Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi Dolçanın başqa bürclərlə uyğunluğu
Kişi Dolçanın başqa bürclərlə uyğunluğu
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 995
Səs ver:
Dolça – Qoç. Bu bürc sahiblərinin oxşar cəhətləri var. Hər ikisi liderliyə can atır. Təbii ki, çox vaxt Qoç qalib gəlir. Problemli münasibətdir, ailədə yaranan söz-söhbətlər hər ikisini tez bezdirəcək.
Dolça – Buğa. Hər ikisi sözünü deməyi bacarandır. Güzəştə getmirlər. Bunlar arasındakı münasibətlər dostluq münasibətləridir. Sevgi çətin hallarda meydana gələ bilər. Ailə nadir hallarda xoşbəxt olur.
Dolça – Əkizlər. Dəyişən xarakterə malik Əkizlər Dolçanın əmrinə tabe olacaqdır. Zövqləri və maraq dairələri eynidir. Çox vaxt bir yerdə yaradıcılıq işləri ilə məşğul olurlar. Bir-birini çox gözəl başa düşürlər. Ailə uğurludur.
Dolça – Xərçəng. Dolçanın artıq dərəcədə emosionallığı Xərçəngi özündən çıxarır. Onlar özlərinə yüksək diqqət tələb edir. Bir-birini çətin başa düşürlər. Ünsiyyətləri demək olar ki, alınmır. Ailə uğursuzdur.
Dolça – Şir. Bir neçə müddət ərzində bu münasibətlər gözəl görünə bilər. Sonradan isə problemlərin üzə çıxması onları da bezdirəcək. Hər ikisinin münasibətlərində liderlik iddiasında olması vəziyyəti daha da çətinləşdirəcək. Ailə çox vaxt uğursuz olur.
Dolça – Qız. Zirək, cəld olan Qız Dolçaya tənqidi yanaşır. Hər ikisinin mənəvi münasibətə, sevgiyə böyük ehtiyacı var. Münasibətlərdə problemlər var, ailə uğursuzdur.
Dolça – Tərəzi. Onlar bir-birinə çox uyğundurlar. Musiqini, incəsənəti sevirlər. Aralarında ciddi münaqişə demək olar ki, yaranmır. Hər ikisi bir-birini sevir, hörmət edir. Ailənin qədrini bilirlər. Ailə çox uğurludur.
Dolça – Əqrəb. Bir-birinin əksidirlər. Əqrəb qısqanc, Dolça azadlığı sevəndir. Əqrəb çox vaxt aqressiv olur, Dolça isə təzyiqi sevmir. Bu da əlbəttə ki, Dolçanın Əqrəbdən yan gəzməsinin səbəbidir. Ailə uğursuzdur.
Dolça – Oxatan. Hər ikisi aktiv, həyatsevərdir. Hər ikisi cəmiyyət içində olmağı xoşlayır. Dostluq və işgüzarlıq münasibətləri çox gözəldir. Ailə münasibətlərində isə yaranan narazılıqlar hər ikisini tez bir zamanda bezdirəcək.
Dolça – Oğlaq. Ilkin görünüşdən bir-birinə çox uyğun görünəcəklər. Hər ikisi çalışmağı, işləməyi, karyeranı, cəmiyyətdə müəyyən mövqe tutmağı bacarır. Amma ailədə problemlər var. Əsas problem onların bir-birini başa düşməməsidir.
Dolça – Dolça. Bir-birinə çox gözəl uyğun gəlirlər. Hər ikisi ağıllı, düşüncəli və bacarıqlıdır. Onları maraqlandıran mövzular çoxdur. Bir-birini çox yaxşı başa düşürlər. Ailə uğurlu ola bilər.
Dolça – Balıqlar. Bu münasibətdə xarici görünüş müəyyən rol oynayır. Belə ki, Balıqların xarici görünüşü Dolçaları valeh edir. Bu münasibətlərdə həqiqi sevgi yarana bilər, əgər Balıqlar nazlı olsalar… Tərəflərdən biri güzəştə getməyi bacarmalıdır. Əks halda, sağlam və xoşbəxt ailə haqqında danışmaq mümkün deyil.


Şərhlər: 9
Baxılıb: 995
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Eres_mia
Dolça – Əqrəb. Bir-birinin əksidirlər. Əqrəb qısqanc, Dolça azadlığı sevəndir. Əqrəb çox vaxt aqressiv olur, Dolça isə təzyiqi sevmir. Bu da əlbəttə ki, Dolçanın Əqrəbdən yan gəzməsinin səbəbidir. Ailə uğursuzdur.

məndə bunu ona başa sala bilmirəm( mən qısqancam o isə azadlığına düşkün.. tərsdi mənə belə şeylər(
2 may 2016 23:55
# 9
naz_vefa
Men inamiram burclere amma oxumaqida xowlayram heyatimi burclere uyğunlawdirmiram qaldi ki buğa ve dolcanin uyumuna mukemel bi uyum du mence biz xowbextik
2 may 2016 18:48
# 8
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Canim Incim
Yoldasim dolca men buga.herden bir birimizle ele icesirik ki.bunlar da evliliyin dadi duzudu da.ama bir birimizi de cox sevirik
1 may 2016 12:23
# 7
heyatim_menim
Dolça – Oğlaq. Ilkin görünüşdən bir-birinə çox uyğun görünəcəklər. Hər ikisi çalışmağı, işləməyi, karyeranı, cəmiyyətdə müəyyən mövqe tutmağı bacarır. Amma ailədə problemlər var. Əsas problem onların bir-birini başa düşməməsidir.
basa dusmurduk bir birmizi amma yolla gede bilirdik qirisa qirisa da olsa yola gedirdik neyse her seyi unutmaq lazimdir artiq ufff
30 aprel 2016 23:09
# 6
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Sara035
Dolça/oxatan,ama hec cemiyyet icinde olmagi sevmir27
30 aprel 2016 22:49
# 5
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Asya
Dolca ve Terezinin uygunlugu haqqinda gozel yazilib...Men bunu cox yerde oxumuwam ki ,dolcayla terezi bir birleriyle yaxwi uygunlawir,biz de bir birimizi yaxwi bawa duwurduk ,arada ne qeder problemler olsa da bir birimize hemiwe hormetimiz olub ve elede qalacaq...
30 aprel 2016 16:39
# 4
Miss_Oxatan
vay vay qardawim dolca,niwanlisi xerceng.indiden hiss olunurdu ele.
30 aprel 2016 15:51
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
bele seylere inanmiram
30 aprel 2016 15:20
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
___Jasmin___
kisi niye lan ben kadinim
30 aprel 2016 15:05
# 1
I remained behind now the mother of 14 spring -Big

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz