Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yüksələn Qız
Yüksələn Qız
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2235
Səs ver:
Sizin üçün nə qədər nizamlı və tərtibli biri deyə düşünürlər. Qız demək təmizlik, nizam və qaydalara uyğunlaşma deməkdir. Bəzən bu mövzuda yaxşılaşmayan bir xəstə də ola bilərsiniz. Bir çox insanın üzərində belə dayanmadığı və ya fərqinə varmadığı kiçik detallar sizin üçün əhəmiyyətlidir. Bəzən incə və mənasız detallar içində itə bilərsiniz. Kiçik bir məlumat istənildiyi zaman səhifələr dolusu detal verməyə hazır olarsınız. Detallarla boğuşmaqdan əsl sizə lazımlı olan mövzuları gözdən qaçıra bilərsiniz. Həyatdakı hədəfiniz mükəmmələ çatmaqdır. Həyatda araşdırıcı və nizamlı olduğunuz qədər bezmədən və yorulmadan çalışan birisiniz. Xidmət etməyi sevərsiniz. Sanki ömür bitər amma işlər bitməz sözü sizin üçündür! Detallı da olsa edəcəyiniz hər işi planlamaqda və tətbiq etməkdə müvəffəqiyyətli sayılırsınız. Ancaq qısa müddətli bir işi uzun bir zamana yaymanız başqa insanları hirsləndirə bilər. Səssiz və dərindən gedərək hədəfə çatmaqda öz üsullarınızdan istifadə etməkdə israr edərsiniz. Şən və danışqan birisiniz. Sizi nəzakətli göstərən utancaqlıq da yaraşır. Tənqid və mühiti komikləşdirmək üçün edəcəyiniz səylər incidici vəziyyətlər yarada bilər. Sizin çox tənqidçi yönünüz vardır amma, özünüzün tənqid olunmasına qətiyyən dözə bilməzsiniz. Kritik bir anda qəbahəti başqa birinin üzərinə yıxmaq işinizə gələ bilər. Ancaq duyğularınızı saxlamağı bacararsınız. Sizin çox yanlış fikirli və qorxuları olan biri olmanız təəccüblü deyil. Hər şeydən əvvəl xəstəlik xəstəsi olmağınız gözlə görülə bilən şəkildədir. Bu səbəblə çox vasvası davranırsınız. Biri ilə əl verib görüşdükdə dərhal əlinizi yumaq istəyirsiniz. Bəzən bu vəziyyət ən kiçik toz zərrəsindən belə narahat olmağınıza qədər uzana bilər. Əlinizə iynə batsa həkimə getmək ehtiyacı görülər. Ətrafınızda dərmanlar və təmizlik vəsaitləri gözə dəyər. Tutumlu, çəkingən və diqqətli birisiniz. Hesablarla aranız yaxşıdır və kimsə sizi asanlıqla aldada bilməz. İqtisadi zəmanət təmin etmək çox əhəmiyyətlidir. Məntiqli biri olduğunuzdan əldə edə bilməyəcəyiniz şeyin dalınca qaçmazsınız. Dostlarınızın köməyinə sevərək qaçarsınız. Geyim mövzusunda da son dərəcə vasvası davranarsınız. Geydiyini özünə yaraşdırmağı bacaran bir insansınız. Təmizlik sizin üçün həyat məqsədidir və ətrafınız hər vaxt tərtəmizdir. Evlilik mövzusunda tez qərar verə bilməzsiniz. Subay belə qala bilərsiniz. Çünki axtardığınız mükəmməl yoldaşı tapmaq xeyli çətindir ! Evləndiyiniz zaman mükəmməl bir həyat yoldaşı olarsınız. Yüksələn Qız insana qısa boy verəcəkdir. Ümumiyyətlə incə bədənli, üzü və alnı yumru və gözləri tünd, solğun bənizli və saçları göz rənginə uyğun birisiniz. Əslində bədəniniz çox formalı deyil amma, incəliyi sayəsində zərif, hətta cazibədar görünə bilər. Düz bir burun və inci kimi dişlər gözə dəyər. Gülər üzlü və hərəkətli görünüşünüz diqqət çəkər.

Yüksələn bürcünüzü hesablamaq üçün klikləyin: Yüksələn bürc hesablama


Şərhlər:
Baxılıb: 2235
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz