Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hindu bürcünüz və mənası - Maral
Hindu bürcünüz və mənası - Maral
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 1953
Səs ver:
22 May - 21 İyun

Cazibədar!
Mineral - Əqiq
Rəngi - Bəyaz

Çox diribaş və ağıllı. Qoruma instinkti hədsiz inkişaf etmişdir. Gözəl olan hər şeyi sevən. Əlaqələrində fiziki görünüşə əhəmiyyət verən. Sənətkar şəxsiyyətli. Yeni fikirlərlə maraqlanan. Yeni dadlar, yeni yerlər görməyi sevən. Gülməyi sevən bir qəhqəhə maşını. Sevgi dolu bir ana-ata. Ən kiçik işdə belə gözəllik yarada bilən. Qalıcı əlaqələri olması lazım olan. Sevinməyi və sevinc duyğusuna çox əhəmiyyət verən. Macəraçı.Bu dövrdə dünyaya gələn insanların heyvanlar aləmindəki totemi maral, bitkilər aləmindəki totemi boymadərən çiçəyi və minerallar aləmindəki totemi isə, yosunlu əqiqdir. Uğurlu rəngləri, ağ və yaşıldır. Yosunlu əqiq, rəqqas olaraq bədənin sağlamlıq yoxlamalarında istifadə edilərdi. Bu daş eyni zamanda şəfa da verən bir xüsusiyyətə malikdir. Daşın içində incə bir bitki görünüşü olduğu üçün, mineral və bitki dünyalarını birləşdirdiyi və onu daşıyanların hər iki aləmi də daha yaxşı qavrayacağına inanılardı. Maral insanı istifadə etməyi və inkişaf etdirməyi öyrənsə, daşı kimi yaxşılaşdırıcı güclərə malikdir. Bu totemin insanı çox çalışmağa istəklidirsə, hər sahədə fövqəladə bacarıq göstərə bilər. Daşı kimi, ətrafındakı insanların gözünü və könülünü oxşayan təsirə malikdir. Ətrafındakı hər şeyin gözəllik daşımasını istər. Bu totemin insanları, daşları kimi bitki və mineral dünyasıyla ruhi əlaqə qura bilərlər. Həm minerallara həm bitkilərə yaxınlıq duyar və simvolları uyğun şəkildə birləşdirə bilər. Maral bürcünün bitki totemi olan boymadərən, gözəl görünüşlü, faydalı, çox rahat və məhsuldar bir bitkidir. Bu ot, yorğunluğun və həzmsizliyin müalicəsində çox yaxşıdır və eyni zamanda sinirləri gücləndirir. Sidikqovucu olaraq da istifadə edilə bilən bu bitki, saysız dərdin şəfasıdır. Maral bürcünün insanları da, boymadərən kimi çox istiqamətli, faydalı və yaşadıqları dünyaya sevinc, gözəllik saçmaq istəyən kəslərdir. Çox istiqamətli və hərəkətli iş templərinə rahatlıqla uyğunlaşa bilərlər. Ümumiyyətlə ətraflarını gücləndirici və dəstəkləyici enerjiləri vardır. İnsanları asanlıqla özünə çəkər və birlikdə olduqlarında onlara kömək olmağa çalışar. Dürüst, içdən əlaqədar, geniş əhatəli məlumatlarıyla hər kəsə həllər tapmağa çalışar. Maral bürcü tam mənasıyla bir insan dostudur və problem nə qədər böyük olursa olsun, yoldaşını ovudaraq, yenidən ürəkləndirmək üçün böyük səy göstərər. Maral insanının rəngi ağ və yaşıldır. Ağ, hər imkana və dəyişməyə açıq olan boşluğun və hələ formalaşmamış şeylərin rəngidir. Eyni ağ kimi, Maral insanı da içində saysız potensial daşıyar. Yaşıl isə, təbiətin yaxşılaşma və yenilənməsini ifadə edər. Bu yaşıl bəzən özünü bəyənmiş və hər vaxt haqlı çıxmaq istəyinin də ifadəsi ola bilər. Bu dövrdə doğulan insanların heyvan totemi maraldır. Marallar cütləşmə dövrü xaricində, sürülər ya da kiçik qruplar halında yaşar. Cütləşmə dövründə erkəklər öz başlarına hərəkət edər. Bir hərəm qurmaq yerinə, dişidən dişiyə gəzişər və o sırada birlikdə olduqları dişini qorumağa diqqət göstərərlər. Bəzən də bu səbəblə çətin döyüşlərə girişərlər. Maral insanı da totemi kimi, həssas, cazibədar, hərəkətli və oyanıqdır. Doğuşdan gələn hissləriylə, ətrafındakı insanların duyğularını asanca anlar. Öz iç dünyası çox dəyişən olduğu üçün, başqalarının yeni yeni yaşadığı duyğu qarışıqlıqlarını o daha əvvəldən yaşayıb, təcrübə qazanmışdır. Bu səbəblə bəzən insanları dinlərkən, diqqətini cəmləməkdə çətinlik çəkər, çünki izah edilənlərlə düşüncələri oradan oraya sıçramağa başlar və ağılından keçəni söyləmədən dayana bilməz. Maral bürcünə aid olan kəslər, ətraflarının hər vaxt gözəlliklərlə dolu olmasını istər. Gözəl mənzərəli yerlərdə olmaq, yaxşı və rahat bir evə sahib olmaq əhəmiyyətlidir. Ancaq gözəlliyin yalnız xarici görünüşcə deyil, özdə olduğunu da biləcək qədər duyğulu və hissiyatlıdır. Ağıllı, araşdırıcı və yaradıcı bir insan olduğu üçün, həm fiziki, həm də ruhi sahədə gündəlik, sıravi şeylərdən belə böyük gözəlliklər yarada bilər. Bu bürcün insanı hər bürcdən insanla asanca uyğunlaşa bilərlər. Qarğa, Su samuru, Şahin və Nərə balığı fərdləri ən yaxşı ünsiyyət və əlaqə yaratdığı insanlar arasında ilk sıralardadırlar. Bayquş fərdləriylə isə, mükəmməl bir inteqrasiya yaşayar.


Şərhlər: 12
Baxılıb: 1953
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
oz burgum maraqli gelir mene
4 mart 2016 18:04
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sadecə mən
Mənim hindu bürcüm Maraldı.Uyğunluq var idi.
3 mart 2016 20:52
# 11
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
my_angel
Mənim hindu bürcüm Maral oldu.) Uyğunluq çoxdur. Təşəkkür.
3 mart 2016 20:47
# 10
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
zezema
az qalib menim hindu burcume!!!)))))))))
3 mart 2016 16:24
# 9
Bir hissimi itirmishem - TEECCUBLENMEK
qonaqa
menim hindi burcum maraqlidi
3 mart 2016 16:07
# 8
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
adsiz-a
Mene aid deyil,menim burcum deyil
3 mart 2016 15:36
# 7
Tomris Müslümova
21-iyun
Bunu bir neçə məqamda da qeyd etmişəm ki,olduqca diribaş biriyəm.Acizlik,sakitlik,çəkingənlik yoxdu məndə.Sənətkar şəxsiyyətli olmağım isə uşaqlıqda olub indi uzağam.Yeniliyi sevənəm,hər şeylə maraqlananam,ən pis halımda belə bədbin və pessimist olmuram.Gülməyi sevirəm.Ancaq sakit gülüşüm var qəhqəhə çəkmirəm.Daşımın əqiq olmasını bilirdim.Gələkdə yaxşı ana olmaq arzusu isə hər kəsdə var.Məndə olduğu kimi.Ağ rəng sevdiyim üç rəngdən biridir.Yaşılı o qədərdəd sevmirəm ancaq uğur gətirdiyinidə sınamamışam.Çəkici görünüşüm və bunun altında gizlənən xasiyyətim var.Tez dil tapa bilirəm.İlanlada yola gedə bilərəm.Hərdən şirin yalanlarım oldur ancaq çox dürüst biriyəm.Düzə düz,əyriyə əyri.Yaltaqlıq,nadanlıq mənə eey çox yaddır.Hər şey ilə maraqlanıram deyə həmsöhbət zamanı kifayət qədər danışmağa sözüm və bunu insanlara çatdıracaq nitqim var.Cazibədar olmağımı özüm desəm heç doğru olmaz.Yazılanların demək olar ki,böyük əksəriyyəti tam tamı ilə mənim xasiyyətimnən bəhs edir.Maraqlı oldu hindu bürcümü oxumaq və tək-tək analiz etməz.
3 mart 2016 15:24
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ayka95
menim burcumdu,yazilanlarin coxu dogru qeyd olunub
3 mart 2016 15:20
# 5
Melek5
Menimki deyil tesekkurler
3 mart 2016 15:14
# 4
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Fialka
Maral bürcü tam mənasıyla bir insan dostudur və problem nə qədər böyük olursa olsun, yoldaşını ovudaraq, yenidən ürəkləndirmək üçün böyük səy göstərər.
gözəlliyin yalnız xarici görünüşcə deyil, özdə olduğunu da biləcək qədər duyğulu və hissiyatlıdır.

Demək hindu bürcüm Maral imiş)) Hardasa doğruluq var amma bu iki cümlə tam mənasıyla xarakterimə aiddir..
3 mart 2016 15:07
# 3
___Jasmin___
menimki deyil.....
3 mart 2016 15:05
# 2
I remained behind now the mother of 14 spring -Big

BARBI
Menim dogum tarixime uygundur. Yazilannar dogru qeyd edilib.
3 mart 2016 15:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz