Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi Oğlaqın başqa bürclərlə uyğunluğu
Kişi Oğlaqın başqa bürclərlə uyğunluğu
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 1073
Səs ver:
Oğlaq – Qoç. Hər ikisi tərs, dediyinin üstündə durandır, hər ikisi qarşısına çıxan çətinliklərin öhdəsindən yaxşı gələndir. Ünsürləri fərqli olduğundan, bu xarakter baxımından da özünü büruzə verir. Yaranan ailə ideal sayıla bilməz.
Oğlaq – Buğa. Hər ikisi pulu və komfortu çox sevir. Onlar bir-birini çox gözəl başa düşürlər. İki torpaq ünsürlü bürc həyata çox real baxır. Onların münasibəti uzunmüddətli və perspektivlidir. Ailə uğurludur.
Oğlaq – Əkizlər. Xarakter baxımından bir-birinin əksidirlər. Oğlağın fikriycə, Əkizlər sözünün üstündə durmayan, yalnız özünü fikirləşən, hər şeyə laqeyddirlər. Əkizlərin fikriycə isə, Oğlaq simicdir. Əlaqə qısa müddətli, ailə uğursuzdur. Bir-birini qınamaları, narazılıq və böhtanlar mümkündür.
Oğlaq – Xərçəng. Xərçəngin fikrincə, Oğlaq çox tələbkar, Oğlağın fikrincə isə, Xərçəng xəyalpərəstdir. Yaranan problemlərin səbəbi bir-birilərini çətin başa düşmələridir. Xərçəng real həyatla yaşamalı, keçmişinə az qapılmalı, Oğlaq isə riskə getməməlidir. Tərəflərdən birinin güzəştə getməsi ilə ailə qənaətbəxş sayıla bilər.
Oğlaq – Şir. Bu bürc sahiblərinin münasibətləri lap əvvəldən uğursuzdur. Şirin lider olmaq istəyi Oğlağın ürəyincə deyil. Bunlar arasında dostluq, işgüzarlıq münasibətləri yaransa da, ailə çox vaxt problemli olur.
Oğlaq – Qız. Bu bürc sahiblərində o qədər oxşar cəhətlər var ki, problemlərin yaranması üçün heç bir əsas olmur. Onlar bir-birini tamamlayırlar. Bir yerdə özlərini xoşbəxt hiss edirlər. Yaranan ailə uzunmüddətli və xoşbəxtdir.
Oğlaq – Tərəzi. İlk baxışdan tərəflər onların xoşuna gəlsə də. sonradan onlar bir-birini qıcıqlandıracaqlar. Tərəzi Oğlağın dedikləri ilə oturub-durmağı sevmir. Bu səbəbdən də, problemlərin yaranması təhlükəsi mövcuddur. Ailə çox vaxt uğursuz olur.
Oğlaq – Əqrəb. Əqrəb Oğlağa güvənə bilir. Bu münasibətlərdə Oğlaq lider olmaq istəyir, Əqrəb bununla razılaşır. Bu bürc sahiblərində münaqişələrin yaranması demək olar ki, baş vermir. Yaranan ailə çox uğurludur.
Oğlaq – Oxatan. Oxatan münasibətlərdə emosionaldır. Oğlaq pulun dəyərini bilir, onu harada, necə düzgün xərcləməyi bacarır. Oxatan isə tamamilə bunların əksidir. Yaranan münasibətlər qısamüddətli, ailə isə uğursuzdur.
Oğlaq – Oğlaq. Bu bürc sahiblərinin münasibəti çox romantikdir. Aralarında yaranan problemlər olsa da, çalışırlar ki, bunu bir yerdə həll etsinlər. Hər ikisi çox işləyir, ciddidirlər. Ailə, elə bil, iki böyük uşağın ittifaqıdır, uğurlu sayıla bilər.
Oğlaq – Dolça. Bu bürc sahiblərinin münasibətləri dostluqdan başlayır. Oğlaq Dolçanın məhəbbətini qazanmaq üçün onları başa düşməlidir. Onlar kimi romantik və sentimental olmalıdırlar. Tərəflərdən biri güzəştə getsə, ailə uğurlu sayıla bilər. Daha çox fədakar bu ittifaqda Oğlaqdır.
Oğlaq – Balıqlar. Xarakterlərində fərqli cəhətlər olsa da, ümumilikdə bir-birini tamamlayırlar. Bu münasibətdə Oğlaq lider olur. Balıqlar onlarla mübahisə və münaqişə yaratmaqdan qaçırlar. Münasibətlər gözəl sayıla bilər. Ailə uğurludur.


Şərhlər: 4
Baxılıb: 1073
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu cur yazilara inanmaq cahillik olar
28 aprel 2016 21:35
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Maraqli idi.))
28 aprel 2016 18:14
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Miss_Oxatan
anamla dedem.anam baliq dedem oglaq.anam daha cox guzewte gedib ailede.oglaq burcunden herden baw acmaq olmur.bir az qeribelikleri var.
28 aprel 2016 17:42
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Fialka
Oğlaq – Balıqlar. Xarakterlərində fərqli cəhətlər olsa da, ümumilikdə bir-birini tamamlayırlar. Bu münasibətdə Oğlaq lider olur. Balıqlar onlarla mübahisə və münaqişə yaratmaqdan qaçırlar. Münasibətlər gözəl sayıla bilər. Ailə uğurludur.

Doğrudur atam oğlaq, anamsa balıq bürcündəndir və qeyd edildiyi kimi uğurlu bir münasibətdir hansı ki, nümunəvi sayıla biləcək dərəcədə....
28 aprel 2016 15:20
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz