Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bürclərin eşqi
Bürclərin eşqi
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 5843
Səs ver:
QOÇ EŞQİ
Əgər bir Qoçu sevirsinizsə onu daim maraqınızda saxlamalı; həyatınızın mərkəzinə qoymalısınız.
Özünə inamı yüksək olan Qoç bürcü insanı, sevgilisindən də eyni xüsusiyyəti gözləyər. Onu davamlı sizin üçün mübarizə etməyə məcbur edin. Ayrıca sərhədləriniz daxilində sizi istiqamətləndirməsinə icazə verin.
Səhvlərindən dərs almasını bilən Qoç insanına izah etmək istədiyinizi, çəkinmədə ürəyinizi açın.

BUGA EŞQİ
Sevgiliniz Buğa bürcündəndirsə onunla nigah masasına qədər gedə biləcəyinizə əmin ola bilərsiniz. Buğa bürcü xasiyyət dəyişmələrini sevməz və dolayısilə vərdişlərinizi ona görə adaptasiya etmək məcburiyyətində qalarsınız. Sevgilisinin baxımlı olmasından xoşlanmaqla birlikdə, onun üçün edəcəyiniz jestlər də ona olan sevginizi sübut etmək adına əhəmiyyətlidir.
Damaq zövqünə düşkündür və bu səbəblə də sizdən mətbəxdə möcüzələr yaratmanızı gözləməsi çox normaldır.
Buğa ilə əlaqənizdə hər vaxt dəqiq olun. Onu şübhəyə sala biləcək davranışlardan çəkinin.

ƏKİZLƏR EŞQİ
Əkizlər bürcü ilə yaşadığınız əlaqədə sizi sıx bir romantikliyin gözlədiyi deyilə bilməz. Davamlı göz qarşısında tutulmaq və şişirdilmək istənən birisənsə bu bürcün sizə görə olduğu deyilə bilməz.
Azadlığına olan bağlılığı və ağılı istiqamətində hərəkət edən biridirlər.
Adından aydın ola biləcəyi kimi Əkizlər bürcü cüt xarakterlidir və nə vaxt hansı xarakterdə davranacağını əsla təxmin edə bilməzsiniz. Əvvəldən bəri onu bu cüt xarakterli istiqamətiylə sevdinizsə o zaman Əkizlər bürcü tam sizə görə deyə bilərik.

XƏRÇƏNG EŞQİ
Xərçəng bürcü güvənmədiyi insanlara qarşı bağlı qutu olan bir bürcdür. Sizə tam olaraq açıla bilməsi üçün tanıması və güvənməsi şərtdir. Sevdiyi adamı əl üstündə tutaraq özünü ona həsr edən Xərçəng, etibarı sarsıldığında eyni ölçüdə tündxasiyyətləşib xariciləşə bilər. Həyatının ilk əsnasında iştirak etmək üçün böyük bir səbirlə sizə güvənə biləcəyini sübut etməniz kifayətdir.
Xoşbəxt olmaq üçün sizin xoşbəxtliyinizi tələb edəcək olan Xərçəng nə istədiyinizi açıqca ifadə etməniz və onun da istəklərini öyrənməniz şərtdir.
Evinə bağlı olan Xərçənglər, birlikdə edəcəyiniz hər cür fəaliyyətə romantik bir enerji qatmağı bacara bilərlər.

ŞİR EŞQİ
Davamlı bəhbəhlənməkdən xoşlanan Şir bürcünün eşqini canlı tutmaq üçün, onun, sizin uğrunuza etdiklərinin fərqində olub hər vaxt təqdir etməniz lazımdır. Kənardan nəzər saldıqca artıqlamasıyla aktiv görünsələr də əslində çox utancaqdırlar.
Şırlər birlikdə olacaqları adamı seçərkən onu başqalarından ayıran xüsusiyyətlərinin olmasını seçərlər. Şirlər, ikiniz birlikdəykən göz qamaşdırmaq istəyərlər. Bir dəfə eşqini qazandığınız Şir sizə xəyanət etməyi düşünməz!!! Əlaqənizi rəngləndirmək onun üçün təbii bir qabiliyyətdir!

QIZ EŞQİ
Kiçik detallara çox əhəmiyyət verən Qızlar, böyük bir fədakarlıqla kəşf edilməkdən və xüsusiyyətləri istiqamətində istiqamətləndirilməkdən çox xoşlanarlar.
Sizi tənqid etdiyi zaman bunu sırf tənqid etmək üçün deyil, sizdəki potensialı görüb sizi bunu istifadə etməyə təşviq etmək üçün edər.
İntellektual dünyagörüşü sizi görməməzlikdən gəlməsinə və ya əhəmiyyətsiz hesab etməsinə səbəb olmaz. Yenə də hiss etdikləriniz haqqında daha dəqiq və açıqlayıcı olmanız aranızdakı ünsiyyətin güclü olması baxımından əhəmiyyətlidir.

TƏRƏZİ EŞQİ
Tərəzi bürcündəki sevgilinizi davamlı dinləyin və ona maraqınızı nümayişin. Zamanla özünü sizə ən xüsusi detallara qədər açdığını görüb inanmaya bilərsiniz. Lakin bu vəziyyətin sizə xüsusi olmadığını, bütün tanışlarına eyni dərəcədə yaxınlıq və bağlılıq göstərdiyini bilməlisiniz.
Hər kəsə qarşı bərabər məsafədə dayanmağa çalışar; lakin iki atəş arasında qalmaqdan xilas ola bilməz. Doğruları tapmaq üçün bütün variantları sınamaq məcburiyyətindədir. Sadə şeylərdən xoşlanmayan Tərəzi bürcü, zövqünə güvənilməsinə də son dərəcə əhəmiyyət verər.

ƏQRƏB EŞQİ
Hər hərəkətinizi dərinliyinə qədər analiz edə bilər və gözündən heç bir şey qaçmaz. Bu səbəblə Əqrəbdən sirr saxlamağa cəhd etməyin! Sevdiyi insandan gözlədiyi maraq və sevgi həmişə ən üstün səviyyədədir. Əqrəblə əlaqənizdə, öz duyğularınızdan bəhs etmək də daxil olmaq üzrə hər vaxt dürüst davranın.
Siz deməsəniz də o sizdəki bütün duyğu dəyişikliklərini hiss edə bilər. Bağlılıq və sədaqət onun üçün bir əlaqənin ayrılmaz zənciridir; və etdiyiniz hər hansı bir səhvi əsla unutmaz. Səhvinizi bağışlasa belə bunu hər fürsətdə dilə gətirməkdən geri çəkilməz.

OXATAN EŞQİ
Mədəniliyə çox əhəmiyyət verən Oxaran bürcü xasiyyətcə müstəqillik sevəndir. Öz başına vaxt keçirməkdən xoşlanar və qısqanclığa vərdiş etməz. Bir çox sahədə fikir və təcrübəli olduğunu gördüyünüzdə onun rəngli məhəbbətinə daxil olmalısınız.
Oxatan bürcünün başı davamlı məşğul olunacaq bir şeylə doludur. Yalan danışmağa da yalan eşitməyinə də dözümü yoxdur.Arxasında qaçdığı bir çox proyektdə müvəffəqiyyətli olmaq üçün çalışarkən sizin də dəstəyinizi gözləyər.
Oxatan bürcü ilə çox əyləncəli və hərəkətli bir əlaqə sizi gözləyir.

OĞLAQ EŞQİ
Oğlaq bürcü "kariera" sinifinin bir nömrəli üzvüdür. Pulun tək məqsədiymiş kimi görünməsinə aldanmayın. Sizi, ən üst səviyyədə xoşbəxt edə bilmək üçün bu qədər çox çalışdığına əmin ola bilərsiz; dəstəyinizlə siz də onu xoşbəxt edə bilərsiniz. Üzərinizə çox düşmür ola bilər; lakin əslində hər vaxt ağılındasınız.
Oğlaq bürcü ilə uzun ömürlü bir əlaqə düşünürsünüzsə, kariera hədəflərini əsla kiçik hesab etməməli və ona bu yolda hər vaxt tam dəstək verməlisiniz. Bu müddət sizi uzun müddətdə yorsa da yolun sonunda özünüzü çox yüksək yerlərdə görə bilərsiniz. Bir xüsusiyyəti tənqid edərək əslində ona yaxşılıq etdiyindən əmindir; bu səbəblə bəzən tənqidin sərhədini keçməsinə çaşmayın.

DOLÇA EŞQİ
Azadlıq mövzusunda ən kiçik bir problem yaradmayan Dolçanın bu xüsusiyyətinə anlayış göstərməniz birlikdə olmanız üçün kifayətdir. Dünyanı fərqli bir ölçüdən görər və fərqliliyini təsdiqləmənizi istər.
Ətrafındakı potensial gözəllikləri və məcaraları kəşf etmə qabiliyyəti vardır; və mövcud vəziyyətdən özünə də nəticə çıxararaq hərəkətə keçmək məcburiyyətində olar. Son dərəcə xoşxasiyyətə sahibi olan Dolça, eyni xoşxasıyyətliliyi qarşısındakı insandan görə bilməməydə dözə bilməz.

BALIQ EŞQİ
Balıq bürcü, hər ehtiyacınız olduğunda etibarla sığına biləcəyiniz bir sığınacaq kimidir. Sizi, sonunda xoşbəxt olacağınıza əmin olduğu hər cür müddətdə dəstəkləyəcək. Balıq bürcü xüsusiyyətcə içinizdən gələrək aldığınız kiçik hədiyyələrinizlə belə xoşbəxt edə bilərsiniz.
Çox özünə qapalı yaşadığı deyilə bilməsə də siz öyrənmək istəmədikcə sizə çətinliklərindən ya da nələr hiss etdiyindən bəhs etmək istəməz; və paylaşa bilmədiyi bütün çətinliklər onunla birlikdə süründürülər.
Yaşadıqlarını analiz etmək və özü üçün nəticələr çıxarmaq üçün hərdənbir ehtiyac duyduğu tək qalma istəyinə xoşgörüşlə yaxınlaşmalı; bunu problem etməməlisiniz. Tək qalmaq onun üçün bir növ dərman kimidir.
Döyüşdən və yüksək səsli müzakirələrdən nifrət edər. Nəzakət onun üçün imtina edilməzdir. Aranızdakı ünsiyyət qüvvətli olduğu müddətcə birlikdə gözəl bir əlaqə yaşayacağınızdan əmin ola bilərsiniz!


Şərhlər:
Baxılıb: 5843
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz