Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yüksələn Buğa
Yüksələn Buğa
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2539
Səs ver:
Sizi qərarlı, ayağını yerə möhkəm basan, etibarlılıq axtaran biri olaraq görərlər, Təbii ki ağız dadınızı bilən və boğazını sevən biri də olduğunuz qətidir! Böyük bir sərvət sahibi olmaq və ləzzətli yeməklər yemək həyatınızın təməl instinktləridir. Siz son dərəcə inadkarsınız. Yaxşıca düşünüb daşındıqdan sonra hədəfiniz olan yerə çatmaqdan əsla imtina etməzsiniz. Önünüzə çıxacaq maneələri bir-bir aşacaq gücünüz də vardır. Təbii ki, qarşınızdakı sizdən daha güclü olsa vəziyyət dəyişə bilər. Çox möhkəm sayılırsınız. Ağır və özündən əmin addımlarla və səbirlə irəliləyəcəksiniz. Hədəfinizə inanmaq qədər çalışmaq da sizin tərzinizdir. Bildiyinizi heç kəsə verməyən birisiniz. Maneə tanımırsınız. Güvən içində olmaq sizin üçün çox əhəmiyyətlidir. Bunları təmin edəcək olanlar da pul və mal mülkdür. Həyatın mübarizəsi bu iki mövzu üzərində davam edəcəkdir. Bunun nəticəsində də etibarsızlıq duya bilərsiniz. Gərəksiz qayğılara qapılmaq və əlinizdəkiləri itirmək sizi qorxudar. Tələsmək və təlaş sizə görə deyil. Ağıllı olmaqdan çox pragmatik davranmaq işinizə yarayır. Sizi çox mühafizəkar biri olaraq görürlər. Bu səbəblə sevdiklərinizin həyatını pisləşdirmə ehtimalınız vardır. Xüsusilə eşqdə eyni şeyləri qarşınızdakı insandan da gözləyərsiniz. Sizi məşğul edən mövzulardan qurtulmanız olduqca çətindir. Bütün məntiqli şərhlər sizin üçün heç bir əhəmiyyət daşımır. Doğru bir şeyi sizə izah etmək, gerçəkləri qəbul etdirmək və sizi rahatlatmaq son dərəcə çətindir. Fikirlərinizin sanki əsiri olarsınız. Başqalarını dinlər amma yenə bildiyiniz yoldan gedərsiniz. Hər vaxt mühafizəkar və köhnəyə bağlı fikirlərinizə dönərsiniz. Sizin vərdişlərinizin dəyişdirilməsi sanki qeyri-mümkündür. Bu mövzularda son dərəcə hökm edici və sərt davranarsınız. Bu vəziyyət başqa insanların sizə dözməyini çətinləşdirir. Dərin duyğulara sahibsiniz. Bağlandığınız adamdan qopmanız çox çətindir. Sevilmək də sizin üçün əhəmiyyətlidir. Sevgidə müvəffəqiyyətsizlik sizi daha inadkar və çəkilməz edəcəkdir. Bu mövzuda ehtiraslısınız və sevdiyinizlə birlikdə ikən xoşbəxtsiniz. Ayrı qaldınızmı başınızda şübhələr meydana gəlməyə başlar. Bu səbəblə olduqca qısqanc biri olarsınız. Sağlam və güclü bir təbiətiniz vardır. Asan asan xəstə olmazsınız. Olsanız da tez yaxşılaşıb qalxarsınız. Təbiəti çox sevərsiniz. Yaşlanmağı qəbul etməyən tiplərdənsiniz. İşləməkdən şəkinməyən birisiniz amma, rahatlıq da sizi çəkər. Sənət sahələrinə uyğun birisiniz Ümumiyyətlə sakit birisiniz amma yaxşı olar ki sizin əsəbi tərəfinizi görməsinlər. Sakitləşməyiniz çox çətindir. Ev və ailəyə düşkün insanlardansınız. Gözəl və rahat bir ev sizi çəkər. Cəmiyyət qaydalarına və dəyərlərinə qarşı hörmətli davranarsınız. Sizin görünüşünüzdə qalın və qısa bir boyun diqqəti çəkər. Çiyinləriniz geniş, bədəniniz enli və bəstəboydur. Saçlarınız ümumiyyətlə şabalıd rəngində və tünddür. Bədəniniz buğda rəngli və tünddür. Buğa bürcü yüksələni qadınlara cazibədarlıq və gözəllik verərkən kişiləri də yaraşıqlı edər.

Yüksələn bürcünüzü hesablamaq üçün klikləyin: Yüksələn bürc hesablama


Şərhlər:
Baxılıb: 2539
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz