Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi Qızın başqa bürclərlə uyğunluğu
Kişi Qızın başqa bürclərlə uyğunluğu
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1411
Səs ver:
Qız – Qoç. İlk görüşdən bir-birinə maraqları arta bilər, amma bunu nəzərə almaq lazımdır ki, Qoçlar çox emosionaldır. Qarşı tərəfin məhz onun dediyi ilə oturub-durmasını istəyir. Yaranan problemlər ailənin uzunmüddətli olmasına maneədir.
Qız – Buğa. Hər ikisinin oxşar xüsusiyyətləri var. Təcrübəli, evdar, istiqanlı, evtikəndirlər. Bir-birinə uyğundurlar. Əgər hər ikisi kompromisə getsələr, bir-birinə güzəşt etsələr, xoşbəxt ailə yarana bilər.
Qız – Əkizlər. Əkizlər sərbəstliyi sevir. Qızın onlar üçün qoyduğu qayda-qanuna çox vaxt riayət etmirlər. Bu da, Qızı özündən çıxara bilər. Qısa müddətli əlaqə mümkündür. Ailə çox vaxt uğursuz olur.
Qız – Xərçəng. Qız Xərçəng üçün hisslərin təhlükəsizliyini təmin edir. Xüsusi diqqət ayırır. Bir-birinə çox uyğun insanlardır. Bütün münasibətlərdə bu uyğunluq görünür. Dostluq və işgüzarlıq münasibətləri əladır. Ailə də uğurludur.
Qız – Şir. Onlar bir-biri ilə çətin ki, tutsunlar. Qız tənqid etməyi sevir, Şir isə bunu xoşlamır. Bir-birini başa düşmürlər. Oxşar cəhətləri olduqca azdır. Maraqları üst-üstə düşmür. Münasibətləri çox vaxt alınmır. Ailə qurmaq heç məsləhət deyil.
Qız – Qız. Hər ikisi eyni bürcün sahibi olduğundan oxşa cəhətləri çoxdur. Bir-biri ilə yaxşı yola gedirlər. Bir-birinə tələbləri böyükdür. Əgər tərəflərdən biri güzəşt addımı atarsa, onda xoşbəxt ailənin yaranması mümkündür.
Qız – Tərəzi. Tərəzi bürcü sevgiyə Qızdan fərqli olaraq çox ciddi yanaşır. Qızın soyuqqanlı olması çox vaxt Tərəzini özündən çıxarır. Tərəzi dözümlülük göstərmir. Bu da münasibətlərin korlanmasına ciddi təsir göstərir. Ailə çox uğursuzdur.
Qız – Əqrəb. Əqrəb bürclü Qız bürclü ilə münasibətdə özünü çox rahat hiss edir. Qız bürclü tez-tez güzəştə getsə ünsiyyətlər daha möhkəm olar.
Qız – Oxatan. Oxatanın münasibətdə qeyri-ciddiliyi Qızı daim narahat edəcək. Oxatanın dözümsüzlüyü, daim başçı rolunda olması, qısqanclığı ünsiyyətlərin də qısa müddətliyinə gətirib çıxarır. Ailə uğurlu sayılmır.
Qız – Oğlaq. Hər ikisi hissiyyata qapanan dözümlü, intellektli, ağıllı insanlardır. Dostluq və işgüzarlıq münasibətlərində Qız daim Oğlağa güzəştə gedir. Ailə münasibətləri çox uğurludur. Arada qarşılıqlı hörmət mövcuddur.
Qız – Dolça. Bir-birini bəyənsələr də bunlar arasında ailə münasibətləri mümkün deyil. Çox vaxt belə ailələrin dağılması müşahidə olunur. Bu bürclü insanların işgüzarlıq münasibətləri də nadir hallarda olur. Dostluq münasibətləri də uğursuzdur.
Qız – Balıqlar. Qız sevginin zəka ilə, intellektlə, ağılla sıx bağlı olduğunu hesab edir. Balıqlar isə əksinə, hissə çox qapanırlar. Buna baxmayaraq, uğurlu ailənin yaranması mümkündür.


Şərhlər: 6
Baxılıb: 1411
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bele seylere inanmaq duzgun deyil

bele seylere inanmaq duzgun deyil
21 aprel 2016 23:47
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnci
Menim oglumunda ozumunde burcum qizdi oglumun ilk asqi olacagiminezere alsaq burda yazilanlar oz yerini tapar)))))
20 aprel 2016 22:36
# 5
Her gulusun arxasında bır keder vardır
Black_Star
^^Qız – Qoç. İlk görüşdən bir-birinə maraqları arta bilər, amma bunu nəzərə almaq lazımdır ki, Qoçlar çox emosionaldır. Qarşı tərəfin məhz onun dediyi ilə oturub-durmasını istəyir. Yaranan problemlər ailənin uzunmüddətli olmasına maneədir. TAM AYNİ ^,^
20 aprel 2016 20:31
# 4
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
Miss_Oxatan
cox duzdu dayim qiz burcudu yoldawi wir.Allah komekleri olsun ama xowbext aile deyiller.qetiyyen yola getmediler bu iller erzinde.
20 aprel 2016 20:20
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
savior angel
sevgilim qiz men ekizlerem burda yazilanla hec razi deyilem.Duzdu her kes serbestliyi sevir amma eger onu seviremse qoydugu qayda qanunada emel etmeliyemde.qarwiliqli hormet var aramizda bir birimizi anliyiriq kicik soz sobet her kesde olurda.Ekizler burcunu ele wiwirdillerki bezen:)
20 aprel 2016 19:56
# 2
I choose to be happy
Fi-Ra
Qardaşımın bürcüdü. Sevdiyinin bürcü ilə uyğun gəlir hardasa.
20 aprel 2016 16:59
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz