Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni il libasınızı bürcünüzə uyğun seçin
Yeni il libasınızı bürcünüzə uyğun seçin
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 2825
Səs ver:
İlin ən sevimli anlarından biri Yeni ildir. Bu bayramı yaşından asılı olmayaraq, hər kəs gözləyir. Bu səbəbdən, onun gəlişinə qabaqcadan hazırlaşmağa başlayırıq. Biz bayram menyusu təşkil edir, mənzili bəzəyir, ssenari fikirləşir və həmin gün nə geyinəcəyimiz üzərindəbaş sındırırıq.
 
Yeni il libası çox mühüm rol oynayır, çünki düzgün seçilmiş obraz həmin axşamın qüsursuz keçməsi  üçün bir zəmanətdir. Yeni il axşamındakı libasımız ev sahibinin, yəni, meymunun da xoşuna gəlməlidir...
  
Geyim seçiminə görə ümumi tövsiyələr
 
Ən başlıcası, seçdiyiniz geyim sizin üçün rahat olmalıdır. Çünki bayram gecəsi rəqs və əyləncə deməkdir. Ona görə də, əyninizdəki paltar sizə rahat hərəkət etməyə imkan verməlidir. Sizi əmin edirik ki, meymun güzəştə getməyə hazır olan heyvandır. O çox şeylərə barmaqarası baxa bilər. Lakin o, heç bir halda darıxdırıcı obraza dözməyəcək. Yeni il kostyumu seçərkən sizi ciddi  və rəsmi göstərməyən libaslar seçin.
 
Əgər siz qapalı libas seçmək qərarına gəlmisinizsə, onda tezliklə bu ideyadan imtina edin. Yeni il üçün yüngül və dəbdəbəli paltarlar seçin. Yeri gəlmişkən, belə geyim öz-özlüyündə hər tərəfə pozitivlik saçır. Dəlisov Meymun da məhz bunu gözləyir. Qapalı və bər-bəzəksiz paltarda isə "xoşbəxtlik həsrətində” olacaqsınız. Fasonlar o qədər vacib deyil. Əgər siz bayramı daha "demokratik" keçirmək istəyirsinizsə, meymun sizdən inciməyəcək. Amma nəzərə almaq lazımdır ki, o, parlaq və qeyri-adi görünən qonaqlara havadarlıq edəcək. Unutmayın ki, bütün parlaq və qeyri-adi detallar meymunun diqqətindən yayınmır.
2016 il üçün aktual rənglər və çalarlar
 
Yeni ilin alovlu Meymun üzərində təhvil olacağı məlum olan kimi hamıya aydın oldu ki, 2016-ci ilin simvolu "od çalarları” olacaq. Əgər belə rənglər ürəyinizcədirsə, o halda, cəsarətlə "qışqıran” donlar alın. Romantik al-qırmızı və ya qıpqırmızı rəngi Meymun mütləq görəcək və belə bayram libasına görə, sizi səxavətlə mükafatlandıracaq. Lakin bu zaman o, qırmızı rəng çərçivəsindən çıxa da bilər. Axı ilin himayədarının fantaziyası sərhəd tanımır. Buna görə də, o, insanlardan həmin keyfiyyətlərin təzahürlərini gözləyir.
 
Yeni ildə özünüzə paltar seçməzdən əvvəl alovun müxtəlif çalarlarına nəzər salın. Meymun özü-özlüyündə alov kimi dəyişkən və ehtiraslıdır. Alovdan sonra qalan kül rəngləri də Meymunun xoşuna gələcək. Külün bütün rəngləri də Yeni il bəzəyi üçün ideal rəngdir.
 
Amma elə bilməyin ki, bu Yeni il axşamı məşələ çevrilmək məcburiyyətindəsiniz. Məsələn, parıltılı paltar geyinmisinizsə, makiyaj və saç düzümü, o cümlədən, aksessuarlar maksimum dərəcədə sadə olmalıdır. Əgər zərli və parıltılı libasdan qəti şəkildə imtina edirsinizsə, o zaman makiyaj və ya aksessuarlarınız cəlbedici olmalıdır. Unutmayın ki, Od Yeni il axşamı sizin xoşbəxtlik açarınız olacaq.
 
Qoç bürcü
Qoç bürcləri üçün ən ideal seçim ipək paltarlar olacaq. Onların romantik təbiəti ilə təbii parçadan tikilmiş paltarlar bir-birilə ahəng təşkil edəcək. Ziyafət libasına dəlisov meymunun tələblərinə uyğun olaraq, qırmızı bir detal əlavə etməyi unutmayın.

Buğa bürcü
Buğalar Yeni il obrazını aksessuarların sayəsində vurğulamalıdır. Yeni ildə Buğa bürcləri üçün ən yaxşı variant böyük qızılı halqa sırğalardır. Bu bəzək əşyası yalnız qarşı tərəfin diqqətini cəlb etməklə kifayətlənməyəcək, həm də qarşıdan gələn ildə öz sahibinə uğur vəd edəcək.
 
Əkizlər bürcü
Əkizlər Yeni ilə layiqincə daxil olmaq üçün öz obrazına cüt nəsə əlavə etməlidir. Məsələn, bu, bel vurğulayan ikiqat qurşaq ola bilər. Əkizlər hər iki əlinə eyni bilərzik də taxa bilər. Aksessuarları qırmızı rəngdə seçin.
 
Xərçəng bürcü
Ulduzlar Xərçəng bürclərinə Yeni il axşamı müəmmalı görünməyi tövsiyə edir. Çünki onlar bayram axşamı müəyyən intriqalarla üzləşə bilər. Bundan qaçmaq üçün maska taxın.
 
Şir bürcü
Şir bürcləri bayram axşamı istədikləri qədər parlaya bilər. Saçınızı bəzəmək istəyirsinizsə, tac taxın! Tac Yeni il axşamı hər kəsə, o cümlədən, meymuna bu bayramda kimin əsas olduğunu bir daha göstərəcək.
 
Qız bürcü
Qız bürcləri bu gecə hamıdan gözəl görünməlidir. Onların obrazı romantik və incə olmalıdır. Bunun üçün döşəməyə qədər sürünən uzun libas və ətək, həmçinin, zərif çiyinlərinizi örtən nazik və ekzotik parçadan tikilmiş şal alın. Belə demək mümkünsə, bayram günü obraza maksimum ilahi görkəm vermək lazımdır.
 
Tərəzi bürcü
Tərəzi bürcləri bayram axşamı xəzlərlə göz qamaşdırmalıdır. Ulduzlar onlara bu detalı gözdən qaçırmamağı təkidlə tövsiyə edir. Əgər bu detal sizin könlünüzcə deyilsə, heç olmasa, çiyninizə xəz şərf atın.
 
Əqrəb bürcü
Əqrəb bürcləri Yeni il axşamı dərin dekolte libasları və ya mini ətəkləri ilə hər kəsi ovsunlayacaq. Lakin utancverici vəziyyətə düşməmək üçün dekoltenin həddini aşmaq məsləhət deyil.
 
Oxatan bürcü
Rahatlığı sevən Oxatan bürcləri bayram axşamı da bu qaydaya sadiq qalacaq. Müxtəlif iri detallarla və ilgəklərlə yüklənmiş mürəkkəb fasonlar seçməyin. Siz Yeni ildə də sadə paltarla gözəl görünməyi bacaran xanımlardan olacaqsınız.
 
Oğlaq bürü
Oğlaq bürcləri üçün ən yaxşı variant kombinezon və ya bol kəsimli şalvar olacaq. Hərəmxana kənizi kimi də geyinə bilərsiniz. Əgər bu ideya xoşunuza gəlirsə, onda kostyum mağazasına gedib dəbdəbəli bir paltar alın. "Möhtəşəm 100 il” serialının xanım qəhrəmanlarının obrazları sizin üçün yaxşı nümunə ola bilər. Ayaqqabılara gəldikdə baletkalara üstünlük vermək daha yaxşı olar.

Dolça bürcü
Dolça bürcləri bu il Meymunun nazı ilə oynamaq məcburiyyətində qalacaq. Onlar ilin sahibinin diqqətini cəlb etmək üçün bütün imkanlarını nümayiş etdirməlidir. Odur ki, biserli və ya zərli libaslara üstünlük verin.
 
Balıq bürcü
Balıq bürcləri obrazını tac və ya istənilən digər saç bəzəkləri ilə bəzəməlidir. Bu səbəbdən, saç düzümünü əvvəlcədən fikirləşin. Ən münasib variant vual və ya kiçik şlyapadır.


Şərhlər:
Baxılıb: 2825
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz