Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Buğa bürcünün ümumi xüsusiyyətləri
Buğa bürcünün ümumi xüsusiyyətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3406
Səs ver:
Buğa bürcü insanları bəzən sabit fikirli və sıxıcıdır. Lakin bunun qarşılığında, adətən olduqca sevimli və mehriban insanlardır. Hər kəslə necə davranacağını yaxşı bildiyi üçün bir çoxları ilə asan yola getməyi bacarır. Ancaq bu yad insanlara qarşı da səmimi davranacağı anlamına gəlmir. Şübhəçi və qərarsız xarakterli Buğa, yadlara qarşı soyuq və çəkingən davrana bilər. Buğalar hisslərindən çox məntiqi ilə hərəkət etməyi sevən insanlardır. Bu səbəblə də asanlıqla risk etməz və səhvə yol verməzlər.

Buğa bürcü insanları başlayacağı iş üzərində uzun müddət düşünərək, hər addımlarını hesablamağı sevirlər. Hazırladıqları planın reallaşmasını səbrlə gözləyirlər. Plan və proqram hazırlamağı və nizamlı hərəkət etməyi çox sevirlər. Rahatlıqlarına olduqca düşkündürlər. Bu səbəbdən də evinin də rahat olması onlar üçün çox vacibdir. Rahatlıqla yanaşı gözəlliyə də olduqca önəm verirlər. Pula qarşı düşkünlüyünün də əsas səbəbi elə budur. Onlar pulu istəklərini əldə etmək üçün bir vasitə olaraq görürlər. Puldan və gözəllikdən başqa heyran olduğu bir digər şey də uğurdur. Belə demək mümkündürsə, uğura qarşı düşkünlükləri onların zəif nöqtəsidir.

Buğalar uğurlu insanlarla yaxın dostluqlar qurmaq istəyirlər. Öyrəşdikləri şeylərdən əl çəkmək onlar üçün çox çətindir. Ən pis cəhətləri isə inadcıl olmalarıdır. İdarə olunmağa və əmr almağa isə demək olar ki, dözümsüzdürlər. Onlar fikirlərini bildirdikləri anda bu onların fikrinin bir daha heç vaxt dəyişməyəcəyi anlamına gəlir. Son söz artıq deyilmişdir. Buğa bürcü insanlarının bir digər önəmli xüsusiyyəti də yüksək zövqə malik olmasıdır. Bəzi Buğaların içində bir sənətçi olduğunu da demək olar. Onlar etdikləri işlərlə də daim bunu sübut etməyi bacaran insanlardır.

Buğa bürcü bütün bürclər arasında ən əzmli və ən inadcıl bürcdür. İstədiyini əldə etməyi bacaran bir xarakterə sahibdir. Hər hansı bir şeyi etməyə qərar verənədək uzun müddət düşünür. Daha sonra isə məqsədinə çatmaqda onu heç bir şey əngəlləyə bilməz. Onlar həyatdan nə istədiklərini çox yaxşı bilirlər.

Etibarlı və sadiq olmaları onların ən önəmli xüsusiyyətlərindən biridir. Onların ən önəmli xüsusiyyətlərindən bir digəri isə səbrli olmalarıdır. Hansısa çətinliyə uzun müddət tab gətirə və bir yerə qədər edilən səhvləri belə görməzliyə vura bilərlər. Ancaq haqsızlığa uğradıqlarını, aldadıldıqlarını hiss etdiklərində qəzəblənirlər. Bu zaman onlar əsəbi şəkildə gedər və bir daha qayıtmazlar.

Onlar hərəkətli bir həyat tərzinə öyrəşmiş deyillər. Sabit həyat tərzi onlar üçün daha rahatdır. Praktik zəkaları, ciddi olmaları hamı tərəfindən bilinən bir digər xüsusiyyətləridir. Qalıcı gözəlliklərə çox böyük önəm verirlər. Onlar üçün gözəl bir ev, səmimi münasibət, rahat həyat olduqca önəmlidir. Hər hansı bir mövzuda xəyal qırıqlığı yaşadıqda isə hökmedici və qısqanc birinə çevrilə bilərlər.

Buğa bürcü paylaşmağı bilən və xırda sevinclərlə belə xoşbəxt olmağı bacaran bir xüsusiyyətə sahibdir. Dost olaraq olduqca diqqətli və vəfalıdır. Buğa bürcü hüzur insanıdır. Mənfi hallardan uzaqdır və yalnız gözəl şeylərlə maraqlanmaq istəyir. Buğa bürcü insanları çox mübahisə etməyi sevmirlər. Ancaq səbrlərinin sərhəddi aşıldıqda gözlənilməyən qəzəbli reaksiyalar verə bilərlər. Adətən sakit və səssiz davranışlara sahibdirlər. Dostluq onlar üçün çox önəmlidir. Kin saxlamazlar, bağışlayan və mərhəmətlidirlər. İnsanların dürüst davranması onlar üçün çox önəmlidir. Kömək istəyən insanlar üçün əllərindən gələni etməyi sevirlər. Dəyişikliyi sevmirlər. Soyuqqanlı olmağı həmişə bacarırlar. Həyatın çətinliklərinə qarşı dözümlüdürlər və bunun öhdəsindən gəlmək onlar üçün çətin deyil.

Buğa insanları çox məsuliyyətli, insancıl və mehriban insanlardır. Onlar sevgi və diqqətə qarşı olduqca həssasdırlar. Diqqət mərkəzində olmağı çox sevirlər. Bu onlarda uşaqlıqdan gələn bir xüsusiyyətdir. Ancaq heç bir zaman ilk addımı atmazlar. Onlar yaxın çevrələrində olan insanlarla yaxşı yola getməyi bacarırlar.


Şərhlər:
Baxılıb: 3406
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz