Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hindu bürcünüz və mənası - Bayquş
Hindu bürcünüz və mənası - Bayquş
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 1512
Səs ver:
23 Noyabr - 21 Dekabr

Güc!
Mineral - Dəvəgözü
Rəngi - Qara

Tez-tez ziddiyyət yaşayan. Həyatları boyunca riskli addımlar atan. Xarici təsirlərdən həqiqətləri ortaya çıxarmağı çox yaxşı bacaran. Yumşaq amma güclü bir quruluşa sahib. Ətraflarına qarşı antiseptik təsirə sahib olan. Çox güclü bir ədalət duyğusuna sahib. Güclü instinktləri olan. Ruhi düyünləri asanca həll edə bilən. Yüksəklərə dırmaşmağı bacara bilən. Möhkəm instinktləri olan. İsti ürəkli, sevgi dolu ola bilən. Bəzən həddindən artıq cəsur. Tez öyrənən.Qış dövründə dünyaya gələn insanların heyvanlar dünyasındakı totemi Bayquş, bitkilər aləmindəki totemi qara şam və minerallar aləmindəki totemi isə, obsidian (dəvəgözü) daşıdır. Uğurlu rəngi qaradır. Vulkanik şüşə olaraq da bilinən obsidian, bəzək əşyalarında tez tez istifadə edilmişdir. Obsidianın təməl maddəsi torpağın bağrında yatdığı üçün bu daşın, insanları torpaq enerjisinə bağlayan bir güc daşıdığına, bu gücə hörmət etməyi və faydalanmağı öyrətdiyinə inanılardı. Bayquş insanı da daşı kimi parlaq, şəffaf quruluşlu bir adamdır. Təməl xüsusiyyətlərini yaxşı inkişaf etdirib, öyrətmişsə, bütün varlığını örtən bir parıltı qazanar. Ətrafındakılara, iç dünyasını göstərə bilər, amma bunu istədiyi ölçüdə edər. Bayquş bürcü, daşı kimi, yeni bir işə, yeni bir vəziyyətə alışmaqda çətinlik çəkər, ancaq alışdıqdan sonra dayanıqlılıq göstərər. İçində davamlı olaraq bir ikilik daşıdığı üçün, həyatı boyunca nazik bir ip üstündə də gedə bilər. Bayquş insanının iç dünyası aydınlığa qovuşmuşsa, ətrafı üçün bir ayna, bir əks etdirici olar. Belə bir nöqtəyə çatdığı zaman, qarşısındakının ruhani vəziyyətini əks etdirərək ortaya çıxarar, problemlərini həll etməsinə köməkçi olar. Bu bürcün bitkilər dünyasındakı totemi qara şamdır. Qara şam filizləri qida olaraq istifadə edilərkən, ağacın özü xüsusilə tənəffüs sistemi xəstəlikləri üçün çox faydalıdır. Bayquş insanı özünə verilən imkanları, məlumatları istifadə edib və tarazlaşdırarsa, qara şam kimi görkəmli ola biləcəyini yenə qara şamdan öyrənə bilər. Bu insan ağacı kimi, yumşaq amma güclüdür. Bu daxili güc, həmişə doğru yola yönələ bilməkdən, başqalarını da özləri üçün faydalı olana yönəltməkdən gəlir. Bayquş insanı doğuşdan sahib olduğu ədalət duyğusuyla, hər vəziyyətdə gördüyü haqsızlıqlara qarşı çıxar. Güclü instinktləriylə başqalarının da ürəyini oxuya bilər, ruhani düyünlərini həll etmə mövzusunda köməkçi ola bilər. Bu bürcün uğurlu rəngi yer üzünü örtən gecənin qarasıdır. Gecə formaların silindiyi, günün hərəkətli həyatının yerini düşüncəyə buraxdığı zamandır. Gecənin qarası, hər şeyi yenidən doğura biləcək, hər şeyi gizləyən və örtən qaradır. Bu qara sayəsində Bayquş instinktlərinin və varlığının dərinliklərindən gələn məlumatları səthə çıxararaq, həyatına istiqamət verə bilər. Bayquş bürcünün heyvanlar dünyasındakı totemi, Şimal Amerika və Qütblərdə yaşayan, gecə ovçusu olan Qütb Bayquşudur. Qütb Bayquşları, qütbdə və meşələrdə yaşarlar. Bayquş bürcündən olan insan da totemi kimi, elit bir təəssürat yaradar. Qürurlu və dik bir duruşu, tarazlığı yerindədirsə, hörmət və sevgi oyandıran havası vardır. Öz içinə dönük olduğu, oxuduğu, eşitdiyi, yaşadığı şeyləri özümsəyə bildiyi üçün, ümumiyyətlə xarici görünüşü, şagirdlərinə təsir edən yaxşı bir müəllim kimidir. Bayquş insanı bu cazibədarlığından faydalanaraq, əvvəl insanları özünə bağlar, sonra da məlumatlarını böyük bir comərdliklə onlara köçürər. Bayquş həm nəzəri olaraq, həm də tətbiq zamanı möhkəm bir ədalət duyğusuna malikdir və özünə haqsız gələn heç bir şeyə dözümü yoxdur. Haqsızlıqla qarşılaşdığı zaman, yüksək səslə eşitdirərək, haqsızlığın öhdəsindən gəlməyə çalışar. Bu çağırış ümumiyyətlə hər kəsin yaxşılığı üçündür. Bayquş insanı lazımlı gördüyü zaman başqasının rəhbərliyinə girə bilsə də, əslində çox güclü bir müstəqillik duyğusuna malikdir. Bəzən də öz düşüncələrinə dönərək, ətrafıyla olan bağlarını sanki qoparar. Varlığının dərinliklərini gizləməkdən xoşlandığı üçün, həqiqətən açılmasını tələb edəcək yaxın əlaqələr qurmaqdan qaça bilər. Bayquş insanı Şahin və Nərə balığı fərdləriylə böyük bir uyğunlaşma içindədirlər. Su samuru və Qarğa da yaxşı əlaqə qura bildikləri bürclərdir. Bayquş, Maral ilə möhtəşəm bir inteqrasiya olunma yaşar.


Şərhlər: 7
Baxılıb: 1512
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fi-Ra
Atamın bürcü. Yazılanların bəzisi düzdü
19 mart 2016 23:37
# 7
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
___Jasmin___
qaqas bu burcdendi tsk
16 mart 2016 17:53
# 6
Buyudum artik anne 14 bahar kaldi geride...
tenha cicek
oxatani yaziblar o qeder
16 mart 2016 17:22
# 5
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Narın Yağış
Sevmirəm bu bürcün nümayındələri.Tanışım var neçə ildi onu tanımamışam pff bu bürcün nümayəndələrinin çoxu yaxşı kimi görünən pis adamlar trip
15 mart 2016 21:27
# 4
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
S.Heydarova
duzdu cox ədalətli biriyəm
15 mart 2016 16:22
# 3
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
vipbetul
maraqlidi bayqus
15 mart 2016 15:42
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dj_Vampir
-Menim burcum deyil,amma bayuqsu sevirem.Ferqli qushdu..
15 mart 2016 15:26
# 1
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz