövqəladə yollarla reallaşacaq, çünki Balıq bürcünün evlilik evinin idarəçisi Merkuri planeti 5 və 25 Yanvar tarixində geri getməyə başlayacaq. Bu dövr boyunca köhnə mövzular su üzünə çıxa bilər, həll edilməmiş evliliklə əlaqədar problemlər və ya kim bilir köhnə eşqlər ortaya çıxa bilər. Qrup fəaliyyətləri 2016-cı ilin Yanvar ayı boyunca Balıq bürcünün əlaqələrinə çox təsir edəcək. Partnerinizlə kollektiv proyektlərə qatılacaqsınız və ya biriylə tanış olacaqsınız, bu hadisə boyunca çox insanlar bir araya gələcəkdir: nümayiş, konfrans, klub, yoldaşlarla partiya qurmaq və sair. Kiçik Köməksevər Venera 2016-cı ilin Yanvar ayının 23-ü Balıq bürcünün karier evində olacaq və sonra da Balıq bürcünün dəstək və məşhurluq evində olacaq və fürsətlər müvəffəqiyyət üçün comərdliklə paylaşılacaq. Lakin siz kiminlə yoldaşlıq edəcəyinizə diqqət yetirməlisiniz, mümkün olduğu qədər açıq-aydın insanlarla əlaqə yaradın. O zaman kontraktlar işıqlanacaq və şərtlər dürüst olacaq. 2016-cı ilin Yanvar ayının 3-ü Mars planetinin Əqrəb bürcünə girməsi Balıq bürcünün karierinin işlər, mədəni və ya ruhi işlərin başlanması ilə bağlı 9 aylıq bir dövrün başlaması ilə xatırlanacaq, bəlkə də uzun məsafəli işlər və ya səyahətlər olacaq. Pul qazanacaqsınız, lakin sizin hesab kitablara diqqət yetirməniz lazım olacaq. 2016-cı ilin Yanvar ayının ilk 20 günlüyü boyunca Balıq bürcləri həqiqətən yaxşı fiziki görünüşə sahib olacaqlar: onların enerjisi artacaq və hər şeyi çəhrayı görəcəklər. Son on günlük haradasa qırılmaz olacaq çünki Günəş sizin 12-ci günəş evinizə girəcək. Asanlıqla yorulacaq, daha az fiziki dayanıqlılığınız olacaq və pessimist olacaqsınız. İstirahət edin, daha təmiz həyat yaşamağa çalışın, daha mülayim olun!


Şərhlər:
Baxılıb: 23064
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz