Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi Balıqların başqa bürclərlə uyğunluğu
Kişi Balıqların başqa bürclərlə uyğunluğu
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 895
Səs ver:
Balıqlar – Qoç. Hər ikisi çox həssasdır. Balıqlara çoxlu diqqət lazımdır. Kobud Qoçlar bunu bacarmırlar. Ona görə də, çox vaxt Balıqlar bu münasibətdən əzab çəkir. Dostluq, işgüzar münasibətlər mümkündür. Ailə çox vaxt problemli olur.
Balıqlar – Buğa. Bu münasibətlərdə Buğa liderlik edəcək. Balıqlar da bununla razılaşmalıdır. Balıqlar güzəştə getməyi bacarmalıdır. Əgər bu onlarda alınsa, yaranan ailə çox xoşbəxt və uzunömürlü ola bilər.
Balıqlar – Əkizlər. Heç biri sabitqədəm deyillər. İlk görünüşdən bir-birini cəlb etsələr də, Əkizlərin dəyişkənliyi, Balıqların çox hissiyyata qapanması, münasibətlərin korlanmasına gətirib çıxaracaq. Bunlar arasında yaranan ailə uğursuzdur.
Balıqlar – Xərçəng. Bu münasibətlərdə hər ikisi özünü xoşbəxt hiss edəcək. Xərçəng lider olacaq. Xərçəng Balıqlara qarşı tələbkardır. Balıqlar onların dediklərini can-başla yerinə yetirir. Ailə uğurludur.
Balıqlar – Şir. İki bir-birindən fərqlənən və əks olan xarakterli insanlar biri digərini axıra qədər başa düşmür. Dözümsüz hökmran Şir, sentimental, xəyalpərəst Balığı qıcıqlandırır. Bu münasibətdən hər ikisi çox əziyyət çəkir. Ailə çox uğursuzdur.
Balıqlar – Qız. Bu bürc sahibləri bir-birinə çox gözəl yaraşırlar. Hər ikisinə bir-biri ilə ünsiyyət yaratmaq xoşdur. Hər bir münasibət uğurlu sayılır. Qurulan ailə xoşbəxt və uzunmüddətli ola bilər.
Balıqlar – Tərəzi. Bu münasibətlərin lap əvvəlində problemlər var. Tərəzilərin tənbəlliyi, laqeydliyi Balıqları özündən çıxardır. Hər ikisi komfort şəraiti sevir,amma işləmək istəmirlər. Ailə münasibətləri uğursuzdur.
Balıqlar – Əqrəb. Bir-birinə uyğun olan ideal cütlükdür. Onlar bir-birini tamamlayırlar. Bir yerdə olmaq onlar üçün xoşdur. Bu münasibətdə Əqrəblər liderdirlər. Balıqların romantikliyi Əqrəblərin ürəyincədir. Ailə uğurludur.
Balıqlar – Oxatan. Onlar bir-birini çətin başa düşürlər. Oxatan həyatda daha aktiv, Balıqlar isə passivdir. Ailədə də problemlər məhz bu səbəbdən olur. Oxatan Balıq ilə darıxır. Liderlik Oxatanın əlindədir. Ailə uğursuzdur.
Balıqlar – Oğlaq. Problemlər yaransa da, bir-birini bağışlaya bilirlər. Özünə inanan, güclü Oğlaq Balıqları qoruya bilir. Balıqlar isə Oğlağın həyatına romantiklik gətirir. Yaranan münasibətlər və ailə uğurludur.
Balıqlar – Dolça. İlk baxışdan bir-birini bəyənsələr də, sonradan yaranan problemlər münasibətlərin uzunmüddətli olmasına imkan vermir. Dostluq və işgüzarlıq əlaqələri yaxşı sayıla bilər. Ailə haqqındasa bunu demək çətindir.
Balıqlar – Balıqlar. Eyni bürc olduğundan yaxşı yola gedirlər. Hər ikisi xəyalpərəstdir, bu da problemlərə gətirib çıxarır. Tərəflərdən biri münasibətdə mütləq lider olmalıdır. Bu mümkün olsa, ailə uğurlu sayıla bilər.


Şərhlər: 5
Baxılıb: 895
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gultekin.A
Baliqlar ve Qiz
Duzgun yazilib))
3 may 2016 01:22
# 5
..
Antikvar
Balıqlar – Tərəzi. Bu münasibətlərin lap əvvəlində problemlər var. Tərəzilərin tənbəlliyi, laqeydliyi Balıqları özündən çıxardır. Hər ikisi komfort şəraiti sevir,amma işləmək istəmirlər. Ailə münasibətləri uğursuzdur.

Heç amma heç adiyyatı yoxdur,tənbəllik və mən uyğun belə gəlmir sözlər bir biriləri ilə)
Başqa balıq bürcündə kişiləri deyə bilmərəm amma yoldaşım çox düzgün insandır valdeynləri belə olsa əyər səhfdilərsə üzlərinə vuracaq doğru olanı söyləyəcək,ən əsası isə işlərində diqqətcil doğruluq çoxdur,haqqsız ,yalançı insanları ətrafında görmək istəməz uzaqlaşar elələrindən.
Uğursuz ailə münasibəti yazılsada yanlışdır,şükür uğursuzluq görmürəm)
Təşəkkürlər.
2 may 2016 20:05
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Miss_Oxatan
bizde baliq burcden kiwi yoxdu 3qadin var.mama,xala ve xalaqizi.ancaq uzaq 2 tanidigim kiwi baliq burcu var,cox ici-qucu ve yalancidilar.bezdirici insanlardir.ozleri uzaqlawdirir insanlari ozunden.day bilmirem hamisi eledi ya yox.
2 may 2016 19:37
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Marta
İkimiz de baliq burcuyuk)) cox sukur qaydasindadir.
2 may 2016 18:15
# 2
Немного терпения, и у тебя все получится..
vipbetul
bele yazilara hec vaxt inanmiram
2 may 2016 15:36
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz