Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xərçəng bürcünün ümumi xüsusiyyətləri
Xərçəng bürcünün ümumi xüsusiyyətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3260
Səs ver:
Xərçəng bürcü insanları hadisələrə ani reaksiyalar vermələri ilə tanınırlar. Kənardan heç kəsin asanlıqla hiss edə bilmədiyi, özlərini qorumaq üçün yaratdıqları sədləri vardır. Əslində bu səddin arxasında son dərəcə həssas və mülayim bir xarakter yatır. Çəkdikləri bu sədd ancaq qarşısındakı insana güvəndiyi zaman dağılır. Xərçəng bürcünün insanlara güvənməsi olduqca çətindir. Yenə də onların etibarını qazanan insan dəstəyini də qazanmış olur. Xərçənglər əsla kobud insanlar deyildir, onların qarşısındakı insanın qəlbini qırmaqdan xoşu gəlmir. Kefləri olmadığı zaman onları təsəlli etmək olduqca çətindir.

Xərçəng bürcü insanları deyib gülməyi çox sevirlər və ziddiyyətli xarakterə sahibdirlər. Yumor anlayışları çox yaxşı inkişaf etmişdir. Onlar dostlarına və dostluğa çox böyük önəm verirlər. Köməyə ehtiyacı olan hər kəsə əl uzatmağı sevirlər. Olduqca xarizmatik bir kimliyə sahibdirlər. Zamanla onu daha yaxından tanıyan insanlar onun daxildə əzab çəkdiyini zənn edə bilər. Xərçənglər ya çox sevinclidir ya da ölümcül dərəcədə kədərli. Bu xüsusiyyəti Xərçəng bürcünə idarəedici planeti olan Ay vermişdir. Problemləri olduqda cəmiyyətdən uzaqlaşmağı üstün tutan insanlardır. Onlar bunu narahat edilməmək üçün edirlər.

Xərçəng bürcü o qədər əsrarəngizdir ki, onlar bütün bürclər arasında bu barədə ilk sıranı tuturlar. Depressiya və şənlik, sevinc ilə kədər, yaxşılıq və pislik hamısı onlarda birlikdədir. Özlərini tam anlamı ilə tapa bilmədikdə qapalı duyğularını sevgi hisləri ilə qarışdıra bilərlər. Etiraz edən və tərəf tutan biri olmamaq üçün çevrəsindəki insanlarla daim uzlaşmaq istəyirlər. Bu cəhətləri ilə pis yoldaş olduqlarını demək də mümkündür. Xərçəng bürcü su ünsürünə aiddir. Xərçəng insanları ümumiyyətlə hər şeyi inkişaf etdirmək, böyüdüb bəsləmək istəyirlər. Bürclər arasında ən insancıl bürclərdən biri hesab olunurlar. Ən yaxşı cəhətlərindən biri isə qoruyuculuq hislərinin inkişaf etmiş olmasıdır.

Önəmli xüsusiyyətlərindən biri də özü ilə barışıq olmasıdır. Bu xüsusiyyətlərini də qorumaq və qazanmaq üçün istifadə edirlər. Xərçəng bürcü insanları bir problemi həll etməyə öz həyatları üçün təhdid doğurarsa başlayırlar. Ancaq bununla belə yenə də önə atılmaq üçün bir az gözləməyi sevirlər. Bu zaman əvvəlcə bir az plan qurur və taktikalar hazırlamağa çalışırlar. Bunları əldə etdikdən sonra bir ildırım kimi problemin üstünə gedir və onu ortadan qaldırırlar.

Xərçəng bürcü insanlarının verdiyi sözlər və kömək etmə istəyi onun həssaslığı ilə birbaşa əlaqəlidir. Maddi cəhətdən güclü olmağın gərəkliliyini, pulun asan qazanılmadığını onlar çox yaxşı bilirlər. Ancaq ailəsi və dostları üçün hər şeyini verə biləcək xüsusiyyətə sahibdirlər. İnsanların çəkdiyi sıxıntılar onları dərindən kədərləndirir. Yenə də yuxarıda dediyimiz kimi gözləyir və başqa insanların kömək edib etməyəcəyini izləyirlər. Yardım gəlmədiyi təqdirdə son anda xilasedici kimi ortaya çıxırlar.

Xərçəng bürcünün arxa planda olması insanları təəccübləndirən bir haldır. Onlar bir şeyi əldə etmək üçün tələskən davranmağı sevmirlər. Aldıqları qərarın nə olduğunu anlamaq olduqca çətindir. Onları aldıqları qərardan döndürmək isə demək olar ki, mümkün deyil. Çünki Xərçəng bürcü bütün bunları əvvəlcədən hesablamışdır. Onlar həm şəxsi həyatlarında həm də iş həyatlarında daim narahat bir xarakterə sahibdirlər. Xərçənglərin ruh halı ümumiyyətlə çox tez-tez dəyişiklik göstərir. Hissiyyatlı olması səbəbindən hisləri ilə hərəkət edən insanlardır. İlk görüşmədə biri haqqında müsbət təəssürat alıbsa, bunu yenidən gözdən keçirməyə ehtiyac duymazlar. Çünki onlar hislərinə çox güvənirlər.


Şərhlər:
Baxılıb: 3260
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz