Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hindu bürcünüz və mənası - Vəhşi Qaz
Hindu bürcünüz və mənası - Vəhşi Qaz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2824
Səs ver:
22 Dekabr - 20 Yanvar
Yardım Sevər Lider!
Mineral - Kvars
Rəngi - Bəyaz

Bacarıqlı və çox ağıllıdır. Hər şeyi tez başa düşmə qabiliyyəti var. Yaxşı bir ana və ata olar. Həyata çox tədbirli yaxınlaşır. Psixologiyası həssasdır. İntiqam alan bir təbiəti vardır. Kin tutar. Bir çox işi bir yerdə icra edə bilər. Normalda sakitdir. Yaxınlaşmaq çətin olan bir şəxsiyyətdir. Kədərli olduğu zaman yanına yaxınlaşmayın. Belə vəziyyətlərdə içinə qapanır. Dözümlüdür.Yeni ilin başlanğıcı, torpağın qar altında qaldığı, yaza, yenilənməyə hazırlandığı ayda dünyaya gələn insanların heyvanlar aləmindəki totemi vəhşi qaz, bitkilər aləmindəki totemi qayın ağacı və minerallar aləmindəki totemi də kvarsdır. Uğurlu rəngləri ağdır. Bu bürcün mineralı olan kvars, dünyanın dərhal hər yerində tapıla bilən, olduqca sərt və donuq parıltılı bir daşdır. Yer üzünü meydana gətirən təbii və təməl maddələrdən sayılan kvarsın bir çox rəngi olmasına qarşı, ən çox rast gəlinəni deyə adlandırılan, ağ olanıdır. Vəhşi qaz insanlarının xüsusiyyətləriylə bu rəng arasında əlaqə vardır. Kvars, toxunulduğunda insana sərinlik duyğusu verdiyi üçün, çox qədim zamanlarda bu daşın sonsuz və əriməyən bir buzdan meydana gəldiyinə inanılardı. Çox zaman kvarsın içində donmuş bir su damlası tapılması və daş qırılınca damlacığın əriyib su olması da bu inancı qüvvətləndirən bir faktor idi. Kvars gücün simvolu olan bir daşdır. Kristallaşmış kvarsın indiki vaxtda hələ aydın olmayan bəzi gizli güclər daşıdığı bəzi mütəxəssislər tərəfindən də qəbul edilməkdədir. vəhşi qaz insanları kvars kristallarından, həyatla əlaqədar hər şeyi açıq və aydın bir şəkildə qavramağı və kainatın bütün enerjisini öz içlərindən keçirib, çatdıra bilmə qabiliyyətlərini öyrənə bilər. Bu qabiliyyətin fərqinə varan vəhşi qaz insanları, əgər qabiliyyətlərini qoruya bilsələr, eynilə totemləri kimi kainatın sonsuz gücünü qavrayıb, çatdıracaq bir vəziyyətə gələrlər. Bu bürcün insanlarının xarici görünüşü də kvars kimi donuq və duyğusuzdur. Amma eynilə totem daşları kimi özlərinə maraq və istilik göstərən hər kəsə, eyni istiliyi və enerjini əks etdirərlər. vəhşi qaz insanları coşğun və daşqın deyildirlər, həddindən artıq romantikliyə qapılmazlar, amma ətraflarındakı insanlar üçün tükənməyən bir istilik və işıq qaynağı rolunu boynuna götürərlər. Vəhşi qaz insanının öyrənməsi lazım olan ən əhəmiyyətli şey, nə növdən olursa olsun, müəyyən bir dünya görüşü və fəlsəfəsi içində daşlaşıb qalmaqdan qaçınmaqdır. Yoxsa eyni kvars kimi sərtləşərək, sonunda paramparça ola bilər. Vəhşi qaz fərdinin bitkilər aləmindəki totemi qayın ağacıdır. Qayın çox uzana bilən gövdəsiyə, görkəmli və gözəl bir ağacdır. Qayın ağacı müdrik Qırmızıdərililər tərəfindən həyatın az qala hər sahəsində istifadə edilmişdir. vəhşi qaz insanlarının da qayın ağacı kimi, görkəmli, köhnə ənənələri və unudulmuş müdriklikləri əks etdirən bir görünüşləri vardır. Bu bürcün insanları, enerjilərini azadca axıda bilsələr, həyatın universal qaynaqlarıyla əlaqə qura bilər, köhnə ənənələr və müdrikliklər haqqında çox faydalı məlumatlar əldə edə bilərlər. vəhşi qaz insanları özləri haqqında bir çox şeyi totemləri vəhşi qazdan öyrənə bilərlər. Vəhşi qazların həyatına mövsümlər və qar istiqamət verər. Baharda qarlar əriməyə başladığı zaman, vəhşi qazlar sürülər halında şimala, qarlı bölgələrdəki yuvalarına dönərlər və ilk qar dənələriylə yenidən geriyə gələrlər. Vəhşi qaz insanları da eynilə totemləri kimi uzun məsafələri qət etməyi seçərlər. Ruhi ya da fiziki olan uzaqlıqlar onları qorxutmaz. Bu səbəblə daxili gücləri həddindən artıqdır. Torpaq elementindən olmaları səbəbiylə, obyektiv dünyaya olduqca bağlıdırlar, lakin yenə də ruhi olaraq uzaqlara getməyi, üfüqləri aşmağı bacararlar. Vəhşi qaz insanı ənənələrinə çox bağlıdır və hər cür nüfuzu asanlıqla qəbul edə bilər. Səhvsiz davranmaq, vərdiş və ənənələrə uyğun gəlməyə çalışmaq, hörmət göstərmək və görmək ən fundamental xüsusiyyətləri arasındadır. Bu bürcün insanı üçün, uşaqları çox əhəmiyyətlidir. Ailəsinin nizamını qorumaq, təhlükəsizliyini təmin etmək və ehtiyaclarını qarşılamaq üçün əlindən gələni edər. Amma içə qapalı təbiəti səbəbiylə, gerçək duyğularını açıqlamaqda çətinlik çəkə bilər. Vəhşi qaz insanı Ağacdələnlər ilə çox yaxşı razılaşar. Digər razılaşdığı kəslər isə, Qunduz və Bozayılardır. Puma və İlan insanları da yaxşı əlaqə qura biləcəyi fərdlər arasındadır.


Şərhlər:
Baxılıb: 2824
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz