Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əkizlər bürcünün ümumi xüsusiyyətləri
Əkizlər bürcünün ümumi xüsusiyyətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2936
Səs ver:
Əkizlər bürcü insanları dəyişkən xüsusiyyətlərə sahibdirlər və hava ünsürünə bağlıdırlar. Bütün bürclər arasında ən çəkici insanlar da elə əkizlər bürcündəndir. Olduqca zəkalı və bacarıqlı insanlardır. Dəyişkən olduqları üçün dünya görüşlü olduqlarını da demək olar. Tək bir xarakter onlara bəs etməz. Elə bu səbəbdən də bu bürcün adı Əkizlərdir. Ağıllı və macərasevərlikdə onlarla eyni olan bir digər bürc çox çətin tapılır. Hər şeyə maraqları vardır. Hər şeyi öyrənmək, hər mövzuda məlumatlı olmaq istəyirlər. Hər şey anidən olsa da çox insan onların bunları planladıqlarını düşünür. Onların ağlı yorulmaq nədir bilmir. Özlərinə məxsus davranışları vardır. Xüsusilə də yumor qabiliyyətləri olduqca yaxşıdır. Bu səbəblə də çevrəsindəki insanlar onun daim onları əyləndirməsini və güldürməsini gözləyə bilərlər. Əkizlər bundan o qədər də xoşlanmasa da əslində ciddi yönlərini özlərinə ən yaxın adamlara belə çox nadir hallarda göstərirlər. Belə ki, yığıncaqların, söhbətlərin əyləncə qaynağı ola bilərlər. Bu xüsusiyyətlərini bir kənara qoysalar belə, insanlar əslində onları hər halı ilə sevəcəkdir.

Görünüşləri və danışıqları həmişə gənclik enerjisi ilə doludur. Ruhları yaşlanmaq nədir bilməz. Bəzən hətta uşaq kimi saf ola bilərlər. Onlar o qədər cəlbedicidirlər ki, buna heç kəs qarşı gələ bilmir. Bu onlar dünyaya gəldikdə onlarla birgə gələn xüsusiyyətləridir. Dərin mövzulardan daha çox səthi mövzularla maraqlanırlar. Nitq qabiliyyətləri olduqca yaxşı səviyyədədir. Ancaq ciddi bir çıxış etdiyi zaman bir qədər çətinlik çəkə bilər. Əkizlər bürcü insanları şəxsi hissləri haqqında danışmağı çox da sevməyən insanlardır. Ən nəzərəçarpan xüsusiyyətləri isə qarışıq xarakterli olmalarıdır. Qısqanc insanlardırlar. Asan əsəbləşib asanlıqla da sakitləşə bilərlər. Bu xasiyyət bir az da onların ikili xarakterli olmasından irəli gəlir. Onlardan nəsə gizləmək demək olar ki, mümkünsüzdür. İstədikləri müddətçə əldə edə bilməyəcəkləri heç bir şey yoxdur.

Əkizlər, insanları özlərinə bağlamağı çox yaxşı bacarırlar. Özlərini inkişaf etdirməyi də həmçinin. Daimi olaraq yenilik axtarışındadırlar. Standart işlər onlara görə deyildir. Tək bir mövzu ilə maraqlanmaq onlar üçün olduqca sıxıcıdır. Anlıq yaşamağı sevdikləri üçün planlayıcı deyildirlər. Bu həm iş, həm dostluq, həm də sevgi münasibətlərində özünü göstərir. Hərəkətli həyatı sevirlər. Bəzən bütün zamanlarını boşa xərclədikləri də olur. Yaradıcı olmaları səbəbindən özünü məşğul edəcək nəsə tapırlar. Əkizlər bir işə başlayarkən olduqca həvəsli ola bilərlər. Dəyişkən olmaları səbəbindən tezliklə bezib onu buraxmaları da mümkündür. Danışmağı o qədər sevirlər ki, səssiz olmaları nəyinsə tərs getdiyi anlamına gəlir. Onlar bilikli insanlarla dostluqlar qurmağı sevirlər. Belə demək mümkünsə, təcrübəli insanlarla ünsiyyət qururlar. Dostluğunu qəbul etdikləri insanları daim həyatlarında saxlayırlar. Bu bürcün həm qadınları həm də kişiləri macərasevər insanlardır. İdmanı çox sevirlər. Xüsusilə də riskli idman növləri onlara daha cəlbedici gəlir. Təhlükəli bir əyləncə tərzləri vardır. Davamlı olaraq başqa şeylərlə də maraqlanmaq istəyirlər. Böyük planları və hədəfləri varsa onlar mütləq diqqətlərini bir yerə toplamaq məcburiyyətindədirlər. Təkcə o zaman istədiklərini əldə edə bilərlər.


Şərhlər:
Baxılıb: 2936
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz