Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oğlaq bürcünün ümumi xüsusiyyətləri
Oğlaq bürcünün ümumi xüsusiyyətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2084
Səs ver:
Oğlaq bürcünün ümumi xüsusiyyətləri özündən əmin, güclü xarakterli və sarsılmaz olmalarıdır. Bu vəziyyət xüsusən də onların xarici görünüşündə öz əksini tapır. Digər insanlarla bir az məsafəli davransalar da əslində içlərində sevgi və diqqətə ehtiyacı olan bir insan vardır. Oğlaq bürcü insanlarının özgüvəni yüksəkdir və onlar öz düşüncələrinə çox önəm verirlər. Maddiyyata maraqları böyükdür. Bu səbəbdən də həyatlarındakı ən önəmli nöqtə iş və qazanc, ikinci nöqtə isə sevgidir. Məqsədləri hər zaman qalib gəlməkdir. Özlərinə xas sistemləri vardır. İnandıqları və qoyduqları qaydalardan xaricə çıxmır və çıxılmasını da sevmirlər. Bu mövzuda bəzən bezdirəcək dərəcədə inadcıl olmaları da mümkündür.

Oğlaqlar olduqca ciddi bir görünüşə sahibdirlər. Üstlərinə yüklənən məsuliyyətin fərqindədirlər və ağır gəlsə belə məsuliyyətdən qaçmazlar. Adət ənənələrə olduqca bağlı insanlardır. Fərqli və ilk olan məsələlərə adətən soyuq yanaşırlar.  Bu mövzuda onlar olduqca ehtiyyatlı davranırlar. Oğlaq bürcü insanları digərlərindən çox səbrli və məntiqli olmaları ilə seçilirlər. Məntiqsiz olan hər şeydə son dərəcə həssas olurlar. Bu iki əsas xüsusiyyət hadisələri və qarşısındakı insanları daha aydın anlamasına imkan verir. Yenə də oğlaqların çox şanslı insanlar olduğunu demək çox çətindir. Xüsusən də Oğlan bürcündən olan oğlanların. Onlar zamanı idarə etməyi olduqca yaxşı bacarırlar. Bu xüsusiyyətlərini sevgi, iş və sosial həyatda tez-tez istifadə edirlər. Əzmli olmaq onlar üçün olduqca önəmlidir. Oğlaqların həyatını iki fərqli mərhələyə bölmək olar. 30-35 yaş öncəsi və sonrası. Xarakter olaraq bu yaşa qədər özlərindən heç də məmnun olmazlar. Həmçinin təhlükəli də ola bilərlər. Ancaq ikinci dönəmdə onların xarakteri yerli yerinə oturur. Başlarına gəlmiş bir çox pis və yaxşı hadisədən özlərinə dərs çıxarmağı bacarırlar. Əksər oğlaqların iş həyatında uğurları digərlərinə nisbətən daha gec gəlir. Onlar həyatı daha ciddi qəbul etsələr uğura da daha tez nail ola bilərlər. Onlar hislərini ifadə etməkdə bəzən çətinlik də çəkirlər.

Oğlaqlar bəzən çox sərt bir görünüşə də sahib ola bilərlər. Xarici görünüşləri nə qədər soyuq olsa da daxili aləmləri bir o qədər istidir. Oğlaqlar sadiq və xoşniyyətli insanlardırlar. Həm sevgili həm də dost olaraq ən güvəniləcək insanlar da elə oğlaq bürcünün nümaəndələridir. Həm oğlaq bürcünün oğlanları həm də qızları cəmiyyətin qaydalarının və adətlərinin xaricinə çıxmağı sevmirlər. Onların olduqca təvazökar insanlar olduğunu da qeyd etmək lazımdır. Oğlaqlar eyni zamanda etdikləri bir işlə tarixə adlarını yazdırmaq arzusundadırlar. Etdikləri işlərlə gələcək nəsillərə fayda vermək ən böyük hədəfləri arasındadır. Pul mövzusunda isə qənaətcil xüsusiyyətlərə sahibdirlər. Sevgi münasibətlərində oğlaqlar olduqca ehtiyyatlıdırlar. Hərəkətə keçməyə qərar verdikləri zaman hədəfə soyuqqanlı və ciddi bir şəkildə fokuslanırlar. Qərarlı və qaranlıq cəhətləri hədəfə çatmaqda ən böyük dəstəkçiləridir. Bəzən inadkarlıqları xoşbəxtliklərinin önünə də keçə bilər. Oğlaqlar üçün hisləri də ən az iş həyatı qədər önəmlidir. İş həyatında güvəndə olmaq istədikləri üçün bəzən sıxıcı iş həyatları ola bilər. Bunun nəticəsində də monoton həyat sürə bilərlər. Onlar sosial həyatlarında olduqca kübar insanlardır və ön planda olmağı o qədər də sevməzlər. İnsanların onlara yaxınlaşması o qədər də asan deyildir. Dost olaraq qazandığınız bir oğlaqa hər zaman güvənə bilərsiniz.


Şərhlər:
Baxılıb: 2084
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz